Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Quska Bakıya qarşı kimlərə pul verib? – Şok adlar

Quska Bakıya qarşı kimlərə pul verib? – Şok adlar
yüklənir...

“Quska” ləqəbli Hüseyn Abdullayevin Avropadakı biznesi, həbsi və ölkəyə gətirilməsi ilə bağlı Musavat.com olduqca maraqlı məqalə dərc edib.
Axar.az xəbər verir ki, məqalədə Azərbaycandan qaçaq düşəndən sonra Almaniyada məskunlaşan Hüseyn Abdullayevin vəsaitlərinin böyük qismini bu ölkəyə transfer edərək, bizneslə məşğul olmağa başladığı vurğulanıb. Çoxsaylı evlər alıb, təmir etdirəndən sonra onları kirayəyə verən, ayrıca, eyni işi Avstriyada da həyata keçirən Hüseyn Abdullayev bu iki ölkədə kiçik zavodlar da açıb. Barəsində beynəlxalq axtarış dayandırılandan sonra isə sabiq deputat bir sıra Qərb dövlətləri ilə yanaşı, Türkiyəyə də ayaq açıb. Orada da özünün biznesini yaratmağa başlayıb.
H.Abdullayev Türkiyədə daha çox inşaat sektoruna yatırım edib və artıq bu ölkədə özünün ofisini qurub. Onun ofisində həm də Hüseyn Abdullayevin sosial şəbəkə hesablarının idarə edilməsini həyata keçirdən qrup da fəaliyyət göstərir.
Hüseyn Abdullayev Almaniya hökumətinin verdiyi pasporta o qədər güvənirmiş ki, özünün hansısa bir ölkədə həbs olunaraq Azərbaycana verilə biləcəyini ağlına da gətirmirmiş. O, ötən ilin yay tətilini anası və digər yaxınları ilə bərabər Aralıq dənizi sahillərindəki otellərdən birində keçirdib. Müntəzəm olaraq Türkiyəyə gedib-gələn Hüseyn Abdullayev bu ölkədə Azərbaycandan gələn tərəfdaşları və ölkəmizdəki “kuratorların” adamları ilə görüşür, təlimat alır, ya da özünə yaxın tərəfdarlarını qəbul edərək, müvafiq təlimatlar verirmiş. Təbii ki, bu haqda Azərbaycan hakimiyyətinin xəbəri olub. Lakin hər hansı bir skandal yaratmamaq üçün Azərbaycan istintaq orqanları onu Türkiyədə həbs etməyiblər.
O zamana qədər ki, Avropada yeni peyda olan “söyüş müxalifəti”nin H. Abdullayevlə və onun Bakıdakı “kurator”larla birbaşa əlaqələri üzə çıxıb. Azərbaycan xüsusi xidmət orqanları müəyyən ediblər ki, Avropadakı “söyüş müxalifəti” də, Əli Kərimlinin Avropa ölkələrindəki qrupları da Quska üzərindən maliyyələşir və koordinasiya edilir. Bu koordinatorlardan biri Azərbaycanın sabiq baş naziri Abbas Abbasovdur. İddialara görə, digər bir gizli iqtidar düşməni Avropa ölkələrindən birində səfir vəzifəsində çalışan tanınmış simadır. Bu qruplaşmanın mərkəzi isə Bakıda yerləşirmiş.
Sayt belə məlumat əldə edib ki, hazırda istintaq H.Abdullayevin üzərindən həyata keçirilən bu sirli çevrəni müəyyən etmək üçün ciddi istintaq hərəkətləri aparır.
Hüseyn Abdullayevin Türkiyədə həbs olunması təfərrüatları da maraqlıdır. Bəziləri istintaq sirri olduğu üçün bunu açıqlamırıq. Lakin onu bildirək ki, H.Abdullayev çox “məşhur” əyləncə mərkəzlərindən birində həbs olunub. Həmin yer Türkiyənin çox ünlü ticarət mərkəzi kompleksi nəzdindədir. Həmin nəhəng kompleksin üstü isə yaşayış binalarıdır və orada H. Abdullayevin mənzili var. Azərbaycan istintaq orqanlarının Türkiyədəki həmkarları ilə bərabər keçirtdiyi əməliyyat 3 gün çəkib və nəticədə H.Abdullayevi məhz qeyri-iş günündə saxlayıb, Bakıya gətirmək qərara alınıb. İddialara görə, bunu özünün də səbəbi var: “Filan səfirlik həmin gün işləmir və bu səbəbdən də adamları olan Quskanın yardımına yetişə bilməzdi...”
Musavat.com-un mənbəsi əmindir ki, Hüseyn Abdullayev çox tezliklə hər şeyi danışacaq: “Bundan əvvəl, qısamüddətli həbsi dönəmində o özünü çox biabırçı aparıb. Ağlayır, yalvarır, saatlarla qışqırır, kömək istəyirdi. Belə adamların bərkdə əli yoxdur və tezliklə Hüseyn Abdullayev istintaqla əməkdaşlığa gedəcək”...
Bundan başqa, Hüseyn Abdullayevin Qərb dövlətlərindən birinin ölkəmizdəki səfiri ilə də münasibətləri, əlaqələri haqda bilgilər var. Sabiq deputatın həmin səfirin derektivləri ilə çıxışlar etdiyi də iddia olunur. Mümkündür ki, Hüseyn Abdullayevə qarşı yaxın zamanlarda vergi cinayətləri ilə yanaşı, digər ittihamlar da irəli sürüləcək. Onun cinayət işində sürpriz isimlərin olacağı da dolaşan xəbərlər sırasındadır.
Hüseyn Abdullayev xaricdə olan narazı elektoratla da yaxınlıq etmək, onlara maliyyə dəstəyi vermək kimi hərəkətləri konkret tapşırıqla icra edib (O, maliyyə dəstəyi verən həmin kəsimi özünün çevrəsində “çuşka” adlandırıb, onların bir işə yaramadıqlarını deməkdən də çəkinməyib). Bakıda ona kuratorluq edən Eldar Mahmudovla Almaniyada 2014-cü ilin sonlarında görüşməsi də bir faktdır. Eldar Mahmudov hələ vəzifədə olarkən Hüseyn Abdullayevlə Almaniyada görüşüb müzakirələr aparıb, narazı qüvvələrlə iş aparılması ətrafında fikir mübadiləsində bulunub. Mümkündür ki, Eldar Mahmudovun da adı Hüseyn Abdullayevin cinayət işi üzrə fiqurantlar sırasında çəkiləcək...скачать dle 12.1

yüklənir...

XƏBƏR LENTİ

“Alıcılıq qabiliyyətinin azalmasına səbəb olacaq” – EKSPERT
24.05.2018

“Alıcılıq qabiliyyətinin azalmasına səbəb olacaq” – EKSPERT

Mübariz Qurbanlı azanla bağlı xəbərdarlıq etdi
24.05.2018

Mübariz Qurbanlı azanla bağlı xəbərdarlıq etdi

Ali Attestasiya Komissiyasının sədri məhkəməyə verilib
24.05.2018

Ali Attestasiya Komissiyasının sədri məhkəməyə verilib

İTV ətrafında həbslər gözlənilir – kanalda ciddi korrupsiya faktları aşkarlanıb
24.05.2018

İTV ətrafında həbslər gözlənilir – kanalda ciddi korrupsiya faktları aşkarlanıb

“Əli İnsanovun ailəsinə ölkədən çıxışa qadağa qoyulub” – Sabiq nazirin vəkilindən iddialara reaksiya
24.05.2018

“Əli İnsanovun ailəsinə ölkədən çıxışa qadağa qoyulub” – Sabiq nazirin vəkilindən iddialara reaksiya

Rüstəm İbrahimbəyov milli xəyanət yoluna kino ştampını da vurdu
24.05.2018

Rüstəm İbrahimbəyov milli xəyanət yoluna kino ştampını da vurdu

Tapdıq Abbas BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi: “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi”
24.05.2018

Tapdıq Abbas BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi: “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi”

Valideynlər Ceyhun Bayramova müraciət etdilər - Şamaxıdan
24.05.2018

Valideynlər Ceyhun Bayramova müraciət etdilər - Şamaxıdan

Prezident və məmurlar ciddi şəkildə oruc tuturlar - İBRƏTAMİZ...
24.05.2018

Prezident və məmurlar ciddi şəkildə oruc tuturlar - İBRƏTAMİZ...

Amerikada erməni dələduzluğu - 8 milyon dollarlıq cinayət
24.05.2018

Amerikada erməni dələduzluğu - 8 milyon dollarlıq cinayət

“Ən pisi İbrahimbəyov vaxtilə prezidentliyə namizəd olub”
24.05.2018

“Ən pisi İbrahimbəyov vaxtilə prezidentliyə namizəd olub”

"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"
24.05.2018

"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"

“Avropa şirkətləri İranı tərk etməli olacaqlar”
24.05.2018

“Avropa şirkətləri İranı tərk etməli olacaqlar”

Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi”
24.05.2018

Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi”

ABŞ-ın yeni dövlət katibi erməniləri məyus etdi
24.05.2018

ABŞ-ın yeni dövlət katibi erməniləri məyus etdi

İsrail parlamenti "erməni soyqırımı"nı müzakirəyə çıxarır
24.05.2018

İsrail parlamenti "erməni soyqırımı"nı müzakirəyə çıxarır

Arzu Əliyeva Cümhuriyyətin 100 illiyi ilə bağlı film çəkib - VİDEO
24.05.2018

Arzu Əliyeva Cümhuriyyətin 100 illiyi ilə bağlı film çəkib - VİDEO

BVF: Azərbaycan regionun ən varlı, Ermənistanı isə ən kasıb ölkəsidir
24.05.2018

BVF: Azərbaycan regionun ən varlı, Ermənistanı isə ən kasıb ölkəsidir

BBC ilə prezident arasında qalmaqal: "Yazını saytdan silin..."
24.05.2018

BBC ilə prezident arasında qalmaqal: "Yazını saytdan silin..."

"50, 100 manatlıq əskinaslar dövriyyədən çıxarılacaq, 300 manatlıq buraxılacaq" - Deputatdan anons
24.05.2018

"50, 100 manatlıq əskinaslar dövriyyədən çıxarılacaq, 300 manatlıq buraxılacaq" - Deputatdan anons

Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI
24.05.2018

Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI

Zöhrə Abdullayevanın oğlu vəfat etdi - FOTO
24.05.2018

Zöhrə Abdullayevanın oğlu vəfat etdi - FOTO

Ermənistanın yeni təhsil naziri rus dilinə qarşı çıxış edib
24.05.2018

Ermənistanın yeni təhsil naziri rus dilinə qarşı çıxış edib

Sovet əfsanəsi qayıdır: Bazara “Volqa” gəlir
24.05.2018

Sovet əfsanəsi qayıdır: Bazara “Volqa” gəlir

Veysəloğlu Şirkəti Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir
24.05.2018

Veysəloğlu Şirkəti Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir

İBRAHİMBƏYOVDAN XƏYANƏTKAR DAVRANIŞ – Əli Həsənov çağırış etdi
24.05.2018

İBRAHİMBƏYOVDAN XƏYANƏTKAR DAVRANIŞ – Əli Həsənov çağırış etdi

Bakı Şəhər İcra Hakimiyyətində Fidumə Hüseynova hökmranlığı
23.05.2018

Bakı Şəhər İcra Hakimiyyətində Fidumə Hüseynova hökmranlığı

Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər… – “Fermer evləri” layihəsi niyə dayandı?
23.05.2018

Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər… – “Fermer evləri” layihəsi niyə dayandı?

Hadi Rəcəbli: Boşanmaların səbəbi “Facebook”dur
23.05.2018

Hadi Rəcəbli: Boşanmaların səbəbi “Facebook”dur

Bütün Xəbərlər

FaceBook