Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

“Bakıda dairəvi dəmir yolu tikiləcək” - İLHAM ƏLİYEV

“Bakıda dairəvi dəmir yolu tikiləcək” - İLHAM ƏLİYEV
yüklənir...

"Bakı şəhərinin nəqliyyat problemləri kompleks şəkildə həllini tapmalıdır. Burada koordinasiya işləri aparılmalıdır. İndi Bakıda yeni yollar salınır, tunellər tikilir. Bununla şəhər nəqliyyatı daha da rahatlaşacaq. Olimpiya Stadionu ilə üzbəüz yeni tunel tikilir. Bu da tıxacların aradan qaldırılması üçün çox önəmlidir. Böyükşor gölü üzərindən yeni genişzolaqlı yol tikilir. Bu da şəhər nəqliyyatı üçün çox önəmli layihədir. Biz Böyükşor gölünün bir hissəsini təmizlədik. İndi qalan hissənin təmizlənməsi nəzərdə tutulur. Bakıda dairəvi dəmir yolu tikiləcək. Bu məqsədlər üçün bu ilin investisiya proqramında 100 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu, şəhər üçün çox rahat nəqliyyat vasitəsi, Bakıətrafı qəsəbələrin inkişafı və orada yaşayan insanların rahatlığı üçün çox önəmli layihə olacaq.

Tərəfdar.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Dövlət başçısı qeyd edib ki, bu məsələlərə kompleks şəkildə baxmalıyıq: "Avtobusların alınması nəzərdə tutulur, dayanacaqlar, işıqforlar, metro, şəhərətrafı dəmir yolu, taksi dayanacaqları. Yəni, Bakı şəhərinin nəqliyyat sahəsində vahid idarəetmə olmalıdır ki, paytaxt nəqliyyatı dünyanın aparıcı şəhərlərinin səviyyəsində olsun. Biz indi metro vaqonları, avtobuslar, taksilər alırıq. Ancaq koordinasiya zəifdir. Ona görə bu məsələyə mütləq çox ciddi diqqət göstərilməlidir.Nəqliyyat sektoru ilə bağlı qeyd etməliyəm ki, bu il biz Ələt Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin açılışını qeyd edəcəyik. İndi Ələt limanı fəaliyyət göstərir. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi məhz Ələt limanında olmuşdur. Ancaq yaxın gələcəkdə birinci faza tam başa çatacaq. Xəzər dənizinin 15 milyon ton yükaşırma qabiliyyəti olan ən böyük ticarət limanı Azərbaycanda – Ələtdə tikilir”.

Prezident İlham Əliyev qeyd edib ki, açıq dənizlərə çıxışı olmayan ölkə Avrasiyanın nəqliyyat mərkəzlərinin birinə çevrilir: "Bakı-Tbilisi-Qars artıq reallıqdır. Əminəm ki, hər il bu yolla daşınan yüklərin həcmi kəskin artacaq. Şimal-Cənub nəqliyyat dəhlizini də biz qonşu ölkələrlə birlikdə reallığa çeviririk. Qeyd etməliyəm ki, bütün nəqliyyat layihələrimizin uğurlu həyata keçirilməsinin səbəbi həm bizim iradəmiz, təşəbbüsümüzdür, eyni zamanda, qonşu ölkələrlə sıx münasibətlərimizdir. Çünki tranzit ölkə, əgər hansısa ölkə tranzit ölkə olmaq istəyirsə, o, mütləq qonşularla sıx əlaqədə olmalıdır".

Dövlət başçısı, Cənub Qaz Dəhlizinin uğurla icra edildiyini də qeyd edib: "Mən bəzi rəqəmləri səsləndirmək istəyirəm. "Şahdəniz-2” layihəsinin icrası 99 faizdir. Cənubi Qafqaz Kəməri 96 faiz, TANAP 92 faiz. Yəni, bu layihələrdə Azərbaycan aparıcı rol oynayır. Biz, eyni zamanda, TAP layihəsinin səhmdarıyıq. Orada isə Azərbaycanın icra səviyyəsi 68 faizdir. Yəni, Cənub Qaz Dəhlizi artıq reallıqdır. Bu reallığı biz yaratmışıq və bu, ölkəmizin uzunmüddətli inkişafı üçün xüsusi əhəmiyyətə malik olan layihədir".скачать dle 12.1

yüklənir...

XƏBƏR LENTİ

İlham Əliyev Atatürkün məzarını ziyarət edib
25.04.2018

İlham Əliyev Atatürkün məzarını ziyarət edib

Danışıqlar baş tutmasa, məcburuq ki... - Ramiz Mehdiyev-Video
25.04.2018

Danışıqlar baş tutmasa, məcburuq ki... - Ramiz Mehdiyev-Video

Quska Bakıya qarşı kimlərə pul verib? – Şok adlar
25.04.2018

Quska Bakıya qarşı kimlərə pul verib? – Şok adlar

Ərdoğan-Əliyev görüşü: Bakı İrəvana yardım edə bilər
25.04.2018

Ərdoğan-Əliyev görüşü: Bakı İrəvana yardım edə bilər

Ramiz Mehdiyev Miqrasiya Xidmətinin yeni rəhbərini təqdim etdi - VİDEO
24.04.2018

Ramiz Mehdiyev Miqrasiya Xidmətinin yeni rəhbərini təqdim etdi - VİDEO

PA rəhbərindən Qarabağla bağlı önəmli AÇIQLAMA
24.04.2018

PA rəhbərindən Qarabağla bağlı önəmli AÇIQLAMA

Milli Məclisdə 6 vakansiya - Təkrar seçkilər keçiriləcəkmi?
24.04.2018

Milli Məclisdə 6 vakansiya - Təkrar seçkilər keçiriləcəkmi?

“Qaçqınkom”un yeni sədri kollektivə təqdim olundu
24.04.2018

“Qaçqınkom”un yeni sədri kollektivə təqdim olundu

Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?
24.04.2018

Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?

Əflatun Amaşov hesabata etiraz etdi
24.04.2018

Əflatun Amaşov hesabata etiraz etdi

Aydın Əliyev DANIŞDI: – “Həyat bunu göstərir”
24.04.2018

Aydın Əliyev DANIŞDI: – “Həyat bunu göstərir”

Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı – Dəvətnamələr də paylanılıbmış
24.04.2018

Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı – Dəvətnamələr də paylanılıbmış

“150 manat alanların banklara borcu bağlansın” – Millət vəkili
24.04.2018

“150 manat alanların banklara borcu bağlansın” – Millət vəkili

Ramiz Mehdiyev: "Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib, dövlət vəsaiti öz ünvanına çatmayıb"
24.04.2018

Ramiz Mehdiyev: "Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib, dövlət vəsaiti öz ünvanına çatmayıb"

Yeni nazir: "Sosial ədalət prinsipləri üstün tutulacaq"
24.04.2018

Yeni nazir: "Sosial ədalət prinsipləri üstün tutulacaq"

Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır
24.04.2018

Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

“İstənilən məmur haqda dosye İlham Əliyevin masası üzərindədir”
24.04.2018

“İstənilən məmur haqda dosye İlham Əliyevin masası üzərindədir”

İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunə
24.04.2018

İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunə

Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradıldı
24.04.2018

Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradıldı

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi kimdir? – DOSYE
24.04.2018

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi kimdir? – DOSYE

Sergey Markov: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana ciddi şans verir”
24.04.2018

Sergey Markov: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana ciddi şans verir”

Təhsil Naziri Ceyhun Bayramov kimdir? – DOSYE
24.04.2018

Təhsil Naziri Ceyhun Bayramov kimdir? – DOSYE

Milli Məclisdə deputatların sayı azaldı
24.04.2018

Milli Məclisdə deputatların sayı azaldı

Sabiq AMİP-çi yeni Baş naziri belə xarakterizə etdi: “Qazanan Millətimiz və Dövlətimiz olacaq”
24.04.2018

Sabiq AMİP-çi yeni Baş naziri belə xarakterizə etdi: “Qazanan Millətimiz və Dövlətimiz olacaq”

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB
24.04.2018

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI
24.04.2018

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi
24.04.2018

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi

“YENİ TƏYİNATLAR OLACAQ, GÖRƏCƏKSİNİZ Kİ…” – Ramiz Mehdiyev (VİDEO)
23.04.2018

“YENİ TƏYİNATLAR OLACAQ, GÖRƏCƏKSİNİZ Kİ…” – Ramiz Mehdiyev (VİDEO)

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO
23.04.2018

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO

Bütün Xəbərlər

FaceBook