Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

MSK üzvü: "Seçkilərin keçirilməsindən ötrü tam demokratik şərait yaradılıb" MÜSAHİBƏ

MSK üzvü: "Seçkilərin keçirilməsindən ötrü tam demokratik şərait yaradılıb" MÜSAHİBƏ
yüklənir...

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədovun SİA-ya müsahibəsi:
- İlham müəllim, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Seçkiöncəsi mühiti və seçkilərə hazırlıq prosesini necə dəyərləndirirsiniz?
- Azərbaycanda keçiriləcək prezident seçkilərinə müvafiq olaraq seçkilərə məsul olan dövlət orqanı Mərkəzi Seçki Komissiyası (MSK) artıq ilk gündən fəaliyyətə başlayıb. Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq səsvermənin təşkil edilməsindən ötrü lazım olan bütün tədbirlər bugünkü günə kimi həyata keçirilib. Təbii ki, bundan sonra da MSK-nın “Tədbirlər Planı”na və Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq qarşıda duran bütün tədbirlər həyata keçiriləcək. Dairə seçki komissiyalarının (DSK) və məntəqə seçki komissiyalarının fəaliyyəti elan olunan gündən artıq başlayıb. Bu il prezident seçkiləri ilə bağlı seçici siyahılarının vaxtından əvvəl təsdiq olunması, seçici siyahıları ilə bağlı olan işlər və s. hamısı həm DSK, həm də məntəqə seçki komissiyalarının birgə fəaliyyətini tələb edirdi. Bu işlə əlaqədar olaraq müvafiq dövlət qurumlarının da fəaliyyətini qeyd etmək lazımdır. Ümumilikdə onu demək istərdim ki, bu gün artıq məntəqə seçki komissiyaları səsverməni keçirməyə tam hazırdır.
Artıq qanunvericiliyin tələbinə müvafiq olaraq gözlənilən müddətlər ərzində bülletenlərin, protokolların çap edilməsi və dairələrə, məntəqələrə çatdırılması kimi proseslər gedir. Onu da qeyd etmək istərdim ki, MSK-nın qərarına əsasən 1000 min seçki məntəqəsində veb-kameralar quraşdırılır. Artıq səsvermə günü Azərbaycan təcrübəsi kimi qəbul edilən veb-kameralar vasitəsilə onlayn (online) sistemində səsvermə prosesini izləmək mümkündür. Bundan irəli gələrək demək istəyirəm ki, veb-kameralarla bağlı işlər sona çatmaq üzrədir. Texniki-təchizat məsələsi bu seçkilərlə bağlı olaraq yüksək səviyyədə təşkil olunub və dairə, məntəqə seçki komissiyaları lazımi bütün texniki vasitələrlə təmin edilir.
- Namizədlərin qeydə alınması prosesi başa çatdı, artıq təbliğat-təşviqat kampaniyası başlayıb. Bu haqda sizin fikirlərinizi almaq istərdik.
-Seçki Məcəlləsinin tələblərinə əsasən namizədlər qeydə alınandan sonra seçkinin ikinci mərhələsi olan təşviqat dövrü başlayır. Bildiyiniz kimi bu ilin martın 19-da Mərkəzi Seçki Komissiyasının iclası keçirildi və püşkatma müəyyənləşdirildi. Bu püşkatma ilə prezidentliyə namizədlər ödənişsiz efir vaxtından istifadə etməklə öz təbliğatlarını aparmaq hüququna malikdirlər. Artıq onlar bu təşviqata başlayıblar. Seçki Məcəlləsinin tələbinə əsasən təşviqat efir vaxtı həm ödənişli, həm də ödənişsiz olur. Amma Azərbaycan dövlətinin böyüklüyü, cənab İlham Əliyevin uğurli siyasətinin nəticəsində namizədlərə ödənişsiz efir vaxtı verilir. Bundan əlavə onu da qeyd etmək istərdim ki, yerlərdə seçicilərlə bağlı olaraq görüşlərin keçirilməsi, namizədlərin öz siyasi platformasının seçicilərə çatdırılması kimi məsələlər də artıq öz həllini tapıb. Bununla belə müvafiq icra orqanları tərəfindən artıq qapalı və açıq yerlərdə görüşlərin keçirilməsindən ötrü məkanlar müəyyənləşib. Təbii ki, bu da bərabərhüquqluğun tam təmin edilməsindən ötrü atılmış bir addımdır. Onu da qeyd etmək istərdim ki, təkcə televiziya vasitəsilə yox, həm də ödənişsiz efir vaxtı olaraq radio ilə də prezidentliyə namizədlər və yaxud onların səlahiyyətli nümayəndələri öz seçkiqabağı təşviqatlarını aparırlar. Qeyd olunduğu kimi bugünlərdə bayramlar olmasına baxmayaraq artıq təbliğat-təşviqat kampaniyası həyata keçirilir. Bu proseslər İctimai televiziya və radio vasitəsilə həyata keçirilir.
-Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı maarifləndirmə tədbirlərini necə həyata keçirir?
MSK seçkilər elan olunan gündən artıq maarifləndirmə işlərinə start verib və bu maarifləndirmə işləri geniş vüsət alıb. Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Dairə Seçki Komissiyası (DSK) sədrləri ilə MSK-da müvafiq dövlət orqanlarının rəhbərləri səviyyəsində seminar-müşavirə keçirilib, həmçinin DSK-nın ekspert qruplarının üzvlərinin üç günlük seminarı təşkil edilib, DSK üzvləri içərisindən olan treninq qruplarının məşqçi simasında maarifləndirilməsindən ötrü seminarlar təşkil edilib, MSK ilə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinin iştirakı ilə seminar-müşavirə keçirilib. Təbii ki, gələcəkdə də müəyyən maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur. Artıq DSK məntəqə seçki komissiyalarına səsvermə günü iş qaydaları ilə bağlı olaraq treninqlər keçirirlər. Gələcəkdə digər tədbirlərdən biri də polislə bağlı olacaq. MSK-nın gördüyü bu maarifləndirici işlərin nəticəsidir ki, bugünkü gündə artıq qeyd etmək olarki prezident seçkilərinin əsas mərhələsi olan namizədlərin qeydə alınmasında, digər tədbirlərin həyata keçirilməsində heç bir problem yaşanmamışdır.
- Azərbaycanda demokratik seçkilər üçün əlverişli şərait mövcuddur. Bəs siz bu görülən işləri necə qiymətləndirirsiniz?
-Bu gün cənab İlham Əliyevin siyasi iradəsinin nəticəsi olaraq Azərbaycanda istənilən seçkilərin keçirilməsindən ötrü tam demokratik şərait yaradılıb. Dövlət tərəfindən vətəndaşlarımızın konstitusion hüququ olan seçib-seçilmək hüququnun həyata keçirilməsindən ötrü lazım olan bütün şərait yaradılıb. Azərbaycan həmin ölkələrdəndir ki, DSK-nın ayrıca inzibati binaları mövcuddur. Eləcə də məntəqə seçki komissiyaları yeni təmir edilmiş yerlərdə və yaxud yeni tikilmiş binalarda müasir dövrün tələblərinə cavab verən məkanlarda yerləşirlər. Bundan əlavə texniki-təchizat o qədər yüksək dərəcədə təmin edilib ki, artıq bizim seçicimiz üçün rahat şəkildə gəlib səsverməkdən ötrü heç bir problem yoxdur. Bu gün istər dövlət tərəfindən, istərsə də MSK tərəfindən görülən bütün işlər hamısı onu sübut edir ki, hörmətli seçicimiz gəlib demokratik şəraitdə öz səsini versin.скачать dle 12.1

yüklənir...

XƏBƏR LENTİ

İlham Əliyev Atatürkün məzarını ziyarət edib
25.04.2018

İlham Əliyev Atatürkün məzarını ziyarət edib

Danışıqlar baş tutmasa, məcburuq ki... - Ramiz Mehdiyev-Video
25.04.2018

Danışıqlar baş tutmasa, məcburuq ki... - Ramiz Mehdiyev-Video

Quska Bakıya qarşı kimlərə pul verib? – Şok adlar
25.04.2018

Quska Bakıya qarşı kimlərə pul verib? – Şok adlar

Ərdoğan-Əliyev görüşü: Bakı İrəvana yardım edə bilər
25.04.2018

Ərdoğan-Əliyev görüşü: Bakı İrəvana yardım edə bilər

Ramiz Mehdiyev Miqrasiya Xidmətinin yeni rəhbərini təqdim etdi - VİDEO
24.04.2018

Ramiz Mehdiyev Miqrasiya Xidmətinin yeni rəhbərini təqdim etdi - VİDEO

PA rəhbərindən Qarabağla bağlı önəmli AÇIQLAMA
24.04.2018

PA rəhbərindən Qarabağla bağlı önəmli AÇIQLAMA

Milli Məclisdə 6 vakansiya - Təkrar seçkilər keçiriləcəkmi?
24.04.2018

Milli Məclisdə 6 vakansiya - Təkrar seçkilər keçiriləcəkmi?

“Qaçqınkom”un yeni sədri kollektivə təqdim olundu
24.04.2018

“Qaçqınkom”un yeni sədri kollektivə təqdim olundu

Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?
24.04.2018

Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?

Əflatun Amaşov hesabata etiraz etdi
24.04.2018

Əflatun Amaşov hesabata etiraz etdi

Aydın Əliyev DANIŞDI: – “Həyat bunu göstərir”
24.04.2018

Aydın Əliyev DANIŞDI: – “Həyat bunu göstərir”

Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı – Dəvətnamələr də paylanılıbmış
24.04.2018

Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı – Dəvətnamələr də paylanılıbmış

“150 manat alanların banklara borcu bağlansın” – Millət vəkili
24.04.2018

“150 manat alanların banklara borcu bağlansın” – Millət vəkili

Ramiz Mehdiyev: "Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib, dövlət vəsaiti öz ünvanına çatmayıb"
24.04.2018

Ramiz Mehdiyev: "Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib, dövlət vəsaiti öz ünvanına çatmayıb"

Yeni nazir: "Sosial ədalət prinsipləri üstün tutulacaq"
24.04.2018

Yeni nazir: "Sosial ədalət prinsipləri üstün tutulacaq"

Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır
24.04.2018

Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

“İstənilən məmur haqda dosye İlham Əliyevin masası üzərindədir”
24.04.2018

“İstənilən məmur haqda dosye İlham Əliyevin masası üzərindədir”

İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunə
24.04.2018

İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunə

Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradıldı
24.04.2018

Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradıldı

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi kimdir? – DOSYE
24.04.2018

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi kimdir? – DOSYE

Sergey Markov: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana ciddi şans verir”
24.04.2018

Sergey Markov: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana ciddi şans verir”

Təhsil Naziri Ceyhun Bayramov kimdir? – DOSYE
24.04.2018

Təhsil Naziri Ceyhun Bayramov kimdir? – DOSYE

Milli Məclisdə deputatların sayı azaldı
24.04.2018

Milli Məclisdə deputatların sayı azaldı

Sabiq AMİP-çi yeni Baş naziri belə xarakterizə etdi: “Qazanan Millətimiz və Dövlətimiz olacaq”
24.04.2018

Sabiq AMİP-çi yeni Baş naziri belə xarakterizə etdi: “Qazanan Millətimiz və Dövlətimiz olacaq”

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB
24.04.2018

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI
24.04.2018

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi
24.04.2018

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi

“YENİ TƏYİNATLAR OLACAQ, GÖRƏCƏKSİNİZ Kİ…” – Ramiz Mehdiyev (VİDEO)
23.04.2018

“YENİ TƏYİNATLAR OLACAQ, GÖRƏCƏKSİNİZ Kİ…” – Ramiz Mehdiyev (VİDEO)

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO
23.04.2018

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO

Bütün Xəbərlər

FaceBook