Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

İctimai yerlərdə itləri ağızlıqsız gəzdirənləri hansı cəza gözləyir?

İctimai yerlərdə itləri ağızlıqsız gəzdirənləri hansı cəza gözləyir?
yüklənir...

Bu gün Bakının mərkəzində rotveller cinsli itin 4-5 yaşlı uşağa hücum etməsi ilə bağlı yayılan görüntülər izləyənləri şoka saldı. Yayılan videodan göründüyü kimi, it hamının gözü qabağında sahibinin əlindən çıxaraq uşağa hücum edir və onu tutub asfalt üzərində sürüyür, paltarını dartışdırır, onu parçalamağa çalışır. Uşağı qorxudan qışqırması, bağırtıları isə qan dondurur.

Qeyd edək ki, bu cür xoşagəlməz olaylar ilk dəfə deyil. Bakının mərkəzində, parklarında hər gün buruntaq olmadan, ağızı açıq şəkildə gəzdirilən itlərlə rastlaşırıq. Üstəlik, sahibli itlər adətən aqressiv it cinslərindən olur və bəzən ətrafda dolaşanların adi bir hərəkətindən açıqlanır, onlara hücum edir. Parklarda körpələrin, yaşlı insanların çoxluq təşkil etdiyini nəzərə alsaq itlərin ağzı açıq şəkildə gəzdirilməsinin nə dərəcədə təhlükəli olduğunu qeyd etmək olar.

Avropada, inkişaf etmiş ölkələrdə itlərin ağzılıqsız gəzdirilməsi qadağandır və bu barədə sərt tədbirlər həyata keçirilir. İtlərin ağızlıqsız gəzdirilməsi üçün xüsusi yerlər nəzərdə tutulub. O yerlər xaricində heç kim itini ağızlıqsız gəzdirə bilməz. İranda isə küçədə it gəzdirənləri 100-500 dollar məbləğində cərimə gözləyir.

Bəs Azərbaycanda ictimai yerlərdə itlərin buruntaq olmadan gəzdirənlər məsuliyyət və cəza daşıyırmı?


Tanınmış hüquqşünas İradə Cavadova mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bu çox ciddi mövzudur. Bu cür hallarla tez-tez rastlaşırıq. Dünya praktikasında sahibli itlərlə bağlı xoşagəlməz olaylar yaşananda sahibi ciddi məsuliyyət daşıyır. Çünki bəzən bilərəkdən kiminsə üzərinə iti hücum etdirir, ondan silah kimi istifadə edərək insanları qorxudurlar. Məhz Avropada it silah sayılır. Yəni iti kiməsə qarşı silah kimi yönəldəndə bunu məhkəmə silah kimi qəbul edə bilər. Lakin bizdə bu cür qərarlar yoxdur.

Ölkəmizdə İnzibati Xətalar Məcəlləsinin 290-cu maddəsi var. Həmin maddəyə əsasən ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılması, qidalandırılması, gəzdirilməsinə görə 200 manat cərimə edilir. Əgər inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermək haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilərsə, şəxs 300 manat məbləğində cərimə olunur. Əgər ev heyvanı zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirərsə və yaxud maddi ziyan vurarsa sahibi 800 manatdan 1000 manatadək cərimə olunur.

Düşünürəm ki, bu çox bəsit cərimədir. Əgər itlərin sahibləri onları ağızlıqsız gəzidirdikləri üçün ağır cərimə ilə cəzalandırılacaqlarını, məsələn 200 deyil, 1000 manat cərimə ödəyəcəklərini bilərlərsə, hesab edirəm ki, bu cür addım atmaqdan çəkinır, itlərin ictimai yerlərdə gəzidirlməsi qaydasını pozmazlar.

Bir məsələni də qeyd edim ki, rotveller cinsli itin hücumuna məruz qalan 4-5 yaşlı uşaq təbii ki, ağır psixoloji sarsıntı keçirib, travma yaşayıb. Bəlkə də uşaqda hər hansı xəsarətlər də baş qaldıra bilər. Bunun üçün valideynləri məhkəməyə müraciət edib, itin sahibinin cəzalandırılmasına nail ola bilərlər”.

Xalidə Gəray,
Musavat.com скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

Əli Həsənovun “Xocalı soyqırımı” kitabı Bişkekdə qırğızca və rusca çap olunub
20.02.2018

Əli Həsənovun “Xocalı soyqırımı” kitabı Bişkekdə qırğızca və rusca çap olunub

4 il yatıb, indi Məcəlləni dəyişmək istəyirdilər? – Millət vəkili
20.02.2018

4 il yatıb, indi Məcəlləni dəyişmək istəyirdilər? – Millət vəkili

Partiyaların seçki qərarı –Kimlər gedir, kimlər getmir?
20.02.2018

Partiyaların seçki qərarı –Kimlər gedir, kimlər getmir?

20.02.2018

"Afrin Əsədin nəzarətinə keçsə, Rusiya daha çox..."

Prezident bu şəxlərin təqaüdlərini artırdı (SƏRƏNCAM)
19.02.2018

Prezident bu şəxlərin təqaüdlərini artırdı (SƏRƏNCAM)

Siyavuş Novruzov: “Bütün siyasi məhbuslar azad edilməlidir”
19.02.2018

Siyavuş Novruzov: “Bütün siyasi məhbuslar azad edilməlidir”

ABŞ-ın Yaxın Şərq planlarının gerçək üzü-8 gizli maddə
19.02.2018

ABŞ-ın Yaxın Şərq planlarının gerçək üzü-8 gizli maddə

Əli İnsanovun elektoratı İlham Əliyevi dəstəkləyəcək
19.02.2018

Əli İnsanovun elektoratı İlham Əliyevi dəstəkləyəcək

Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”
19.02.2018

Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”

“Jerusalem Post”: Qaradağlıdakı qırğın erməni terrorizminə əsl sübutdur
19.02.2018

“Jerusalem Post”: Qaradağlıdakı qırğın erməni terrorizminə əsl sübutdur

Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələ nə idi?
19.02.2018

Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələ nə idi?

“Xarici qüvvələrin seçki ilə bağlı hansısa planları payıza hesablanmışdı”
19.02.2018

“Xarici qüvvələrin seçki ilə bağlı hansısa planları payıza hesablanmışdı”

Arzu Nağıyev: “Azərbaycan əsas portnyora çevrilir” MÖVQE
19.02.2018

Arzu Nağıyev: “Azərbaycan əsas portnyora çevrilir” MÖVQE

Bəşər Əsəd ordusunu Afrinə göndərir
19.02.2018

Bəşər Əsəd ordusunu Afrinə göndərir

Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi elçisini qəbul edib
19.02.2018

Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi elçisini qəbul edib

Sizdən KQB əməkdaşı olardımı? – Məntiq Testi
19.02.2018

Sizdən KQB əməkdaşı olardımı? – Məntiq Testi

BREJNEVİN TƏRCÜMƏÇİSİ:”Qorbaçovun bütün danışıqlarına qulaq asırdılar, bütün sirlərimizi bilirdilər”
19.02.2018

BREJNEVİN TƏRCÜMƏÇİSİ:”Qorbaçovun bütün danışıqlarına qulaq asırdılar, bütün sirlərimizi bilirdilər”

Seçki prosesi qızışır – iddiaçılar və imtinaçıların sayı artır
19.02.2018

Seçki prosesi qızışır – iddiaçılar və imtinaçıların sayı artır

Sarkisyan Azərbaycan dilində danışdı - “Haralısan?”
19.02.2018

Sarkisyan Azərbaycan dilində danışdı - “Haralısan?”

Akademikin qatili həbsxanada danışdı - Sensasion açıqlamalar
19.02.2018

Akademikin qatili həbsxanada danışdı - Sensasion açıqlamalar

19.02.2018

"Mən belə laqeyd cəmiyyətə görə çox qorxuram" - Anar

Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi
19.02.2018

Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi

Qarabağ məsələsi üçün yeni mərhələ - Bakının düşmənə “yubiley” sürprizi
19.02.2018

Qarabağ məsələsi üçün yeni mərhələ - Bakının düşmənə “yubiley” sürprizi

Nərgiz Paşayevanın qızı Bakıdakı məşhur kinoteatrı - Tənqid etdi
18.02.2018

Nərgiz Paşayevanın qızı Bakıdakı məşhur kinoteatrı - Tənqid etdi

“Bu, bizim şəhidlərimiz qarşısında olan borcumuzdur”
16.02.2018

“Bu, bizim şəhidlərimiz qarşısında olan borcumuzdur”

İlham Əliyev Dövlət Agentliyinə 18 milyon manat ayırdı
16.02.2018

İlham Əliyev Dövlət Agentliyinə 18 milyon manat ayırdı

20 ildə keçsə, heç vaxt seçkiyə qatılmayacaqlar-Seymur Süleymanov
16.02.2018

20 ildə keçsə, heç vaxt seçkiyə qatılmayacaqlar-Seymur Süleymanov

UZAĞI, APRELƏ QƏDƏR… KÖŞƏ YAZISI
16.02.2018

UZAĞI, APRELƏ QƏDƏR… KÖŞƏ YAZISI

Xain Orduxan xalqı təhqir etdi-Video
16.02.2018

Xain Orduxan xalqı təhqir etdi-Video

“Veysəloğlu” bu il yüzlərlə yeni iş yeri yaradacaq
16.02.2018

“Veysəloğlu” bu il yüzlərlə yeni iş yeri yaradacaq

İlham Əliyev: “Azərbaycan Avropa bazarına daxil olmağa hazırdır”
15.02.2018

İlham Əliyev: “Azərbaycan Avropa bazarına daxil olmağa hazırdır”

“Vaqner”in son rekviyemi | Suriyada öldürülən Rusiya muzdluları böyük qalmaqala səbəb ola bilər – TƏHLİL
15.02.2018

“Vaqner”in son rekviyemi | Suriyada öldürülən Rusiya muzdluları böyük qalmaqala səbəb ola bilər – TƏHLİL

Bütün Xəbərlər

FaceBook