Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

"Bütün sualların cavabları həmin “qara qutu”nun içərisində gizlədildi..."

yüklənir...

1991-ci il noyabrın 20- də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 26 il ötür. Azərbaycan siyasi elitasının həlak olduğu qəza ilə bağlı bu günə qədər açılmayan qaranlıq məqamlar var.

Tərəfdar.az Femida.az-a istinadən həmin faciə zamanı həlak olan dövlət katibi Tofiq İsmayılovun qızı Səbinə İsmayılova ilə müsahibəni təqdim edir:

- Söhbətimizə uşaqlıq illərinizdən başlayaq.Harada, necə keçib uşaqlığınız?

- Uşaqlığım ən unudulmaz anlarımdır. Gözümü açandan özümü xoşbəxt ailədə hiss etmişəm. Evimiz indiki Nizami küçəsində, Rəşid Behbudov adına mahnı teatrının yanındakı binada yerləşirdi. Orada nənəmgillə bir yerdə yaşayırdıq. Balaca bir otağımızda atam,anam və mən qalırdıq. Gecənin bir yarısı gözümü açırdım ki, atam yazı yazır. Gecələr işləməyi çox sevərdi.

...Onun işdən gəlməyini səbrsizliklə gözləyirdim. Çünki məni hər gün bulvara aparırdı. Elə olurdu ki, səbrim çatmırdı, iş yerinə gedirdim. Çox vaxt zarafatla mənə “Tofiq müəllimin köməkçisi gəldi”deyərdilər. Atama çox bağlı uşaq idim...





- Atanızın sizinlə bağlı arzusu nə idi?

- Atam məni yaxşı ailə sahibi olan qadın kimi görmək istəyirdi. Deyirdi ki, qardaşımdan o qədər də narahat deyil. Amma məndən çox nigarandır.Uşaqlıqdan həkim olmaq istəyirdim. Atam icazə vermədi. Deyirdi ki, ailəli xanım həkim ola bilməz. Ona görə də həkim ola bilmədim.Mənə həyatda qoyduğu yeganə qadağa bu olub.O, bizə çox azadlıqlar verirdi.





(Səbinə İsmayılovanın toy fotosu)


- Ailə həyatı qurarkən qərarı kim verdi?

- Bəli.Bəxtimdən qarşıma yaxşı insan çıxdı.Bir az tez ailə qurdum.Tələbə ola-ola artıq övladım var idi. Bir gün evə gələndə gördüm ki, atam qızım Laləyə yemək hazırlayır. Çox sevirdi nəvəsini.O, rəhmətə gedəndə qızım cəmi 4 aylıq idi. O, uşağa baxmaqdan həzz alırdı.

- Atanızın dostları kim idi? Evinizin qonaqları kimlər olurdu?

- Atamın dostları çox idi.Evimiz də daim qonaq-qaralı olurdu.Alimlər,kosmanvtlar daim evimizə gəlirdi. Mənim yadıma gəlir ki, Arif Paşayev,Arif Mehdiyev, Rafiq Əliyev daim bizə gəlirdi.Atamın çox yaxın dostlarından biri də Sadıx müəllim idi. Onlar ikisi hər gün bulvara gəzməyə gedərdilər. Atam faciəvi şəkildə ölümü ona pis təsir etmişdi. Təsəvvür edirsiniz, atamın ili təzə çıxmışdı ki, Sadıx dayı dünyasını dəyişdi. O, heç cürə barışa bilmirdi bu itki ilə...







- Tofiq müəllim xasiyyətcə necə insan idi?

- Çox mülayim idi. Bütün nəslin problemini özü daşımağa çalışırdı.O, ömrü boyu bir dəfə də olsun mənə əsəbləşməyib. Heç bir sillə də vurmayıb mənə. Baxmayaraq ki, mən çox nadinc uşaq idim.Məni cəzalandıranda yalnız vanna otağına salırdı... Dərhal da qapını açırdı...(Red- Gülür)

- Uşaqlığınız Nizami küçəsində keçib. Artıq böyümüsünüz. O küçəyə baxanda hansı xatirələriniz oyanır?

- Sual verdiniz uşaqlığım lent kimi gözümün önündə canlandı. 5 il əvvəl həyatımda ciddi problemlər yaşadım. Həmin vaxt getdim evimizin yaxınlığında dayandım. Çox heyfsləndim. Oturdum həyətdə gücüm çatan qədər qışqırıb, ağladım. Orada mənim atamın qoxusu, uşaqlığım və unudulmaz hisslərim yatır...

- İndi də durur həmin mənzil?

- Təəssüf ki, yox. Atam o evi əmimgilə vermişdi.Onlar İsrailə köçəndə evi satdılar.İstərdim ki,atamın vaxtı ilə yaşadığı həmin binada onun xatirə lövhəsi quraşdırılsın...Bu mənim arzumdur.

- Atanız tanınmış alim olmaqla yanaşı uzun müddət vəzifə sahibi də olub. Deputatlıqdan tutmuş Katibə qədər. Qapınıza köməyə gələn insanlar çox olurdumu?

- O vaxtlar bunun fərqində deyildim. Atam o qədər sadə insan idi ki... Hamı kömək üçün evimizə gəlirdi.Yadımdadır, Salatın Əsgərova şəhid olanda həyat yoldaşı evimizə gəldi. Atamdan xahiş edirdi ki,Salatın Əsgərovanın oğlu Ceyhunu ona qaytarmağa kömək etsin. Bildiyiniz kimi Salatın xanım həyat yoldaşından ayrılmışdı.Belə hadisələr çox olurdu. Həmin illərdə atam Moskvada deputat idi.Həftənin beşinci günü axşam Bakıya gəlirdi. Özüm şəxsən onu qarşılayırdım. Bazar günü axşam da yola salırdım... Evimizin qapıları bağlanmazdı. Atam evimizə gələn hər kəsə kömək edərdi. Bu xüsusiyyət mənə də keçib...


- Bildiyimə görə, atanızın mühafizəçisi də olmayıb...

- Həmişə deyirdi ki, xalqın içərisindədir.Ona görə də heç nədən ehtiyat etmirdi. Atam heç vaxt mühafizəçi ilə gəzməyib. Sürücüsü Tahir dayı idi. Ona “oğlum,” deyərdi atam. “Tahir, sənə güvənirəm, sür, gedək...”, deyirdi həmişə.Sürücü də atamdan sonra rəhmətə getdi ...

Mühfizəçidən sual verdiniz.Bir hadisə yadıma düşdü. Nənəmin cümə axşamı günü qapımız döyüldü.Gördüm ki, iki cavan oğlan qapıda dayanıb.Onlar polis işçisi idi. Rəhbərlik onları yas mərasimi keçirilən müddətdə evimizdə təhlükəsizlik tədbirləri üçün göndərmişdi.Atam bunu eşidəndə bərk əsəbləşdi. Dedi ki, mən razı olmaram, camaatın balası soyuqda mənə görə küçədə dayansın.Bizə tapşırdı ki, həmin polislərə çay,isti yemək verək. Qoymurdu ki, polislər soyuqda, qapıda dayansın. Onları elə içəri çağırırdı. Atam şəhid olanda həmin polislər 40 gün gəlib, getdilər.Elə ağlayırdılar ki, elə bil əzizlərini itiriblər...

- Məndə olan məlumata görə, general-leytenant Kərim Kərimovu Azərbaycana atanız gətirib. Bu haqda sizdə məlumat var?

- Uşaq vaxtı Moskvaya gedəndə Kərim müəllimin evində qalırdıq. Biliyiniz kimi O, Moskvada işləyirdi və yaşayırdı. Görkəmli alim-konstruktor, SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri idi. Keçmiş SSRİ-nin bütün kosmik gəmilərinin heyətlərini K.Kərimov şəxsən özü kosmosa göndərirdi. Kosmodromda kosmik heyətlər uçuşa hazır olmaları və uçuşun uğurla başa çatması haqqında məruzələri şəxsən ona edirdilər. Həmin məruzə və hesabatların efirə verildiyi telereportajlarda heç kim K.Kərimovun üzünü görməzdi, onun ancaq kürəyini göstərərdilər.Atam bizə deyərdi ki, hamı Kərim müəllimi görmək istəyir.Amma görə bilmir. “Buyurun, bu da hər kəsin görmək istədiyi Kərim müəllim” deyirdi.1987-ci ildən ona camaat içərisinə çıxmağa icazə verildi.O zaman atam onu Bakıya gətirdi. Rəhbərlikdən icazəsini şəxsən atam özü almışdı.Kərim müəllim bizim də qonağımız olmuşdu.Atam onun Bakıya gəlişinə tarixi hadisə kimi baxırdı.






- Nə qədər çətin də olsa, həmin tarixdən danışmağınızı istərdim.Atanızla son görüşünüz nə vaxt oldu?

- Ayın 19-da universitetdən çıxdım.Məni dərsdən atamın sürücüsü Tahir dayı götürdü.Maşında sürücü dedi ki,Tofiq müəllim hava limanına gedəcək.O vaxta kimi onun səfəri barədə bilmirdik. Gəldik,atamı iş yerindən götürdük. Maşında mənə dedi ki, sabah Qarabağa gedəcək.Əlavə heç nə demədi. Məni evə qoyub saçını, üzünü səliqəyə salmaq üçün bərbərə getdi. Çox yorğun idim.Yatmışdım,eşitdim ki, atam gəldi evə.Qızımı əzizləyirdi. O qədər yorğun idim ki, onu yola da sala bilmədim.Baxmayaraq ki, bu neçə ildə onu bütün səfərlərə yola salıb, qarşılayardım.

...Atam gedən gün nənəmin 40 mərasimi idi.Qəfildən işıqlarımız da söndü. Usta çağırsaq da, düzəldə bilmədi. Ona görə də, anam xalamgilə, mən də qardaşımın evinə getdim.

- Sizə xəbəri kim çatdırdı?

Hadisə baş verən gün biz qardaşım Mirheydərgildə idik. O, özü Moskvada idi.O vaxt dövlət televiziyasında eşitdik bu xəbəri.Heç cürə inana bilmədim. Diktor siyahını oxuyanda atamın adının həlak olanlar siyahısında olduğunu eşidəndə dünya mənim üçün zülmətə döndü. Uzun müddət özümə gələ bilmədim.Elə bildim ki, yuxudur.

- Atamın ölüm xəbərini eşidəndə özümü binadan atmaq istəyirdim.Bibim mane oldu.Onu itirməklə həyatdan küsdüm.Ölümünün yeddinci günü idi. Yuxuma girdi.Mənə yuxuda “sənin göz yaşlarını heç kim görməsin”, dedi. Çalışıram, insanların arasında ağlamayım. Amma təklikdə çox ağlayıram...Mən arxamı, dayağımı itirmişəm...





- Səbinə xanım, atanızın Mixail Qorbaçovdan, onun da atanızdan xoşu gəlmirdi.Tofiq müəllim bunun səbəbindən danışırdımı evdə?

- Bu qarşılıqlı nifrətin əsas səbəbi 20 Yanvar hadisələri və Qarabağ məsələsi ilə bağlıdır.Həmin vaxt atam 20 Yanvar qətliamının günahkarının Qorbaçov olduğunu və planın Moskvadan təşkil edildiyini demişdi. Atam o vaxtlar Ali Sovetin deputatı idi. Bu isə təbii ki,Qorbaçovun xoşuna gəlmirdi. Atam 1991-ci ildə Azərbaycanın Dövlət Katibi vəzifəsinə təyin ediləndən sonra Qorbaçov ona zəng etmişdi. Bu zəng atamın faciəvi şəkildə həlakından iki gün əvvəl olmuşdu. Qorbaçov telefonda atamı təbrik etmişdi.Təbii ki, bu təbrik səmimi deyildi. O, atama “qorxmursunuz, belə qarışıq zamanda həmin vəzifəyə gəlirsiniz?” demişdi. Atam cavabında “öz vətənimdə kimdən, nədən qorxmalıyam ki...” demişdi. Bu telefon danışığından iki gün sonra həmin vertolyot vurulmuşdu. Qorbaçov bilirdi ki, atam Qarabağa gedəcək. Onun atamı sevməməsinin əsas səbəbi Qarabağ məsələsi idi.Atam Qarabağ məsələsini ABŞ-da müzakirə etməyə gedərkən Qorbaçovun arvadı Raisa orada atama etiraz edibmiş. Deyirmiş ki, Tofiq İsmayılov bura nəyə gəlib.

- Həmin o illərdə ailənizə qarşı münasibət necə idi?

- Atama qarşı hörmət böyük olduğundan bizə qarşı da sevgisi olan insanlar çox idi.Amma aralarında naxələf çıxanlar da oldu. Yadımdadır,20 Yanvar hadisələri zamanı tələbə idim. İmtahan vaxtı olmasına baxmayaraq, tələbələrə formal qiymət yazılırdı. Çünki camaatın başı şəhidlərin yas mərasiminə qarışmışdı. Universitetdə Vəkil müəllim işləyirdi.Hamıya sorğu-sual etmədən qiymət yazmışdı. Mənə çatanda bildi ki, Tofiq İsmayılovun qızıyam. Dedi ki, get hazırlaş, gəl.Həmin müəllim mənə imtahandan 3 qiyməti yazmışdı.O, atamı hadisələrə vaxtından reaksiya verməməkdə günahlandırırdı...

Atama evdə dedim ki, sənin qızın olduğum üçün müəllim mənə 3 qiyməti yazdı.Atam heç nə demədi.Elə həmin gün Moskvaya getdi.Orada gərgin iclas keçirilmişdi.Atam 20 yanvar hadisələrində Qarbaçovu sərt tənqid etmişdi. Bu hadisədən sonra Vəkil müəllim mənə dedi ki, gəl, qiymətini düzəldim. Amma mən razı olmadım...

- Qorbaçovla atanızın belə düşmənçiliyi var idisə, niyə onun vəzifəyə gətirilməsinə mane olmamışdı?

- Yəqin mane ola bilməyibmiş...Yaxud da qəsdən planlaşdırılmış iş imiş ki, atamı aradan götürsünlər...

- Deyirlər, atanız Ayaz Mütəllibovun kadrı idi. Bu, həqiqətənmi belə idi?

- Yox. Bu, tamamilə səhv fikirdir. Atam 1970-ci illərdə Xəzər Kosmik Tədqiqatlar Mərkəzini yaradanda cavan kadr idi.Babam Kazım kişi özü hörmətli adam idi. II Dünya müharibəsi zamanı yaralanmış polkovnik idi. Salyan,Ağdaş rayonlarında katib, indiki dilnən desək, icra başçısı işləmişdi. Özü də Heydər Əliyevlə çox yaxşı münasibəti var idi. Atamı Moskvadan Bakıya babam gətirmişdi. İstəyirdi ki, burada işləsin. Azərbaycanda Kosmik Tədqiqatlar Mərkəzinin yaradılmasına hazırlıq getdiyi bir vaxtda ermənilər bundan xəbər tutmuşdu. İstəyirdilər ki, onlar bizi qabaqlayıb, Kosmik Tədqiqatlar Mərkəzi yaratsınlar. Bundan xəbər tutan atam gecə ikən Heydər Əliyevə zəng edib məlumat vermişdi.H.Əliyev gecə ilə danışıq aparıb, həmin mərkəzi yaratdılar. Atamı da Kosmik Tədqiqatlar Mərkəzinə direktor qoydu. Tofiq müəllim çox rəhbərlərin dövründə işləyib. Amma onu ilk olaraq vəzifəyə Heydər Əliyev təyin edib.Bu tarixi faktdır. Bunu necə danmaq olar?! Ayaz Mütəllibov hakimiyyətə gələndə atama bir çox vəzifələr təklif etmişdi.Atam getmək istəmirdi. Onun Dövlət Katibi təyin olunması isə iki saatın içərisində olmuşdu.Atam da o vəzifəyə sırf Qarabağ məsələsinin həlli üçün getmişdi.

- Hadisələrdən sonra Ayaz Mütəllibovla görüşünüz oldumu?

- O vaxtlar mənim 19 yaşım var idi. Çox adamla münasibət qurmurdum. Amma Mütəllibov atamın dəfnindən sonra bizə gəlmişdi.

- O vaxt deyirsiniz 19 yaşındaydınız. Bu gün artıq 45 yaşınız var. Sizcə, atanızın qatili kimdir?

- Bilmirəm. Bu acı həqiqət məni göynədir. Mənə bir məsələ yer edir ki, “qara qutu” ölkədən necə xaricə çıxarılıb.Bunu kim edib? Bütün sualların cavabları həmin “qara qutu”nun içərisində gizlədildi...Qutunu da Moskvaya aparmışdılar.

- Həqiqəti bilsəydiniz, nə dəyişərdi?

- Sadəcə atamın qatilinin üzünə tüpürərdim... Gözünün içinə baxmaq istəyərdim...Bəlkə, sakitlik taparam.

- Səbinə İsmayılova üçün Tofiq İsmayılov kimdir?

- Təkcə atam...

- Atanızdan sizə yadigar qalan eelə bir əşya varmı ki, ona baxanda atanızı xatırlayasınız?

- Atamdan mənə böyük uşaqlıq xatirəm qalıb.Bunlar silinməzdir. Amma bir maraqlı xatirəm də var. Uşaq idim. Atam xaricdən gəlmişdi.Əlində bağlı bir hədiyyə tutmuşdu. Mənə “qızım, bunu sənə cehiz gətirmişəm,” dedi. Bu günə qədər həmin qabı saxlamışam. Düzdür, evim yoxdur ki, onu ən sevdiyim guşəyə qoyum. İnşallah, kirayələrdən qurtulduqdan sonra ev alsam, o hədiyyəni ən gözəl yerə qoyacam.

- Sonda Tofiq İsmayılovun qızı kimi son sözünüz nədir?

- Mənim yeganə arzum atamın vaxtı ilə yaşadığı və hazırda bizdə olmayan mənzilinin girişində onun xatirə lövhəsi quraşdırılması və atamı Milli Qəhrəman adında görməkdir.Başqa bir istəyim yoxdur...скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

13.12.2017

Ərdoğan Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı

13.12.2017

“Heydər Əliyev şəxsiyyəti, irsi tam öyrənilməmiş bir salnamədir” – Məhərrəm Əliyev

12.12.2017

Heydər Əliyevin vəfatından 14 il keçir

12.12.2017

“Qiymətlər oynayan kimi ya “Veysəloğlu”nun üstünə düşürlər, ya “Azərsun”un” - İlham Məmmədzadə

09.12.2017

Leyla Yunusun məqsədi o olub ki, Azərbaycan əleyhinə iş aparmaqla varlansın – deputat

09.12.2017

“Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

08.12.2017

“HAQQIMDA YAZILANLAR CƏFƏNGİYYATDIR – Kəmaləddin Heydərov

08.12.2017

“ARAZ”la birləşmədən sonra “Favorit”in ilk marketi açıldı

07.12.2017

“Nar” cari ilin nəticələrini açıqladı

07.12.2017

“İlqar Məmmədov azadlığa buraxıla bilər...” - Prezidentin köməkçisi

07.12.2017

Ərdoğandan Yunanıstanda sərt çıxış - “NATO-ya bizim sayəmizdə girmisiz”

07.12.2017

Qubaya 3 milyon manat ayrıldı

07.12.2017

Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi

07.12.2017

“Azərbaycanda korrupsiya, rüşvətxorluğa qarşı mübarizə aparılır” - İlham Əliyev

06.12.2017

Nəsimidə zibilxana satıldı Qarabağ əlilinin maşını qarajda qaldı - FOTO

06.12.2017

Birinci vitse-prezident Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında

06.12.2017

Fazil Məmmədov ilk dəfə danışdı - “Səhhətimdə problem var...”

06.12.2017

Ramiz Mehdiyev Fazil Məmmədovu tənqid etdi

06.12.2017

Banklarda vəziyyət gərgin olaraq qalır: faizlər daha da aşağı salınacaq

06.12.2017

Ali Məhkəmə Vergilər Nazirliyi ilə bağlı məlumat yaydı - Sahibkarların 63.3 faizi...

06.12.2017

"Azərbaycan ərzaq təhlükəsizliyi sahəsindəki pərakəndəliyi aradan qaldıracaq" - Ramiz Həsənov

06.12.2017

"Azercell" şirkəti ilə bağlı şikayətlər artmaqdadır - VİDEO

06.12.2017

Prezident böyük islahata qərarlıdır: “Fazil Məmmədov özü vəzifədən getmək istəyib…” – Növbədə daha kimlər var?

06.12.2017

Manatın dizayneri: “Daha çox avrodan istifadə edirəm”

06.12.2017

Siyasətdə sən kimsən? Siyasi kimliyini müəyyən etmək üçün TEST

06.12.2017

Türkiyə, Rusiya və Ermənistan yeni ittifaq yaradır - VİDEO

06.12.2017

Bu ərazilərdə ev tikməyin! - Nazirlikdən xəbərdarlıq + Video

06.12.2017

NATO-da “RUS OXU” –Ərdoğan hərbi alyansdan niyə uzaqlaşır? –TƏHLİL

06.12.2017

“Ərdoğan istəyir tanısın, istəyirsə yox, Qüds yəhudilərin paytaxtıdır” –Rəsmi Tel-Əviv

06.12.2017

Hesablama Palatasının səlahiyyətləri artırıldı - SƏRƏNCAM

06.12.2017

Mikayıl Cabbarov: "Yaponiya ilə Azərbaycan arasında məhsuldar dialoq qurulub"

06.12.2017

“Sən kimsənki mənim maşınımda oturursan” - İçkili sürücü polislə mübahisə etdi - VİDEO

Bütün Xəbərlər

FaceBook