Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Plüralizm bir mədəniyyətdir

Plüralizm bir mədəniyyətdir
yüklənir...

Seymur Süleymanov: "Cənab İlham Əliyev ölkədə siyasi mədəniyyətin bir sözlə siyasi plüralizmin inkişafına öz dəstəyini hər zaman göstərir"

Müstəqil Azərbaycanın qazandığı, əldə etdiyi ən uğurlu nailiyyətlərdən biri də demokratiyanın daha da inkişaf etdirilməsi istiqamətində atdığı addımlar və bu istiqamətdə əldə edilən müsbət nəticələrdir. Bu gün təkcə Azərbaycan cəmiyyəti deyil, eləcə də bütün dünyaya, beynəlxalq aləmə Azərbaycanda mövcud olan demokratik ənənələr, prinsiplər bəllidir. Və o da bəllidir ki, Azərbaycan bu yola sadiqdir və bu yolda uğurla addımlayır. Çünki ölkədə demokratik prinsiplərin təmin olunması, onların yaşadılması, inkişaf etdirilməsi işi sağlam təməllər üzərində qurulub. Və bu siyasətin əsasını, təməlini ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdandan sonra qoyub.

Hazırda da ümummilli lider Heydər Əliyevin başlamış olduğu, təməlini qoyduğu bu siyasət Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə əsas demokratik prinsiplər, fikir, söz, məlumat, ifadə azadlığı, plüralizm təmin olunur və inkişaf etdirilir. Bu davamlı proses olduğundan Azərbaycan rəhbərliyi də qeyd edilən istiqamətdə zəruri addımlar atır. Və həm Azərbaycan cəmiyyəti, həm də beynəlxalq aləmdə belə bir əminlik yaradır ki, ölkəmiz bundan sonra da demokratik ənənələrə sadiq qalacaq. Elə bu günlərdə hakim Yeni Azərbaycan Partiyasının 25 illiyi ilə bağlı keçirilən mərasim də dövlət başçısı bunu bir daha vurğuladı: "Azərbaycanda bundan sonra da bütün azadlıqlar təmin ediləcəkdir. Biz demokratik cəmiyyət qururuq. Yeni Azərbaycan Partiyasının yaradılması demokratiyanın təzahürü idi. Bu gün biz demokratiya yolu ilə gedirik. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. Lakin sərbəst toplaşma azadlığından istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Halbuki bu, qətiyyən belə deyil, o uğursuz mitinqlərin səbəblərini onlar özlərində axtarmalıdırlar. Xalq o ünsürlərə çoxdan yox deyib. Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Ona görə yox ki, biz onlara maneçilik törədirik. Ona görə ki, onların, necə deyərlər, kitabı çoxdan bağlanıb. Qeyri-konstruktiv hərəkətləri, aqressiv davranışları onlara xalqın nifrətini birə-on artırır". Dövlət başçısı bir daha qeyd edib ki, Azərbaycanda heç bir məhdudiyyət yoxdur. Sərbəst toplaşma azadlığı, söz azadlığı, bütün digər azadlıqlar Azərbaycanda tam şəkildə təmin edilir və təmin ediləcəkdir. Elə Çağdaş Strateji Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Seymur Süleymanov da Azərbaycanda bütün demokratik prinsiplərin, fikir söz, məlumat azadlığı, plüralizmin ən yüksək səviyyədə təmin edildiyini deyir.

-Seymur bəy, hazırda Azərbaycanda siyasi plüralizmin təmin olunması hansı vəziyyətdədir?

-Plüralizm: bir və ya müxtəlif bir-birindən asılı olmayan varlığın əsası və ya növlərinə, biliklərin forma və əsaslarına, davranış üslubuna və s. əsaslanan mövqelərin bir araya gəlməsi deməkdir. Tarixi nöqteyi-nəzərdən, plüralizm ideyası Avropaya XVI və XVII əsrlərin dini münaqişələrin nəticəsində tolerantlığın tədricən qəbul edilməsi ilə yanaşı meydana gəlibdir. Plüralizm bir mədəniyyətdir. Və plüralizm cəmiyyətdə müxtəlif ideologiya və fikirlərin olması deməkdir. Plüralizm insanların azad düşünməsinə, hadisələr barədə öz fikrinin olmasına dəstək verir. Yəni, plüralizm fərqlilik, rəngarənglik və zənginlikdir. Çünki insan müstəqil şəxsdir, onun öz fikri, düşüncəsi və zövqü var. Bir şəxs özünü cəmiyyətə və ya cəmiyyətdəki çoxluğa uyğunlaşdırmağa məcbur deyil. Vahid ideologiyaya məcbur edilmiş cəmiyyətlər gec-tez plüralizm mədəniyyətinə qovuşacaqlar. Bu reallıqdır. Plüralizmin birneçə qollara şaxələnir. Elmi plüralizm, siyasi plüralizm, dini plüralizm, mədəni plüralizm kimi terminlərə ayrılır. Azərbaycanda bunların hamısı mövcuddur.

-Azərbaycanda siyasi plüralizmin mövcudluğu daha çox necə özünü büruzə verir və hansı cəhətlərinə görə, belə əminliklə deyər bilərik ki, Azərbaycanda siyasi plüralizm var?

-Nəinki siyasi pluralizm, eləcə də dini və mədəni plüarizm ölkədə sürətlə inkşaf edir. Azərbaycanda siyasi plüralizmin inkşafı 1993-cü ildən başlamışdır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi nəticəsində Azərbaycanda siyasi mədəniyyət formalaşdı. Hər bir şəxs düşüncəsini azad şəkildə ifadə etməyə başladı. H.Əliyevdən öncə ölkədə siyasi mədəniyyətin mövcudluğu müşkül məsələyə çevrilmişdir. Səbəbi isə hakimiyyət orqanlarının hərcmərcliyi və xalq üzərində basqılarından qaynaqlanırdı. Ancaq Heydər Əliyev gəlişi ilə bunlara son qoydu və ölkədə siyasi mədəniyyəti formalaşdırdı.

-Bu gün parlamentin tərkibi, parlamentdə təmsil olunan partiyalara maddi yardımın ayrılması fonunda da siyasi plüralizmin mövcud olduğunu söyləmək olarmı?

-Baxın, AXC-Müsavat zamanında Milli Məclisdə kim hakimiyyətə qarşı fikir səsləndirirdisə, elə ordaca dava düşürdü. Prezidentin qarşısında siqaret çəkərək, ölkənin problemin həllinə varmaq niyyətində idilər. Belə desək, siyasi pluralizm anlayışı 1993-cü ildə siyasətə qatıldı. Ancaq bunu da qeyd edim ki, Bakı məclisindən fərqli olaraq, Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olduğu zaman orada çoxdan siyasi mədəniyyət mövcud idi. İndiki zamanda siyasi pluralizm daha da inkşaf edib. Artıq onlayn mətbuat inkşaf edib, siyasi təşkilatlar çoxalıb və s. Bunlar ölkədə siyasi vəziyyətin hansı yöndə cərəyan etdiyinin bariz göstəricisidir.

-Partiyaların tutduğu xətt, nümayiş etdirdikləri siyasi mövqe bu sırada nə dərəcədə nümunə rolunu oynayır. Yəni ölkədə müxtəlif yönlü partiyaların fəaliyyət göstərməsi də siyasi plüralizmdən xəbər vermirmi?

-Özünüz fikir verin, ölkədə müxalif düşüncədə olanlar çox azdır. Və onlar fikirlərin həm hakimiyyət yönümlü mətbu orqanlarda, həm də müxalif mətbuatda rahatca ifadə edə bilirlər. Cənab İlham Əliyev ölkədə siyasi mədəniyyətin bir sözlə siyasi plüralizmin inkaşfına öz dəstəyini hər zaman göstərir. Bu Azərbaycanın demokratiya dəyərlərinə necə sahib çıxmasının göstəricisidir.

-Bəs digər ölkələrlə, xüsusilə region ölkələri ilə müqayisədə Azərbaycan bu sahədə hansı yerdə qərarlaşıb?

-Heç şübhə yox ki, birçox Qərb ölkələri demokratiya dəyərlərinin sadiqliyindən danışırlar, ancaq ölkələrində anarxiya höküm sürməkdədir. Azərbaycan faktiki vəziyyətdə elə ölkələrə nümunə olacaq səviyyədə inkşaf edib və etməkdədir. Azərbaycan Milli Məclisində bir çox partiyaları təmsil edən millət vəkilləri mövcuddur. Və təmsil olunan hər partiyanın fərqli siyasi xətti mövcuddur. Millət vəkili isə təmsil olunduğu partiyanın proqramına uyğun olaraq hərəkət etməkdədir. Belə olan halda əminliklə deyə bilərik ki, ölkədə siyasi pluralism ən üst səviyyədə inkşaf edir. Məsələn, tez-tez mətbuatda Milli Məclisin sədri ilə hansısa deputat arasında fikir ayrılıqları, mübahisələri olur. Ancaq bu məsələni elə səviyyədə həll edirlər ki, əsl demokratik prinsip normalarına uyğun olaraq. Bilirsinizmi, Milli Məclisdə uğrumuz odur ki, məsələ dövlət,vətəndirsə, burada nə partiya,nə də siyasi düşüncə,təkcə dövlətin maraqlarına xidmət edən millət vəkillərimiz var. Ancaq birçox ölkə var ki, öz siyasi maraqları naminə, öz dövlətinə və xalqına qarşı çıxan millət vəkilləri var. Bu çox təhlükəli məqamlardan biridir. Və bu hallar ölkədə siyasi vəziyyətin havasından xəbər verir. Başqa bir nüans. Dövlət, Milli Məclisdə təmsil olunan partiyalara maliyyə yardımı ayırır. Yuxarıda vurğuladığım kimi, parlamentdə hakim partiyanın hansısa məsələsini tənqid edən millət vəkilləri var, hətta onlara belə maliyyə yardımı ayrılır ki, maliyyə sıxıntısı yaşamasın. Və mövcudluğunu dəvam etdirsin. Bu Azərbaycanın sözün əsl mənasında siyasi plüralizmin pik həddidir.

--Sizcə, siyasi plüralizmdən partiyalar səmərəli istifadə edirlərmi, yoxsa bu sahədə də sui-istifadə hallarına yol verilir?

-Hakimiyyətin siyasi plüralizmin inkaşfına verdiyi töhvələr nəticəsində bu gün ölkədə siyasi sabitlik hökm sürməkdədir. Ancaq bu sabitlikdən narahat olan radikal düşüncədə olanlar da mövcuddur. Çox təəsüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan hakimiyyətinin siyasi plüralizmə verdiyi dəstəkdən narahat olan şəxslər, xarici dairilərdən 2-3 manat bəhrələnərək, bu prosesləri gözdən salmağa çalışır. Fikir verin, illərdir radikal düşüncədə olanlar, ölkədə siyasi plüralizmi əngəlləmək və xələl gətirmək üçün, dini plüralizmdən istifadə etməyə başlayırlar. Yəni siyasətdə məğlub olanlar, dini alət edirlər. Ölkəmizin heç bir uğruna sevinməyən,əksinə bu uğurlara əngəl törətmək üçün yüz cür hoqqalara əl atırlar. Qeyd etmək lazımdır ki, Azərbaycanda belə qruplaşma fəaliyyət göstərməkdədir. Bu isə birbaşa ölkədə siyasi plüralizmin hökm sürməsindən xəbər verir. Bunu yaşadan və dəstək verən isə Cənab prezident İlham Əliyevdir. Bu Azərbaycanın böyük uğrudur.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdirскачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

13.12.2017

Ərdoğan Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı

13.12.2017

“Heydər Əliyev şəxsiyyəti, irsi tam öyrənilməmiş bir salnamədir” – Məhərrəm Əliyev

12.12.2017

Heydər Əliyevin vəfatından 14 il keçir

12.12.2017

“Qiymətlər oynayan kimi ya “Veysəloğlu”nun üstünə düşürlər, ya “Azərsun”un” - İlham Məmmədzadə

09.12.2017

Leyla Yunusun məqsədi o olub ki, Azərbaycan əleyhinə iş aparmaqla varlansın – deputat

09.12.2017

“Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

08.12.2017

“HAQQIMDA YAZILANLAR CƏFƏNGİYYATDIR – Kəmaləddin Heydərov

08.12.2017

“ARAZ”la birləşmədən sonra “Favorit”in ilk marketi açıldı

07.12.2017

“Nar” cari ilin nəticələrini açıqladı

07.12.2017

“İlqar Məmmədov azadlığa buraxıla bilər...” - Prezidentin köməkçisi

07.12.2017

Ərdoğandan Yunanıstanda sərt çıxış - “NATO-ya bizim sayəmizdə girmisiz”

07.12.2017

Qubaya 3 milyon manat ayrıldı

07.12.2017

Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi

07.12.2017

“Azərbaycanda korrupsiya, rüşvətxorluğa qarşı mübarizə aparılır” - İlham Əliyev

06.12.2017

Nəsimidə zibilxana satıldı Qarabağ əlilinin maşını qarajda qaldı - FOTO

06.12.2017

Birinci vitse-prezident Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında

06.12.2017

Fazil Məmmədov ilk dəfə danışdı - “Səhhətimdə problem var...”

06.12.2017

Ramiz Mehdiyev Fazil Məmmədovu tənqid etdi

06.12.2017

Banklarda vəziyyət gərgin olaraq qalır: faizlər daha da aşağı salınacaq

06.12.2017

Ali Məhkəmə Vergilər Nazirliyi ilə bağlı məlumat yaydı - Sahibkarların 63.3 faizi...

06.12.2017

"Azərbaycan ərzaq təhlükəsizliyi sahəsindəki pərakəndəliyi aradan qaldıracaq" - Ramiz Həsənov

06.12.2017

"Azercell" şirkəti ilə bağlı şikayətlər artmaqdadır - VİDEO

06.12.2017

Prezident böyük islahata qərarlıdır: “Fazil Məmmədov özü vəzifədən getmək istəyib…” – Növbədə daha kimlər var?

06.12.2017

Manatın dizayneri: “Daha çox avrodan istifadə edirəm”

06.12.2017

Siyasətdə sən kimsən? Siyasi kimliyini müəyyən etmək üçün TEST

06.12.2017

Türkiyə, Rusiya və Ermənistan yeni ittifaq yaradır - VİDEO

06.12.2017

Bu ərazilərdə ev tikməyin! - Nazirlikdən xəbərdarlıq + Video

06.12.2017

NATO-da “RUS OXU” –Ərdoğan hərbi alyansdan niyə uzaqlaşır? –TƏHLİL

06.12.2017

“Ərdoğan istəyir tanısın, istəyirsə yox, Qüds yəhudilərin paytaxtıdır” –Rəsmi Tel-Əviv

06.12.2017

Hesablama Palatasının səlahiyyətləri artırıldı - SƏRƏNCAM

06.12.2017

Mikayıl Cabbarov: "Yaponiya ilə Azərbaycan arasında məhsuldar dialoq qurulub"

06.12.2017

“Sən kimsənki mənim maşınımda oturursan” - İçkili sürücü polislə mübahisə etdi - VİDEO

Bütün Xəbərlər

FaceBook