Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Bakı bağlarında ayı 9500 manata kirayəyə verilən villalar var - Açıqlama + Qiymətlər

Bakı bağlarında ayı 9500 manata kirayəyə verilən villalar var - Açıqlama + Qiymətlər
yüklənir...

Yay mövsümünün başa çatmasına 1 aydan da az qaldı. İstirahət üçün avqustu gözləyənlərin seçim imkanı daralıb - bölgələrdəki istirahət mərkəzlərində yerlər dolub. Son ümid Bakı kəndlərinədir – burada kirayə verilən bağ evləri çoxdur, amma mövsümün sonu olduğundan qiymətlər qalxıb.

Virtualaz.org saytı Bakı kəndlərində kirayə bağ evləri və villaların qiyməti ilə maraqlanıb. Bəlli olub ki, ötən illərə nisbətən bu mövsümdə villalarını kirayə verənlərin sayı daha çoxdur. Hətta villasında özü yaşadığı halda kirayənişin saxlamaq istəyənlər də az deyil. Villaların aylıq kirayə haqqı 2 min manatdan başlayır.

Ev dəllalı Adil Yusifov deyir ki, Mərdəkan, Bigəh, Pirşağı, Novxanıda ucuz bağ evi tapmaq çətindir. Xüsusilə, dənizə yaxın ərazilərdə bağ evlərinin kirayəsi 2000 manatdan başlayır.

"Novxanıda dənizə yaxın ərazidə daimi isti-soyuq suyu, hamamı, interneti, soyuducu sistemi olan 3 otaqlı bağ evlərinin qiyməti 2 min manatdır. Həyətində hovuzu, meyvə ağacları olan iki mərtəbəli bağ evlərinin qiyməti 2500 manatdan başlayır. Bəzən bağ seçənlər dənizə deyil, hovuza üstünlük verir”, - Adil söyləyir.

Mərdəkanda 6-10 min manata kirayə təklif edilən villalar da var. Ev dəllalı deyir ki, dənizin bir addımlığında, Rusiyada yaşayan iş adamına məxsus villada kiçik cənnət qurulub. Bu "cənnət” aylıq 10 min manata başa gəlir.

"5-6 min manatlıq villalar da var, sahibi günlərlə qapısını açmayıb. Bu il kirayə verilib, amma yaxın duran yoxdur”, - dəllal əlavə edir.

Villasında özü yaşasa da, kirayənişin axtaranlar da var. Belə evlərin qiyməti 2300-3000 manat arasındadır. Mətbəxt, hamam ayrıdır.

Novxanıda həm dənizə, həm də istirahət mərkəzlərinə yaxın yerləşən bağ evlərinin qiyməti 2600 manatdan başlayır. Məsələn, magistral yoldan 50 metr kənarda 2 mərtəbəli, 7 otaqlı, 2 mətbəx, 2 hamamı olan bağ evini 2700 manata kirayələmək olar.

Ev dəllalı Elçin Qənbərov deyir ki, 3 mərtəbəli əla təmirli villa 4200 manata təklif edilir. Həyətində 2 hovuz, 3 "besedka”, süni şəlalə, meyvə ağacları var. Villanın sahibinin Bakı kəndlərində 4-5 bağ evi var, müflüsləşəndən sonra kirayəyə çıxarıb.

Amma 800 manata da bağ evi tapmaq mümkündür.

"Avqustda mövsümün sonu olduğu üçün bahalaşma olur, bağlarda istirahət edənlər bilirlər, ona görə də, apreldən axtarışa çıxırlar. Tam təmirli, şəraiti olan bağ evi axtaranlar Azərbaycanda işləyən əcnəbilər və ya imkanlı ailələrdir”, - E.Qənbərov deyir.

Elan saytlarında da kirayə bağ evləri təklifləri var. Məsələn, Bilgəhdə dənizdən 500 metr aralıda 3 mərtəbəli bağ evini aylıq 5 min manata kirayə verirlər. Villada 4 yataq otağı, 3 hovuz, sauna, təndir, manqal var. Dənizin bir addımlığında süni şəlaləsi, bostanı olan villa 8 min manata kirayə verilir.

Şüvəlanda 9500 manata kirayə verilən bağ evində 22 ölkədən gətirilən ağac, 40 növ quş var.

Elçin onu da deyir ki, əvvəl ucuz bağlar çox olsa da, son bir ildə villasını kirayə verənlər artıb. Çünki bu villaları saxlamaq baha başa gəlir, kirayə ilə heç olmasa kommunal xərcləri çıxarmağa çalışırlar. Ölkəyə turist axını və bölgələrdə yerlərin dolmasından istifadə edib qiyməti artırırlar.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı söyləyir ki, bağ evlərinin kirayə qiyməti həmişə yüksək olub. Amma ötən illərə nisbətən kirayə bağ evi axtaranların sayında azalma müşahidə edilir, çünki maddi çətinlik burda da özünü göstərir.

"Qiymətlər evin dənizə yaxın olması, otaqların sayı və şəraitə görə dəyişir. Lakin ötən ilə nisbətən 3-5 min manata bağ evi kirayələmək istəyənlər azalıb”, - ekspert deyir.

Dənizi sevdiyi üçün hər il Bakı kəndlərinə üz tutan Mehman Məmmədov isə deyir ki, bağ evləri villalarla əvəzlənəndən kirayə evlərin qiyməti əlçatmaz olub.

"Son 4-5 ilə qədər bağ kirayə götürürdük, uşaqlar səhər-axşam dənizə gedirdilər. İndi şəraiti olan kirayə evlər aylıq maaşımdan da çoxdur, bağa, dənizə həsrət qalmışıq”, - Mehman təəssüflənir. Ev dəllalları ona Zirədə 200 manatlıq bağ təklif edir, təmirsiz 2 otağı, balaca həyəti var…скачать dle 10.6фильмы бесплатно

yüklənir...

XƏBƏR LENTİ

Nərgiz Paşayevanın qızı Bakıdakı məşhur kinoteatrı - Tənqid etdi
18.02.2018

Nərgiz Paşayevanın qızı Bakıdakı məşhur kinoteatrı - Tənqid etdi

“Bu, bizim şəhidlərimiz qarşısında olan borcumuzdur”
16.02.2018

“Bu, bizim şəhidlərimiz qarşısında olan borcumuzdur”

İlham Əliyev Dövlət Agentliyinə 18 milyon manat ayırdı
16.02.2018

İlham Əliyev Dövlət Agentliyinə 18 milyon manat ayırdı

20 ildə keçsə, heç vaxt seçkiyə qatılmayacaqlar-Seymur Süleymanov
16.02.2018

20 ildə keçsə, heç vaxt seçkiyə qatılmayacaqlar-Seymur Süleymanov

UZAĞI, APRELƏ QƏDƏR… KÖŞƏ YAZISI
16.02.2018

UZAĞI, APRELƏ QƏDƏR… KÖŞƏ YAZISI

Xain Orduxan xalqı təhqir etdi-Video
16.02.2018

Xain Orduxan xalqı təhqir etdi-Video

“Veysəloğlu” bu il yüzlərlə yeni iş yeri yaradacaq
16.02.2018

“Veysəloğlu” bu il yüzlərlə yeni iş yeri yaradacaq

İlham Əliyev: “Azərbaycan Avropa bazarına daxil olmağa hazırdır”
15.02.2018

İlham Əliyev: “Azərbaycan Avropa bazarına daxil olmağa hazırdır”

“Vaqner”in son rekviyemi | Suriyada öldürülən Rusiya muzdluları böyük qalmaqala səbəb ola bilər – TƏHLİL
15.02.2018

“Vaqner”in son rekviyemi | Suriyada öldürülən Rusiya muzdluları böyük qalmaqala səbəb ola bilər – TƏHLİL

Prezidentin köməkçisindən mühüm açıqlama: “Əvvəllər hər seçkidən sonra icra başçıları işdən azad edilirdi”
15.02.2018

Prezidentin köməkçisindən mühüm açıqlama: “Əvvəllər hər seçkidən sonra icra başçıları işdən azad edilirdi”

Arif Paşayev üçün özəl gün
15.02.2018

Arif Paşayev üçün özəl gün

Tofiq Yaqublu Müsavat başqanının müavini vəzifəsindən uzaqlaşdırılıb
14.02.2018

Tofiq Yaqublu Müsavat başqanının müavini vəzifəsindən uzaqlaşdırılıb

Prezident Administrasiyasına şikayətlər daha çox bu rayonlardan daxil olur – SİYAHI
14.02.2018

Prezident Administrasiyasına şikayətlər daha çox bu rayonlardan daxil olur – SİYAHI

Mehriban Əliyeva Britaniyanın ticarət elçisini qəbul edib
14.02.2018

Mehriban Əliyeva Britaniyanın ticarət elçisini qəbul edib

2.6 milyonluq ittihamla bağlı rəsmi açıqlama
14.02.2018

2.6 milyonluq ittihamla bağlı rəsmi açıqlama

İdris Koçovalının gerçəkdə kim olduğu üzə çıxdı – Kürt İdris kimdir?
14.02.2018

İdris Koçovalının gerçəkdə kim olduğu üzə çıxdı – Kürt İdris kimdir?

Qabil Hüseynli: “Bu, müxalifətin indiyə qədər buraxdığı ən böyük səhvdir”
14.02.2018

Qabil Hüseynli: “Bu, müxalifətin indiyə qədər buraxdığı ən böyük səhvdir”

ABŞ kəşfiyyatı:
14.02.2018

ABŞ kəşfiyyatı: "Dağlıq Qarabağda gərginlik 2018-ci ildə genişmiqyaslı hərbi münaqişəyə səbəb ola bilər"

Bir generalın manifesti: Ramiz Zeynalovun DYP üzərində qurulan imperiyası
14.02.2018

Bir generalın manifesti: Ramiz Zeynalovun DYP üzərində qurulan imperiyası

İlham Əliyevin qurultay nitqində “MİSAK-İ MİLLİ” kodları
14.02.2018

İlham Əliyevin qurultay nitqində “MİSAK-İ MİLLİ” kodları

BLOGERLİK JURNALİSTİKADA YENİ İSTİQAMƏT HESAB OLUNUR
13.02.2018

BLOGERLİK JURNALİSTİKADA YENİ İSTİQAMƏT HESAB OLUNUR

Meydan TV ermənilərlə sıx işləyir - FAKTLAR
13.02.2018

Meydan TV ermənilərlə sıx işləyir - FAKTLAR

Azərbaycanla bağlı həbs olunan siyasətçi bəraət aldı
13.02.2018

Azərbaycanla bağlı həbs olunan siyasətçi bəraət aldı

13.02.2018

"Ordumuzun peşakarlığı və qəhrəmanlığı işğalçı ordunun əl-qolunu bağlayır"

Prezidentin həyata keçirdiyi islahatlar - PA rəsmisi təhlil edir
13.02.2018

Prezidentin həyata keçirdiyi islahatlar - PA rəsmisi təhlil edir

Nazir söz verdi: “Korrupsiyanın kökü kəsiləcək”
13.02.2018

Nazir söz verdi: “Korrupsiyanın kökü kəsiləcək”

Növbədənkənar seçkilərə Moskvadan baxış: “İlham Əliyev xarici planların qarşısını aldı” (EKSKLÜZİV)
13.02.2018

Növbədənkənar seçkilərə Moskvadan baxış: “İlham Əliyev xarici planların qarşısını aldı” (EKSKLÜZİV)

Azərbaycan müəllimləri İlham Əliyevin namizədliyini dəstəkləyir
13.02.2018

Azərbaycan müəllimləri İlham Əliyevin namizədliyini dəstəkləyir

“Qaradağa Heydər Əliyevin adı verilsin” - Deputatdan təklif
13.02.2018

“Qaradağa Heydər Əliyevin adı verilsin” - Deputatdan təklif

İlham Əliyev: “Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir”
13.02.2018

İlham Əliyev: “Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir”

“LİBRAFF” kitab mağazaları şəbəkəsi Nigar Köçərlinin CAVABIN VERDİ
13.02.2018

“LİBRAFF” kitab mağazaları şəbəkəsi Nigar Köçərlinin CAVABIN VERDİ

Mayıl Şahverdiyevə general-mayor rütbəsi verilib
13.02.2018

Mayıl Şahverdiyevə general-mayor rütbəsi verilib

Bütün Xəbərlər

FaceBook