Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Vüqar Rəhimzadə: Bu, Ermənistanın mahiyyətini ortaya qoyur

Vüqar Rəhimzadə: Bu, Ermənistanın mahiyyətini ortaya qoyur
yüklənir...

25 il bundan əvvəl olduğu kimi, terrorist, vəhşi, quldur, qaniçən Ermənistan hakimiyyətinin işğalçılıq siyasəti bu gün də davam edir, dinc əhali hədəf seçilir. 1992-ci ildə Xocalı soyqırımını törədən vəhşi ermənilər bu gün də körpə, günahsız zəhraları qətlə yetirməklə öz şərəfsiz əməllərini davam etdirirlər. Azərbaycan Ordusu öz ərazi bütövlüyünün bərpası uğrunda ədalətli mübarizə apardığı, düşmən təxribatlarının qarşısını aldığı halda, bəşər cəmiyyəti üçün hər zaman təhlükə olan, insani xüsusiyyətlərdən uzaq olan vandal ermənilər isə yalnız dinc əhaliyə güllə atmaqla öz şərəfsiz və çirkin əməllərini bir daha ortaya qoyurlar. Təbii ki, quldur və terrorçu ermənilərin bu əməlləri cavabsız qalmayacaq, qətiyyətlə qeyd etmək istəyirəm ki, güclü Azərbaycan Ordusu və güclü Azərbaycan əsgəri adekvat addımlar atacaq, 2016-cı ilin aprelində olduğu kimi yenidən düşmənə öz yerini göstərəcək. Bu cinayətkar əməlləri törədən ermənilər gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklər. Şübhəm yoxdur ki, onlara havadarlıq edən qüvvələrin və bəzi beynəlxalq təşkilatların ikili yanaşmasına baxmayaraq, bu əməllərin sahibləri cəzasız qalmayacaq.

Tərəfdar.az xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyevanın və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmasına münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, mənfur Ermənistan silahlı birləşmələrinin dinc əhalimizə və mülki obyektlərimizə hücumları, insan haqlarının, 1949-cu il Cenevrə konvensiyalarının, eyni zamanda, fundamental azadlıqlara dair Konvensiyanın ciddi və kobud şəkildə pozulmasıdır.

V.Rəhimzadə qeyd edib ki, düşmənin bu cür təxribat xarakterli əməlləri cəbhə bölgəsində yaşayan soydaşlarımızda qorxu yaratmaq məqsədi daşıyır. "Ancaq azğın düşmən unudur ki, Azərbaycan xalqı, Azərbaycan Ordusu güclüdür, mübarizdir, heç nədən qorxmur. Xüsusilə cəbhə bölgəsində yaşayan soydaşlarımız daim azğın düşmənlə üz-üzə dayansalar da qorxmaz, mərd şəkildə öz həyatlarını davam etdirir, torpaqlarımızın düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözləyirlər. Şübhəsiz ki, o gün uzaqda deyil”,- deyə baş redaktor vurğulayıb.

YAP Siyasi Şurasının üzvü bildirib ki, bəzi beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələdə qətiyyətli mövqe ortaya qoymalı, işğalçı Ermənistana təzyiqlər göstərilməlidir. O deyib: "Təəssüf ki, artıq 25 ildir biz bunun şahidi olmuruq. Zaman-zaman regiona səfər edən və protokol xətrinə bəyanatlar yayan həmsədrlər qəti şəkildə mövqe ortaya qoymurlar. Onlar işğalçı ilə işğala məruz qalana eyni münasibət sərgiləyirlər. Bu isə Azərbaycan ictimaiyyətində böyük təəssüf hissi doğurur və Minsk qrupunun fəaliyyətinə böyük şübhələr yaradır. Günahsız körpələrin qətlə yetirilməsi vandal Ermənistanın terrorçu mahiyyətini bir daha ortaya qoyur. Beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupu bunu dilə gətirməli, ikili standartları bir kənara qoyub ədalətli mövqe nümayiş etdirməli, Ermənistanı işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməyə, soyqırımı siyasətini dayandırmağa məcbur etməlidir”.скачать dle 10.6фильмы бесплатно

yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

13.12.2017

“Mehriban Əliyeva öz komandasına rüşvətə meyli olmayan istedadlı şəxsləri seçir” - Elçin Şıxlıdan maraqlı MÜSAHİBƏ

13.12.2017

Ərdoğan Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı

13.12.2017

“Heydər Əliyev şəxsiyyəti, irsi tam öyrənilməmiş bir salnamədir” – Məhərrəm Əliyev

12.12.2017

Heydər Əliyevin vəfatından 14 il keçir

12.12.2017

“Qiymətlər oynayan kimi ya “Veysəloğlu”nun üstünə düşürlər, ya “Azərsun”un” - İlham Məmmədzadə

09.12.2017

Leyla Yunusun məqsədi o olub ki, Azərbaycan əleyhinə iş aparmaqla varlansın – deputat

09.12.2017

“Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

08.12.2017

“HAQQIMDA YAZILANLAR CƏFƏNGİYYATDIR – Kəmaləddin Heydərov

08.12.2017

“ARAZ”la birləşmədən sonra “Favorit”in ilk marketi açıldı

07.12.2017

“Nar” cari ilin nəticələrini açıqladı

07.12.2017

“İlqar Məmmədov azadlığa buraxıla bilər...” - Prezidentin köməkçisi

07.12.2017

Ərdoğandan Yunanıstanda sərt çıxış - “NATO-ya bizim sayəmizdə girmisiz”

07.12.2017

Qubaya 3 milyon manat ayrıldı

07.12.2017

Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi

07.12.2017

“Azərbaycanda korrupsiya, rüşvətxorluğa qarşı mübarizə aparılır” - İlham Əliyev

06.12.2017

Nəsimidə zibilxana satıldı Qarabağ əlilinin maşını qarajda qaldı - FOTO

06.12.2017

Birinci vitse-prezident Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında

06.12.2017

Fazil Məmmədov ilk dəfə danışdı - “Səhhətimdə problem var...”

06.12.2017

Ramiz Mehdiyev Fazil Məmmədovu tənqid etdi

06.12.2017

Banklarda vəziyyət gərgin olaraq qalır: faizlər daha da aşağı salınacaq

06.12.2017

Ali Məhkəmə Vergilər Nazirliyi ilə bağlı məlumat yaydı - Sahibkarların 63.3 faizi...

06.12.2017

"Azərbaycan ərzaq təhlükəsizliyi sahəsindəki pərakəndəliyi aradan qaldıracaq" - Ramiz Həsənov

06.12.2017

"Azercell" şirkəti ilə bağlı şikayətlər artmaqdadır - VİDEO

06.12.2017

Prezident böyük islahata qərarlıdır: “Fazil Məmmədov özü vəzifədən getmək istəyib…” – Növbədə daha kimlər var?

06.12.2017

Manatın dizayneri: “Daha çox avrodan istifadə edirəm”

06.12.2017

Siyasətdə sən kimsən? Siyasi kimliyini müəyyən etmək üçün TEST

06.12.2017

Türkiyə, Rusiya və Ermənistan yeni ittifaq yaradır - VİDEO

06.12.2017

Bu ərazilərdə ev tikməyin! - Nazirlikdən xəbərdarlıq + Video

06.12.2017

NATO-da “RUS OXU” –Ərdoğan hərbi alyansdan niyə uzaqlaşır? –TƏHLİL

06.12.2017

“Ərdoğan istəyir tanısın, istəyirsə yox, Qüds yəhudilərin paytaxtıdır” –Rəsmi Tel-Əviv

06.12.2017

Hesablama Palatasının səlahiyyətləri artırıldı - SƏRƏNCAM

06.12.2017

Mikayıl Cabbarov: "Yaponiya ilə Azərbaycan arasında məhsuldar dialoq qurulub"

Bütün Xəbərlər

FaceBook