Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

"Ali məktəblərə keçid balları aşağı salınacaq"

yüklənir...

"Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarının I mərhələsində abituriyentlərin aşağı nəticə göstərməsi 2017/2018-ci tədris ilində bir çox plan yerlərinin boş qalmasına səbəb olacaq"

Bu barədə AzVision.az-a təhsil üzrə ekspert Kamran Əsədov bildirib. Onun sözlərinə görə, Azərbaycanda ali təhsil müəssisələri üçün nəzərdə tutulan qəbul planı ildən-ilə artırılsa da, qəbul olmaq üçün sənəd verənlərin sayında kəskin azalma müşahidə olunur.

"2017-2018-ci tədris ili üçün 160 ixtisas üzrə 43000 plan yeri ayrılıb. Onlardan 14 000-i I, 12500-ü II, 10 000-i III, 3300-ü IV, 3200-ü isə V ixtisas qrupu üzrə nəzərdə tutulur. 2014/2015-ci tədris ilində ali məktəblərə ayrılan plan yerlərinin sayı 37 763 olmuşdusa, 2015/2016-cı tədris ilində bu rəqəm 38 831, 2016/2017-cı ildə 41 736-ya çatıb.

Lakin ali məktəblər qəbul plan yerlərini tam şəkildə doldura bilməyiblər. Hətta özəl universitetlərin bəziləri cəmi 11 faiz plan yerini doldura bilmişdi. Ümumilikdə, özəl universitetlər 2016-cı ildə 50 faiz plan yerinə qəbul apara bilməyib. Bu il isə Azərbaycanda fəaliyyət göstərən 54 universitetin hamısını təhlükə gözləyir. Belə ki, 30 aprel və 7 may tarixlərində DİM tərəfindən keçirilən qəbul imtahanının I mərhələsində iştirak edən 64 220 abituriyentdən 31 383-ü müsabiqədə iştirak etmək hüququ (200 baldan çox toplayıb) qazanıb. Onlardan da 10 421-i I, 9 415-i II, 8 804-ü III, 2 743-ü isə IV ixtisas qruplarının payına düşüb".

K.Əsədov qeyd edib ki, plan yerlərinin sayına və müsabiqədə iştirak etmək hüququna malik olan abituriyentlərin sayına baxdıqda I, II və IV qruplarda böyük sayda plan yerlərinin boş qalacağını söyləmək olar.

"Ümumilikdə bu il abituriyentlərin qəbul imtahanlarındakı göstəriciləri aşağı səviyyədədir. Əvvəlki illərlə müqayisədə ali təhsil müssəsisələrinə imtahan verən abituriyentlərin sayı azalıb. Sayın azalması qəbul imtahanında iştirak edən abituriyentlərin keyfiyyət göstəricisi faizinin artmasına təsir göstərsə də, ümumi nəticə qənaətbəxş deyil. Əvvəlki illərdə TQDK (DİM) əvvəlcədən müəyyən etdiyi müsabiqə üçün keçid balını abituriyentlərin müsabiqə şərtlərini yetərli sayda ödəmədiyinə görə, hətta 150-yə belə aşağı salırdı. Lakin son 2 il ərzində Təhsil Nazirliyinin müraciəti əsasında bu baş vermir, keçid balı ilk elan edildiyi səviyyədə saxlanılır. Lakin bu il hesab edirəm ki, keçid balları aşağı salınacaq. Çünki vəziyyət olduqca təhlükəli həddədir. Hətta bəzi universitetlərin fəaliyyət göstərib-göstərməyəcəyi belə sual altına düşə bilər".

Ali təhsil müəssisələrində açılması planlaşdırılan ödənişli hazırlıq kurslarına gəlincə, ekspert deyib ki, bu il üçün həmin planın reallaşacağı mümkünsüzdür.

"Bir neçə ay əvvəl təhsil naziri tərəfindən ali təhsil müəssisələrində hazırlıq kurslarının açılacağı ilə bağlı irəli sürülən təklif real görünmür. Bu il üçün onun həyata keçrilməsi mümkün deyil. Ən azından ona görə ki, universitetlərin buna hazırlığı aparılmır. Layihənin özünü doğrultması gözlənilən deyil".

yüklənir...

XƏBƏR LENTİ

20.08.2017

Azərbaycan Tərtər istiqamətində pilotsuz aparat tətbiq edirsə bunun ruslara nə dəxli?-“NEZAVİSİMAYA QAZETA”DAN ABSURD

20.08.2017

Həvva necə olub: 10 ən qədim qadın

20.08.2017

“Azəri deyilən bir millət yoxdur, bunu xiyar Stalin uydurub” – Türkiyəli alim

18.08.2017

Bölgələrdə yaşayan ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatdı

17.08.2017

Kəmaləddin Heydərov vitse-prezident oldu

17.08.2017

Ürək dərhal dayana bilər – Diqqətli olun!

16.08.2017

Aprel şəhidinin doğum günüdür — Xanımı onu belə təbrik etdi - MƏKTUB

16.08.2017

"Qarabağ"a qələbə qazandıran Mahir Mədətov tanınmış prodüserin övladıdır

16.08.2017

Prezident hərbçiləri təltif etdi – Adlar

16.08.2017

Kanadada yaşayan Həsən Səftərovdan bütün nəsli imtina etdi

15.08.2017

İran prezidenti: “ABŞ sanksiyaları tətbiq etsə, İran nüvə sazişindən çıxacaq”

15.08.2017

Prezident sərəncam imzaladı

14.08.2017

"İnfiniti" Fəxri Xiyabanın qarşısındakı dayanacağı zəbt etdi: Yol polisi görməzdən gəldi, dava düşdü

14.08.2017

“Bizə silah verin, Sarkisyanın dəstəsini məhv edək” – Yerevanda üsyan ÇAĞIRIŞLARI

14.08.2017

Ramil Quliyev dönər kəsib, kabab bişirdi- FOTOLAR

14.08.2017

Mirşahin Ağayev : "Lütfi Zadə ölməyib, özüm danışdım..."

14.08.2017

“Bu, Rusiyanın Azərbaycana hərbi intervensiyasına gətirib çıxara bilər...”

14.08.2017

UNESCO-nun ideyalarına sədaqət nümunəsi olan xoşməramlı səfir-Mehriban Əliyeva

13.08.2017

Helsinki Vətəndaş Assambleyası: Ermənistanda kişi çatışmazlığı var

11.08.2017

Ramil Quliyevdən açıqlama: “Mən Türkəm, Atatürkün övladıyam”

11.08.2017

İlham Əliyev Ramili təbrik etdi: "Səninlə fəxr edirik!"

11.08.2017

Azərbaycan Naxçıvana böyük hərbi qüvvə cəmləyir

11.08.2017

“Nəvəmi öz əlimlə polisə təhvil vermişəm”

09.08.2017

Üçüncü dünya müharibəsinin "ayaq səsləri" eşidilir — TƏHLÜKƏLİ GƏRGİNLİK

09.08.2017

Şimali Koreya böhranı: “Atəş və qəzəb”dən sonra nə baş verə bilər?

09.08.2017

Rusiya, ABŞ və İsrail arasında gizli danışıqlar ortaya çıxdı

08.08.2017

Uşaqları belə cəzalandırın: fransalı pedaqoqla a-dan z-yə HƏR ŞEY - MÜSAHİBƏ

08.08.2017

"Erməni vəhşiliyi dözülməzdir" - Fransız senator

08.08.2017

Türkiyədən Almaniya ilə bağlı - Qərar

08.08.2017

İraq kürdlərə qarşı birləşir - Kampaniya

08.08.2017

Ramil Usubov Şəkidə bölgə sakinlərini qəbul edəcək

08.08.2017

OBA marketlər şəbəkəsi status müəlliflərini mükafatlandırıb

Bütün Xəbərlər

FaceBook