Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

“Şirvanşahlar tariximizin utanc yeridir...” - Ekspert

“Şirvanşahlar tariximizin utanc yeridir...” - Ekspert
yüklənir...

Teleqraf.com təhsil üzrə ekspert, AMEA tarix insitutunun Qafqaz ölkələri bölümünün işçisi, Bakı Dövlət Universitetinin Azərbaycan Tarixi kafedrasının doktorant müəllimi Kamran Əsədovla müsahibəni təqdim edir.

- Kamran müəllim, neçə yaşınızdan Bakı Dövlət Universitetində dərs deyirsiniz?

- Rəsmi olaraq 2012-ci ildən. Ondan əvvəl isə 2003-2007-ci illərdə BDU tarix fakültəsinin bakalavr pilləsi üzrə, 2007-2009-cu illərdə Türk dünyası tarixi üzrə magistr təhsili almışam. İndi Azərbaycan Tarixi kafedrasının doktorant müəllimiyəm.

- Ürəyinizdən kafedra müdiri olmaq keçmir ki?

- Əlbəttə. Amma indi yüzlərlə kafedrada olduğu kimi standart yox, aktiv. Çünki Azərbaycan Universitetlərində kafedralar ancaq müəllimin dərs arası oturma və ya hansısa iclasın keçrilməsi funksiyasını yerinə yetirir. Daha dinamik, aktiv kafedra formalaşdırmaq lazımdır. İnanın, kafedraya daxil olan yüzlərlə müəllim var ki, nə məqaləsi dərc olunub, nə kitabı. Sadəcə olaraq, vaxt keçirir.

- Bəs siz hansı əhəmiyyətli tədbirlər edəcəksiniz? Digərlərindən necə fərqlənəcəksiniz?

- Düşünürəm, tələbə, magistr və doktorantlarla daha aktiv fəaliyyət göstərən kafedra təşkil edərəm. Bilirsiz, bizdə tələblərə verilən sərbəst iş, buraxılış işi mövzuları çox əhəmiyyətsiz və təkrar mövzulardır. Həcmlə bağlı isə kəskin tələblər var. Heç kimin öz fikri yoxdur, tələbənin öz fikri qəbul edilmir. Hesab edirəm, verilən mövzular daha aktual olmalı, kafedralarda müzakirə simvolik olmamalıdır. Həcm az olsun amma əsaslı olsun. Bundan başqa, tələbənin beynəlxalq indeksli jurnallarda məqalələr dərs etməsinə imkanlar yaradaram, onların arxiv sənədləri ilə tanış olmasına geniş şərait quraram. Amma bu sadalananların heç biri bizdə yoxdur. Ancaq təhsilin sonrakı pillələrində olur.

Ən çox görmək istədiyim iş isə beynəlxalq əməkdaşlıq olardı. Xarici ölkələrdəki ixtisas üzrə kafedralarla.

- Xarici tələbələrlə bizim tələbələr arasındakı fərq nələrdir? Azərbaycan tələbəsinin nöqsanı nədədir?

- Bizim tələbələr zamanın tələblərinə cavab vermir. Yəni xarici dil bilmir, öz üzərində iş aparmır. Azərbaycanda hazırda 165 min tələbə var və onların böyük əksəriyyəti ancaq diplom almaq üçün oxuyur. Uğurlu və peşəkar səviyyədə kadr olmaq istəyən azdır. Bu məsələdə universitetlər də günahkardır.

Xaricdə tələbələr sərbəst şəkildə araşdırmalar edir, layihələr həyata keçirir. Azərbaycan tələbəsi ancaq evdən çıxmaq üçün, vaxt keçirmək üçün, qızlar isə ərə getmək üçün universitetə qəbul olur. Onlar gələcəkdə nəsə ixtira etməyi düşünmürlər.

- Orta məktəblərdəki təhsil səviyyəsindən danışaq.

- Biz orta məktəbdən nə istədiyimizi bilmirik. Əslində, orta məktəb şəxsiyyət, vətəndaş yetişdirməlidir. Amma biz 500, 600 bal toplayan abituriyentlər istəyirik. İnsan eyni zamanda iki şəxs ola bilməz. Bizim şagirdlər ibtidai sinifdə çantanın ağırlığı altında əzilir, yuxarı sinifdə də dərsliklərin informasiya ağırlığının altında əzilir. Orta məktəbdə 80 faiz fiziki, psixoloji cəhətdən xəstə vətəndaş yetişir. Məktəblilərin əksəriyyəti fiziki inkişafdan geri qalıb, gözləri zəif görür. Ədəbi dildə desək, məktəblər kitab yüklü xəstəqasımlar yetirir. Məzunların hər il neçə bal toplaması ilə öyünürük, onun statistik göstəricilərini açıqlayırıq, amma hansı məktəbin nə qədər əsgər yetişdirilməsi, şəhid verməsi ilə bağlı statistik göstəricilər yoxdur. Bizdə müəllim adı, məktəb-şagird adı tarixin dərinliyinə dəfn olunub.

- Sizcə, bu proses nə vaxtdan baş verdi? Test üsulundan sonramı?

- Test sadəcə seçim üsuludur. Bu, eyni vaxtda iddiaçı olan minlərlə insanın seçməsi üçün ən yaxşı üsuldur. Amma biz test imtahanında toplanılan balı bilik səviyyəsi kimi müəyyən etdikdən sonra təhsil öldü. Yəni daha keyfiyyətli təhsil yox, kəmiyyət artımı olan bal əsas götürüldü. Kiminsə 700 bal toplaması onun savadlı və ağıllı, digərinin isə 150 bal toplaması onun savadsız və avara olması kimi qiymətləndirildi. Ola bilsin gələcəkdə 150 bal toplayıb heç bir ali təhsil almayan abituriyent ilk növbədə insanlığa, sonra isə dövlətə, millətə daha çox fayda verəcək.

Müəllimlərin fəaliyyəti ancaq onun məzunlarının qəbul imtahanlarında topladıqları ballar ilə müəyyən olunduğuna görə, müəllim adı moddan düşdü. İndi hətta təhsili olmayan da TQDK-nın (DİM) test və kitablarını əzbərləyib 5-6 şagird götürüb hazırıq keçir və olur müəllim. Üç mindən çox insan saxta sənədlərdən istifadə edərək müəllim olub. Bunlar təhsili məhv edir.

- Onda belə çıxır, təhsilimiz tənəzzül edir?

- Əgər alternativ imtahan keçirilməsi tətbiq olunmasa, şagirdlərin orta məktəb göstəriciləri ali məktəblərə qəbul zamanı nəzərə alınsa, geriyə doğru hərəkət dayanar. Bizim məktəblilər bədii kitab, bədii əsərlər oxumur. Ancaq test əzbərləyir. Sabah onlar övladlarına beşik başında hansı şeiri, nağılı oxuyacaqlar?

Orta məktəbləri bitirən heç bir şagird orda həyat üçün lazım olan bilik, bacarığa yiyələnmir. Hansı məktəbli ilkin tibbi yardımı, sistem vurmağı, təzyiq ölçməyi bilir? Heç biri.

- Sovet dövrünün şagirdləri indikilərdən dahamı ağıllı, savadlı, dünyagörüşlü idilər?

- Hər dövrün tələbləri var. O zaman informasiya texnologiyaları indiki qədər inkişaf etməmişdi, dünyaya çıxış az idi. İndi şagirdlər müəllimdən çox informasiyaya sahibdirlər. Hətta şagird məktəbə getmədən istədiyi biliyi əldə edə bilər. Amma sovetlər dönəmində mənbə ancaq məktəb, kitab idi. Biz köhnə oyunçularla yeni oyun qaydaları müəyyən edirik. Məktəbə baxış dəyişməlidir. Hətta şagird məktəbə getmədən belə təhsilini davam etdirmək imkanlarına sahib olmalıdır. Məktəb-təhsil əlçatmaz yox, əlçatan olmalıdır. Maneəsiz, davamlı təhsil imkanları yaradılmalıdır. Qadağa və məhdudiyyətlərlə nəyəsə nail olmaq mümkün deyil.

- Kamran müəllim, sizcə, qəbul imtahaninda istifadə olunan test tapşırıqları köhnədir? Təkrar suallardan çox istifadə olunur?

- Mövzu konkretdir, ona yazacağımız suallar dəyişməlidir. Bu, elə də çətin proses deyil. Amma 2013, 2014, 2015, 2016-cı illərdə istifadə olunan test tapşırığında bir nöqtə belə dəyişmədən olduğu kimi yenidən istifadə etmək onu göstərir ki, test imtahanı keçirənlər ya tükənib, ya da özlərini əziyyətə, xərcə salmaq istəmirlər.

Adi bir mövzuya uyğun müxtəlif dərəcəli və formalı minlərlə test tapşırığı hazırlamaq olar. Amma bu edilmirsə, yaxşı hal deyil. Düşünürsən ki, neçə il eyni test tapşırığından istifadə olunursa, burda bəlkə başqa maraq var? Yəni imtahanda iştirak edənlərin böyük əksəriyyəti suallara cavab versin, süni olaraq ballar yaxşı olsun. Amma reallıqda toplanan ballar həqiqəti əks etdirmir.

- Sizcə, elə bir müəllim ola bilərmi ki, heç tələbələrinizdən rüşvət almısınızmı sualına “bəli, almışam” deyə cavab versin?

- Burda ikili yanaşma var. Ya rüşvəti alıb, ya da veriblər. Yəni tələbə oxumur, kefindən deyir ki, al bunu, məni yola ver. Bir də var, müəllim tələbədən məcburi şəkildə pul tələb edir. Hər ikisi pisdir, amma ikinci şərəfsizlikdir. Əqidəsi olan, şərəfi olan rüşvət almaz. Əgər nəfsinə uyub alıbsa və sadaladığım keyfiyyətləri varsa, etiraf edər, səhv də olsa özünə haqq qazandırmaq üçün açıqlama verər. Ən azından deyər ki, 55 manata qədər pul almaq rüşvət deyil, hədiyyə hesab olunur.

- Niyə məhz 55 manata qədər?

- Korrupsiya haqqında Azərbaycan Respublikası qanununun tələbi ilə.

- Yəni müəllim tələbəyə 55 manata istədiyi qiyməti yaza bilər? Burda heç bir cinayət tərkibi yoxdur ki?

- Bir dəfədən çox olduqda, bəli, cinayət prosesidir. Amma bir nəfərdən alsa yox.

- Sizin də adınız rüşvət almaqda hallanmışdı. Problemi necə həll etdiniz? Doğruluğunuzu necə təsdiqlədiniz?

- Bəli, 2014-cü ildə əsassız olaraq mənə bu barədə böhtan xarakterli istintaq hərəkətləri başlamışdı. Tamamilə əsassız oludğu isə istintaq müddəti və məhkəmə prosesində ortaya çıxdı. Azərbaycanda yeganə insanam ki, rüşvətə görə ittiham olunsam da, həbs olunmadım. Proses elə məhkəmə istintaqı ilə yekunlaşdı.

İstintaq zamanı ad və soyadımdan başqa ittiham aktında doğru heç bir informasiya yox idi. Ancaq oxuyub gülmək olurdu. Bilirsiz, bu, hamının başına gələ biləcək hadisədir. Heç kim sığorta olunmayıb. Sabah hansısa nüfuzlu şəxsin, təzyiq gücü olan məmurun xoşuna gəlməsən, səni məhv edə bilərlər. Amma ölkə sahibsiz deyil, onun prezidenti, məhkəmələri var. Ədalət gec-tez öz yerini tutur.

- Sizə böhtan atan tələbəniz idi?

- Tələbəm yox, iki il ərzində pulsuz hazırlıq keçdiyim, bütün test materialları ilə təmin etdiyim, kitabları öz pulumla aldığım insanın valideynləri. Onlar buna məcbur olduqlarını dedilər. Rəsmi olaraq mənə pul borcları var idi. Onlara təklif olunmuşdu ki, pulu rüşvət alma kimi qeydiyyata alaq. Həmin şagird ali məktəbə qəbul olmaq üçün qabiliyyət imtahanına təqdim etdiyi şəkilləri özü çəkməmişdi. Rəssamdan alıb onunku kimi təqdim etmişdik. Və həmin rəssamın pulunu verməmişdilər. Tələb edəndə isə bu problemi yaratmışdılar. Heç kimin yolunun prokurorluğa düşməsini arzu etmirəm. Elə münasibət bəsləyirlər, sanki ən təhlükəli terrorçusan.

- Bir tarixçi kimi Azərbaycan tarixində fəxr etdiyiniz və utandığınız dövrlər hansılardır?

- Mən Şirvanşahlar dövlətini və onun mövcudluğunu, fəaliyyətini qəbul etmirəm. Həmişə mübarizədən qaçıb. Təslimçi və rüsvayçı şərtlər altında tabe olub. Böyük güclərin vassalı olub.

Amma qürurla yad etdiyim, fəxr etdiyim dövr Səfəvilərdir. Sona qədər mübarizə aparan, məğlub olsa da, təslim olmayan bütöv Azərbaycan yaradan bir dövlət.

Şirvanşahlar dövləti Azərbaycan tarixinin utanc, Səfəvilər isə qürur yeridir.

yüklənir...

XƏBƏR LENTİ

20.08.2017

Azərbaycan Tərtər istiqamətində pilotsuz aparat tətbiq edirsə bunun ruslara nə dəxli?-“NEZAVİSİMAYA QAZETA”DAN ABSURD

20.08.2017

Həvva necə olub: 10 ən qədim qadın

20.08.2017

“Azəri deyilən bir millət yoxdur, bunu xiyar Stalin uydurub” – Türkiyəli alim

18.08.2017

Bölgələrdə yaşayan ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatdı

17.08.2017

Kəmaləddin Heydərov vitse-prezident oldu

17.08.2017

Ürək dərhal dayana bilər – Diqqətli olun!

16.08.2017

Aprel şəhidinin doğum günüdür — Xanımı onu belə təbrik etdi - MƏKTUB

16.08.2017

"Qarabağ"a qələbə qazandıran Mahir Mədətov tanınmış prodüserin övladıdır

16.08.2017

Prezident hərbçiləri təltif etdi – Adlar

16.08.2017

Kanadada yaşayan Həsən Səftərovdan bütün nəsli imtina etdi

15.08.2017

İran prezidenti: “ABŞ sanksiyaları tətbiq etsə, İran nüvə sazişindən çıxacaq”

15.08.2017

Prezident sərəncam imzaladı

14.08.2017

"İnfiniti" Fəxri Xiyabanın qarşısındakı dayanacağı zəbt etdi: Yol polisi görməzdən gəldi, dava düşdü

14.08.2017

“Bizə silah verin, Sarkisyanın dəstəsini məhv edək” – Yerevanda üsyan ÇAĞIRIŞLARI

14.08.2017

Ramil Quliyev dönər kəsib, kabab bişirdi- FOTOLAR

14.08.2017

Mirşahin Ağayev : "Lütfi Zadə ölməyib, özüm danışdım..."

14.08.2017

“Bu, Rusiyanın Azərbaycana hərbi intervensiyasına gətirib çıxara bilər...”

14.08.2017

UNESCO-nun ideyalarına sədaqət nümunəsi olan xoşməramlı səfir-Mehriban Əliyeva

13.08.2017

Helsinki Vətəndaş Assambleyası: Ermənistanda kişi çatışmazlığı var

11.08.2017

Ramil Quliyevdən açıqlama: “Mən Türkəm, Atatürkün övladıyam”

11.08.2017

İlham Əliyev Ramili təbrik etdi: "Səninlə fəxr edirik!"

11.08.2017

Azərbaycan Naxçıvana böyük hərbi qüvvə cəmləyir

11.08.2017

“Nəvəmi öz əlimlə polisə təhvil vermişəm”

09.08.2017

Üçüncü dünya müharibəsinin "ayaq səsləri" eşidilir — TƏHLÜKƏLİ GƏRGİNLİK

09.08.2017

Şimali Koreya böhranı: “Atəş və qəzəb”dən sonra nə baş verə bilər?

09.08.2017

Rusiya, ABŞ və İsrail arasında gizli danışıqlar ortaya çıxdı

08.08.2017

Uşaqları belə cəzalandırın: fransalı pedaqoqla a-dan z-yə HƏR ŞEY - MÜSAHİBƏ

08.08.2017

"Erməni vəhşiliyi dözülməzdir" - Fransız senator

08.08.2017

Türkiyədən Almaniya ilə bağlı - Qərar

08.08.2017

İraq kürdlərə qarşı birləşir - Kampaniya

08.08.2017

Ramil Usubov Şəkidə bölgə sakinlərini qəbul edəcək

08.08.2017

OBA marketlər şəbəkəsi status müəlliflərini mükafatlandırıb

Bütün Xəbərlər

FaceBook