Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Tarix: 11-01-2017, 21:25

Yeni “İşıq pulu” qəbzləri ilə bağlı hansı şikayətlər var?

Yeni “İşıq pulu” qəbzləri ilə bağlı hansı şikayətlər var?
yüklənir...

“Elektrik enerjisi sərfiyyatının yanlış hesablanması ilə bağlı müraciətlər və sosial şəbəkələrdə paylaşmaların sayı azalıb. Abonentlərimiz Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş iclasında qəbul edilmiş qərarda elektrik enerjisinin yeni tariflərinin 2017-ci ilin yanvarın 1-dən tətbiq olunacağını düşünürdülər. Müraciətlərin sayının çox olması bununla bağlı idi. Biz elektrik enerjisi üzrə yeni tariflərinin dekabrın 1-dən qüvvəyə minəcəyi ilə bağlı mütəmadi olaraq abonentləri məlumatlandırdıq. Buna görə də belə müraciətlərin sayı azaldı və azalmaqda davam edəcək. Çünki, “Azərişıq” 199 nömrəli Çağrı Mərkəzi vasitəsi ilə 24 saat ərzində abonentlərə xidmət göstərir”.

Tərəfdar.az xəbər verir ki, bunu “Sosium” proqramının qonağı, “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, elektrik enerjisi sərfiyyatına görə ödənişin artıq yazılmasından söhbət gedə bilməz. “Azərişıq” rəsmisi qeyd edib ki, sərfiyyatın düzgün hesablanması üçün dekabrın 20-dək 2 milyon 500 min abonentin sayğac göstəricisinin oxunması prosesi başa çatdırılıb.

Enerji sərfiyyatının düzgün hesablanmaması ilə bağlı iddiaların əsassız olduğunu deyən T.Mustafayev bəzi hallarda kiçik nöqsanların olduğunu bildirib: “Bizim saytda tariflərin diferensiallaşdırılmasının riyazi hesablanması ilə bağlı məlumatlar yerləşdirilib. Elə abonentlərimiz var idi ki, aylıq istehlak etdiyi elektrik enerjisinin 5, 10 və ya 15 günü dekabr ayına düşürdü. Sayğacların oxunması vaxtında aparıldığından elektrik enerjisinə görə artıq ödəniş yazılmadı və bununla bağlı şikayət daxil olmadı. Amma burada insan amilini nəzərə almaq lazımdır. Sərfiyyatın düzgün hesablanmaması ilə bağlı hallar olur. Məsələn, Yasamal rayonunda bir əməkdaşımız sayğacın göstəricisində yanlışlığa yol vermişdi. Abonent sayğac göstəricisi ilə bildirişdəki göstəricini müqayisə etmişdi və məlum olmuşdu ki, cəmi 3 kilovat-saat fərq var. Yorğunluq və ya görmə ilə bağlı problemlərə görə belə hallar ola bilər. Bu problem 30 dəqiqə ərzində aradan qaldırıldı. Abonentlər belə hallar olduğu təqdirdə 199 Çağrı Mərkəzinə müraciət edərsə, yanlışlıq qısa zamanda aradan qaldırılacaq. Əgər hər hansı bir əməkdaşın hər hansı bir yanlışlığı varsa, ona birbaşa ciddi xəbərdarlıq olunur və ya işindən azad olunur. Bununla bağlı müvafiq göstərişlər verilib”.
T.Mustafayev bildirib ki, əhali üzrə elektrik enerjisinin ardıcıl 30 təqvim günü ərzindəki aylıq istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. “Azərişıq” rəsmisi əlavə edib ki, tariflərin artması ilə əlaqədar olaraq abonentlər daha qənaətcil olub. Onun sözlərinə görə, abonentlərin 72%-i ay ərzində 300 kilovat-saatadək enerji istehlak edir. Bəzi abonentlərə gələn bildirişlərdə borcun çox olmasını isə T.Mustafayev belə izah edir: “Dekabr ayı soyuq olduğu üçün bəzi yerlərdə mənzillərin qızdırılmasında elektrik enerjisindən də istifadə olunur. Bu zaman sərfiyyat artır və buna görə də borcun məbləği çox olur. Amma yeni tariflər qüvvəyə minəndən bəri əksər abonentlər daha qənaətcil olub. Onlar elektrik enerjisindən daha səmərəli istifadə edir, qənaətli lampalardan istifadə edirlər Abonentlər elektrik enerjisindən qənaətlə istifadə etsələr, sərfiyyat 300 kilovat-saatdan da az olar”.
T.Mustafayev bəyan edib ki, sayğac göstəriciləri ilə bağlı hər hansı şübhəsi olan abonentlər “Azərişıq” ASC-yə müraciət edə bilər.

yüklənir...

XƏBƏR LENTİ

29.04.2017

Livan eksperti: "Rusiya Bəşər Əsədi qaza və milli maraqlarına qurban verəcək” – Təhlil

29.04.2017

Azərbaycanın gizli saxlanan 1 trilyon dolları

29.04.2017

"Sədr Moskvada ruslara konsert verməyə gedir, goranboylu aşığınsa gücü ancaq it toyunda oxumağa çatır" -QALMAQAL

29.04.2017

Əcnəbilər daha çox Azərbaycanın hansıali məktəblərini seçir?

29.04.2017

Dünya birjalarında neftin qiyməti:"Brent" bahalaşıb

29.04.2017

Amerika həbsxanalarındakı cinsi və fiziki zorakılıqlar haqda nə bilirik? – Araşdırma

29.04.2017

İlham Əliyev Qətərin sabiq Baş naziri və xarici işlər nazirini qəbul edib

29.04.2017

Dünya prezidentlərinin aylıq əmək haqqları açıqlandı

29.04.2017

Bu, insanlığı məhv edəcək – Məşhur fizik

28.04.2017

Əməkdar artist xəstəxanaya yerləşdirildi

28.04.2017

"Ermənistanın mövqeyi əhəmiyyət daşımayacaq" - Sergey Markov

28.04.2017

“Əl-Qaidə”nin liderlərindən biri məhv edilib

28.04.2017

Türkiyə Avropanın pulunu kəsdi

28.04.2017

Elmar Məmmədyarov nazirlərin Moskva görüşünə münasibət bildirib

28.04.2017

Rövşəni öldürdüyünü deyən oğru haqda şok detal

28.04.2017

"Biz Səudiyyə Ərəbistanın müdafiəsinə çox pul xərcləyirik"

28.04.2017

Bakıda həbs edilən erməniyə hökm oxundu

28.04.2017

Bakıda polislərdən şok əməl: Nazir 7 nəfəri qovdu

28.04.2017

Rusiyadan etiraf: Obama Trampdan şükürlü idi

28.04.2017

Putin uğur düsturunu dedi

28.04.2017

Prezidentdən "ASAN Xidmət"lə bağlı yeni - Qərar

28.04.2017

Şimali Koreya ABŞ-a da zərbələr endirə bilər - Tillerson

28.04.2017

Abid Şərifov: "Nəvəm də qorxaraq zəng etdi ki..."

28.04.2017

İlham Əliyev 1 sərəncam, 3 fərman imzaladı

28.04.2017

Mədət Quliyev Çingiz Qurbanovun qardaşına iş verdi

28.04.2017

Moskva görüşünün nəticəsi nə oldu? – ŞƏRH

28.04.2017

Əfqanıstanda Talibana qarşı əməliyyat - 18 terrorçu məhv edildi

28.04.2017

Hacı İbrahim Nehrəmli: “Heç zaman kreditə maşın almamışam”

28.04.2017

Sərkisyan daşnaklarla birləşir: Razılıq əldə olundu

28.04.2017

Messinin yeni baş məşqçisi məlum oldu

28.04.2017

AŞPA sədrinə qadağalar qoyuldu - “Etibarı itirib”

28.04.2017

Ermənilər Füzuliyə zenit raket atdı

Bütün Xəbərlər

FaceBook