Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:9 581

Tarix: 11-01-2017, 14:39

“Ovqat” kolbasasında: xərçəng, ölü ət, milçək, Çin benzonatı... Azərbaycan xalqına nə yedirilir?

“Ovqat” kolbasasında: xərçəng, ölü ət, milçək, Çin benzonatı... Azərbaycan xalqına nə yedirilir?

Bir müddət əvvəl “Ovqat” şirkətinin istehsalı olan “Maşa və medved” kolbasasının içindən milçək çıxmışdı. Şirkətin rəhbəri Anar Rzayev isə bu işin məqsədli şəkildə təşkil olunduğunu bildirmişdi. Hətta müəssisənin qapılarının mediaya açıq olduğunu söyləmişdi.

Politika.Az xəbər verir ki, bir qədər sonra “Ovqat” şirkəti barədə yeni iddialar meydana çıxdı. Saytlar yazırdı ki, «Ovqat»ın məhsulları bir sıra onkoloji xəstəliklərə yol açır.

"Ovqat” şirkəti kolbasa və sosiska istehsalında resepturada göstərilməyən müxtəlif konservantlardan, Çin istehsalı olan sodium benzonatdan, boyaq maddələrindən, stablizatorlardan, kraxmaldan, ət kütləsini artıqmaq məqsədilə soyadan, toyuq dərisindən istifadə edir.

Deyilənlərə görə, "Ovqat” şirkətinin məhsullarının markalanması da normativ sənədlərin tələbinə cavab vermir. Bildirilir ki, şirkətin istehsal etdiyi məhsullar bir sıra onkoloji xəstəliklərə yol açır.

Düzdür, bu şirkət bazarın müvafiq seqmentində müəyyən qədər də olsa ad qazansa da, keyfiyyət parametrlərinə diqqət yetirməkdə maraqlı görünmür.

Bu da azmış kimi, mətbuatda növbəti ittihamlar yer aldı. Belə ki, halala haram qatan, daha doğrusu, haramı “halal” kimi təqdim edən sexlərdən biri də “Ovqat” əmtəə nişanı ilə fəaliyyət göstərdiyi iddia olunur.

Politika.Az-ın media üzərindən yaydığı məlumatda bildirilir ki, bu müəssisədə işçilərin çoxu ilə əmək müqaviləsi bağlanmayıb. Onların maaşından gəlir vergisi, sosial müdafiə fonduna ayırmalar tutulmur.

İstehsal avadanlıqları köhnəldiyindən, onların istifadəsi əməyin təhlükəsizliyini təmin etməyə imkan vermir. İstehsalatda bədbəxt hadisə baş verəcəyi təqdirdə xəsarət alacaq işçilərin müavinət almaq imkanları yoxdur.

Politika.Az xatırladır ki, növbəti iddialarda ölmüş heyvanların ətindən istifadə edildiyi bildirilirdi. A.Rzayev və şirkətin mətbuat xidməti yenə susdu.

Bu məlumatlar mətbuat tirajlandıqca cəmiyyətin “Ovqat”a olan inamı sarsıldı. Bu gün də alıcılar bu firmanın kolbasa məhsullarının keyfiyyətinə şübhə ilə yanaşır.

Şirkət rəhbərliyi isə mətbuata öz qapılarını açmaqla reportaj hazırlamağa şərait yaratmalıdır, bu iddialara dair əks-sübutları ortaya qoymalıdır ki, hər birimiz arxayınlıqla bu məhsulları ala biləcəyimizə arxayınlaşaq.

Amma şirkət susur, danışmır, alıcıların inamı ölür, internetdə axtarış verdikdə bu firma haqda ən qorxunc xəbərlər qarşımıza çıxır. Hər birimiz ailəmizə təmiz, keyfiyyətli, tərkibi sağlam məhsul yedirtmək istəyirik. Belədirsə, bütün yeyinti istehsalçıları cəmiyyətə açıq olmalıdır.

Əslində, saytımız təkcə “Ovqat” yox, digər kolbasa firmaları barəsində də araşdırmalara başlayır və silsilə şəkildə yazılar təqdim edəcəyik.

Burada hər hansı qərəz yoxdur, məqsəd ölkədə xalqa hansı kolbasa-sosiska məhsulları yedirildiyini aydınlaşdırmaqdır. İnanmaq istəyirik ki, internet resurslarında “Ovqat” haqda yer alan iddialar da həqiqətdən uzaqdır. Qarşı tərəfi dinləməyə hazırıq.

yüklənir...

XƏBƏR LENTİ

22.02.2017 , 14:11

ABŞ-dan Rusiyaya sərt Ukrayna vetosu

22.02.2017 , 14:00

Ermənistan Rusiyadan yeni silahlar almaq istəyir

22.02.2017 , 13:59

Mehriban Əliyevanın vətənə, dövlətə və xalqa layiqli xidmət missiyası yeni mərhələyə qədəm qoyur

22.02.2017 , 13:33

Vidadi Zeynalov 43 milyonluq əmlaklarının üzərindənhəbsin götürülməsini istəyib

22.02.2017 , 11:49

Əli İnsanovun martda azadlığa çıxacağı iddiaları artır

22.02.2017 , 11:37

“Prezidentin bu sahədə çox ciddi tapşırıqları var”

22.02.2017 , 11:24

Ekspertdən problemli kreditlərlə bağlı yeni təklif

22.02.2017 , 11:13

Livanlı ekspert:“Suriya şiri türk tülküsü ilə rus ayısı arasında girinc qalıb”

22.02.2017 , 11:10

Tramp ABŞ-ın bütün ticarət sazişlərinə yenidən baxacaq

22.02.2017 , 11:09

Ramil Usubov Qazaxa yeni rəis göndərdi

22.02.2017 , 11:08

İlham Əliyev ABŞ-ın nümayəndə heyətini qəbul edib - Foto

22.02.2017 , 11:07

BMT-nin baş katibi Qarabağ çağırışı etdi

22.02.2017 , 10:44

Moskvada Qarabağ danışıqları başlayır

22.02.2017 , 10:12

İranda vəziyyət qarışır: “İran baharı”, yoxsa...

22.02.2017 , 10:09

Trampın Rusiyadan gözləntisi nədir? - Ağ Evin sözçüsü açıqladı

22.02.2017 , 09:37

Ermənistana sığınan xain haqqında yeni - İlginc açıqlamalar

21.02.2017 , 23:56

“Soruşurlar ki, Mehriban xanım ölkənin rəhbəri ola bilərmi?..” - Zahid Oruc

21.02.2017 , 22:23

Mehriban Əliyevanın deputat fəaliyyətinə xitam veriləcək

21.02.2017 , 22:21

Qızı Mehriban Əliyevanı təbrik etdi

21.02.2017 , 22:20

Rus hokkeyçi ABŞ vətəndaşlığından imtina etdi

21.02.2017 , 22:19

Ramil Usubov Avropa Polis Konqresinin açılışına qatılıb

21.02.2017 , 20:38

Cavid Qurbanov: "Mehraban Əliyevanın təyinatı gözlənilən idi"

21.02.2017 , 20:34

İraq ordusu strateji əhəmiyyətli əraziləri azad edib

21.02.2017 , 19:44

Vahid Nuriyev Ramil Usubovun əmrinə niyə tabe olmur?

21.02.2017 , 19:30

İlham Əliyev və Ərdoğan arasında telefon danışığı olub

21.02.2017 , 19:02

“Mehriban Əliyeva xalqın hər zaman rəğbətini qazanıb”

21.02.2017 , 19:01

Sabunçu rayon 170 saylı məktəbin yeni direktoru Mikayıl Cabbarovu saymır

21.02.2017 , 19:00

Prezident universitetlə bağlı fərman verdi

21.02.2017 , 18:53

Dəmirtaşa 5 ay iş kəsildi

21.02.2017 , 18:34

Qənirə Paşayeva Qarabağ problemi ilə bağlı konfransların artması təklifi ilə çıxış edib

21.02.2017 , 18:21

Dollar rəsmən bahalaşdı

21.02.2017 , 17:35

Samir Şərifov və ətrafı hədəfdə - Maliyyə bosları sıxıntılı günlər keçirir

Bütün Xəbərlər

FaceBook