Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:10 301

Tarix: 11-01-2017, 13:37

Vəkillər “Nardaran işi”ndə təqsirləndirilən şəxslərəbəraət istəyib

Vəkillər “Nardaran işi”ndə təqsirləndirilən şəxslərəbəraət istəyib
yüklənir...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə çıxış edən vəkillər təqsirləndirilən şəxslərə bəraət istəyib.

Vəkillərin müdafiə çıxışından sonra prosesdə fasilə elan edilib.

Qeyd edək ki, ötən prosesdə çıxış edən prokuror T.Bağırovun ömürlük, Fuad Qəhrəmanlının 11 il, Abbas Hüseynovun 20 il, Cabbar Cabbarovun 19 il, Rasim Cəbrayılovun 17 il, Ramin Yarıyevin 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əskərov, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağızadənin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri – Rasim Cəbrayılov, Zakir Mustafayev, Cabbar Cabbarov, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Ramin Yariyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əskərov, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev, Abbas Tağızadə və Abbas Hüseynov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Bu şəxslər 2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə 2015-ci il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

yüklənir...

XƏBƏR LENTİ

23.03.2017 , 23:26

Ter-Petrosyan: “Biz Qarabağla bağlı BMT-nin və ATƏT-in tələblərini yerinə yetirməliyik”

23.03.2017 , 23:10

Sabiq deputatın qatili cangüdənin atəşi ilə öldürülüb – Video

23.03.2017 , 22:27

Səddam Hüseyni dindirən CİA xəfiyyəsindən sensasion AÇIQLAMA

23.03.2017 , 22:25

Respublikaçı konqresmenlər Soros-a qarşı çıxır

23.03.2017 , 21:29

Ərdoğan yolun sonuna gəldi - Pentaqon

23.03.2017 , 21:23

Ərdoğan Tereza Meyə başsağlığı verdi

23.03.2017 , 20:03

İnsanın öz ölümünü proqnozlaşdırmağının yolu tapılıb

23.03.2017 , 19:56

Dilqəm Əsgərovun atası vəfat etdi

23.03.2017 , 19:28

AFFA - SOCAR-ın “obnaliçka” müəssisəsi?- II YAZI

23.03.2017 , 19:22

Əhəd Abıyev 200 minlik maşın alıb?

23.03.2017 , 17:36

Ərdoğan: “Tutaq ki, prezident nəfsinə yenildi”

23.03.2017 , 17:09

Ziya Məmmədovun qardaşı: “Hər şey gözəldir”

23.03.2017 , 17:06

Azərbaycan Londonda törədilmiş terror aktını kəskin şəkildə qınayır

23.03.2017 , 17:03

Ermənistan malları Bakının brend mağazalarında - Fotofakt

23.03.2017 , 12:46

“İqla” əməliyyatı”: Sarkisyan əks-hücuma keçdi

23.03.2017 , 12:42

ABŞ İŞİD-in arxasına qəfil desant atdı - Şiddətli döyüşlər başladı

23.03.2017 , 11:00

Tiflis izn verdi: Rusiya İrəvana silah daşıyır

23.03.2017 , 01:35

Təhsil sistemindən şikayət: “Bəs, kasıb uşaqlarının taleyi necə olacaq?”

23.03.2017 , 01:32

Şıxəli Qurbanov 1967-ci ilin iyununda 1-ci katib seçilməli idi?.. – TARİX

23.03.2017 , 00:53

Silahlı dəstə dünya çempionuna divan tutdu - Bakıda

23.03.2017 , 00:36

Normal uşağın boyu ildə nə qədər artmalıdır?

23.03.2017 , 00:35

Varlı Olmağın Sirrini Veririk - Youtube Üzərindən Necə Pul Qazanılır? – VİDEO

22.03.2017 , 23:49

Almaniya tarixdə ilk dəfə öz vətəndaşlarını deportasiya edəcək

22.03.2017 , 22:50

London terroruna Türkiyədən açıqlama gəldi...

22.03.2017 , 22:49

Samvel Babayanın həbsi: general “İqla” raketi ilə kimi vurmaq istəyirdi...

22.03.2017 , 20:12

Londonda terror hücumu - Britaniya parlamenti hədəfdə

22.03.2017 , 19:29

Elçibəyin Krım azərbaycanlılarına ünvanladığı məktub üzə çıxdı - Foto

22.03.2017 , 17:57

Ərdoğan: “Avropa ölkələri insan hüquqlarına hörmət etməlidir”

22.03.2017 , 17:56

Şimali Koreyadan ABŞ-a növbəti sərt cavab

22.03.2017 , 17:55

“DQR”-in sabiq “müdafiə naziri” Samvel Babayan saxlanılıb

22.03.2017 , 14:35

“Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində birgə işləyirlər”

22.03.2017 , 14:33

Sarkisyan Ter-Petrosyanın blokunun parlamentə keçirilməsinə göstəriş verib

Bütün Xəbərlər

FaceBook