Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Çarli Çaplindən qızına təsirli məktub:"Heç vaxt qızıl və daş-qaşlara görə ürəyini satma"

Çarli Çaplindən qızına təsirli məktub:
yüklənir...

“Əziz qızım, indi gecədir. Yeni il gecəsi. Mənim balaca qəsrimin silahsız mühafizəçiləri yatırlar. Bacın və qardaşın yatıb, hətta anan da yuxulayıb. Bu yarıqaranlıq otağa gəlincə az qaldım hamısını oyadam.
Necə də uzaqsan məndən! Əgər indi şəkillərinə baxmıramsa, kor olum. Şəkillərin stolumun üstündə, ürəyimə ən yaxın yerdə dayanıb. Amma sən hardasan? Uzaqda, nağıllar şəhəri Parisdə, gözəl bir səhnədə rəqs edirsən. Bu sakit gecənin səssizliyində sənin ayaq səslərini açıq-aydın eşidirəm. Gözlərin gözlərimin qarşısına gəlir; gözlərin qış gecəsində bərq vuran ulduzlar kimidir. Bu gözəl tamaşada Şahın əsir götürdüyü gözəllər gözəli o fars qızını oynadığını bilirəm. Gözəllər gözəli ol, rəqs elə, ulduz ol və parıltın aləmə yayılsın. Amma tamaşaçıları məftun etməkdən sərxoş olanda, sənə verilən çiçəklərin qoxusu başını gicəlləndirəndə bir küncə çəkilib məktubumu oxu, atanın sözlərinə qulaq ver.
Mən sənin atanam, Ceraldin! Mən Çarliyəm, Çarli Çaplin! Kaş biləydin, neçə gecə beşiyinin başında oturmuşam, şirin nağıllar danışmışam. Bəzən “Yatmış gözəl”i, bəzən “Pis qəlbli əjdaha”ı nağıl etmişəm…Yuxu gəlib qoca gözlərimi bağlamaq istəyəndə onu ələ salır və deyirdim: “Rədd ol! Mənim yuxum — qızımın xəyallarıdır!” Mən sənin xəyallarını görürdüm, Ceraldin! Sənin gələcəyini görürdüm, bax bu gününü! Səhnədə rəqs edən qızı görürdüm, qanadlarını açıb havada uçan pərini… İnsanların sözlərini eşidirdim: “Bu qızı görürsən? Qoca bir klounun qızıdır. Atasının adı Çarli idi, yadına gəlmir?” Rəqs və alqış səsləri ayaqlarını yerdən kəsəcək. Qanadlan və uç yüksəkliklərə! Amma arada ayaqların yerə dəysin. Xalqın necə yaşadığını bilməlisən, küçə rəqqaslarının həyatı ilə tanış olmalısan. Aclıqdan rəngi solan, yoxsulluqdan və soyuqdan titrəyə-titrəyə rəqs edənlərlə…
Mən də onlar kimi olmuşam, Ceraldin! O sehrli gecələrdə, sən mənim nağıllarımda yatırdın, amma mən yatmazdım. Sənin gözəl simana baxar, ürəyinin döyüntüsünə qulaq asar və öz-özümdən soruşuram: “Çarli, görəsən bir gün bu balaca quş səni başa düşəcək? Sən məni tanımırsan, Ceraldin, mənim nağılım çox qəribədir. Yoxsul bir klounun nağılıdır bu. Londonun kənar məhəlləsində mahnı oxuyub rəqs edən, sonra bəxşiş yığan klounun nağılıdır. Mənim nağılımdır!
Mən aclığa da yaxşı bələdəm, evsizliyə də. Bu nədir ki? Mənim okean böyüklüyündə qürurla qabaran sinəmdə qabağıma atılan qəpiklərin sızıltısını hiss etmişəm, hamının yazığı gələn, alçaldılan səfilin nə çəkdiyini bilmişəm. Hər şeyə rəğmən, həyat davam edir. Yaşayanlar haqda həmişə daha az danışılır. Sən mənim soyadımı daşıyırsan, Çaplini…
Bu ad yarım əsrdən çox bütün dünyanı güldürüb; mənim ağlamalarımın yanında bu gülmələr nədir ki? Sənin dünyan ancaq rəqs və musiqidən ibarətdir… Ceraldin, bir gecə yarısı o məşhur səhnədən düşəndə varlı tamaşaçılarını unut, amma mindiyin taksinin sürücüsündən arvadının hal-əhvalını soruşmağı unutma. Bəlkə arvadı hamilədir, bəlkə doğulacaq ilk uşağı üçün paltar almağa pulu yoxdur heç… Əgər belədirsə, onun cibinə pul qoy. Kredit Bankına tapşırmışam, bütün ehtiyaclarını qarşılayacaqlar. Arada metroya, avtobusa min, şəhəri gəz. İnsanlara bax, yaxşı müşahidə elə onları…Dul və yetimlərin gözlərinə yaxşı bax. Heç olmasa gündə bir dəfə özünə de: “Mən də onlardan biriyəm!”. Bəli, əziz qızım, unutma, sən də onlardansan…
Sənət göyə uçmaq üçün adama qanad taxana qədər onun dabanlarını çürüdür. Bir gün tamaşaçı qabağında yüksəldiyini hiss etsən, səhnədən düş, çıx küçəyə…Bir taksi tut, get Parisin kənar küçələrinə…Elə yaxşı tanıyıram oraları. Orda rəqqasələr görəcəksən; aralarında sənə oxşayanı da var, səndən daha arıq, daha qürurluları da…Teatrdakı parlaq səhnə işıqları orada yoxdur. Onların səhnə işıqları Aydır. Bax onlara, diqqətlə bax! Səndən də yaxşı rəqs edirlər, elədirmi? Etiraf elə bunu…Səndən daha yaxşı rəqs edən, səndən daha yaxşı rol oynayan birini görsən nə vaxtsa, bu sözlərimi yadına sal: “Hələ Çarlinin ailəsindən fayton sürücüsünə pis söz deyən, ya da Sena çayının sahilində dilənən birini ələ salan insan çıxmayıb”. Çarli bu dünyadan gedəcək, Ceraldin! Sənin həyatın isə davam edəcək. Heç vaxt yoxsulluğu görməyini istəmirəm.
Bu məktubla birlikdə sənə çek də göndərirəm. Nə qədər istəyirsən, xərclə. Amma yadda saxla: İki frank özün xərcləyəndə, üçüncü frankı başqasına xərclə. Üçüncü frank sənin deyil, tanımadığın, görmədiyin, bir frankın həsrəti ilə yaşayanındır. O insanı tapmaq çətin deyil. Hər küncdə yoxsul adamlar görə bilərsən, təki sən görmək istə! Mən bu şeytanın insanın ağlını başından necə aldığını bildiyim üçün puldan danışıram. Uzun müddət sirkdə işləmişəm, ip üstündəki kəndirbazlara qorxu ilə baxmışam. Bil ki, əziz qızım, insanın ayağının sürüşməsiylə yerə dəyməyi kəndirbazların o ipdə sürüşməyindən daha asandır. Sən bu gecə brilliantın cazibəsinə aldana, istər-istəməz yerə dəyə bilərsən. Gün gələr, bir şahzadənin üzü səni əsir alar. Bax o gündən sonra sən artıq təcrübəsiz kəndirbaz olacaqsan. İp isə həmişə təcrübəsizlərə xəyanət edir. Heç vaxt qızıl və daş-qaşlara görə ürəyini satma. Unutma ki, ən böyük brilliant günəşdir və bəxtimizdən də günəş hamımızı bərabər işıqlandırır.

İşdir, bir gün sevsən, seçdiyin insanı bütün qəlbinlə sev. İşinin çətin olduğunu bilirəm. İndi bədənini gözəl ipək parçalar bəzəyir. Sənət üçün səhnəyə çılpaq da çıxa bilərsən. Amma o səhnədən saf, təmiz və qüsursuz enməlisən. Mən qocalmışam, sözlərim sənə gülməli görünə bilər. Amma məncə, sənin çılpaq bədənin çılpaq ruhuna vurulan insana aid olmalıdır. Neyləyim, bu mövzuda bir az geri düşüncəliyəm… Bəlkə fikirlərim 10 il əvvəldə ilişib qalıb. Qorxma, Ceraldin, bu 10 il səni qocaltmaz. Mən sənin bu çılpaq adada boyun əyən ən axırıncı insan olmağını istəyirəm. Atalar və uşaqlar arasında həmişə problemlər olur. Mənə müharibə elan et, əziz qızım, fikirlərimə qarşı müharibə elan et. Mən itaətkar uşaqları sevmirəm. Bu məktubumun üstünə hələ göz yaşım düşməmiş bu Yeni il gecəsinin möcüzələr gecəsi olduğuna inanmaq istəyirəm. Bir möcüzə baş verməyini və demək istədiyim hər şeyi düz başa düşməyini istəyirəm.
Çarli qocalıb, Ceraldin, çox qocalıb. Sən gec-tez qara paltarlar geyinib məzarıma gələcəksən. İndi sənin əhvalını korlamaq istəmirəm, amma arada güzgüyə bax. Orda məni görəcəksən. Damarlarında mənim qanım axır. İstəyirəm ki, mənim damarlarımdakı qan axmaz olanda atan Çarlini unutmayasan.
Mən mələk olmamışam, amma həmişə insan olmağa çalışmışam. Sən də elə ol.
Öpürəm səni, Ceraldin. Sənin Çarlin”.
Dekabr 1965-ci ilскачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

13.12.2017

Ərdoğan Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı

13.12.2017

“Heydər Əliyev şəxsiyyəti, irsi tam öyrənilməmiş bir salnamədir” – Məhərrəm Əliyev

12.12.2017

Heydər Əliyevin vəfatından 14 il keçir

12.12.2017

“Qiymətlər oynayan kimi ya “Veysəloğlu”nun üstünə düşürlər, ya “Azərsun”un” - İlham Məmmədzadə

09.12.2017

Leyla Yunusun məqsədi o olub ki, Azərbaycan əleyhinə iş aparmaqla varlansın – deputat

09.12.2017

“Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

08.12.2017

“HAQQIMDA YAZILANLAR CƏFƏNGİYYATDIR – Kəmaləddin Heydərov

08.12.2017

“ARAZ”la birləşmədən sonra “Favorit”in ilk marketi açıldı

07.12.2017

“Nar” cari ilin nəticələrini açıqladı

07.12.2017

“İlqar Məmmədov azadlığa buraxıla bilər...” - Prezidentin köməkçisi

07.12.2017

Ərdoğandan Yunanıstanda sərt çıxış - “NATO-ya bizim sayəmizdə girmisiz”

07.12.2017

Qubaya 3 milyon manat ayrıldı

07.12.2017

Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi

07.12.2017

“Azərbaycanda korrupsiya, rüşvətxorluğa qarşı mübarizə aparılır” - İlham Əliyev

06.12.2017

Nəsimidə zibilxana satıldı Qarabağ əlilinin maşını qarajda qaldı - FOTO

06.12.2017

Birinci vitse-prezident Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında

06.12.2017

Fazil Məmmədov ilk dəfə danışdı - “Səhhətimdə problem var...”

06.12.2017

Ramiz Mehdiyev Fazil Məmmədovu tənqid etdi

06.12.2017

Banklarda vəziyyət gərgin olaraq qalır: faizlər daha da aşağı salınacaq

06.12.2017

Ali Məhkəmə Vergilər Nazirliyi ilə bağlı məlumat yaydı - Sahibkarların 63.3 faizi...

06.12.2017

"Azərbaycan ərzaq təhlükəsizliyi sahəsindəki pərakəndəliyi aradan qaldıracaq" - Ramiz Həsənov

06.12.2017

"Azercell" şirkəti ilə bağlı şikayətlər artmaqdadır - VİDEO

06.12.2017

Prezident böyük islahata qərarlıdır: “Fazil Məmmədov özü vəzifədən getmək istəyib…” – Növbədə daha kimlər var?

06.12.2017

Manatın dizayneri: “Daha çox avrodan istifadə edirəm”

06.12.2017

Siyasətdə sən kimsən? Siyasi kimliyini müəyyən etmək üçün TEST

06.12.2017

Türkiyə, Rusiya və Ermənistan yeni ittifaq yaradır - VİDEO

06.12.2017

Bu ərazilərdə ev tikməyin! - Nazirlikdən xəbərdarlıq + Video

06.12.2017

NATO-da “RUS OXU” –Ərdoğan hərbi alyansdan niyə uzaqlaşır? –TƏHLİL

06.12.2017

“Ərdoğan istəyir tanısın, istəyirsə yox, Qüds yəhudilərin paytaxtıdır” –Rəsmi Tel-Əviv

06.12.2017

Hesablama Palatasının səlahiyyətləri artırıldı - SƏRƏNCAM

06.12.2017

Mikayıl Cabbarov: "Yaponiya ilə Azərbaycan arasında məhsuldar dialoq qurulub"

06.12.2017

“Sən kimsənki mənim maşınımda oturursan” - İçkili sürücü polislə mübahisə etdi - VİDEO

Bütün Xəbərlər

FaceBook