Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Hərbi ekspert əsgərimizin cəsədinin necə alınacağının anonsunu verdi -“Peşman olacaqlar...”

Hərbi ekspert əsgərimizin cəsədinin necə alınacağının anonsunu verdi -“Peşman olacaqlar...”
yüklənir...

“Yaxın günlərdə şahidi olacağıq ki, işğalçı ordunun Azərbaycan ərazilərindəki zabitləri və ya əsgərləri ordumuzun əlindədir”


Azərbaycan ordusunun hərbçisi Çingiz Qurbanovun cəsədi Ermənistanla təmas xəttindəki ərazidən İrəvana aparılıb. Ermənilər bu dəfə də şəhid əsgərimizin İrəvan morqunda çəkilən fotolarını sosial şəbəkədə yayıblar.

Qeyd edək ki, Çingiz Qurbanov ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş vermiş döyüşlərdə şəhid olub. Hadisədən iki həftə keçsə də, Ermənistan Azərbaycan ordusunun əsgərinin cəsədini vermir. Beynəlxalq Qırmızı Xaça müraciət olunsa da, erməni tərəfi cəsədi qaytarmaqdan imtina edir. Beləcə, Ermənistan beynəlxalq humanitar normalara, müharibənin yazılmış və yazılmamış qanunlarına növbəti dəfə hörmətsizlik nümayiş etdirməkdədir. Ermənilərin əlinə hələ 90-cı illərin əvvəllərindən Qarabağ döyüşlərində istifadə etdikləri praktikanı - cəsədlərdən qisas almağı və onlarla alver etməyi yenidən işə salmaq fürsəti düşüb.

Beynəlxalq humanitar normalar, müharibələr zamanı yaralılarla, cəsədlərlə və əsirlərlə rəftarı tənzimləyən beynəlxalq konvensiyalar, lap elə yazılmamış müharibə qanunları cəsəddən qisas almağı, onun təhvil verilməsini ləngitməyi yolverilməz sayır. Bu, həm də heç bir insanlığa sığmayan praktikadır və belə praktikadan məhz Ermənistan istifadə edir.



Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Çingiz Qurbanovun cəsədinin 10 gün Azərbaycanla sərhəddə saxlanması da Azərbaycanı məhz Ermənistan sərhədində təxribata çəkmək planının tərkib hissəsi idi. Ermənistan rəhbərliyi şəhid əsgəri orada saxlamaqla Azərbaycan ordusunun Ermənistan sərhədini keçməyə cəhd edəcəyini gözləyirdi: “Onlar hesablayırdılar ki, Azərbaycan hərbçiləri Çingizin cəsədini götürmək üçün sərhəddə əməliyyata başlasa, KTMT-yə, dünyaya ”Azərbaycan ordusu Ermənistan sərhədini pozdu" haray-həşirini yaysınlar. Görəndə ki, bu planları baş tutmur, əsgərin meyitini İrəvana apardılar. Ermənistan Azərbaycanı çox ciddi bir təxribata çəkmək istəyirdi".

Hərbi ekspert əsgərimizin cəsədinin necə alınacağının anonsunu verdi -

Ü.Cəfərov qeyd etdi ki, Ermənistanın bütün müharibə qanunlarını, beynəlxalq konvensiyaları, humanitar normaları açıq-aşkar pozmasına ATƏT-in Minsk Qrupunun, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin və digər beynəlxalq qurumların seyrçi qalması, Ermənistana heç bir təsir göstərməməsi onu göstərdi ki, Azərbaycan bu beynəlxalq qurumlarla öz işini konkretləşdirməlidir: “ATƏT-in Minsk Qrupunun həmsədrləri bu məsələdə ümumiyyətlə, hərəkətlilik nümayiş etdirmirlər. Həm onların, həm də Ermənistanın bu davranışı Azərbaycan üçün bir dərs olmalıdır. Erməni əsgərləri canlı və ya ölü Azərbaycan tərəfinin əlinə keçəndə biz onu bir-iki günün içində Ermənistana təhvil verirdik. Ermənilər bir daha sübut elədilər ki, onlar heç bir humanizm prinsipini anlamırlar. ATƏT-in Minsk qrupu həmsədrləri isə heç bir hərəkət etməməkləri ilə bir daha göstərdilər ki, onlar nəinki hansısa rayonu və ya kəndi danışıqlarla geri qaytarmağa nail olası deyillər, hətta bir əsgərin cəsədini ermənilərdən almaq istəyində və imkanında deyillər. Bütün bunlar Azərbaycan üçün həm də bir siqnaldır. Bir əsgər meyitini geri ala bilməyən beynəlxalq qurumdan Qarabağ münaqişəsinin həllini gözləmək öz-özünü aldatmaq olar”.

Hərbi ekspert əsgərimizin cəsədinin necə alınacağının anonsunu verdi -

Hərbi ekspert sonda bəyan etdi ki, Çingiz Qurbanovun cəsədini ermənilər geri qaytarmaq məcburiyyətində qalacaqlar: “İnanıram ki, yaxın günlərdə Azərbaycan ordusu Çingizin qisasını alacaq və Ermənistan çox peşman olacaq. Ermənistan əsgərimizin cəsədini verməməyin bədəlini bir neçə qat artıq ödəməli olacaq. Onsuz da Müdafiə Nazirliyinin rəhbərliyi müvafiq göstərişi verib. Yaxın günlərdə bunun canlı şahidi olacağıq ki, Ermənistan ordusunun Azərbaycan ərazilərindəki zabitləri və ya əsgərləri Azərbaycan ordusunun əlindədir. Bundan sonra ermənilər Çingiz Qurbanovun cəsədini geri qaytarmaq üçün yalvaracaqlar. İnanıram ki, bu baş verəcək. Azərbaycan ərazilərindəki erməni mövqelərinə hücum edib onu darmadağın edən, onları ciddi itkiyə məruz qoyan milli qəhrəmanlar Mübariz İbrahimovun və Fərid Əhmədovun cənazələrini də Ermənistan uzun müddət qaytarmaqdan imtina edirdi? Ancaq sonda cəsədləri geri qaytarmaq məcburiyyətində qaldılar. Ötən ilin aprel döyüşlərində isə ermənilər cəsədlərin qaytarılmasına ona görə tezliklə razı oldular ki, Azərbaycan tərəfin nəzarətində də çoxlu erməni döyüşçüsünün cəsədi qalmışdı. Bütün bu faktlar sübut edir ki, düşmənlə onun başa düşdüyü dildə danışmaqdan başqa yol yoxdur”. (“Yeni Müsavat”)

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

20.08.2017

“Azəri deyilən bir millət yoxdur, bunu xiyar Stalin uydurub” – Türkiyəli alim

18.08.2017

Bölgələrdə yaşayan ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatdı

17.08.2017

Kəmaləddin Heydərov vitse-prezident oldu

17.08.2017

Ürək dərhal dayana bilər – Diqqətli olun!

16.08.2017

Aprel şəhidinin doğum günüdür — Xanımı onu belə təbrik etdi - MƏKTUB

16.08.2017

"Qarabağ"a qələbə qazandıran Mahir Mədətov tanınmış prodüserin övladıdır

16.08.2017

Prezident hərbçiləri təltif etdi – Adlar

16.08.2017

Kanadada yaşayan Həsən Səftərovdan bütün nəsli imtina etdi

15.08.2017

İran prezidenti: “ABŞ sanksiyaları tətbiq etsə, İran nüvə sazişindən çıxacaq”

15.08.2017

Prezident sərəncam imzaladı

14.08.2017

"İnfiniti" Fəxri Xiyabanın qarşısındakı dayanacağı zəbt etdi: Yol polisi görməzdən gəldi, dava düşdü

14.08.2017

“Bizə silah verin, Sarkisyanın dəstəsini məhv edək” – Yerevanda üsyan ÇAĞIRIŞLARI

14.08.2017

Ramil Quliyev dönər kəsib, kabab bişirdi- FOTOLAR

14.08.2017

Mirşahin Ağayev : "Lütfi Zadə ölməyib, özüm danışdım..."

14.08.2017

“Bu, Rusiyanın Azərbaycana hərbi intervensiyasına gətirib çıxara bilər...”

14.08.2017

UNESCO-nun ideyalarına sədaqət nümunəsi olan xoşməramlı səfir-Mehriban Əliyeva

13.08.2017

Helsinki Vətəndaş Assambleyası: Ermənistanda kişi çatışmazlığı var

11.08.2017

Ramil Quliyevdən açıqlama: “Mən Türkəm, Atatürkün övladıyam”

11.08.2017

İlham Əliyev Ramili təbrik etdi: "Səninlə fəxr edirik!"

11.08.2017

Azərbaycan Naxçıvana böyük hərbi qüvvə cəmləyir

11.08.2017

“Nəvəmi öz əlimlə polisə təhvil vermişəm”

09.08.2017

Üçüncü dünya müharibəsinin "ayaq səsləri" eşidilir — TƏHLÜKƏLİ GƏRGİNLİK

09.08.2017

Şimali Koreya böhranı: “Atəş və qəzəb”dən sonra nə baş verə bilər?

09.08.2017

Rusiya, ABŞ və İsrail arasında gizli danışıqlar ortaya çıxdı

08.08.2017

Uşaqları belə cəzalandırın: fransalı pedaqoqla a-dan z-yə HƏR ŞEY - MÜSAHİBƏ

08.08.2017

"Erməni vəhşiliyi dözülməzdir" - Fransız senator

08.08.2017

Türkiyədən Almaniya ilə bağlı - Qərar

08.08.2017

İraq kürdlərə qarşı birləşir - Kampaniya

08.08.2017

Ramil Usubov Şəkidə bölgə sakinlərini qəbul edəcək

08.08.2017

OBA marketlər şəbəkəsi status müəlliflərini mükafatlandırıb

08.08.2017

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

07.08.2017

Prezident 3 sərəncam, 4 fərman imzaladı

Bütün Xəbərlər

FaceBook