Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:13 369

Tarix: 7-01-2017, 14:02

Etibar Məmmədova hakimiyyətdə post verilir? -“Baş nazir vəzifəsi elə ağır sahədir ki...”

Etibar Məmmədova hakimiyyətdə post verilir? -“Baş nazir vəzifəsi elə ağır sahədir ki...”

Azərbaycan Milli İstiqlal Partiyasının(AMİP) lideri Etibar Məmmədovun yenidən aktiv siyasətə qayıtmağa hazırlaşdığı, hətta baş nazir olmaq üçün hakimiyyətlə danışığa getdiyi barədə xəbərlər yayılıb

İddialarda əksini tapan məsələyə - Etibar Məmmədovun hakimiyyətdə ikinci ən yüksək posta təyinat almaq istəməsinə onun özünün cavabı maraqlıdır. Amma E.Məmmədov Modern.az-ın bununla bağlı sualına cavab vermək istəməyib.

Bəs onda kənarda nə düşünülür, Etibar Məmmədovun ikinci dəfə aktiv siyasətə qayıdışı nə vəd edir?

Etibar Məmmədov Baş nazir postu üçün uğurlu kadr ola bilərmi?

Modern.az saytı məsələyə münasibət öyrənməyə çalışıb.

Keçmiş Baş nazir, eks-deputat Pənah Hüseyn Etibar Məmmədovun siyasətə qayıdışı və hökumət başçısı olmaq üşün hakimiyyətlə danışığa getməsi kimi məsələləri şərh etmək həvəsində olmadığını bildirib.

İqtidarda olan Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov da bu mövzu haqda hər hansı açıqlama vermək istəməyib.

Milli Məclisin deputatı, vaxtilə Baş nazirin 1-ci müavini işləmiş Vahid Əhmədov Etibar Məmmədovun Baş nazir postuna yiyələnməsi və hakimiyyətə qayıdışı barədə bunları deyib.

“Etibar Məmmədov istiqlalçı deputatdır. Müstəqilliyin əldə edilməsinə çalışanlardan biri olub. Düzür, Etibar Məmmədovun dilindən Baş nazir olacağı barədə heç nə eşitməmişəm. Qaldı ki, Etibar Məmmədovun hakimiyyətə qayıdışına, məgər, o, siyasətdən gedib?! Etibar Məmmədov siyasətdədir. Sadəcə, onun hakimiyyətə qayıtması barədə özü nəsə deyə bilər. Mən nəsə fikir söyləyə bilmərəm. Bunlar onun öz işidir. Nə planları varsa, özü bilər.

Baş nazir postu da elə ağır sahədir ki, ona rəhbərlik edən şəxs iqtisadiyyatı daha dərindən bilməlidir. Həm də bu posta təyinat cənab prezidentin səlahiyyətində olan məsələdir. Bildiyiniz kimi, cənab prezident “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrəstrateji yol xəritəsi”ni təsdiq edib. Bunu həyata keçirmək üçün islahatçı hökumətə ehtiyac var. İnanmıram ki, hazırkı hökumət bunun öhdəsindən gələ bilsin. Əgər 10 il ərzində bir iş görülməyibsə, bundan sonra çətin ki nəsə edilsin. Xüsusilə, indiki məqamda çox çətindir. Ölkədə devalvasiya hökm sürür”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə Etibar Məmmədovun ikinci dəfə siyasətə qayıdışının uğurlu olacağını düşünmür:

“Hansısa siyasətçinin siyasətdən gedib və siyasətə qayıtmasının çox nadir nümunələri var. Məsələn, Fransada Şarl-De Qol siyasətdən gedib, yenidən siyasətə qayıdıb. Ümumiyyətlə, bir çox dövlətlərdə ikinci dəfə siyasətə qayıdış olub. Mənə elə gəlir ki, ikinci dəfə siyasətə gəlmək birinci dəfə gəlməkdən daha az siyasi nəticələr əldə etməyə imkan verir.

Hesab edirəm ki, Etibar bəyin təkrar siyasətə qayıtması Azərbaycanda qeyri-adi hadisə olmayacaq. Sadəcə, siyasətə qayıtmaq onun hüququdur. Nə vaxt istəsə, qayıdar. Görünür lider kimi, bir siyasi partiya rəhbəri kimi siyasətə qayıtmasından söhbət gedir.

Mənə elə gəlir ki, Etibar bəy AMİP-in sədrliyindən gedərkən uduzdu. Onun gedişindən sonra Azərbaycanın ən nüfuzlu partiyalarından biri olan AMİP demək olar ki, cəmiyyətdə tanınmayan-bilinməyən partiya səviyyəsinə endi. Etibar bəy siyasətə qayıdacağı təqdirdə AMİP-i əvvəlki vəziyyətinə qaldırması üçün bəlkə də daha çox əziyyət çəkməlidir. Bu da Azərbaycan reallığında o qədər də mümkün görünmür.

O başqa məsələdir ki, Etibar bəy siyasətə qayıdarkən tamamilə fərqli bir simada qayıda bilər. Klassik müxalifətçi kimi yox, iqtidarda müəyyən qüvvələrin ittifaqında qayıdarsa, nəhəng bir güc ortaya qoya və siyasi nəticələr əldə edə bilər”.

yüklənir...

XƏBƏR LENTİ

24.01.2017 , 08:42

ABŞ Trans-Sakit Okean Tərəfdaşlığından çıxır

24.01.2017 , 08:33

`Formula-1`in rəhbəri dəyişdi

24.01.2017 , 01:30

AST Telman rəsmən müflis elan edildi

23.01.2017 , 22:05

Sürücülərin nəzərinə - Sabahdan bu yol bağlanır

23.01.2017 , 21:56

Göyçayda doğulan deputat AŞPA-nın vitse-prezidenti seçildi

23.01.2017 , 21:47

“Eurovision”a Putinlə bağlı qalmaqallı mahnı ifaçısı gedir: VİDEO

23.01.2017 , 21:37

Staffan de Mistura: “Astanada qazanılan uğur Suriyanın uğuru olacaq”

23.01.2017 , 21:26

Türk deputat NATO-nu terror təşkilatı ADLANDIRDI

23.01.2017 , 21:13

Dünya Donald Trampın oğlunun bu videosundan danışır - Video

23.01.2017 , 21:06

Trampın xarici siyasətdə ilk böyük - Addımı

23.01.2017 , 20:58

Ermənistanda əsgərlər arasında silahlı insident

23.01.2017 , 20:43

Rusiya hərbi təyyarələri ölkə ərazisindən uçaraq Suriyadakı hədəfləri bombalayıb

23.01.2017 , 20:35

Prezident İlham Əliyevdən Lavrova mesaj: “Kim BMT qətnamələrini unudubsa yada sala bilərik...”

23.01.2017 , 20:05

“Rüşvətə son qoymağı tələb edirəm...” – Ramiz Mehdiyev

23.01.2017 , 19:42

Astanada Suriya nümayəndə heyəti müxalifəti təxribatçılıqda günahlandırıb

23.01.2017 , 19:29

Elmar Məmmədyarov: “İnsanlar kütləvi şəkildə Avropaya üz tutmağa başlayıb”

23.01.2017 , 19:16

İlham Əliyev: “Bir neçə il əvvəl hərbi hissələrin fotoşəkilləri mənə təqdim ediləndə...”- MƏTN

23.01.2017 , 18:59

Prezidentdən məcburi köçkünlərlə bağlı fərman - Aylıq pul

23.01.2017 , 18:51

Cahangir Məmmədli qalmaqallı səs yazısından danışdı

23.01.2017 , 18:48

Bakıda evdən seyf oğurlandı İçində - 40 min dollar, 30 min avro olub

23.01.2017 , 18:29

Sərxoş usta ev sahibini öldürdü - Bakıda

23.01.2017 , 18:20

Zakir Həsənov: Cəbhədə əməliyyat şəraiti tam nəzarətdədir

23.01.2017 , 18:12

Səudiyyə Ərəbistanı ağır böhran yaşayır – Təhlil

23.01.2017 , 18:03

BDU-da qalmaqal – Tələbələri təhdid edən dekan müavini haqda araşdırma başladı (VİDEO)

23.01.2017 , 17:48

Dollar kəskin qalxdı – Mərkəzi Bank sabahın rəsmi kursunu açıqladı

23.01.2017 , 17:46

Azərbaycanın diaspor təşkilatının rəhbəri erməni qızı aldı

23.01.2017 , 17:33

YAP-çı deputat Lavrova sual verən jurnalistin müdafiəsinə qalxdı

23.01.2017 , 17:18

Polislərin xidmət müddəti artırılır

23.01.2017 , 17:08

BDU-nun dekan müavini tələbələri hədələyir: “Axırıncı dəfə deyirəm”-ŞOK səs yazısı

23.01.2017 , 16:44

“CNN”dən iddia: "Rusiyada Trumpın şərəfinə gümüş pullar zərb edilib"

23.01.2017 , 16:28

Bakıda strateji və iqtisadi forum keçiriləcək – XİN-dən açıqlama

23.01.2017 , 15:47

Milli Məclis bəyanat verdi – Əsgərimizin meyitinin qaytarılmaması ilə bağlı

Bütün Xəbərlər

FaceBook