Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

“Məni vurdular, huşumu itirdim” -Nurayın atası

“Məni vurdular, huşumu itirdim” -Nurayın atası
yüklənir...

2 gündür ki, sosial medianın diqqət mərkəzində olan 10 yaşlı Nurayın atası Əvəz Bayramov ittihamlara münasibət bildirib.

Tərəfdar.az xəbər verir ki, BakiPost.az-a açıqlama verən Ə. Bayramov həyat yoldaşını qovmasıyla bağlı deyilənlərə cavab verib. Bildirib ki, sabiq həyat yoldaşı özü çıxıb gedib: "Mən Nurayın anasını qovmamışam. Aramızda elə bir söz-söhbət də olmayıb. Hətta onun evdən getməsindən əvvəl deyə-gülə məzuniyyətə də getmişdik. 2007-ci ilin avqustun sonlarında o özü çıxıb gedib. Biz heç bilməmişik də. O bizimlə qonşu kənddə qalırdı. Zəng eləmişik ki, gəlirik səni evə gətirməyə. O dedi ki, mən boşanıram, gəlmirəm. Səninlə yaşamaq istəmirəm. Onu da əsas gətirirdi ki, sən gecə növbəsində işləyirsən. Orada qalmırsan, hara gedirsən bilmirəm və s. Onda da mən 2 xəstəxanada işləyirdim. Gecə növbələrində işləyirdim. Mən ayrılmaq istəmirdim. Hətta 4 ay müddətində ərizə də yazmadım. Uşaq var idi, deyirdim qız uşağıdır, gəl ayrılmayaq. O razı olmadı.

Özü gəldi Binəqədi rayon məhkəməsində ərizə yazdı. Təxminən 4 ay sonra yazdı, biz də 2008-ci ilin fevral-mart aylarında boşanmışıq. İşlədiyim doğum evinə aliment köçürülməsiylə bağlı ərizə gəldi. Onlar özləri qışqırdılar ki, bizə aliment lazım deyil. Başınıza dəysin. Mən özüm getdim Quba poçtunda hesab nömrəsi açdırdım. Hər ay məhkəmə qərarına əsasən maaşımın dörddə bir hissəsini o hesab nömrəsinə köçürdüm. Hamısının sənədləri də var. Onlar gedib alimenti almayıblar. Poçt şöbəsindən çağırıblar, yenə də gedib götürməyiblər.

2010-cu ildə keçmiş həyat yoldaşım xərçəng xəstəliyindən vəfat etdi. Mən o vəfat edən kimi ərizə yazıb, uşağımı geri almaq istədim, amma dedilər ki, yaxşı deyil, qoy ili tamam olsun, sonra gedib ərizə yazarsan. Mən də 1 ilin tamamında ərizə yazdım. Uşaq onda çox balaca idi.

Məhkəməyə 2011-ci ildə verdim. Məhkəmə gedə-gedə məlum oldu ki, Nurayın anasının 40-ı çıxar-çıxmaz xalası qəyyumluq üçün aidiyyəti qurumlara müraciət edib, Mehriban xanımı Nurayın qəyyumu təyin ediblər. Məhkəmə də mənim xəbərim olmadan belə bir addım atıldığı üçün qəyyumluq məsələsini ləğv elədi. Quba rayon məhkəməsi, Sumqayıt apellyasiya məhkəməsi, Ali məhkəmə uşağın mənə verilməsi haqqında qərar çıxardı. Onda da uşağın 5-6 yaşı var idi. İş icra olunmadı və onlar mənim atalıq hüququmdan məhrum edilməyimlə bağlı məhkəməyə müraciət etdilər. Bununla bağlı məhkəmə bitənə qədər də uşağın xalasında qalmasına icazə verildi. İcra dayandırıldı. Məhkəmə cürbəcür iddialarla uzadıldı.

2013-cü ilin iyun ayından başlayan məhkəmə gəldi 2016-ci ilin martına kimi uzandı. Ali məhkəmə mənim atalıq hüuqumdan məhrum edilməməyimlə bağlı qərar çıxardı. İş icraata getdi.

2 dəfə uşağın alınıb verilmə prosesi olub. Bir dəfə də evlərinə getdik, yox idilər. Uşaqla xalası yoxa çıxmışdı. Axtarışa verildilər. 4 ay müddətində onları tapmaq mümkün olmadı.

Video çəkilən prosesdə isə Xaçmaz rayon icra şöbəsinin əməkdaşları, Quba rayon icra şöbəsinin əməkdaşları, bir də Quba rayon polis şöbəsinin əməkdaşları iştirak edib. Uşaq məni neçə ildir görmür. Ona görə də aydın məsələdir ki, reaksiya verir.

Oradan çıxanda mənə təxminən 15-20 nəfər hücum edib, məmurların gözü qarşısında vurdular. Mən huşumu itirib yerə yıxıldım. O video axıra kimi verilməyib. Yoxsa mənə olan hücumu, yerə yıxılmağımı, hamısını görərsiniz. Uşağı mənim əlimdən alıb aparıblar.

Bu məsələni ona görə qaldırıblar ki, mən onlar haqda şikayət vermişəm. Respublika prokurorluğuna müraciət eləmişəm. Əks-hücuma keçiblər”.

Əvəz Bayramov evil olduğunu və başqa bir qız övladının olduğunu da dilə gətiirb: "Uşağım mənə verilməsə çıxıb gedəcəyəm Dağıstana, orada yaşayacağam”.
скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

25.09.2017

Türkiyə üçün çətin “kürd seçimi”: Bu vəziyyəti Ankaranın özü yaradıb

25.09.2017

Rəsul Quliyev Milli Şuranın mitinqini ələ saldı

24.09.2017

Əflatun Amaşov: Şura mitinqdə monitorinq aparıb

23.09.2017

Kollec direktoru aprel Şəhidinin portretini sökdürdü- FOTO

23.09.2017

BŞBPİ Milli Şuranın mitinqi ilə bağlı açıqlama yaydı

23.09.2017

DİN-dən üç şəhərdə narkotik əməliyyatı – həbslər

23.09.2017

Bakıda metronun qarşısında ölüm

23.09.2017

İki stulda “oturan” Sərkisyanın tək cəzası – “Qarabağı ABŞ qaytara bilər”

23.09.2017

“Bakı və İrəvan Qarabağ münaqişəsinin həllinə yaxınlaşıb” - Rusiya rəsmisi

23.09.2017

Milli Şuranın azsaylı mitinqi başlayıb - FOTOLAR

23.09.2017

Baş nazir: “Referendumla bağlı son qərar verilib”

23.09.2017

Kürdlərin müstəqillik referendumu başladı: İlk səs verildi

23.09.2017

Məmmədyarov BMT çərçivəsində görüşlər keçirdi

23.09.2017

Bakıda iş elanı: subaylar üçün 4 min manat maaş

23.09.2017

ATƏT PA-nın xüsusi nümayəndəsi Bakıya gəlir

23.09.2017

Hafiz Hacıyevin qızı avtoşluğa görə saxlanıldı- FOTOLAR

23.09.2017

İstirahət günü hava necə olacaq?

23.09.2017

Bakıda şirkətdən oğurlandı - 266 min manat

23.09.2017

Ərdoğanın İrana səfər tarixi açıqlandı

23.09.2017

Neft bahalaşdı

23.09.2017

Ermənilər mövqelərimizi atəşə tutdu

23.09.2017

DİN-ə yeni səlahiyyət verildi - Qərar

23.09.2017

“Referendumlar ləğv edilməlidir, bu, təhlükəsizlik və istiqlal üçün vacibdir” - Azay Quliyev

23.09.2017

Sazişlər açıqlandı: Türkiyənin İraqa girmə haqqı - Video

22.09.2017

Həbsdə olan bələdiyyə sədri vəfat etdi

22.09.2017

Ramil Usubov yeni rəis təyin etdi

22.09.2017

Nazirlikdən Sabirin ev muzeyinin sökülməsinə - Münasibət

22.09.2017

Neftin kəskin ucuzlaşmasına baxmayaraq… - Prezident

22.09.2017

Ərdoğan: Əsədin hakimiyyətdə qalması cinayətdir

22.09.2017

Abid Şərifov “cəzalanacaq” dedi, Akif Əli isə...

22.09.2017

Polis mitinqlə bağlı xəbərdarlıq etdi

22.09.2017

Türk ordusu azərbaycanlıların torpağına girəcək - Ekspert

Bütün Xəbərlər

FaceBook