Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:10 074

Tarix: 6-01-2017, 18:33

Almaniyada gizlənən azərbaycanlı qatilin oğlu əsgərlikdən geri çağrıldı –Həbs edildi

Almaniyada gizlənən azərbaycanlı qatilin oğlu əsgərlikdən geri çağrıldı –Həbs edildi

Salyan rayonunda qətldə şübhəli bilinən şəxsin oğlu saxlanılıb.

Salyan rayon Prokurorluğundan verilən məlumata görə, 2015-ci ilin noyabrında Elçin Qasımov adlı şəxsi qətlə yetirərək həyətində basdırmaqda şübhəli bilinən Rövşən Cavadovun oğlu Ağacavad Cavadzadə barəsində Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə cinayət işi başlanıb. (APA)

Salyan rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

APA-nın əldə etdiyi məlumata görə, A. Cavadzadə hərbi xidmətdə olub və hərbi xidmətdən geri çağırılaraq həbs edilib.

Qeyd edək ki, Salyan rayonunda 2015-ci ilin noyabr ayında itkin düşdüyü bildirilən 26 yaşlı Qasımov Elçin Mirqələm oğlunun meyiti rayon sakini Cavadov Rövşən Cavad oğlunun həyətində aşkarlanıb.

Rövşən Cavadovun keçmiş polis əməkdaşı olduğu bildirilir.

Salyan rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, daxil olan məlumat əsasında həyata keçirilən araşdırmalar zamanı qətlin rayon sakini Rövşən Cavadov tərəfindən törədilməsi müəyyən edilib. Bildirilib ki, R. Cavadov E. Qasımovu öldürdükdən sonra onu öz həyətində basdırıb və ölkəni tərk edib.

Hazırda onun xarici ölkələrdən birində gizləndiyi bildirilir.

Faktla bağlı Rövşən Cavadovun həyat yoldaşı Nazənin Cavadova və qızı polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

R. Cavadov Salyan rayon bələdiyyəsinin keçmiş sədr müavini Rafiq Cavadovun qardaşıdır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin həmin qətl hadisəsi barədə yaydığı məlumatda bildirilir ki, 2015-ci il noyabr ayının 11-də Salyan şəhərində yaşayan Elçin Qasımov evdən çıxıb və geri qayıtmayıb.

Araşdırmalarla həmin gün E.Qasımovun qonşusu Rövşən Cavadovun şəhər ərazisində yaşadığı evdə olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən bıçaqla qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.

E.Qasımovun cəsədinin qalıqları eksqumasiya edilib.

Araşdırmalar zamanı R.Cavadovun Almaniyada olması müəyyən edilib, hazırda onun tutularaq ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə APA-ya bildirib ki, faktla bağlı dərhal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Meyitin şəxsiyyətinin dəqiqləşdirilməsi və cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədi ilə zəruri, təxirəsalınmaz istintaq əməliyyat tədbirləri həyata keçirilir.

XƏBƏR LENTİ

17.01.2017 , 01:35

"Reina" qətliamını törədən terrorist İstanbulda sağ olaraq yaxalandı - Foto

17.01.2017 , 00:09

Trampın reytinqi aşağı düşür

17.01.2017 , 00:08

Diyarbəkirdəki partlayışda ölənlərin sayı 4 nəfərə çatıb

16.01.2017 , 20:46

Azərbaycanda borcu silinənərin sayı açıqlandı - Siyahı

16.01.2017 , 18:59

Naxçıvan televiziyasının saytına 800 min baxış olub – 1000 baxış Ermənistandan qeydə alınıb

16.01.2017 , 18:48

70 minə qədər ödəyicinin faiz borcu silindi

16.01.2017 , 18:48

Avetyan İrəvana gedir: “Azərbaycandan xahiş edirəm...”

16.01.2017 , 18:40

“Təfəkkür” bağlansa da, universitetdəkilərin xəbəri yoxdur

16.01.2017 , 18:31

Türkiyədə partlayış - 5 yaralı

16.01.2017 , 18:30

İlham Əliyev Türkiyənin Fəxri doktoru adına layiq görüldü

16.01.2017 , 18:23

ABŞ Astana görüşlərinə dəvət edilmədi

16.01.2017 , 17:59

Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək

16.01.2017 , 17:56

General: "Şəhidimizin qisası tezliklə alındı"

16.01.2017 , 17:20

Təfəkkür Universiteti bağlandı

16.01.2017 , 17:09

Rektordan sərt qərar - Universitetin 5 dekanı vəzifədən çıxarıldı (Siyahı)

16.01.2017 , 17:09

Dünya İqtisadi Forumunun Davos zirvəsi başlayır

16.01.2017 , 17:08

Sərdar Cəlaloğlundan sensasion iddialar - "Hakimiyyətin daxilində parçalanma tendensiyaları var..."

16.01.2017 , 16:57

Terrorçuluqla məşğul olan 58 nəfər Azərbaycan vətəndaşlığından məhrum edildi

16.01.2017 , 16:54

Mehriban Əliyeva ən fəal deputat seçildi

16.01.2017 , 16:52

Beynəlxalq Bankın 6 filialı haqda cinayət işi açılıb

16.01.2017 , 16:51

“Belə şərəfsizləri generallara qarşı ifadə verməyə məcbur edirlər” – Çovdarov

16.01.2017 , 16:49

ADAU mükafat yalanı ittihamına cavab verdi, amma...

16.01.2017 , 16:47

Şahin Mustafayev: "Növbəti üç ildə əczaçılıq sahəsində dönüş olacaq"

16.01.2017 , 15:23

Lənkəranskinin 5 metrlik abidəsi Bakıya gətirildi - Hindistanda hazırlanıb

16.01.2017 , 15:22

"Ermənilərin təxribat cəhdi baş tutmadı"- Nazirlikdən bəyanat

16.01.2017 , 15:16

Tanınmış yumoristə ağır itki

16.01.2017 , 15:08

“Azərbaycanın müharibə edəcəyi danılmazdır”

16.01.2017 , 15:04

Həyacanla gözlənilən Möhtəşəm 100 Gün lotareyasının qalibləri məlum oldu

16.01.2017 , 14:56

Dilqəm Əsgərovun atası iflic oldu - Foto

16.01.2017 , 14:45

Polis mayoru vətəndaşı söydü, araşdırma başladı - Şirvanda + Video

16.01.2017 , 14:20

Ermənilər “KVN”in səhnəsində - Maslyakovun yalanı üzə çıxdı

16.01.2017 , 14:12

Özünü güllələyən deputat arvadının məktubu tapıldı - “Tükəndim...”

Bütün Xəbərlər

FaceBook