Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

İŞİD Azərbaycana Avropadan sıza bilər...

İŞİD Azərbaycana Avropadan sıza bilər...
yüklənir...

İlham İsmayıl: “ İŞİD zəiflədikcə hədələrinin də, terrorlarının da sayı artacaq”


Bayram günləri Azərbaycan və dünya gündəminin əsas mövzularından biri İŞİD-in yenidən Avropanı hədəf alması barədə xəbərlər oldu. Belə ki, İŞİD terror təşkilatının liderlərindən birinin 400 yaraqlı ilə Avropaya daxil olması xəbəri yayıldı. Bu barədə “Daily Mail” İtaliya xüsusi xidmət orqanlarına istinadən məlumat yayıb. Qrupa alban cihadçı Əbu Əbdulla əl-Kosova adı ilə tanın Lavdrim Muhadcerinin rəhbərlik etdiyi bildirilib. Terrorçuların Kosova dövlət orqanlarını və pravoslav kilsəsini hədəf alacağı güman edilir.

İtaliyanın “L’Espresso” qəzetinin məlumatına görə, Avropaya daxil olan terrorçuların sayı 400 nəfərə çatır.

Qeyd edilir ki, onlar Suriyadan miqrant qismində köhnə qitəyə daxil olmağı bacarıblar.
Bu xəbərin “istiliyi soyumamış” 26 yaşlı Bakı sakininə naməlum şəxs təfəfindən 14 min ABŞ dolları qarşılığında İŞİD-ə qoşulmaq təklifinin edildiyi üzə çıxdı. Təklifdən imtina edən Orxan Əhmədov Suraxanı Polis İdarəsinə məlumat verib, eyni zamanda Daxili İşlər Nazirliyinin “102" zəng mərkəzinə məlumat verməyi də unutmayıb. Bakı sakini Suraxanı polisinə ərizə ilə etdiyi müraciətində bildirib ki, 2016-cı il dekabr ayının 26-da naməlum şəxs ona zəng edərək İŞİD-ə qoşularaq cihad etməsini təklif edib. O.Əhmədov bundan imtina edəndə naməlum şəxs bu işin müqabilində 14 min ABŞ dolları təklif edib.

Yanvarın 3-də isə sosial şəbəkələrdə Suriyanın Hələb şəhərindən şübhəli şəxsin ölkəmizə daxil olması ilə bağlı yayılan xəbər də diqqət çəkdi. “Qafqazinfo” hüquq-mühafizə orqanlarına istinadən məlumat dərc etmişdi ki, belə bir şəxsin olduğu ehtimal olunur və polis araşdırma aparır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verdi.

S. Gözəlov bildirib ki, həmin şəxs Özbəkistan vətəndaşıdır və itkin düşən şəxs kimi axtarışa verilib: “Həmin şəxs 1992-ci il 26 avqust tarixində Özbəkistanın Daşkənd vilayətinin Zangiata rayonunda anadan olmuş Əhmədcanov Məhəmmədcan Akmalcan oğludur. O, 29.06.2016 tarixindən xəbərsiz itkin düşən şəxs kimi axtarışa verilib. Onun Azərbaycanda olması ehtimal edildiyindən Özbəkistan tərəfindən bizə müaricət olunub. Həmin şəxs Özbəkistan vətəndaşıdır. Bir daha xahiş edirik ki, KİV nümayəndələri bu cür məlumatları yayarkən dəqiqləşdirsinlər, ehtiyatlı olsunlar”.

Ekspertlər yayılan hər üç xəbərlə əlaqədar Azərbaycan hökumətini uyaracaq açıqlamalar verirlər. İŞİD-in Avropadan Azərbaycana keçmə ehtimallarının ola biləcəyi vurğulanır. Eyni zamanda Bakı sakininə İŞİD-ə qoşulmaq üçün pul təklifinin digər vətəndaşlara da edilə biləcəyi istisna edilmir və bu istiqamətdə hüquq-mühafizə orqanlarının fəaliyyətinin ciddiliyi qeyd olunur.



Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl hesab edir ki, 400 İŞİD-çinin Avropaya göndərilməsi ilə bağlı xəbər şişirdilib: “Azərbaycan və digər yerlərdə İŞİD-ə qoşulmaq üçün böyük məbləğlərin təklif olunmasının bir sıra səbəbləri var. Son zamanlarda İŞİD böyük itkilər verir. Bunun yerini doldurmaq, yenidən hədə-qorxular gəlmək üçün aydın məsələdir ki, terror təşkilatı bu cür addımlar atır. Bunu təkcə Azərbaycanda deyil, bütün ölkələrdə edir. Bu məsələlərlə əlaqədar hələ ölkəmizdə bir nəfər müraciət edib. Ola bilsin ki, müraciət etməyənlər də var. Bu istiqamətdə ciddi tədbirlərin görülməsi çox vacibdir. İŞİD zəiflədikcə hədələrinin də, terrorlarının da sayı artacaq. Yerlərdə muzdlu döyüşçülər götürmək üçün belə təkliflərin edilməsi mümkündür. İŞİD-in Azərbaycana Avropadan daxil ola biləcəyi ilə bağlı deyilənlərə gəldikdə isə onu qeyd edə bilərəm ki, bu, tamamilə mümkündür. Yaxınlığımızda, Şimali Qafqazda İŞİD-in radikal qanadı var, üstəlik, Orta Asiyada da. Bu ərazilərdən xeyli sayda İŞİD tərkibində vuruşan şəxslərin olması bir reallıqdır. Onların Şimali Qafqazdan ölkəmizə keçmələri problem deyil. Amma onlara problem yaratmaq mümkündür. Gəlişlərinə imkan verilməyə bilər. Eyni zamanda ciddi nəzarət olunmalıdır. Bütün bunların hamısı onu göstərir ki, terror üçün cəhdlər olacaq. Bunun qarşısını almaq üçün Avropa konkret addımlar atmalıdır. Əks halda, kifayət qədər gərginliklər olacaq. Çünki İŞİD zəiflədikcə gərginliyi artıracaq. Bu gərginliyin bir qanadı da Azərbaycan ola bilər”.

Ekspert Azərbaycan hökumətinin bu istiqamətdəki hazırlıqlarına da toxundu: “Bu məsələ ilə hüquq mühafizə orqanları məşğul olur. Hökumət, sadəcə, müvafiq strukturlar qarşısında tələblər qoyur. Bu tələbləri ilk növbədə, Dövlət Təhlükəsizlik Xidməti, ardınca isə digər qurumlar yerinə yetirməlidir. Hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı artırılmalıdır. Türkiyə, İsrail və digər ölkələrlə qarşılıqlı fikir mübadiləsi aparılmalıdır. Gənc dövlət olduğumuzdan ola bilsin ki, kifayət qədər əməliyyat məlumatları olmasın. Amma adını qeyd etdiyim ölkələrdən bu məlumatları ala bilərlər. Yəni əməkdaşlıq və informasiya mübadiləsi vasitəsilə”.(musavat.com)

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

20.08.2017

Almaniya İspaniyanı türk yazıçını Türkiyəyə ekstradisiya etməməyə çağırır

20.08.2017

Azərbaycanda yeni nazir təyin edildi

20.08.2017

Azərbaycan Tərtər istiqamətində pilotsuz aparat tətbiq edirsə bunun ruslara nə dəxli?-“NEZAVİSİMAYA QAZETA”DAN ABSURD

20.08.2017

Həvva necə olub: 10 ən qədim qadın

20.08.2017

“Azəri deyilən bir millət yoxdur, bunu xiyar Stalin uydurub” – Türkiyəli alim

18.08.2017

Bölgələrdə yaşayan ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatdı

17.08.2017

Kəmaləddin Heydərov vitse-prezident oldu

17.08.2017

Ürək dərhal dayana bilər – Diqqətli olun!

16.08.2017

Aprel şəhidinin doğum günüdür — Xanımı onu belə təbrik etdi - MƏKTUB

16.08.2017

"Qarabağ"a qələbə qazandıran Mahir Mədətov tanınmış prodüserin övladıdır

16.08.2017

Prezident hərbçiləri təltif etdi – Adlar

16.08.2017

Kanadada yaşayan Həsən Səftərovdan bütün nəsli imtina etdi

15.08.2017

İran prezidenti: “ABŞ sanksiyaları tətbiq etsə, İran nüvə sazişindən çıxacaq”

15.08.2017

Prezident sərəncam imzaladı

14.08.2017

"İnfiniti" Fəxri Xiyabanın qarşısındakı dayanacağı zəbt etdi: Yol polisi görməzdən gəldi, dava düşdü

14.08.2017

“Bizə silah verin, Sarkisyanın dəstəsini məhv edək” – Yerevanda üsyan ÇAĞIRIŞLARI

14.08.2017

Ramil Quliyev dönər kəsib, kabab bişirdi- FOTOLAR

14.08.2017

Mirşahin Ağayev : "Lütfi Zadə ölməyib, özüm danışdım..."

14.08.2017

“Bu, Rusiyanın Azərbaycana hərbi intervensiyasına gətirib çıxara bilər...”

14.08.2017

UNESCO-nun ideyalarına sədaqət nümunəsi olan xoşməramlı səfir-Mehriban Əliyeva

13.08.2017

Helsinki Vətəndaş Assambleyası: Ermənistanda kişi çatışmazlığı var

11.08.2017

Ramil Quliyevdən açıqlama: “Mən Türkəm, Atatürkün övladıyam”

11.08.2017

İlham Əliyev Ramili təbrik etdi: "Səninlə fəxr edirik!"

11.08.2017

Azərbaycan Naxçıvana böyük hərbi qüvvə cəmləyir

11.08.2017

“Nəvəmi öz əlimlə polisə təhvil vermişəm”

09.08.2017

Üçüncü dünya müharibəsinin "ayaq səsləri" eşidilir — TƏHLÜKƏLİ GƏRGİNLİK

09.08.2017

Şimali Koreya böhranı: “Atəş və qəzəb”dən sonra nə baş verə bilər?

09.08.2017

Rusiya, ABŞ və İsrail arasında gizli danışıqlar ortaya çıxdı

08.08.2017

Uşaqları belə cəzalandırın: fransalı pedaqoqla a-dan z-yə HƏR ŞEY - MÜSAHİBƏ

08.08.2017

"Erməni vəhşiliyi dözülməzdir" - Fransız senator

08.08.2017

Türkiyədən Almaniya ilə bağlı - Qərar

08.08.2017

İraq kürdlərə qarşı birləşir - Kampaniya

Bütün Xəbərlər

FaceBook