Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

“Maqnit” mağazalar şəbəsi niyə bağlandı?

“Maqnit” mağazalar şəbəsi niyə bağlandı?
yüklənir...

Yaxın günlərdə MTN generallarının, idarə rəislərinin cinayət işi üzrə daha bir məhkəmə istintaqına start veriləcək. Məhkəmə qarşısına çıxarılacaq sabiq MTN əməkdaşları qulluq mövqelərindən sui-istifadə etməkdə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin gizli qaydada telefon danışıqlarını dinləməkdə, çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını ələ keçirməkdə, bu əməllərində odlu silahdan istifadə etmədə, vətəndaşlara qarşı zorakılıqda, sahibkarların və digər vəzifəli şəxslərin qanunsuz azadlıqdan məhrum edilməsində ittiham olunurlar.

Tərəfdar.az virtualaz.org-a istinadən bildirir ki, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəis müavini, 1-ci idarənin sabiq rəisi Fizuli Əliyev və 2-ci idarənin 3-cü şöbəsinin sabiq rəisi Natiq Alıyevin növbəti qurbanı "Maqnit" mağazalar şəbəkəsinin sahibi Seymur Abdullayev olub.

Zərərçəkmiş istintaqa verdiyi ifadəsində satış məqsədilə ölkəyə məişət texnikası idxal etdiyini, onların satışının təşkili ilə məşğul olduğunu deyib. 2015-ci ilin mart ayının sonunda mağaza sahibinə naməlum nömrədən zəng daxil olub. Bu zəngdən sonra sahibkarın qara günləri başlayıb. Zəng vuran şəxs MTN-in şöbə rəisi Natıq Alıyev olduğunu deyib və onu nazirliyə dəvət edib. MTN adlı qurumla heç vaxt əlaqəsi olmayan sahibkar nə səbəbə çağırıldığını anlamayıb. 1992-1994-cü illərdə Daxili İşlər Nazirliyinin Narkomaniya və Narkobiznesə Qarşı Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili işləyən vaxtlarda rəisi Eldar Mahmudovu, Akif Çovdarovu və Hilal Əsədovu tanıyıb, onlarla xidməti münasibətləri olub.

Təxminən dörd-beş gündən sonra N.Alıyev sahibkara yenidən zəng vuraraq MTN-in yaxınlığındakı məşhur "Sultan" kafesinə (iş adamlarının əksəriyyəti MTN əməkdaşları tərəfindən məhz bu kafeyə çağırılıb - virtualaz.org) gəlməyi tapşırıb. Səhər saatlarında adıçəkilən kafeyə yollanan mağaza sahibi orada Natiq Alıyevi gözləyib. Bir qədər keçmiş N.Alıyev kafeyə gəlib və onlar kabinetə keçiblər. Söhbət qısa və konkret olub. MTN əməkdaşı sahibkara deyib ki, MTN-in 4-cü Baş İdarəsinin üzərinə ciddi tapşırıq qoyulub. Tapşırıq Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin MTN-ə müəyyən miqdarda pul verməsindən ibarət imiş. Sahibkar əvvəlcə deyilənlərlə razılşmasa da, ondan nə qədər pul istəniləcəyini soruşub. N.Aliyev məbləği açıqlayıb - 500 min dollar. S.Abdllayev bu qədər məbləği verə bilməyəcəyini, cəmi 50 min dollara gücü çatdığını bildirdikdə, ona hədə-qorxu gəlinib: "Dedi ki, ölkəyə qaçaqmalıçılıq yolu ilə mal gətirisən, əgər 500 min dollar verməsən, sənə problem yaranacaq, mağazalarının hamısı bağlanacaq. Fikirləşmək üçün vaxt istədim. İş yerimə qayıdıb fikirləşdim. Eşitmişdim ki, bir çox sahibkarlar pul vermədiklərinə görə problemlə üzləşiblər".

Sahibi olduğu mağazaların bağlanacağından, biznesinə zərbə dəyəcəyindən ehtiyat edən iş adamı bir neçə gündən sonra N.Alıyevə zəng vuraraq 250 min dollar verə biləcəyini deyib. Məbləği toplamaq üçün ondan 1-2 ay möhlət istəyib. Dövriyyədən yığılan pulları toplayıb və aprel ayının ortalarında N.Alıyevə zəng vurub. MTN əməkdaşı yenə də "Sultan" kafesində görüş təyin edib. Görüşə N.Alıyev tək gəlməyib. Onunla birlikdə Fizuli Əliyev də təşrif buyurub. İkisi bilikdə oturub pulları sayıblar. Pulun 150 min olduğunu görüncə etiraz ediblər. Sahibkar "güzəşt edin" desə də, razılaşmayıblar. F.Əliyev "bu, mümkün deyil, artıq rəislə danışılıb, məbləğ onunla razılaşdırılıb" deyib. Söhbət əsnasında iş adamı MTN əməkdaşlarının onun telefonlarına qulaq asdıqlarını başa düşüb. Yerdə qalan məbləği bir ay sonra verəcəyini bildirib. Nəhayət, tələb olunan 100 min manatı 2015-ci ilin may ayının 11-də "Sultan" kafesində N.Alıyevə verib. Amma mağaza sahibinin canı bununla da qurtarmayıb. Bu hadisədən sonra F.Əliyev dəfələrlə ona zəng vuraraq hər ay 10-15 min dollar aylıq istəyib. Mağaza sahibi isə məbləği ödəməkdən imtina edib.

"Maqnit" mağazalar şəbəkəsinin baş mühasibi Natalya Rəhimova istintaqa verdiyi ifadəsində göstərib ki, "Maqnit" mağazalar şəbəkəsinə 14 mağaza, anbar və mərkəzi ofis daxildir. O, şirkətin baş mühasibi olaraq hər gün şəbəkəyə daxil olan mağazaların satışı nəticəsində toplanan nağd pulları qəbul etməklə kassaya daxil edib. Şirkətin İlqar Avdiyevin adına sənədləşdirilməsinə baxmayaraq, faktiki sahibi Seymur Abdullayev olub. 2015-ci ildə hər ay şirkətə 45-50 min manat vəsait mədaxil olunub. Həmin ilin aprel ayında Seymur Abdullayev baş mühasibdən kassadakı pulun miqdarını soruşub, 250 min manat lazım olduğunu deyib. S.Abdullayevin göstərişi ilə ona 150 min manat, bir ay sonra isə daha 100 min manat verib. S.Abdullayev tərəfindən həmin pullar götürüldükdən sonra uzun müddət mal sahibləri ilə olan hesablaşmalar dayandırılıb.

2015-ci ilin noyabr-dekabr aylarında may ayında olan hesablaşmaları həyata keçirməklə şirkətin borclarının ödənilməsini təmin edib. Buna görə də, 2015-ci ilin gedişində şirkətə məxsus 9 mağaza bağlanıb.скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

13.12.2017

“Mehriban Əliyeva öz komandasına rüşvətə meyli olmayan istedadlı şəxsləri seçir” - Elçin Şıxlıdan maraqlı MÜSAHİBƏ

13.12.2017

Ərdoğan Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı

13.12.2017

“Heydər Əliyev şəxsiyyəti, irsi tam öyrənilməmiş bir salnamədir” – Məhərrəm Əliyev

12.12.2017

Heydər Əliyevin vəfatından 14 il keçir

12.12.2017

“Qiymətlər oynayan kimi ya “Veysəloğlu”nun üstünə düşürlər, ya “Azərsun”un” - İlham Məmmədzadə

09.12.2017

Leyla Yunusun məqsədi o olub ki, Azərbaycan əleyhinə iş aparmaqla varlansın – deputat

09.12.2017

“Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

08.12.2017

“HAQQIMDA YAZILANLAR CƏFƏNGİYYATDIR – Kəmaləddin Heydərov

08.12.2017

“ARAZ”la birləşmədən sonra “Favorit”in ilk marketi açıldı

07.12.2017

“Nar” cari ilin nəticələrini açıqladı

07.12.2017

“İlqar Məmmədov azadlığa buraxıla bilər...” - Prezidentin köməkçisi

07.12.2017

Ərdoğandan Yunanıstanda sərt çıxış - “NATO-ya bizim sayəmizdə girmisiz”

07.12.2017

Qubaya 3 milyon manat ayrıldı

07.12.2017

Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi

07.12.2017

“Azərbaycanda korrupsiya, rüşvətxorluğa qarşı mübarizə aparılır” - İlham Əliyev

06.12.2017

Nəsimidə zibilxana satıldı Qarabağ əlilinin maşını qarajda qaldı - FOTO

06.12.2017

Birinci vitse-prezident Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında

06.12.2017

Fazil Məmmədov ilk dəfə danışdı - “Səhhətimdə problem var...”

06.12.2017

Ramiz Mehdiyev Fazil Məmmədovu tənqid etdi

06.12.2017

Banklarda vəziyyət gərgin olaraq qalır: faizlər daha da aşağı salınacaq

06.12.2017

Ali Məhkəmə Vergilər Nazirliyi ilə bağlı məlumat yaydı - Sahibkarların 63.3 faizi...

06.12.2017

"Azərbaycan ərzaq təhlükəsizliyi sahəsindəki pərakəndəliyi aradan qaldıracaq" - Ramiz Həsənov

06.12.2017

"Azercell" şirkəti ilə bağlı şikayətlər artmaqdadır - VİDEO

06.12.2017

Prezident böyük islahata qərarlıdır: “Fazil Məmmədov özü vəzifədən getmək istəyib…” – Növbədə daha kimlər var?

06.12.2017

Manatın dizayneri: “Daha çox avrodan istifadə edirəm”

06.12.2017

Siyasətdə sən kimsən? Siyasi kimliyini müəyyən etmək üçün TEST

06.12.2017

Türkiyə, Rusiya və Ermənistan yeni ittifaq yaradır - VİDEO

06.12.2017

Bu ərazilərdə ev tikməyin! - Nazirlikdən xəbərdarlıq + Video

06.12.2017

NATO-da “RUS OXU” –Ərdoğan hərbi alyansdan niyə uzaqlaşır? –TƏHLİL

06.12.2017

“Ərdoğan istəyir tanısın, istəyirsə yox, Qüds yəhudilərin paytaxtıdır” –Rəsmi Tel-Əviv

06.12.2017

Hesablama Palatasının səlahiyyətləri artırıldı - SƏRƏNCAM

06.12.2017

Mikayıl Cabbarov: "Yaponiya ilə Azərbaycan arasında məhsuldar dialoq qurulub"

Bütün Xəbərlər

FaceBook