Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

MTN-çilərin həbs qoyulmuş milyonluq əmlakları:bağlar, villalar, şirkətlər, “zapravka”lar, torpaqlar...

MTN-çilərin həbs qoyulmuş milyonluq əmlakları:bağlar, villalar, şirkətlər, “zapravka”lar, torpaqlar...
yüklənir...

Ləğv edilmiş MTN-nin həbsdə olan generallarının və digər vəzifəli şəxslərinin əmlaklarının siyahısı məlum olub.

Tərəfdar.az Musavat.com-a istinadən xəbər verir ki, “MTN işi” üzrə həbs edilən sabiq idarə rəislərinin və digər vəzifəli şəxslərin məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulmuş əmlaklarının siyahısını əldə edib.

Həbs edilən MTN əməkdaşlarının üzərinə həbs qoyulan əmlaklarının siyahısı aşağıdakı kimidir:

MTN-nin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Qurbanov Sübahir Xaliq oğluna məxsus əmlaklar:

1. 4.120.000 manat dəyərində Nəsimi rayonu, Mərdənov qardaşları küçəsi 94 “a” ünvanında yerləşən qeyri-yaşayış binası

2. 384.000 manat dəyərində Nəsimi rayonu, Səməd Vurğun küçəsi 88, giriş 2 ünvanında yerləşən 34 №-li mənzil

3. 32.450 manat dəyərində Biləcəri qəsəbəsi, Natəvan küçəsi 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi

4. 63.000 manat dəyərində Biləcəri qəsəbəsi, Natəvan küçəsi 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi

5. 63.000 manat dəyərində Ü.Hacıbəyov küçəsi 18 ünvanında yerləşən 11 №-li mənzil

6. 60.000 manat dəyərində Ü.Hacıbəyov küçəsi 19 ünvanında yerləşən 10 №-li mənzil

7. 282.000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində yerləşən bağ evi

8. 48 000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi

9. 87.000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,20 ha torpaq sahəsi

10. 130.000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,30 ha torpaq sahəsi

11. 392.000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində 0,385 ha torpaq sahəsi və üzərindəki tikililər

12- 1.200.000 manat dəyərində Abşeron rayonu, Digah qəsəbəsində yerləşən torpaq sahəsi və üzərindəki yanacaqdoldurma məntəqəsi

13. 100.000 manat dəyərində Masallı rayonu Qızılavar kəndində 0.0636 ha torpaq sahəsində yerləşən yanacaqdoldurma məntəqəsi

14. 37.000 manat dəyərində Səbayel rayonu, R.Behbudov küçəsi 8 ünvanında qaraj

İstintaq zamanı bu əmlakların ümumi dəyəri 6.998.450 manat hesablanıb.

Bundan əlavə, Sübahir Qurbanova məxsus mənzillərdə, evlərdə axtarış zamanı aşkar edilən 54.779 manat dəyərində qiymətli əşyalara, 38.150 manat, 11650 dollar, 5000 avro pul əskinazlarına, özünün, ailə üzvlərinin bank hesablarında olan pullara da həbs qoyulub.

Həmin idarənin rəis müavini Əliyev Fizuli Zülfüqar oğlunun əmlakları:

1- Özünün və qohumlarının adlarına sənədləşdirilmiş 306.000 manat dəyərində Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, İlqar Musayev küçəsi 23«a» ünvanda daşınmaz əmlak

2. 568.000 manat dəyərində Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, İlqar Musayev küçəsi ev 22 ünvanda yerləşən danışmaz əmlak

3. Dəyəri 371.000 manat olan Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, İlqar Musayev küçəsi ev 34 ünvanında olan daşınmaz əmlak

4. Dəyəri 121.500 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami prospekti, “Xalça” mağazasının qarşısındakı aptekin şərq hissəsində yerləşən qeyri-yaşayış binası

5. Dəyəri 40.000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Tağı Arani küçəsi 65 ünvanında yerləşən qeyri-yaşayış binası

6. Dəyəri 1.110.000 manat olan Suraxanı rayonu, General Mehmandarov küçəsi ev 51 ünvanında yerləşən qeyri-yaşayış sahəsi

7. Dəyəri 72.000 manat olan Nizami rayonu, Şərifli küçəsi ev 25 ünvanında yerləşən 198 nömrəli mənzil

8. Dəyəri 22.500 manat olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 3-cü küçə 46 ünvanında yerləşən 0,08 ha sahədən ibarət torpaq sahəsi

9. Dəyəri 71.000 manat olan Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 507-511-ci məhəllə, ev 16 «b» ünvanında yerləşən 43 nömrəli mənzil

10. Dəyəri 463.500 manat olan Yasamal rayonu, İzmir küçəsi 7 «b» ünvanında yerləşən qeyri-yaşayış sahəsi

11. Dəyəri 198.000 manat olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 0,14 ha torpaq sahəsində yerləşən 1261 nömrəli bağ evi torpaq sahəsi ilə birlikdə

12. Dəyəri 281.500 manat olan Yasamal rayonu, Mətbuat prospekti ev 35 ünvanında yerləşən 30 nömrəli mənzil

13. Dəyəri 63.000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi “Xalça” firma mağazasının qarşısındakı mağazanın qərb hissəsində yerləşən qeyri-yaşayış sahəsi

14. Dəyəri 180.000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi “Xalça” firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binası

15. Dəyəri 478.000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsi 59 ünvanında yerləşən qeyri-yaşayış sahəsi

16. Dəyəri 90.000 manat olan Gəncə şəhəri, Nizami və Azərbaycan Bayrağı küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayın binası

17. Dəyəri 9.000 manat olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən daşınmaz əmlak

18. Dəyəri 742.000 manat olan Gəncə şəhəri, Nizami və Azərbaycan Bayrağı küçələrinin kəsişməsində yerləşən 0,061 ha torpaq sahəsində yerləşən mülk

19. Dəyəri 9.000 manat olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi

20. Dəyəri 4.400 manat olan Göy-Göl rayonu, Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsi

21. Dəyəri 60.500 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi ev 8 ünvanında yerləşən ev

22. Dəyəri 41.000 manat olan Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev küçəsi 205 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və fərdi yaşayış evi

23. Dəyəri 20.500 manat olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi və üzərində olan tikili

24. Dəyəri 8.800 manat olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 75,6 kv m ümumi sahədən ibarət tikili

25. Dəyəri 451.000 manat olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 15 ünvanında yerləşən daşınmaz əmlak

26. Dəyəri 784.000 manat olan Bakı şəhəri, Səbayel rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində olan tikililər

27. Dəyəri 1.873.000 manat olan Gəncə şəhəri, Cavadxan küçəsi ev 58 “a” ünvanında yerləşən əmlak kompleksi

28. Dəyəri 275.000 manat olan Gəncə şəhəri, Nizami küçəsi ev 30 ünvanında yerləşən ev

29. Dəyəri 65.000 manat olan Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsi 38 ünvanında yerləşən ev

30. Dəyəri 498.000 manat olan Mingəçevir şəhəri, H.Əliyev prospekti 17 ünvanında yerləşən qeyri-yaşayış binası

31. Dəyəri 144.000 manat olan Mingəçevir şəhəri, Gəncə şosesi 8 ünvanında yerləşən qeyri-yaşayış binası

32. Dəyəri 65.000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsində yerləşən qeyri-yaşayış sahəsi

33. Dəyəri 106.000 manat olan Gəncə şəhəri, İsmət Qayıbov küçəsi 84 ünvanında yerləşən ev

34. Dəyəri 86.000 manat olan Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi 4-cü döngə 102 ünvanında yerləşən ev

35. Qusar rayonu, Duztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha və 0,30 ha torpaq sahələr i- dəyərləri müvafiq olaraq 1 630, 1 890, 1 680, 930, 660 manat

Daşınmaz əmlakların cəmi dəyəri 9.513.490 manat.

Xidməti otaqlarından və evindən 16.130 manat dəyərində qiymətli əşyalar, 12.123 manat və 35.100 dollar, dəyəri 40.000 manat olan “Jeep Qrand Cherokee” markalı 90 RE 505 dövlət qeydiyyat nişanlı avtomaşın, “Şah” MMC-nin adına sənədləşdirilmiş 93.000 manat dəyərində 2014-cü ilin istehsalı olan “Lexus GX 460” markalı 10 AZ 603 dövlət qeydiyyat nişanlı avtomaşın, 35.500 manat dəyərində “Toyota Camry” markalı 90 AA 576 dövlət qeydiyyat nişanlı avtomaşına da həbs qoyulub.

Həmin şöbənin əməkdaşı Alıyev Natiq Allahverdi oğluna məxsus əmlaklar:

1. Özünün və yaxın qohumlarının adlarına sənədləşdirilmiş dəyəri 49.500 manat olan Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsi ev 30 ünvanında yerləşən 4 saylı mənzil

2. Dəyəri 55.000 manat olan Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsi 25 ünvanında yerləşən 1 saylı mənzil

3. Dəyəri 270.000 manat olan Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, “Kapital qrup” MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşən 56-57 nömrəli mənzil

4. Dəyəri 1.216.000 manat olan Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və üzərində olan tikililər

5. Dəyəri 784.000 manat olan Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsi və üzərində olan tikililər

Daşınmaz əmlakların cəmi 2.374.000 manat dəyərində hesablanıb. Onun 54.000 manat dəyərində “Audi Q7” markalı 10 OM 008 dövlət qeydiyyat nişanlı avtomaşınına da həbs qoyulub.

Həmin şöbənin digər əməkdaşı Məmmədov Zaur İbiş oğlunun əmlakı:

1. Dəyəri 150.000 manat olan Nizami rayonu, Şərifli küçəsi, 25-24-cü məhəllədə “Qarant 21 əsr” MTK tərəfindən inşa edilmiş 1 saylı yaşayış binasında 6 nömrəli mənzil

2. 50.000 manat dəyərində 2014-cü ilin istehsalı olan “Toyota Prado” markalı 99 HL 223 dövlət qeydiyyat nişanlı avtomaşın

Baş İdarələrinin sabiq rəisi Quliyev Teymur Rəcəb oğlunun əmlakı:

1. Özünün və yaxın qohumlarının adlarına sənədləşdirilmiş dəyəri 1.279.000 manat olan Nərimanov rayonu, Etibar Qocayev küçəsi 34 ünvanında yerləşən fərdi yaşayış evi

2. dəyəri 21.100 manat olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi 3-cü küçə 39 ünvanında yerləşən 0,08 ha sahəsi

3. Dəyəri 95.000 manat olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.26 ha torpaq sahəsi və onun üzərində mövcud olan fərdi yaşayış evləri

Atayev Fərhad Tofiq oğlunun əmlakı:

1. Dəyəri 95.000 manat olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ev 45, mənzil 15 ünvanında yerləşən mənzil

2. 18.000 manat dəyərində “Hyundai İX35” markalı avtomobil

3. 3.000 manat dəyərində “VAZ-21074” markalı avtomobil

Şirəliyev Anar Hacıçoban oğlunun əmlakı:

1. Dəyəri 40.000 manat olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi 50B ünvanında yerləşən fərdi yaşayış evi

2. 7.500 manat dəyərində “Mercedes C220 CDİ” markalı avtomobil

3. 29.900 manat dəyərində “Mercedes E270 CDİ” markalı avtomobil

4. 1.500 manat olan “QAZ-2417” markalı avtomobil

Əliyev Eşqin Dünyamalı oğlunun əmlakı:

1. 300 manat dəyərində “Mini dron hubsan” markalı kiçik ölçülü kameralı dron

2. 180 manat dəyərində 1 ədəd boyunbağı

3. 60 manat dəyərində 1 ədəd kulon

4. 30 manat dəyərində 1 ədəd qara rəngli rezin tip və qılınc formalı kulon.скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

13.12.2017

“Mehriban Əliyeva öz komandasına rüşvətə meyli olmayan istedadlı şəxsləri seçir” - Elçin Şıxlıdan maraqlı MÜSAHİBƏ

13.12.2017

Ərdoğan Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı

13.12.2017

“Heydər Əliyev şəxsiyyəti, irsi tam öyrənilməmiş bir salnamədir” – Məhərrəm Əliyev

12.12.2017

Heydər Əliyevin vəfatından 14 il keçir

12.12.2017

“Qiymətlər oynayan kimi ya “Veysəloğlu”nun üstünə düşürlər, ya “Azərsun”un” - İlham Məmmədzadə

09.12.2017

Leyla Yunusun məqsədi o olub ki, Azərbaycan əleyhinə iş aparmaqla varlansın – deputat

09.12.2017

“Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

08.12.2017

“HAQQIMDA YAZILANLAR CƏFƏNGİYYATDIR – Kəmaləddin Heydərov

08.12.2017

“ARAZ”la birləşmədən sonra “Favorit”in ilk marketi açıldı

07.12.2017

“Nar” cari ilin nəticələrini açıqladı

07.12.2017

“İlqar Məmmədov azadlığa buraxıla bilər...” - Prezidentin köməkçisi

07.12.2017

Ərdoğandan Yunanıstanda sərt çıxış - “NATO-ya bizim sayəmizdə girmisiz”

07.12.2017

Qubaya 3 milyon manat ayrıldı

07.12.2017

Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi

07.12.2017

“Azərbaycanda korrupsiya, rüşvətxorluğa qarşı mübarizə aparılır” - İlham Əliyev

06.12.2017

Nəsimidə zibilxana satıldı Qarabağ əlilinin maşını qarajda qaldı - FOTO

06.12.2017

Birinci vitse-prezident Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında

06.12.2017

Fazil Məmmədov ilk dəfə danışdı - “Səhhətimdə problem var...”

06.12.2017

Ramiz Mehdiyev Fazil Məmmədovu tənqid etdi

06.12.2017

Banklarda vəziyyət gərgin olaraq qalır: faizlər daha da aşağı salınacaq

06.12.2017

Ali Məhkəmə Vergilər Nazirliyi ilə bağlı məlumat yaydı - Sahibkarların 63.3 faizi...

06.12.2017

"Azərbaycan ərzaq təhlükəsizliyi sahəsindəki pərakəndəliyi aradan qaldıracaq" - Ramiz Həsənov

06.12.2017

"Azercell" şirkəti ilə bağlı şikayətlər artmaqdadır - VİDEO

06.12.2017

Prezident böyük islahata qərarlıdır: “Fazil Məmmədov özü vəzifədən getmək istəyib…” – Növbədə daha kimlər var?

06.12.2017

Manatın dizayneri: “Daha çox avrodan istifadə edirəm”

06.12.2017

Siyasətdə sən kimsən? Siyasi kimliyini müəyyən etmək üçün TEST

06.12.2017

Türkiyə, Rusiya və Ermənistan yeni ittifaq yaradır - VİDEO

06.12.2017

Bu ərazilərdə ev tikməyin! - Nazirlikdən xəbərdarlıq + Video

06.12.2017

NATO-da “RUS OXU” –Ərdoğan hərbi alyansdan niyə uzaqlaşır? –TƏHLİL

06.12.2017

“Ərdoğan istəyir tanısın, istəyirsə yox, Qüds yəhudilərin paytaxtıdır” –Rəsmi Tel-Əviv

06.12.2017

Hesablama Palatasının səlahiyyətləri artırıldı - SƏRƏNCAM

06.12.2017

Mikayıl Cabbarov: "Yaponiya ilə Azərbaycan arasında məhsuldar dialoq qurulub"

Bütün Xəbərlər

FaceBook