Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:32 354

Tarix: 30-12-2016, 21:27

“Mahmudov çıxarılan günün səhəri sənədləri məhv etdim” -İdarə rəisi

“Mahmudov çıxarılan günün səhəri sənədləri məhv etdim” -İdarə rəisi

Ləğv edilmiş Milli Təhülkəsizlik Nazirliyinin vəzifəli şəxslərinin cinayət əməllərinin ifşası davam edir.

Tərəfdar.az xəbər verir ki, “Qafqazinfo”nun cinayət işinin materiallarından əldə etdiyi məlumata görə, təqsirləndirilənlərdən biri, Füzuli Əliyev ifadə verərək bildirib ki, sabiq nazir Eldar Mahmudov vəzifədən çıxarılan gün icazəli olsa da, axşam saatlarında bu xəbəri eşidib nazirliyə qayıdıb: “17 oktyabr 2015-ci il tarixdə saat 11.00 radələrində iş yerimə gələrək xidməti otağında oldum, lakin sonradan bir neçə gün səhhətimlə bağlı problemlərlə əlaqədar Baş idarənin rəisindən icazə alaraq evə getdim. Axşam vaxtı televiziyadan Milli təhlükəsizlik nazirinin işdən azad olması barədə xəbəri eşitdikdən sonra, IV Baş idarənin rəis müavini və həmin Baş idarənin 1-ci idarəsinin rəisi vəzifəsini icra etdiyimə görə iş yerimdə olmağımı zəruri hesab etdim. Səhhətimdə problemlər olmasına baxmayaraq saat 21.00 radələrində iş yerinə gəldim və təxminən 1 saatdan sonra evə qayıtdım”.

F.Əliyev xidməti işi ilə əlaqədar həm məxfi, həm də tam məxfi sənədlərlə işləməyə buraxılışı olub, həmin növ sənədlər ona aid olduqda xidməti otağında olan seyfdə saxlayıb: “Onların taleyi nazirlikdə qüvvədə olan kargüzarlığın aparılmasına dair əmr və təlimatla tənzimlənirdi. Mən də məxfi sənədlərlə işləyərkən həmin əmr və təlimatların tələblərini rəhbər tutmuşam. Bununla yanaşı xidməti otağımda məxfi olmayan çoxsaylı sənədlər var. 18 oktyabr 2015-ci ildə saat 10.30 radələrində MTN-nin inzibati binasının 4-cü mərtəbəsində yerləşən xidməti iş otağıma gəldim. Otaqda səliqə-səhman yaratmaq üçün məxfi olmayan və lazımsız olan sənədləri kağız doğrayan maşına salaraq məhv etdim”.

Füzuli Əliyev digər təqsirləndirilənlər Zaur Məmmədov və Natiq Alıyevlə yaxın dost olduğunu deyib: “Onlar uzun müddət mənim tabeliyimdə işləyiblər. İstifadəmdə xidməti "Hyundai Elantra", nikel-gümüş rəngli "Makarov" tipli xidməti silah olub”.

F.Əliyev MTN-nin inzibati binasının yaxınlığında yerləşən "Sultan" kafesinə çörək yeməyə getdiyini bildirsə də, həmin kafenin zalını və kabinetini başqa məqsədlər üçün istifadə etmədiyini bildirib. İttihama görə, cinayətlərin bir çoxu, insanlara hədə-qorxu gəlmək və bu yolla tələb olunan pulların qəbul edilməsi həmin kafedə reallaşıb.

XƏBƏR LENTİ

17.01.2017 , 01:35

"Reina" qətliamını törədən terrorist İstanbulda sağ olaraq yaxalandı - Foto

17.01.2017 , 00:09

Trampın reytinqi aşağı düşür

17.01.2017 , 00:08

Diyarbəkirdəki partlayışda ölənlərin sayı 4 nəfərə çatıb

16.01.2017 , 20:46

Azərbaycanda borcu silinənərin sayı açıqlandı - Siyahı

16.01.2017 , 18:59

Naxçıvan televiziyasının saytına 800 min baxış olub – 1000 baxış Ermənistandan qeydə alınıb

16.01.2017 , 18:48

70 minə qədər ödəyicinin faiz borcu silindi

16.01.2017 , 18:48

Avetyan İrəvana gedir: “Azərbaycandan xahiş edirəm...”

16.01.2017 , 18:40

“Təfəkkür” bağlansa da, universitetdəkilərin xəbəri yoxdur

16.01.2017 , 18:31

Türkiyədə partlayış - 5 yaralı

16.01.2017 , 18:30

İlham Əliyev Türkiyənin Fəxri doktoru adına layiq görüldü

16.01.2017 , 18:23

ABŞ Astana görüşlərinə dəvət edilmədi

16.01.2017 , 17:59

Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək

16.01.2017 , 17:56

General: "Şəhidimizin qisası tezliklə alındı"

16.01.2017 , 17:20

Təfəkkür Universiteti bağlandı

16.01.2017 , 17:09

Rektordan sərt qərar - Universitetin 5 dekanı vəzifədən çıxarıldı (Siyahı)

16.01.2017 , 17:09

Dünya İqtisadi Forumunun Davos zirvəsi başlayır

16.01.2017 , 17:08

Sərdar Cəlaloğlundan sensasion iddialar - "Hakimiyyətin daxilində parçalanma tendensiyaları var..."

16.01.2017 , 16:57

Terrorçuluqla məşğul olan 58 nəfər Azərbaycan vətəndaşlığından məhrum edildi

16.01.2017 , 16:54

Mehriban Əliyeva ən fəal deputat seçildi

16.01.2017 , 16:52

Beynəlxalq Bankın 6 filialı haqda cinayət işi açılıb

16.01.2017 , 16:51

“Belə şərəfsizləri generallara qarşı ifadə verməyə məcbur edirlər” – Çovdarov

16.01.2017 , 16:49

ADAU mükafat yalanı ittihamına cavab verdi, amma...

16.01.2017 , 16:47

Şahin Mustafayev: "Növbəti üç ildə əczaçılıq sahəsində dönüş olacaq"

16.01.2017 , 15:23

Lənkəranskinin 5 metrlik abidəsi Bakıya gətirildi - Hindistanda hazırlanıb

16.01.2017 , 15:22

"Ermənilərin təxribat cəhdi baş tutmadı"- Nazirlikdən bəyanat

16.01.2017 , 15:16

Tanınmış yumoristə ağır itki

16.01.2017 , 15:08

“Azərbaycanın müharibə edəcəyi danılmazdır”

16.01.2017 , 15:04

Həyacanla gözlənilən Möhtəşəm 100 Gün lotareyasının qalibləri məlum oldu

16.01.2017 , 14:56

Dilqəm Əsgərovun atası iflic oldu - Foto

16.01.2017 , 14:45

Polis mayoru vətəndaşı söydü, araşdırma başladı - Şirvanda + Video

16.01.2017 , 14:20

Ermənilər “KVN”in səhnəsində - Maslyakovun yalanı üzə çıxdı

16.01.2017 , 14:12

Özünü güllələyən deputat arvadının məktubu tapıldı - “Tükəndim...”

Bütün Xəbərlər

FaceBook