Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:11 497

Tarix: 30-12-2016, 15:35

Hakimin Vidadi Zeynalov və digərlərinə yeni il təbriki:"Dövlətə dəymiş zərəri..."

Hakimin Vidadi Zeynalov və digərlərinə yeni il təbriki:

Dekabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi şahidlərin ifadə verməsi ilə davam etdirilib.

İlk şahid Əliyev Qaraş olub. O, təqsirləndirilən 11 nəfərdən heç birini tanımadığını söyləyib. Şahid Tərtərdə poçtda işlədiyini və istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib.

Digər şahid Rafiq Rüstəmov təqsirləndirilən şəxsləri tanıdığını və onların yaxşı insan olduğunu söyləyərək istintaqa ifadəsini təsdiqlədiyini qeyd edib.

Şahid Murtuza Səfərov eynəyi olmadığı üçün məhkəmədə şahid andını oxuya bilməyib. Sabiq aparat rəhbəri Vidadi Zeynalov ona eynəyini təklif etsə də, bu da şahidin hərfləri görməsinə kömək etməyib.

Vəkil Şahin Rəfiyev məhkəmədə andı oxuyub, şahid isə təkrar edib. "Azərpoçt" MMC-də çalışdığını deyən Murtuza Səfərov istintaqa ifadəsini təsdiq etdiyini bildirib.

2 saylı poçt filialının rəhbəri Yaşar Seyidov da məhkəməyə şahid qismində çağırılanlardan olub. O da istintaqa ifadəsini təsdiqləyib.

Şahid Məzahir Quliyev məhkəmədə deyib ki, təqsirləndirilən şəxslərin hamısını tanıyır.

Hazırda Rabitə və Yüksək Texnokogiyalar Nazirliyində mühəndis vəzifəsində çalışan M.Quliyev istintaqa ifadəsini təsdiq edib.

Digər şahidlər olmadığından hakim məhkəmənin yanvarın 6-na təxirə salındığını deyib.

Hakim Əfqan Hacıyev məhkəmə prosesində iştirak edənlərin və təqsirləndirilən şəxslərin yeni il bayramını da təbrik edib.

"Hamınızın bayramını təbrik edirəm. Arzu edirəm ki, yeni ildə dövlətə dəymiş zərəri ödəyəsiniz. Allah qapınızı açsın" - deyə hakim təbrikinə əlavə edib.

Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.(Musavat.com)

XƏBƏR LENTİ

17.01.2017 , 01:35

"Reina" qətliamını törədən terrorist İstanbulda sağ olaraq yaxalandı - Foto

17.01.2017 , 00:09

Trampın reytinqi aşağı düşür

17.01.2017 , 00:08

Diyarbəkirdəki partlayışda ölənlərin sayı 4 nəfərə çatıb

16.01.2017 , 20:46

Azərbaycanda borcu silinənərin sayı açıqlandı - Siyahı

16.01.2017 , 18:59

Naxçıvan televiziyasının saytına 800 min baxış olub – 1000 baxış Ermənistandan qeydə alınıb

16.01.2017 , 18:48

70 minə qədər ödəyicinin faiz borcu silindi

16.01.2017 , 18:48

Avetyan İrəvana gedir: “Azərbaycandan xahiş edirəm...”

16.01.2017 , 18:40

“Təfəkkür” bağlansa da, universitetdəkilərin xəbəri yoxdur

16.01.2017 , 18:31

Türkiyədə partlayış - 5 yaralı

16.01.2017 , 18:30

İlham Əliyev Türkiyənin Fəxri doktoru adına layiq görüldü

16.01.2017 , 18:23

ABŞ Astana görüşlərinə dəvət edilmədi

16.01.2017 , 17:59

Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək

16.01.2017 , 17:56

General: "Şəhidimizin qisası tezliklə alındı"

16.01.2017 , 17:20

Təfəkkür Universiteti bağlandı

16.01.2017 , 17:09

Rektordan sərt qərar - Universitetin 5 dekanı vəzifədən çıxarıldı (Siyahı)

16.01.2017 , 17:09

Dünya İqtisadi Forumunun Davos zirvəsi başlayır

16.01.2017 , 17:08

Sərdar Cəlaloğlundan sensasion iddialar - "Hakimiyyətin daxilində parçalanma tendensiyaları var..."

16.01.2017 , 16:57

Terrorçuluqla məşğul olan 58 nəfər Azərbaycan vətəndaşlığından məhrum edildi

16.01.2017 , 16:54

Mehriban Əliyeva ən fəal deputat seçildi

16.01.2017 , 16:52

Beynəlxalq Bankın 6 filialı haqda cinayət işi açılıb

16.01.2017 , 16:51

“Belə şərəfsizləri generallara qarşı ifadə verməyə məcbur edirlər” – Çovdarov

16.01.2017 , 16:49

ADAU mükafat yalanı ittihamına cavab verdi, amma...

16.01.2017 , 16:47

Şahin Mustafayev: "Növbəti üç ildə əczaçılıq sahəsində dönüş olacaq"

16.01.2017 , 15:23

Lənkəranskinin 5 metrlik abidəsi Bakıya gətirildi - Hindistanda hazırlanıb

16.01.2017 , 15:22

"Ermənilərin təxribat cəhdi baş tutmadı"- Nazirlikdən bəyanat

16.01.2017 , 15:16

Tanınmış yumoristə ağır itki

16.01.2017 , 15:08

“Azərbaycanın müharibə edəcəyi danılmazdır”

16.01.2017 , 15:04

Həyacanla gözlənilən Möhtəşəm 100 Gün lotareyasının qalibləri məlum oldu

16.01.2017 , 14:56

Dilqəm Əsgərovun atası iflic oldu - Foto

16.01.2017 , 14:45

Polis mayoru vətəndaşı söydü, araşdırma başladı - Şirvanda + Video

16.01.2017 , 14:20

Ermənilər “KVN”in səhnəsində - Maslyakovun yalanı üzə çıxdı

16.01.2017 , 14:12

Özünü güllələyən deputat arvadının məktubu tapıldı - “Tükəndim...”

Bütün Xəbərlər

FaceBook