Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Tarix: 29-12-2016, 16:03

Ailələrin kiçilməsinin cəmiyyətə TƏSİRLƏRİ -əmilər, dayılar, bibilər azalır

Ailələrin kiçilməsinin cəmiyyətə TƏSİRLƏRİ -əmilər, dayılar, bibilər azalır
yüklənir...

30-40 il bundan əvvələ qədər əksər ailələrdə uşaqların sayı çox olurdu. Amma zaman keçdikcə, ailələr kiçildi. Qloballaşmanın təsiri ilə bəzilərinin əmisi, dayısı, bibisi, xalası və digər qohumları olmadı. Ailənin tək övladlarının isə doğulacaq uşaqlarının demək olar ki, qohumluq çevrəsi tamamilə daraldı. Ailələrin kiçilməsinin cəmiyyətə hansı təsirləri ola bilər?

Məsələ ilə bağlı Modern.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, ailədə uşaqların sayının çox olması ümumən yaxşı haldır.

“40 il bundan əvvələ qədər bir ailədə 7, 8, 9, 10 və daha çox uşağın olmasına tez-tez rast gəlmək olardı. Mən uşaq olanda tez-tez qəzetlər yenicə “Qəhrəman ana” olanların səhifə boyu siyahısını verərdi. Eyni zamanda, hər bir ailənin güclü təmasda olduğu, qohumlardan - əmi, dayı, bibi, xala, əmioğlu, bibioğlu - ibarət 150-200 nəfərlik yaxını da var idi. Bu, həm sosial baxımdan çox yaxşı idi - hər birinin şad günündə, ağır günündə bu qohumlar dəstək olurdu. Həm də mənəvi cəhətdən yaxşı idi, bu insanların hər birində bir doğma enerji var idi. O biri tərəfdən müdafiə baxımından da yaxşı idi - hər kəs öz arxasında bu doğma insanların sayı qədər qüvvəyə arxalanırdı. Həm də ölkə əhalisinin sayı artdıqca, ölkənin müdafiə qüdrəti, istehsal qüvvəsi, vergi ödəyicilərinin sayı artırdı və s.”.

Sosioloq deyir ki, qohumlar çox olduqda cəmiyyətdə mütəşəkkilliyin, sosial problemlərin həllinin daha tez təmin olunmasına imkan yaranır.


“Cəmiyyətdə tənha, kimsəsiz adamlar demək olar ki, olmur. Hər kəsə dar gündə təbii olaraq dayaq olan, ona kömək edən bir sosial qrup olur. Yaxud hər bir adama oxumaqda, iş qurmaqda, problemlərdən qorunmaqda, mənəvi dəstək verməkdə kömək edən bir təbii mühit olur. İnsanlar arasında təbii ünsiyyət və bu təbiilik hesabına mənəvi rahatlıq yaranır. Doğrudur, qohumlar çox olanda qruplaşma, qarşıdurma halları da çox ola bilər. Amma bu, cəmiyyətdəki mühitdən, dəyərlərdən asılıdır. O cəmiyyət daha yaxşı cəmiyyətdir ki, qohumluq əlaqələrinin daha pozitiv şəkildə üzə çıxmasına münbit şərait yaradır”.

Ə. Qəşəmoğlunun sözlərinə görə, artıq dövran dəyişib, qloballaşmanın sürətlə getdiyi indiki vaxtda bir çox dəyərlər sürətlə sıradan çıxır:

“Ötən əsrin ikinci yarısından başlayaraq BMT kimi beynəlxalq təşkilatlar, ayrı-ayrı elmi tədqiqat mərkəzləri, siyasətçilər Yer üzündə insanların sürətlə artmasının doğuracağı müdhiş problemlərdən danışmağa başladılar. Onları həyəcanlandıran əsas qorxu bundan ibarət idi ki, Yer üzünün insanları qidalandırmaq, onların həyat şəraitini təmin etmək üçün resursları azdır. Əhali sürətlə artsa, yaxın vaxtda resurs çatışmazlığı üzündən Yer kürəsində böyük problemlər yaranacaq. Əhalinin sürətlə artmasının qarşısını almaq üçün müxtəlif xarakterli proqramlar hazırlamağa, həyata keçirməyə başladılar. Ən humanist proqram BMT tərəfindən elan edildi. 1994-cü ildə Qahirədə BMT-nin mənim də bir ekspert kimi iştirak etdiyim Sammiti əhali və inkişaf problemlərini ətraflı olaraq müzakirə etdi və Fəaliyyət Proqramı qəbul etdi. Bu proqramın əsas mahiyyəti ondan ibarət idi ki, heç bir ölkəyə əhali artımı barədə qadağa qoymaq olmaz”.

Müsahibimizin sözlərinə görə, əhali artımında prioritet say yox, keyfiyyət olmalıdır.

“ Bu prinsip mahiyyəti etibarilə mütərəqqi prinsipdir. Doğrudan da, bir ailədə 10 problemli uşaq böyütməkdənsə, vətən üçün, insanlıq üçün daha faydalı 3 uşağın böyüməsi məqsədə uyğundur.
Amma həyat göstərdi ki, BMT-nin bu prinsipləri ilə yanaşı, başqa mərkəzlər elan olunmayan prinsipləri özündə ehtiva edən proqramlar da qəbul edib, həyata keçirməyə başladı. Belə ki, bir az keçməmiş, heç əksər ölkənin keyfiyyətli əhali böyütməyə imkanı olmadı. Dünyanı bürüyən müharibələr, qan burulğanları başqa proqramların daha tez həyata keçirildiyini göstərdi.
Bu onu göstərir ki, indi Yer üzünün inkişafına yön verən mərkəzlərin fəlsəfələri, həyat haqda təsəvvürləri qüsurludur. Əvvəla Yer üzünün resurslarından, enerji potensialından heç də səmərəli istifadə olunmur. İkincisi, insanların mənəvi zənginləşməsinə düzgün fikir verilmir. Uzun illər Şərq fəlsəfəsinin, xüsusi ilə orta əsr islam, təsəvvüf fəlsəfəsinin nəfsin tərbiyə olunması zərurəti arxa plana keçib. Yer üzündə indi maddi dəyərlərin mənəvi dəyərləri əsarətə aldığı bir dövr hökm sürür. Belə bir dövrdə isə daha çox qanlı, vəhşi metodlar ön plana kecir. Ona görə də Yer üzündə BMT-nin təbliğ etdiyi keyfiyyətli əhali çoxalmadı. Əvəzində miqrantlar, qaçqınlar, köçkünlər, terrorçular çoxaldı”.

Əhməd Qəşəmoğlu bildirib ki, indi insanlar öz həyatları barədə də daha çox düşünməyə başlayıb.
“Çünki bir çox güc mərkəzləri əhali artımının qarşısını humanist yolla almaq istəmir. Onları eyni zamanda ölkələrdə irəli çıxacaq təhsilli adamların, alimlərin çoxalması qane etmir. Onlar Yer üzünü daha çox iqtisadi çətinliklər, müharibələr yolu ilə idarə etməyə, əhali artımını bu yolla tənzimləməyə çalışırlar”.

yüklənir...

XƏBƏR LENTİ

30.04.2017

Əsəddən jurnalistə ŞOK SÖZLƏR: “Bu dəqiqə şeytanla üz-üzə söhbət edirsiniz”

30.04.2017

Merkel: "Türkiyə vətəndaşlarına ikili vətəndaşlıq pasportu verəcəyik"

30.04.2017

Moskva danışıqları barədə məxfi məruzə - Azərbaycan sizə Gürcüstan və Ukrayna deyil

29.04.2017

Evlilik proqramları bundan sonra yayımlanmayacaq- TÜRKİYƏDƏ

29.04.2017

Federika Moqerini: “Avropa İttifaqının Türkiyə ilə danışıqları dondurulmayıb”

29.04.2017

Soros AŞPA-nı dağıtmaq istəyir - Aqramunt

29.04.2017

Türkiyə ordusu İraq və Suriyada 89 terrorçunu məhv edib

29.04.2017

Qırğızıstanda matəm elan olundu

29.04.2017

Rüfət Aslanlı ilə razılıq əldə olundu

29.04.2017

Türkiyədə “Wikipedia” qadağan edildi - Terrora dəstək verir

29.04.2017

“Düşmən əsgərləri qorxu içindədir” - Polkovnik İlqar Əliyev

29.04.2017

Ramil Usubov Göyçayda vətəndaşları qəbul edib

29.04.2017

“Ermənilər raketlə öz PUA-larını vurublar”

29.04.2017

Bakıda polis gəncləri intim münasibət zamanı YAXALADI – “Çəkmə, ay kişi” (VİDEO)

29.04.2017

Livan eksperti: "Rusiya Bəşər Əsədi qaza və milli maraqlarına qurban verəcək” – Təhlil

29.04.2017

Azərbaycanın gizli saxlanan 1 trilyon dolları

29.04.2017

"Sədr Moskvada ruslara konsert verməyə gedir, goranboylu aşığınsa gücü ancaq it toyunda oxumağa çatır" -QALMAQAL

29.04.2017

Əcnəbilər daha çox Azərbaycanın hansıali məktəblərini seçir?

29.04.2017

Dünya birjalarında neftin qiyməti:"Brent" bahalaşıb

29.04.2017

Amerika həbsxanalarındakı cinsi və fiziki zorakılıqlar haqda nə bilirik? – Araşdırma

29.04.2017

İlham Əliyev Qətərin sabiq Baş naziri və xarici işlər nazirini qəbul edib

29.04.2017

Dünya prezidentlərinin aylıq əmək haqqları açıqlandı

29.04.2017

Bu, insanlığı məhv edəcək – Məşhur fizik

28.04.2017

Əməkdar artist xəstəxanaya yerləşdirildi

28.04.2017

"Ermənistanın mövqeyi əhəmiyyət daşımayacaq" - Sergey Markov

28.04.2017

“Əl-Qaidə”nin liderlərindən biri məhv edilib

28.04.2017

Türkiyə Avropanın pulunu kəsdi

28.04.2017

Elmar Məmmədyarov nazirlərin Moskva görüşünə münasibət bildirib

28.04.2017

Rövşəni öldürdüyünü deyən oğru haqda şok detal

28.04.2017

"Biz Səudiyyə Ərəbistanın müdafiəsinə çox pul xərcləyirik"

28.04.2017

Bakıda həbs edilən erməniyə hökm oxundu

28.04.2017

Bakıda polislərdən şok əməl: Nazir 7 nəfəri qovdu

Bütün Xəbərlər

FaceBook