Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:8 378

Tarix: 28-12-2016, 16:57

Azərbaycanda meyitdən orqan köçürülməsinəbaşlanılacaq

Azərbaycanda meyitdən orqan köçürülməsinəbaşlanılacaq

“Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın fəaliyyəti ölkədə meyitdən orqan köçürülməsinə təkan verəcək, respublikada meyitdən orqan köçürülməsi həyata keçiriləcək”.

Bunu APA-ya Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib. Onun sözlərinə görə, Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın əsas məqsədi Azərbaycanda transplantologiya işini daha da mükəmməlləşdirməkdən, mərkəzləşdirilmiş şəkildə Səhiyyə Nazirliyinin nəzarəti altında həyata keçirilməsini təmin etməkdən ibarətdir: “Orqan çatışmazlığı olan xəstələr ölkə daxilində və xaricində müxtəlif həkimlərə müraciət ediblər. Nəticədə çox zaman onlar qeyri-peşəkar xidmət görürlər. Şuranın fəaliyyəti ilə əməliyyata, müalicəyə ehtiyacı olan xəstələr vaxtında peşəkar xidmət göstərilməsi üçün tibbi müəssisələrə yönləndiriləcək ki, onlara vaxtında lazımi peşəkar tibbi xidmət göstərilsin”.

Şura üzvü qeyd edib ki, əməliyyata ehtiyacı olan xəstələr siyahıya alınaraq, bu barədə Səhiyyə Nazirliyinə məlumat veriləcək: “Artıq Şura mütəmadi toplanıb, görüşlər keçirir. Müəyyən məsələlər paket halında hazırlanıb, təkliflərlə birgə Səhiyyə Nazirliyinə təqdim olunub. Hazırda ölkədə nə qədər xəstəyə orqan köçürülməsi ilə bağlı bizdə konkret rəqəmlər yoxdur. Yaxın müddət ərzində belə xəstələrin sayı dəqiqləşdiriləcək və Şuranın işi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

M. Kazımi onu da bildirib ki, Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın sədri vəzifəsinə Mərkəzi Gömrük Hospitalının Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası işinin təşkili məqsədi ilə Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şura yaradılması məqsədi ilə əmr imzalayıb.

Əmrə əsasən Şuranın tərkibi təsdiq edilib. Şuraya Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalar əsas götürülərək insan orqan və toxumalarının transplantasiyası işinin əlaqələndirilməsi, spesifik müayinələrin aparılması, transplantasiya əməliyyatlarının növbəlilik prinsipi əsasında həyata keçirilməsi işinin təşkilinin təmin edilməsi tapşırılıb. Şura transplantologiya işinin təkmilləşdirilməsi sahəsinə, habelə donor bankının yaradılması üzrə təklifləri Səhiyyə Nazirliyinə təqdim edəcək.

  1. SammyWob | 3 yanvar 2017 22:29 | Bəyənmə 0 Bəyən

    Имбицильно считать

    ----------
    [url=http://aktivatorwindows7.ru/]домашняя 64 bit[/url]

    Cavab yaz

XƏBƏR LENTİ

23.01.2017 , 01:16

Erməni jurnalist: "Hakimiyyət o qədər qudurub ki, əsgərin payına da göz dikir”

23.01.2017 , 01:15

Rusiyalı türkoloq: “Tərəflər bir masa arxasına əyləşir"

23.01.2017 , 01:13

Rahim Hacıyev da mühacirətə getdi

23.01.2017 , 01:12

Astanada Suriyaya dair danışıqların detallarının müzakirəsi başa çatıb

23.01.2017 , 00:35

Həmkarından deputata sərt ittiham - Naqif Həmzəyevin mandatı əlindən alınır-Özəl

23.01.2017 , 00:34

Suriyanın İdlib şəhəri bombardman edilib

23.01.2017 , 00:34

Anar Həsənovu Polad Bülbüloğlu işdən qovdurub?

23.01.2017 , 00:33

İcra başçısından sensasion açıqlama: "Getsəm, ölərəm..."-ÖZƏL

23.01.2017 , 00:31

Ramil Usubov rektorun kürəkənini rəis təyin etdi - sərəncam

23.01.2017 , 00:30

ABŞ-da qasırğa 15 nəfərin həyatına son qoydu

23.01.2017 , 00:28

Qohumu nazirə meydan oxuyur- Əlyunis Mütəllimovun Kürdəmir məcaraları

22.01.2017 , 22:59

ATV Lavrovu yıxıb-sürüdü: "O ermənilər kimi sərsəm danışdı" - Video

22.01.2017 , 22:23

"Alıb dört manatı sizə verəcəm"- Bakı meri uşaqlarla zarafatlaşdı-Video

22.01.2017 , 22:21

Lavrovun maskasını yırtan jurnalist danışdı: “Artıq mən…”

22.01.2017 , 19:28

AKP-nin ofisinə hücum edən terrorçu saxlanılıb

22.01.2017 , 19:27

Yeni birinci ledi: “ABŞ-a xidmət etmək şərəfdir”

22.01.2017 , 19:25

Obamanın prezidentlikdən sonrakı ilk günü

22.01.2017 , 19:22

“Həbsxanaya nə qoşun yeridilib, nə də məhbus döyülüb”

22.01.2017 , 15:55

“General 100 min istəyir” dedilər, o isə 2 min “şirinlik” təklif etdi

22.01.2017 , 15:33

Roma Papası Avropada populizmin güclənməsinini Hitlerlə müqayisə edib

22.01.2017 , 15:20

Moskvada 40-a yaxın aviareys təxirə salınıb – Səbəb

22.01.2017 , 15:04

Dövlət sərhədində Ermənistana məxsus PUA məhv edilib – FOTO

22.01.2017 , 15:02

“Bizi ləkələmək, şər, böhtan atmaq istəyirlər” - İlham Əliyev

22.01.2017 , 14:59

Moskvaya uçan təyyarə Bakıda təcili eniş etdi

22.01.2017 , 14:36

Sabaha olan hava proqnozu açıqlanıb

22.01.2017 , 14:17

Şuşanın yeni görüntüləri yayıldı- Video

22.01.2017 , 14:06

İraqda İŞİD qurbanlarının kütləvi məzarlığı aşkarlanıb

22.01.2017 , 13:34

Tramp ABŞ-ın dünyadakı bu mövqeyinə son qoyur - Şərh

22.01.2017 , 13:07

Ərdoğan Trampla Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək niyyətindədir

22.01.2017 , 12:37

Astanada Suriya böhranı üzrə keçiriləcək danışıqların iştirakçıları açıqlanıb

22.01.2017 , 11:39

Trampın prezident seçilməsi köhnə dünya nizamına son qoydu

22.01.2017 , 10:32

ABŞ və Meksika prezidentlərinin görüşəcəyi tarix bəlli olub

Bütün Xəbərlər

FaceBook