Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Niyə İlham Əliyev? - III Hissə

Niyə İlham Əliyev? - III Hissə
yüklənir...

“İqtisadi Dirçəliş” strategiyasının 3-cü mərhələsi

Əvvəli bu linkdə
 
Prezident İlham Əliyevin 15 illik hakimiyyətinin mərhələli analizi onu deməyə əsas verir ki, “İqtisadi Dirçəliş” strategiyasının 3-cü mərhələsi əsasən 2013-ci ildən sonra başlayıb. Bu isə onun 3-cü prezidentlik dövrünə təsadüf edir. Bu məntiqlə çıxış etsək, İlham Əliyevin prezidentlik dövrlərini də belə təsnifatlaşdırmaq olar:
I mərhələ (2003-2008) - Alt bazis: Neft gəlirlərinin infrastruktur layihələrinə yönəldilməsi və iqtisadi dirçəlişin bazasının yaradılması,
II mərhələ (2008-2013) - Alt bazisdən üst quruma keçid: İnfrastruktur layhələri ilə yanaşı, onun üzərində tədricən iqtisadi müəssisələrin qurulması,
III mərhələ (2013-ci ildən etibarən) - Üst qurum: Qeyri-neft sektorunun şaxələndirilməsi.
İqtisadi analizlər göstərir ki, xüsusilə 2010-ci ildən sonra neft gəlirlərinin qeyri-neft sektorunun şaxələndirilməsinə yönəldilməsi prosesində prioritet təşkil edən əsas sektorlar kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi olub. Zaman-zaman qlobal iqtisadi böhranların yaşandığı bu mərhələdə Azərbaycan hakimiyyətinin strateji hədəfləri xeyli çətinliklərlə üzləşsə də, İlham Əliyevin uzaqgörənliyi sayəsində İqtisadi Dirçəliş proqramı dayandırılmayıb, əksinə inkişaf etdirilib. İrəli sürdüyümüz bu iddiaları rəsmi statistikalar da, beynəlxalq maliyyə qurumlarınının hesabatları da təsdiqləyir. Məsələn, Nazirlər Kabinetinin 2011-ci ilin yekunlarına dair hesabatında yer alan rəqəmlərə görə, həmin il 2003-cü illə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalında 34 faiz artım qeydə alınmışdı. 2008-ci illə müqayisədə isə kənd təssərüfatının ümumi məhsulunun artım tempi orta hesabla 2,5 faiz təşkil etmişdi.
ÃÂÃÂÃÂþÃÂÃÂÃÂþÃÂöÃÂõÃÂõ ÃÂøÃÂ÷ÃÂþÃÂñÃÂÃÂÃÂðÃÂöÃÂõÃÂýÃÂøÃÂõ
Nəzərə alsaq ki, 2003-cü il İlham Əliyevin birinci, 2008-ci il isə ikinci prezidentlik dövrünə düşür, ölkə başçısının bu sektora hələ neft bumunun davam etdiyi dövrlərdə belə, xüsusi diqqət ayırdığını anlaya bilərik. Cənab prezidentin kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayırması və ölkənin iqtisadi dirçəlişinə proqramlı yanaşması onun çıxışlarında da öz əksini tapıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib:
“Daha çox şəkər çuğunduru əkilməlidir. Bitki yağları və marqarinlə 67 faiz özümüzü təmin edirik, 80 faiz xaricdən asılılıq var. Burada da söhbət əsasən xammaldan gedir. Kərə yağı ilə 60 faiz özümüzü təmin edirik, 100 faiz təmin edə bilərik. Meyvə-tərəvəz şirələri ilə özümüzü təmin etsək də, 10 faiz xarici faktordan asılılıq var”.
Göründüyü kimi, Prezident 2016-cı ildəki hesabat çıxışında kənd təsərrüfatının inkişafını Azərbaycanın xaricdən asılılığını azaltmaq üçün ən vacib məsələ kimi qarşıya qoyur və ölkəmizin ərzaq təhlükəsizliyinin vacib şərti kimi  qiymətləndirir. O, həmin çıxışında bunu açıq şəkildə dilə gətirərək deyirdi:
"Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritetdir".
ÃÂþÃÂþöõõ ø÷þñÃÂðöõýøõ
Ölkə başçısı prezidentliyinin ikinci dövründə atdığı addımlarla Azərbaycanın suverenliyinin və iqtisadi inkişafının qarantı olan ərzaq təhlükəsizliyi proqramını uğurla həyata keçirdiyini rəsmi statistikalar da təsdiqləyir. Məlumatlara görə, Azərbaycan bir çox ərzaq məhsullarında özü-özünü təmin edəcək ölkəyə çevrilib. Xüsusilə ət, süd, quşçuluq sahəsində əldə etdiyimiz 100%-lik təhcizatımız, sözsüz ki, İlham Əliyevin bu məsələyə planlı şəkildə yanaşmasından irəli gəlib. Onun haqqında danışdığımız hesabat nitqi də bundan xəbər verir. Belə ki, İ. Əliyev həmin çıxışında bildirirdi ki, Azərbaycan özünü 92 faiz mal əti ilə təmin edir:
“Quş əti ilə 98,6 faiz özümüzü təmin edirik. Quş ətinin istehsalında son illər böyük artım var, çünki dövlət buna böyük dəstək verib. Ancaq quş ətinin istehsalında maya dəyərində xaricdən asılılıq 65 faizdir. Burada asılılıq dedikdə, qarğıdalı, soya, günəbaxandan söhbət gedir. Sahibkarlar da bunu nəzərə almalıdırlar. Özümüzü 96 faiz yumurta ilə təmin etsək də, 65 faiz maya dəyərində xaricdən asılılıq var. Süd istehsalında da yem və dərman amilində xaricdən asılılıq var. Biz südlə özümüzü təmin etməli və ixrac da etməliyik”.
Prezidentin sözlərindən göründüyü kimi, o, bir çox qida məhsullarının Azərbaycanda istehsalı ilə kifayətlənmir, həmin məhsulların ərsəyə gəlməsində tələb olunan xammalın daxili gücümüz hesabına təminatını da prioritet məsələ kimi ortaya qoyurdu. Yəni quş əti istehsal ediləcəksə, onun dənini, yemini də özümüz əkib-becərməliyik. Əks halda, xaricdən aldığımız yemlər istər-istəməz Azərbaycanda istehsal edilən məhsulun maya dəyərini artırar və onun bazardakı rəqabət gücünü azaldar.
ÃÂÃÂÃÂþÃÂÃÂÃÂþÃÂöÃÂõÃÂõ ÃÂøÃÂ÷ÃÂþÃÂñÃÂÃÂÃÂðÃÂöÃÂõÃÂýÃÂøÃÂõ
Bu, İlham Əliyevin məsələyə nə dərəcədə planlı və kompleks yanaşmasını göstərir. Məsələyə kompleks yanaşma həmin çıxışda açıq-aşkar özünü büruzə verirdi. O, insanların əsas qida məhsulları olmaqla yanaşı, həm də quşçuluq və ətçilik sektorunun əvəzedilməz xammal bazası olan taxılçılığın inkişafını Azərbaycan fermerlərinin qarşısında prioritet vəzifə kimi qoyaraq bildirirdi:
“2014-cü ildə 2 milyon 300 min ton, 2015-ci ildə 2 milyon 900 min ton taxıl istehsal olunub. Amma biz özümüzü 100 faiz taxılla təmin etməliyik. Taxıl istehsalında xaricdən 20 faiz asılılıq var, bu asılılıq da gübrə və dərmanla bağlıdır".
İlham Əliyevin bu diqqəti yerli iş adamlarımızı kənd təsərrüfatı və emal sənayesinə ciddi investisiyalar yatırmağa təşviq edib. Xüsusilə quşçuluq sektorunda damazlıq yumurta istehsal edən müəssisələrin yaradılması bu sahədə ölkə tələbatının 100%-ni yerli imkanlar hesabına təmin edib. Bu sətirlərin müəllifi də Prezidentin səsinə səs verən həmin iş adamlarından biridir. Ölkə rəhbərinin təşviqlərindən ilham və cəsarət alaraq biz həm də meyvəçiliyin inkişafına diqqət ayırmış və saldığımız meyvə bağları sayəsində ölkəmizdən xaricə axan kapitalların öz sənayemizin inkişafına yönəlməsində rol oynamağa çalışırıq. Bir sözlə, Azərbaycan vətəndaşlarının ərzaq təhlükəsizliyinin qayğısına qalan və iş adamlarımızın qarşısında yeni imkanlar yaradan cənab Prezidentimizin öz xeyirxah təşəbbüsünü davam etdirməsi üçün biz də əlimizdən gələni əsirgəməməliyik.
ÃÂÃÂÃÂþÃÂÃÂÃÂþÃÂöÃÂõÃÂõ ÃÂøÃÂ÷ÃÂþÃÂñÃÂÃÂÃÂðÃÂöÃÂõÃÂýÃÂøÃÂõ

Emal və yüngül sənaye

Ölkə başçısının kənd təsərrüfatına yanaşması yalnız ərzaq proqramı ilə də bağlı deyil. Azərbaycanın inkişaf etmiş dünya dövlətləri arasında yer alması üçün, təbii ki, emal sənayesi də qurulmalı və öz resurslarımız hesabına işləməlidir. Bu proqram çərçivəsində ərsəyə gətirilən bir çox tekstil fabrikləri (məsələn, Sumqayıtdakı “Gilan” holdinqə aid tekstil müəssisələri) texniki avadanlıqlar baxımından Avropa standarlarıyla müqayisə olunsa da, onların xammalı xaricdən alması məhsulların maya dəyərini artırdığından hətta daxili bazarda rəqabətdə uduzurdular. Ölkə rəhbərliyinin idxal mallarında gömrük rüsumlarını artırması isə istehlakçılara haqsızlıq olardı. Üstəlik, Azərbaycanın münbit torpaqları tekstil üçün lazım olan xammalı ölkəmizdə istehsalına imkan verirdi və pambıqçılığın inkişafı yeni iş yerlərinin açılması, regionların tərəqqisi, onminlərlə insanın işlə təmin edilməsi demək idi.
Azərbaycan prezidenti də ölkəmizin bu potensialını nəzərə alıb pambıqçılığın inkişafına qərar verdi. Onun 2016-cı ildə keçirdiyi müşavirədə dilə gətirdiyi bu sözlər də fikrimizi təsdiqləyir:
“Biz pambıqçılıqla daha geniş məşğul olmalıyıq. Pambıqçılıq həm çoxlu sayda iş yeri, bu, həm də valyuta gətirən məhsul deməkdir. Pambığı yığan insanlara verilən pul artırılmalıdır. Mənə verilən məlumata görə, 1 kq pambığı yığanlara 42 qəpik verilir. Bu, azdır, qiymət əhəmiyyətli dərəcədə qaldırılmalıdır. Biz tütünçülük və çayçılığı da inkişaf etdirməli, canlandırmalıyıq”.
Həmin çıxışda İlham Əliyevin taxılçılıqla yanaşı tütünçülük və çayçılığın inkişafı ilə bağlı konkret göstərişlər verməsi emal sənayesinin inkişafına göstərilən diqqətin ən əyani sübutudur.
Kənd təsərüffatının və emal sənayesinin inkişafı üçün sözsüz ki, dərman və gübrələrə də böyük ehtiyac var. Əks halda hansısa bir sahədə xaricdən asılılıq iqtisadi inkişafda arzuedilən səviyyəyə yüksəlmənin qarşısında kiçik də olsa əngəllərin davam etməsinə yol aça bilərdi. İnkişaf layihələrində ən kiçik detalları belə gözdən qaçırmayan Prezidentimiz ilk baxışdan maliyyə dəyəri az görünən gübrə və kənd təsərrüfatı dərmanlarını da yaddan çıxartmamışdı. O, çıxışlarında gübrə zavodunun tikintisinin sürətləndirilməsinin vacibliyini də önə çəkərək deyirdi: “Dərman istehsalı ilə bağlı da işlər görülməlidir”.
ÃÂÃÂÃÂðÃÂÃÂÃÂÃÂÃÂøÃÂýÃÂúÃÂø ÃÂÿÃÂþ ÃÂ÷ÃÂðÃÂÿÃÂÃÂÃÂþÃÂÃÂÃÂàÃÂðlham ÃÂÃÂliyev
İlham Əliyevin ikinci prezidentliyindən sonra start verdiyi iqtisadiyyatın şaxələnməsi strategiyasının uğuru dünyanın ən aparıcı beynəlxalq maliyyə institutları tərəfindən də etiraf edilir.  Nüfuzlu beynəlxalq reytinq agentliyi olan “Standard&Poor's”-ın (S&P) ötən ilki proqnozuna görə, 2019-2020-ci illərdə Azərbaycanda illik ümumi daxili məhsul (ÜDM) istehsalının artımı 3,5 faiz səviyyəsində olacaq: “2018-ci ildə də Azərbaycan iqtisadiyyatında artım olacaq. ÜDM gələn il 2 faiz (nominal həcm 44 milyard dollar), 2019-cu ildə 3,5 faiz (47 milyard dollar), 2020-ci ildə 3,5 faiz (48 milyard dollar) artacaq”.
Rəsmi hesabatlara görə, enerji ehtiyatlarına asılılıqdan imtina edən Azərbaycan iqtisadiyyatı 2017-ci ildə də öz böyümə tempini qoruyub saxlaya bilib. Cari ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft iqtisadiyyatı 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz, kənd təsərrüfatı isə 2,8 faiz artıb. Xarici ticarət dövriyyəsi 7 faiz artmış, xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabər olub. Azərbaycanın valyuta ehtiyatları da bu müddətdə 42 milyard dollar səviyyəsinə çatıb.
Nəzərə alsaq ki, bütün dünya ölkələri hazırda qlobal iqtisadi böhranla üz-üzədir və bu böhran əslində Azərbaycandan da yan keçməyib, ölkəmizin əldə etdiyi bu nailiyyətlər bəzi suallara yol açır: Azərbaycan bütün çətinliklərə baxmayaraq bu möcuzələrə necə imza atır?
Zənnimizcə, bu sualın ən doğru cavabı ölkə rəhbərinin iqtisadi inkişaf proqramına planlı yanaşmasıdır. Onun hakimiyyətinin ilk illərində ortaya qoyulan bu planlı yanaşma nəticəsində Azərbaycan iqtisadiyyatı regional xarakterinə görə bir neçə sahəyə bölünmüş və hər sahə üçün spesifik planlar həyata keçirilib. İqtisadiyyat Nazirliyinin 2012-ci ilə aid hesabatlarının birində yer alan aşağıdakı tezislər də İlham Əliyev hakimiyyətinin iqtisadi inkişafa planlı yanaşmasından xəbər verir:
ÃÂÃÂÃÂþÃÂÃÂÃÂþÃÂöÃÂõÃÂõ ÃÂøÃÂ÷ÃÂþÃÂñÃÂÃÂÃÂðÃÂöÃÂõÃÂýÃÂøÃÂõ
“Dövlət Proqramının Tədbirlər Planı aşağıdakı bölmələrdən ibarətdir:
  • Ölkə əhəmiyyətli tədbirlər,
  • Ölkənin iqtisadi rayonları üzrə tədbirlər:
  • Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli, Şərur rayonları);
  • Abşeron iqtisadi rayonu (Abşeron, Xızı rayonları, Sumqayıt şəhəri);
  • Aran iqtisadi rayonu (Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Şirvan, Mingəçevir, Yevlax şəhərləri);
  • Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonları);
  • Gəncə-Qazax iqtisadi rayonu (Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə və Naftalan şəhərləri);
  • Quba-Xaçmaz iqtisadi rayonu (Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonları);
  • Lənkəran iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran rayonları);
  • Kəlbəcər-Laçın iqtisadi rayonu1 (Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonları);
  • Şəki-Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları);
  • Yuxarı Qarabağ iqtisadi rayonu1 (Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları, Xankəndi şəhəri).
Bu baxımdan Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” əsas məqsədi qeyri neft sektorunun davamlı inkişafı, ölkə regionlarının tarazlı inkişafının təmin edilməsi, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin və müəssisələrin yaradılması nəticəsində əhalinin məşğulluq səviyyəsinin artırılması və həyat səviyyəsinin yüksəldilməsindən ibarət olub”.
(ardı var)
photo_81568.jpg (14 KB)
Mürvət Həsənli,
"Xəmsə" MMC-nin sahibi
скачать dle 12.1

Teqlər: Hisse lham Niye Eliyev
yüklənir...

XƏBƏR LENTİ

İlham Əliyev Atatürkün məzarını ziyarət edib
25.04.2018

İlham Əliyev Atatürkün məzarını ziyarət edib

Danışıqlar baş tutmasa, məcburuq ki... - Ramiz Mehdiyev-Video
25.04.2018

Danışıqlar baş tutmasa, məcburuq ki... - Ramiz Mehdiyev-Video

Quska Bakıya qarşı kimlərə pul verib? – Şok adlar
25.04.2018

Quska Bakıya qarşı kimlərə pul verib? – Şok adlar

Ərdoğan-Əliyev görüşü: Bakı İrəvana yardım edə bilər
25.04.2018

Ərdoğan-Əliyev görüşü: Bakı İrəvana yardım edə bilər

Ramiz Mehdiyev Miqrasiya Xidmətinin yeni rəhbərini təqdim etdi - VİDEO
24.04.2018

Ramiz Mehdiyev Miqrasiya Xidmətinin yeni rəhbərini təqdim etdi - VİDEO

PA rəhbərindən Qarabağla bağlı önəmli AÇIQLAMA
24.04.2018

PA rəhbərindən Qarabağla bağlı önəmli AÇIQLAMA

Milli Məclisdə 6 vakansiya - Təkrar seçkilər keçiriləcəkmi?
24.04.2018

Milli Məclisdə 6 vakansiya - Təkrar seçkilər keçiriləcəkmi?

“Qaçqınkom”un yeni sədri kollektivə təqdim olundu
24.04.2018

“Qaçqınkom”un yeni sədri kollektivə təqdim olundu

Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?
24.04.2018

Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?

Əflatun Amaşov hesabata etiraz etdi
24.04.2018

Əflatun Amaşov hesabata etiraz etdi

Aydın Əliyev DANIŞDI: – “Həyat bunu göstərir”
24.04.2018

Aydın Əliyev DANIŞDI: – “Həyat bunu göstərir”

Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı – Dəvətnamələr də paylanılıbmış
24.04.2018

Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı – Dəvətnamələr də paylanılıbmış

“150 manat alanların banklara borcu bağlansın” – Millət vəkili
24.04.2018

“150 manat alanların banklara borcu bağlansın” – Millət vəkili

Ramiz Mehdiyev: "Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib, dövlət vəsaiti öz ünvanına çatmayıb"
24.04.2018

Ramiz Mehdiyev: "Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib, dövlət vəsaiti öz ünvanına çatmayıb"

Yeni nazir: "Sosial ədalət prinsipləri üstün tutulacaq"
24.04.2018

Yeni nazir: "Sosial ədalət prinsipləri üstün tutulacaq"

Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır
24.04.2018

Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

“İstənilən məmur haqda dosye İlham Əliyevin masası üzərindədir”
24.04.2018

“İstənilən məmur haqda dosye İlham Əliyevin masası üzərindədir”

İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunə
24.04.2018

İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunə

Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradıldı
24.04.2018

Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradıldı

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi kimdir? – DOSYE
24.04.2018

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi kimdir? – DOSYE

Sergey Markov: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana ciddi şans verir”
24.04.2018

Sergey Markov: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana ciddi şans verir”

Təhsil Naziri Ceyhun Bayramov kimdir? – DOSYE
24.04.2018

Təhsil Naziri Ceyhun Bayramov kimdir? – DOSYE

Milli Məclisdə deputatların sayı azaldı
24.04.2018

Milli Məclisdə deputatların sayı azaldı

Sabiq AMİP-çi yeni Baş naziri belə xarakterizə etdi: “Qazanan Millətimiz və Dövlətimiz olacaq”
24.04.2018

Sabiq AMİP-çi yeni Baş naziri belə xarakterizə etdi: “Qazanan Millətimiz və Dövlətimiz olacaq”

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB
24.04.2018

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI
24.04.2018

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi
24.04.2018

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi

“YENİ TƏYİNATLAR OLACAQ, GÖRƏCƏKSİNİZ Kİ…” – Ramiz Mehdiyev (VİDEO)
23.04.2018

“YENİ TƏYİNATLAR OLACAQ, GÖRƏCƏKSİNİZ Kİ…” – Ramiz Mehdiyev (VİDEO)

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO
23.04.2018

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO

Bütün Xəbərlər

FaceBook