Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Əli Kərimlinin mitinqində rüsvayçılıq ŞƏRH

Əli Kərimlinin mitinqində rüsvayçılıq ŞƏRH
yüklənir...

Əli Kərimlinin mitinqində rüsvayçılıq ŞƏRH
7 Oktyabr 16:17


Meydan tv aksiyanı canlı yayımlamaqdan vaz keçib

“Milli Şura”nın 23 sentyabr mitinqindən sonra sözügedən aksiyanın rüsvayçılıqları ətrafında gedən söz-söhbətlər səngiməmiş, növbəti aksiyaya – 7 oktyabr mitinqində ortaya çıxan növbəti fakt əsas təşkilatçı olan AXCP sədri Əli Kərimlini ciddi təşvişə salıb. Aksiyanın keçirildiyi məkandan da göründüyü kimi, “Milli Şura”nın aksiyasında ümumiyyətlə, barmaq sayılacaq qədər adam var.

SİA-nın məlumatına görə, buna başçıla səbəb Nardaran hadisələrində ittiham olunan və hazırda həbsə olan şəxslərin adlarının sırasına Eldəniz Məmmədov adlı “İŞİD” terrorçusunun da ad-soyadının əlavə edilməsidir. Daha dəqiq desək, Nardaran hadisələrində həbs olunan insanların “siyasi”, ya da “vicdan” məhbusu kimi təqdim olunduqları və hakimiyyətdən azadlıqları tələb olunan şəxslərin adları arasında Əbu Cihad ləqəbli Eldəniz Məmmədovun da adının yer alması uzun müddətdir dindarlardan çirkin məqsədləri üçün sui-istifadə edən Əli Kərimliyə qurşaqaltı zərbə effektini verib. Bu səbəbdən, ümid bəslədiyi dini kəsimin nümayəndələri ümumiyyətlə, mitinqə getmək fikrindən danışıb. Çünki İslamın ənənəvi dini məzhəbi çərçivəsində digərləri ilə baxışları qətiyyən üst-üstə düşməyən və qaniçən vəhhabilik sektasını qəbul etməyən müsəlmanların qanlarını, canlarını, mallarını, hətta ailələrini belə (!) qəsb etməyi halal hesab edən terrorçu sektant Əbu Cihadın, yəni Eldəniz Məmmədovun “vicdan məhbusu” elan edilməsi digər dindarların aşırı qəzəbi ilə nəticəsini tapıb. Bu gün onlar haqlı olaraq AXCP sədrindən bu məsələnin izahatını tələb etməyə başlayıblar. Üstəlik, AXCP sədrinin ətrafındakı ateistlər son vaxtlar Məhərrəmlik ayını və Aşura mərasimlərini ələ saldıqlarına görə, tərəflər arasında kəskin qarşıdurmalara start verilib.

Əli Kərimli isə nə vəhhabi sektantını müdafiə etməyə, nə də ateist tərəfdarlarının hərəkətlərinə görə cavab verə bilmir və bununla da əsas olaraq, ümid bəslədiyi ənənəvi dini kəsimin dəstəyini itirmiş oldu. Artıq mitinq başlasa da orada “çoxsaylı elektorat” iddiasının olmadığını rahatca görmək mümkündür.

Maraqlı məqamlardan biri də budur ki, əslində, Əli Kərimli üçün kimin hansı məzhəbə qulluq etməsi qətiyyən maraqsızdır. Ona maraqlı olan Qərbdə fəaliyyət göstərən və erməni lobbisinin dəstəyi ilə Azərbaycan dövlətinin əleyhinə iş aparan qüvvələrin maddi və s. dəstəyidir. Ancaq çox yəqin ki, o bu dəstəyini də itirməli olacaq. Daha doğrusu, 23 sentyabr mitinqində ermənilərin xeyrinə işləyən ifadələrin səsləndirilməsi, xüsusilə Gültəkin Hacıbəylinin Azərbaycan Ordusu haqqında düşmən dəyirmanına su tökən rəzil fikirlərlə çıxış etməsi AXCP sədrinin “siyasi reputasiyasına” birinci zərbəni vurmuşdu. Məhz həmin məsələdən sonra bir çox müxalifətyönlü şəxslər də Əli Kərimlinin Ordumuza qarşı zərərli kampaniya aparmasını həddi aşmaq kimi qiymətləndirmişdilər.

Bunun ardınca isə qeyd edilən digər iki fikir – “İŞİD” terrorçusunun “vicdan məhbusu” kimi təqdim olunması və ateistlərin inanclıların mərasimlərini ələ salmaları, rişxənd dolu fikirlər yazmaları Kərimlinin siyasi məhvinə necə deyərlər, böyük təkan vermiş oldu.

Əslində, AXCP sədrinin bu və ya digər hallarda dövlət, xalq, milli maraqlar əleyhinə fəaliyyəti kontekstində səhvləri kifayət qədərdir və bu dəfə onun siyasi qürubu daha çox nəzərə çarpır. Ümidlərini 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə dikmiş AXCP sədri ətrafında olan tör-töküntülərlə tarixin zibil urnasına atılacaq. Görünür, o siyasi ölümünü hiss etdikcə, daha çox çapalamağa çalışacaq, ancaq belə çapalamaların ona səmərə verəcəyini düşünmək olmaz. Bu baxımdan mitinqdə 1200-dən artıq adam olmayıb.

Əsası isə budur ki, artıq Qərb, yaxud Şimal dəstəkçiləri də onu “siyasi fiqur” olaraq qəbul etmir və Kərimlinin bundan sonrakı “ideya” və “təşəbbüslərinin” rədd edilməsi amili daha da aktuallaşır.

Rövşən NURƏDDİNOĞLU

P.S. Yeri gəlmişkən, AXCP sədrinin qızğın tərəfdarı qismində çıxış edən Meydan tv mitinqin “facebook”dan canlı yayımlanacağını xəbər versə də, bunu reallaşdırmayıb. Bunun isə səbəbi kifayət qədər bəllidir. Ona görə də bir neçə kadr verməklə kifayətləniblər. Rüsvayçılıq isə məhz buna deyilir.скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

13.12.2017

Ərdoğan Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı

13.12.2017

“Heydər Əliyev şəxsiyyəti, irsi tam öyrənilməmiş bir salnamədir” – Məhərrəm Əliyev

12.12.2017

Heydər Əliyevin vəfatından 14 il keçir

12.12.2017

“Qiymətlər oynayan kimi ya “Veysəloğlu”nun üstünə düşürlər, ya “Azərsun”un” - İlham Məmmədzadə

09.12.2017

Leyla Yunusun məqsədi o olub ki, Azərbaycan əleyhinə iş aparmaqla varlansın – deputat

09.12.2017

“Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

08.12.2017

“HAQQIMDA YAZILANLAR CƏFƏNGİYYATDIR – Kəmaləddin Heydərov

08.12.2017

“ARAZ”la birləşmədən sonra “Favorit”in ilk marketi açıldı

07.12.2017

“Nar” cari ilin nəticələrini açıqladı

07.12.2017

“İlqar Məmmədov azadlığa buraxıla bilər...” - Prezidentin köməkçisi

07.12.2017

Ərdoğandan Yunanıstanda sərt çıxış - “NATO-ya bizim sayəmizdə girmisiz”

07.12.2017

Qubaya 3 milyon manat ayrıldı

07.12.2017

Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi

07.12.2017

“Azərbaycanda korrupsiya, rüşvətxorluğa qarşı mübarizə aparılır” - İlham Əliyev

06.12.2017

Nəsimidə zibilxana satıldı Qarabağ əlilinin maşını qarajda qaldı - FOTO

06.12.2017

Birinci vitse-prezident Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında

06.12.2017

Fazil Məmmədov ilk dəfə danışdı - “Səhhətimdə problem var...”

06.12.2017

Ramiz Mehdiyev Fazil Məmmədovu tənqid etdi

06.12.2017

Banklarda vəziyyət gərgin olaraq qalır: faizlər daha da aşağı salınacaq

06.12.2017

Ali Məhkəmə Vergilər Nazirliyi ilə bağlı məlumat yaydı - Sahibkarların 63.3 faizi...

06.12.2017

"Azərbaycan ərzaq təhlükəsizliyi sahəsindəki pərakəndəliyi aradan qaldıracaq" - Ramiz Həsənov

06.12.2017

"Azercell" şirkəti ilə bağlı şikayətlər artmaqdadır - VİDEO

06.12.2017

Prezident böyük islahata qərarlıdır: “Fazil Məmmədov özü vəzifədən getmək istəyib…” – Növbədə daha kimlər var?

06.12.2017

Manatın dizayneri: “Daha çox avrodan istifadə edirəm”

06.12.2017

Siyasətdə sən kimsən? Siyasi kimliyini müəyyən etmək üçün TEST

06.12.2017

Türkiyə, Rusiya və Ermənistan yeni ittifaq yaradır - VİDEO

06.12.2017

Bu ərazilərdə ev tikməyin! - Nazirlikdən xəbərdarlıq + Video

06.12.2017

NATO-da “RUS OXU” –Ərdoğan hərbi alyansdan niyə uzaqlaşır? –TƏHLİL

06.12.2017

“Ərdoğan istəyir tanısın, istəyirsə yox, Qüds yəhudilərin paytaxtıdır” –Rəsmi Tel-Əviv

06.12.2017

Hesablama Palatasının səlahiyyətləri artırıldı - SƏRƏNCAM

06.12.2017

Mikayıl Cabbarov: "Yaponiya ilə Azərbaycan arasında məhsuldar dialoq qurulub"

06.12.2017

“Sən kimsənki mənim maşınımda oturursan” - İçkili sürücü polislə mübahisə etdi - VİDEO

Bütün Xəbərlər

FaceBook