Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Naxçıvanı blokadadan çıxaracağıq -Prezident

Naxçıvanı blokadadan çıxaracağıq -Prezident
yüklənir...

Naxçıvanı dəmiryolu blokadasından çıxaracağıq.

Tərəfdar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, keçən il digər vacib hadisələr baş verdi: “Biz enerji siyasətimizin təkmilləşdirilməsi istiqamətində növbəti addımlar atdıq. “Cənub” qaz dəhlizinin icrası uğurla davam etdirildi. Baxmayaraq ki, neft gəlirlərimiz üç-dörd dəfə azaldı, biz xaricdən kreditlər aldıq, eyni zamanda, daxili vəsait hesabına “Cənub Qaz Dəhlizi” və “Şahdəniz-2” layihələrinin icrası ilə bağlı bütün lazımi addımları atdıq. Deyə bilərəm ki, “Şahdəniz-2” layihəsi üzrə, - bu gün “Şahdəniz” dünya miqyasında ən böyük qaz-kondensat yataqlarından biridir, - işlərin 90 faizi artıq tamamlanıb və gələn il tamamilə başa çatacaq. TANAP layihəsinin böyük hissəsi icra edilib və “Cənub” qaz dəhlizinin digər seqmentləri istiqamətində də işlər gedir. Biz keçən il Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısını keçirdik. O toplantıda iştirak edən bütün ölkələr, Avropa Komissiyası, Amerika Birləşmiş Ştatları və “Cənub” qaz dəhlizinin bütün üzvləri qəbul edilmiş bəyanatda Azərbaycanın liderliyini bir daha göstərmişlər. Biz bu layihənin lideriyik, təşəbbüskarıyıq, aparıcı qüvvəsiyik. Biz o layihəni bütün dostlarımızla, tərəfdaş ölkələrlə və beynəlxalq təşkilatlarla birlikdə icra edirik”.

İlham Əliyev vurğulayıb ki, keçən il nəqliyyat sektorunda önəmli hadisələr baş verib: “Xüsusilə Şimal-Cənub dəhlizinin yaradılması istiqamətində çox ciddi addımlar atılmışdır. Keçən ilin yaz aylarında mən göstəriş vermişdim ki, ilin sonunadək bizim dəmir yolumuz İran sərhədinə qədər çatdırılmalıdır və artıq biz buna nail olduq. Təqribən 7-8 ay ərzində çatışmayan o hissəni inşa etdik və ondan əlavə, Astaraçay üzərində körpünü də biz tikdik və istifadəyə verdik. Yəni, Azərbaycan Şimal-Cənub dəhlizi ilə bağlı öz üzərinə düşən vəzifəni cəmi səkkiz ay ərzində yerinə yetirdi. İndi biz bu böyük layihənin işə düşməsi ilə bağlı əlavə təşəbbüslər irəli sürmüşük ki, bu prosesi sürətləndirək. Bu, həm bizə, həm qonşu ölkələrə, bütün dünyaya lazımdır. Bu layihənin icrası nəticəsində Hindistandan, Pakistandan gələn yüklər Azərbaycan ərazisindən İrana, Rusiyaya, Şimali Avropaya və əks istiqamətdə gedəcəkdir. Bu, böyük nəqliyyat hərəkatına gətirib çıxaracaq. Milyonlarla ton yük ərazimizdən keçəcək və minlərlə iş yeri yaradılacaq. Biz bu layihənin icrası ilə, eyni zamanda, Naxçıvanı da dəmiryolu blokadasından çıxaracağıq. Naxçıvan İran ərazisindən dəmir yolu vasitəsilə Azərbaycanla birləşəcək. Yəni, bu, tarixi layihədir və biz bunu qonşu, dost ölkələrlə birlikdə icra edirik”.скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

23.10.2017

İraq və Suriya ilə sərhəddə üçlü “türk dəhlizi” –Türkiyə Silahlı Qüvvələri müdaxilə üçün tam hazır vəziyyətə gətirilib

23.10.2017

Amerikanın Yaxın Şərqdə yeni kombinasiyası: Birləşmiş Ştatların İranla müttəfiqlik planı Tehran üçün tələyə çevriləcək? – Təhlil

23.10.2017

Ərdoğanın istefasını istədiyi Bursa bələdiyyə sədri istefa verdi

23.10.2017

Britaniyadan açıq mesaj: Hədəf bu ölkədir

23.10.2017

Masonlar Atatürkün məzarını ziyarət etdilər – “Liderimiz Atatürk, ideallarınıza olan bağlılığımız…”

23.10.2017

Deputatın yeni kitabının məsləhətçisi Əli Həsənovdur

23.10.2017

Heydər Əliyevin Qarabağa görə danladığı Kazimirovdan GÖZLƏNİLMƏZ AÇIQLAMA

23.10.2017

Qarabağa görə bütün türk dünyası ayağa qalxmalıdır" - Jandarma generalı...

23.10.2017

Yazar Mevlut Tezel Azərbaycan xalqından üzr istədi

23.10.2017

“Türkmənistan qazının Azərbaycana nəql olunmasında problem yoxdur”

23.10.2017

Bakıda xüsusi təyinatlı vaqondan qaçan “Qoca” ləqəbli avtoritet kimdir?

23.10.2017

Türkiyədən Azərbaycana gətirilən məhsullar ucuzlaşacaq? – ŞƏRH

23.10.2017

ABŞ Ərdoğanı bu azərbaycanlının vasitəsilə devirmək üçün hərəkətə keçdi

23.10.2017

Türkiyədəki erməni deputatın tviti erməniləri ayağa qaldırdı

23.10.2017

Yeni qətliam ƏMRİ: CANLI BURAXMAYIN!

23.10.2017

Azərbaycanda iki kriminal avtoritet həbsxanadan qaçdı - rəsmi açıqlama

23.10.2017

ABŞ-da DÜNYANI SİLKƏLƏYƏCƏK DAHA BİR QALMAQAL QOPA BİLƏR:Tramp ABŞ xüsusi xidmətlərinə savaş açacaqmı? - TƏHLİL

23.10.2017

Qarabağ düyünü: Tarixi şansı əldən vermək olmaz

23.10.2017

Britaniya mətbuatı: “Kürdlər yenə də məğlub, yenə parçalanmış…” – ARAŞDIRMA

23.10.2017

Azərbaycanlı milyarderin sonu utancverici olacaq - ABŞ

23.10.2017

PKK-nın Laçındakı, Kəlbəcərdəki düşərgələri və... professor Nadirov?

23.10.2017

Azərbaycan-Türkiyə şeiri Ərdoğanın səsindən (VİDEO)

22.10.2017

Eyvandan səslədilər, Ərdoğan dəvəti qəbul edib çay üçün evə çıxdı - VİDEO

22.10.2017

Növbəti erməni həyasızlığı: Naxçıvan Ermənistan ərazisi kimi göstərildi

21.10.2017

Qarabağda daha iki erməni hərbçi ölüb - Adlar

21.10.2017

"Öcalan hörmət görməyə layiq bir şəxsiyyət deyil" - ABŞ-dan rəsmi Ankaranın etirazına daha bir cavab

21.10.2017

Sabah Qarabağ haqda qalmaqallı yazını sildi - FOTO

21.10.2017

"Şimali İraq Türkiyə ilə birləşdirilsin" - Sensasion təklif...

21.10.2017

ATƏT Parlament Assamleyasının yeni prezidenti məlum oldu

21.10.2017

“Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır” - Jirinovskidən daha bir sensasion açıqlama

20.10.2017

Telnov küçəsi 10-da pusquda duranlar var

20.10.2017

Bu tədris ilində bir abituriyent iki qrup üzrə qəbul imtahanı verə biləcək

Bütün Xəbərlər

FaceBook