Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Azərbaycanın İranla birgə neft şirkəti yaratması - Qərb qıcıqlana bilərmi?

Azərbaycanın İranla birgə neft şirkəti yaratması - Qərb qıcıqlana bilərmi?
yüklənir...

Elxan Şahinoğlu: “ABŞ-la İsrail buna görə Azərbaycana hər hansı bir tələb irəli sürməzlər”

Azərbaycanla İran Xəzər dənizində kəşfiyyat və hasilat işlərini həyata keçirəcək birgə neft şirkəti yaradacaqlar. Bu sözləri İranın neft nazirinin müavini Əmir Hüseyn Zamani yerli mətbuata açıqlamasında deyib.
Onu sözlərinə görə, birgə şirkətin yaradılması cari il martın 28-də İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri zamanı tərəflər arasında razılaşdırılıb. Hazırda İran tərəfi lazımi işləri həyata keçirərək yeni birgə şirkətin qurulmasının hüquqi əsasını hazırlayır. Birgə şirkət hər iki tərəfə iqtisadi səmərə gətirəcək.
Nazir müavini onu da nəzərə çatdırıb ki, İranla Qərb ölkələri arasında nüvə proqramına dair imzalanmış razılaşma pozulsa, bu, Azərbaycan ilə neft və qaz sahəsindəki əməkdaşlığa heç bir təsir göstərməyəcək.
Cənub qonşumuzla birgə neft şirkətinin yaradılması ilə bağlı müxtəlif mövqelər var. Bunun Azərbaycan üçün müsbət nəticələrinin daha çox olduğu yönündə fikirlər səslənsə də, əks mövqelər də var. Xəzərin hüquqi statusunun müəyyənləşməsi yolunda Xəzəryanı ölkələr arasında razılığın əldə olunduğu bir zamanda İranla Azərbaycan arasında Xəzərin yataqları ilə bağlı anlaşmanın əldə edilməsi müsbət dəyərləndirilir. Lakin Rəsmi Tehranın Amerika başda olmaqla, Qərb dövlətləri ilə gərgin münasibətlərinin, eləcə də son günlərdə İranla İsrail arasındakı qarşıdurmanın  dərinləşməsi fonunda Azərbaycanın bu addımının müəyyən risklərə yol aça biləcəyi qeyd olunur. Xüsusilə İrana qarşı Qərbdən gələn və gələcəkdə artacağı gözlənilən sanksiyaların bir ucunun ölkəmizə toxunacağından ehtiyat olunur. Təhlükəsizlik baxımından da bəzi təhlükələrdən söz açılır.
Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu
Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycan-İran arasında birgə neft şirkətinin yaradılması yönündə əldə olunan razılığı normal qəbul edir: “Azərbaycanla İran arasında birgə neft şirkətinin yaradılmasında qəbahətli heç nə görmürəm. Məncə, ABŞ-la İsrail buna görə Azərbaycana hər hansı bir tələb irəli sürməzlər. Necə ki, Azərbaycan başqa dövlətlərin daxili işlərinə qarışmır, eləcə də böyük dövlətlər Azərbaycanın daxili işlərinə qarışmamalıdırlar. İkili münasibətlərimiz üçüncü dövlətə qarşı yönəlməyib. Söhbət İranla hərbi ittifaqının yaradılmasından getmir ki, ABŞ və İsrail bundan narahat olsunlar. Söhbət Xəzərdə Azərbaycanla İran arasında faydalı neft əməkdaşlığının genişlənməsindən gedir. Zatən Qərb ölkələrinin bir qismi dünya bazarlarında İran neftinin əsas alıcılarındandır. İran qonşumuzdur, bütün qonşularla normal və tərəfdaş münasibətlərimiz olmalıdır. Ermənistan torpaqlarımızı işğal etdiyindən onunla haqlı olaraq heç bir iqtisadi münasibətlərimiz yoxdur. Ancaq Ermənistanın xaricində bütün qonşularla ortaq layihələrimiz var. Əlbəttə, İranın Ermənistanla əlaqələri və sərhədi açıq tutması bizim xoşumuza gəlmir və bu, zaman-zaman bizdə müxtəlif suallar doğurur. Ancaq bu o demək deyil ki, biz İranla əməkdaşlıq etməməliyik, tam əksinə, İrana sübut etməliyik ki, onun üçün Azərbaycanla əməkdaşlıq daha faydalıdır. İrana 500 milyon dollar krediti Ermənistan verməyib, Azərbaycan verib. Regionun əsas layihələri Azərbaycanla bağlıdır, Tehranda bunu da anlayırlar. ABŞ və İsrail də anlamalıdırlar ki, onlar istəyir deyə biz İranla düşmən ola bilmərik, qonşu ölkə ilə əməkdaşlığı azalda da bilmərik. Əgər belə bir istəkləri varsa, birinci Ermənistana müraciət etsinlər ki, niyə İranla əməkdaşlıq edir? Azərbaycanla İran arasındakı artan iqtisadi əməkdaşlıq, həyata keçirilən ortaq layihələr siyasi müstəvidə də yaranan sualları zaman-zaman ortadan qaldırmalıdır. Məndə olan məlumata görə, İran prezidenti Həsən Ruhani Bakıda olarkən ölkəsinin Azərbaycana hər növ silah satmağa hazır olduğunu bildirib. Əgər modern silahları varsa, niyə də almayaq? Qoy əlimizdə həm İsrail, həm də İran silahları olsun. Bu bir tərəfdən Azərbaycanın balanslaşdırılmış xarici siyasətinə üstünlük verdiyini göstərər, digər tərəfdən də Ermənistana mesaj olar ki, böyüklü-kiçikli, hətta bir-biri ilə gərgin münasibəti olan dövlətlər bölgədə birinci növbədə Azərbaycanla əməkdaşlığa üstünlük verirlər”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”скачать dle 12.1

yüklənir...

XƏBƏR LENTİ

“Alıcılıq qabiliyyətinin azalmasına səbəb olacaq” – EKSPERT
24.05.2018

“Alıcılıq qabiliyyətinin azalmasına səbəb olacaq” – EKSPERT

Mübariz Qurbanlı azanla bağlı xəbərdarlıq etdi
24.05.2018

Mübariz Qurbanlı azanla bağlı xəbərdarlıq etdi

Ali Attestasiya Komissiyasının sədri məhkəməyə verilib
24.05.2018

Ali Attestasiya Komissiyasının sədri məhkəməyə verilib

İTV ətrafında həbslər gözlənilir – kanalda ciddi korrupsiya faktları aşkarlanıb
24.05.2018

İTV ətrafında həbslər gözlənilir – kanalda ciddi korrupsiya faktları aşkarlanıb

“Əli İnsanovun ailəsinə ölkədən çıxışa qadağa qoyulub” – Sabiq nazirin vəkilindən iddialara reaksiya
24.05.2018

“Əli İnsanovun ailəsinə ölkədən çıxışa qadağa qoyulub” – Sabiq nazirin vəkilindən iddialara reaksiya

Rüstəm İbrahimbəyov milli xəyanət yoluna kino ştampını da vurdu
24.05.2018

Rüstəm İbrahimbəyov milli xəyanət yoluna kino ştampını da vurdu

Tapdıq Abbas BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi: “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi”
24.05.2018

Tapdıq Abbas BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi: “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi”

Valideynlər Ceyhun Bayramova müraciət etdilər - Şamaxıdan
24.05.2018

Valideynlər Ceyhun Bayramova müraciət etdilər - Şamaxıdan

Prezident və məmurlar ciddi şəkildə oruc tuturlar - İBRƏTAMİZ...
24.05.2018

Prezident və məmurlar ciddi şəkildə oruc tuturlar - İBRƏTAMİZ...

Amerikada erməni dələduzluğu - 8 milyon dollarlıq cinayət
24.05.2018

Amerikada erməni dələduzluğu - 8 milyon dollarlıq cinayət

“Ən pisi İbrahimbəyov vaxtilə prezidentliyə namizəd olub”
24.05.2018

“Ən pisi İbrahimbəyov vaxtilə prezidentliyə namizəd olub”

"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"
24.05.2018

"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"

“Avropa şirkətləri İranı tərk etməli olacaqlar”
24.05.2018

“Avropa şirkətləri İranı tərk etməli olacaqlar”

Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi”
24.05.2018

Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi”

ABŞ-ın yeni dövlət katibi erməniləri məyus etdi
24.05.2018

ABŞ-ın yeni dövlət katibi erməniləri məyus etdi

İsrail parlamenti "erməni soyqırımı"nı müzakirəyə çıxarır
24.05.2018

İsrail parlamenti "erməni soyqırımı"nı müzakirəyə çıxarır

Arzu Əliyeva Cümhuriyyətin 100 illiyi ilə bağlı film çəkib - VİDEO
24.05.2018

Arzu Əliyeva Cümhuriyyətin 100 illiyi ilə bağlı film çəkib - VİDEO

BVF: Azərbaycan regionun ən varlı, Ermənistanı isə ən kasıb ölkəsidir
24.05.2018

BVF: Azərbaycan regionun ən varlı, Ermənistanı isə ən kasıb ölkəsidir

BBC ilə prezident arasında qalmaqal: "Yazını saytdan silin..."
24.05.2018

BBC ilə prezident arasında qalmaqal: "Yazını saytdan silin..."

"50, 100 manatlıq əskinaslar dövriyyədən çıxarılacaq, 300 manatlıq buraxılacaq" - Deputatdan anons
24.05.2018

"50, 100 manatlıq əskinaslar dövriyyədən çıxarılacaq, 300 manatlıq buraxılacaq" - Deputatdan anons

Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI
24.05.2018

Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI

Zöhrə Abdullayevanın oğlu vəfat etdi - FOTO
24.05.2018

Zöhrə Abdullayevanın oğlu vəfat etdi - FOTO

Ermənistanın yeni təhsil naziri rus dilinə qarşı çıxış edib
24.05.2018

Ermənistanın yeni təhsil naziri rus dilinə qarşı çıxış edib

Sovet əfsanəsi qayıdır: Bazara “Volqa” gəlir
24.05.2018

Sovet əfsanəsi qayıdır: Bazara “Volqa” gəlir

Veysəloğlu Şirkəti Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir
24.05.2018

Veysəloğlu Şirkəti Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir

İBRAHİMBƏYOVDAN XƏYANƏTKAR DAVRANIŞ – Əli Həsənov çağırış etdi
24.05.2018

İBRAHİMBƏYOVDAN XƏYANƏTKAR DAVRANIŞ – Əli Həsənov çağırış etdi

Bakı Şəhər İcra Hakimiyyətində Fidumə Hüseynova hökmranlığı
23.05.2018

Bakı Şəhər İcra Hakimiyyətində Fidumə Hüseynova hökmranlığı

Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər… – “Fermer evləri” layihəsi niyə dayandı?
23.05.2018

Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər… – “Fermer evləri” layihəsi niyə dayandı?

Hadi Rəcəbli: Boşanmaların səbəbi “Facebook”dur
23.05.2018

Hadi Rəcəbli: Boşanmaların səbəbi “Facebook”dur

Bütün Xəbərlər

FaceBook