Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

“Əgər problemli kreditlərdən spiker belə danışırsa, seçkidən sonra nəsə gözlənilir”- MİLLƏT VƏKİLİ

“Əgər problemli kreditlərdən spiker belə danışırsa, seçkidən sonra nəsə gözlənilir”- MİLLƏT VƏKİLİ
yüklənir...

“Banklar iqtisadiyyatın qan–damar sistemidir. Qan–damar sistemi yaxşı işləməyən insanın sağlam həyat fəaliyyəti mümkün olmadığı kimi, bankların da sağlam olmadığı şəraitdə iqtisadiyyat səmərəli fəaliyyət göstərə bilməz. Hazırkı şəraitdə problemli kreditlər,xüsusən də dollarla olan kreditlər məsələsini optimal həll etmədən bank sistemini sağlamlaşdırmaq, bank sistemini sağlaşlaşdırmadan əhalini borc tələsindən qurtarıb milyonlarla insanın güzaranını yaxşılaşdırmaq və iqtisadiyyatı yüksək səviyyədə inkişaf etdirmk mümkün olmayacaq. Ona görə də bu problemlə qarşılaşan Rusiya da, digər ölkələr də xarici valyutada olan kreditlər probleminin çözülməsi istiqamətində real addımlar atıblar və hətta problemli kreditlərinin bir qısminin silinməsi barədə qərarlar da qəbul ediblər. Amma çox təəssüf ki, Azərbaycanda aidiyyatı qurumlar xarici valyutada olan problemli kreditlərlə bağlı real nəticəsi görünən heç bir iş görmədiyindən vəziyyət getdikcə pisləşir”.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Əli Məsimli problemli kreditlərdən çıxış yolu ilə bağlı mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, problemli kreditlətin ümumi məbləği təhlükəli hesab olunan “qırmızı xəttə” çatıb. “Hökumət dollarla olan kreditlər problemin həllini dondurmaq siyasəti yeritməklə əslində həm də hər gün, hər həftə, hər ay özünün də bu problemi həll etmək şansını da itirməkdədir…. Vəziyyətin yaxşılaşdırılması istiqamətində real nəticələri olan addımlar atılmasa, maliyyə bazarları və bank sisteminin problemləri daha da qəlizləşəcək. Bu isə iqtisadiyatımızda əlavə ciddi problemlər yaradacaq. Belə vəziyyət əhaliyə və banklara da çox mənfi təsir göstərir. Bu, ölkədə iqtisadi fəallığın artması qarısında maneyə çevrilib. Kredit qoyuluşları azalır. Ona görə də bank sistemini çətin vəziyyətindən çıxarmaq və əhalini borc tələsindən qurtarmaqdan ötrü hökumət problemli kreditlər, xüsusən də dollarla olan kreditlər probleminin həllini sürətləndirməlidir. Aidiyyatı qurumlar tərəfindən problemli kreditlərlə bağlı hər hansı addımın atılacağı barədə qaneedici bir fikir söylənilmir”- deyə, millət vəkili vurğualyıb.
Ə.Məsimli əlavə edib ki, bir qisim mütəxəssis güzəştlərin olacağını, digər qisim isə problemli kreditlərin silinmsi istiqamətində addımlar atılacağını deyir. “Biz isə hesab edirik ki, bu problemin həllində hər iki variant, yəni güzəşt də, silinmə variantı da zəruridir”.
Millət vəkili  hökumətə təklif edir ki, devalvasiya nəticəsində borcunu əvvəlki qaydada ödəyə bilməyən şəxslərə güzəştlər tətbiq edilsin: “Məsələn, 5 min,imkan varsa 10 min dollara qədər olan kreditlərin 1,05 manat kursu ilə qaytarmalıdır. Eyni zamanda araşdırma aparılaraq borcunu ödəmək iqtidarında olmayan şəxslərin borcları silinsin. Fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul edilməli və buna əsasən şəhid ailələrı, kimsəsizlər, aşağı pensiya alan pensiyaçılar, krediti qaytarmaq üçün bütün imkanları tükənmiş yoxsul insanların aldıqları kreditlərin isə məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə bağışlansın. Yəni dollarla olan kredit probleminin ağırlığı dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali arasında dörd yerə bölünsün ki,heç bir tərəfə ağırlıq düşməsin. Əvəzində dövlətin banklara birbaşa və dolayısı ilə dəstək verməsi, bu əsasda bankların fəaliyyətinin normallaşdırılması istiqamətində zəruri işlər aparılsın”.
Ə.Məsimli  hökumətin problemli kreditlərlə bağlı addımlar atacağına ümidvar olduğunu dilə gətirib. O deyib ki, hələ bir müddət öncə  Milli Məclisin ilclasında parlamentin  spikeri Oqtay Əsədov  problemli kreditlərlə bağlı məsələ diqqət mərkəzindədir və bu istiqamətdə iş aparılır. “Əgər Milli Məclisin sədri səviyyəsində belə bir fikir bildirilibsə, deməli prezident seçkilərindən sonra problemli kreditlərə bağlı əhalinin çoxdan gözlədiyi addımların atılması gözləniləndir. Bunun problemli kreditlər ətrafında yaranmış duruma nə qədər adekvat olacağı isə həmin sahədə görüləcək konkret qərarlar və real işlərdən asılı olacaq”- deyə, deputat bildirib.
 Mürtəzaскачать dle 12.1

yüklənir...

XƏBƏR LENTİ

İlham Əliyev Atatürkün məzarını ziyarət edib
25.04.2018

İlham Əliyev Atatürkün məzarını ziyarət edib

Danışıqlar baş tutmasa, məcburuq ki... - Ramiz Mehdiyev-Video
25.04.2018

Danışıqlar baş tutmasa, məcburuq ki... - Ramiz Mehdiyev-Video

Quska Bakıya qarşı kimlərə pul verib? – Şok adlar
25.04.2018

Quska Bakıya qarşı kimlərə pul verib? – Şok adlar

Ərdoğan-Əliyev görüşü: Bakı İrəvana yardım edə bilər
25.04.2018

Ərdoğan-Əliyev görüşü: Bakı İrəvana yardım edə bilər

Ramiz Mehdiyev Miqrasiya Xidmətinin yeni rəhbərini təqdim etdi - VİDEO
24.04.2018

Ramiz Mehdiyev Miqrasiya Xidmətinin yeni rəhbərini təqdim etdi - VİDEO

PA rəhbərindən Qarabağla bağlı önəmli AÇIQLAMA
24.04.2018

PA rəhbərindən Qarabağla bağlı önəmli AÇIQLAMA

Milli Məclisdə 6 vakansiya - Təkrar seçkilər keçiriləcəkmi?
24.04.2018

Milli Məclisdə 6 vakansiya - Təkrar seçkilər keçiriləcəkmi?

“Qaçqınkom”un yeni sədri kollektivə təqdim olundu
24.04.2018

“Qaçqınkom”un yeni sədri kollektivə təqdim olundu

Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?
24.04.2018

Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?

Əflatun Amaşov hesabata etiraz etdi
24.04.2018

Əflatun Amaşov hesabata etiraz etdi

Aydın Əliyev DANIŞDI: – “Həyat bunu göstərir”
24.04.2018

Aydın Əliyev DANIŞDI: – “Həyat bunu göstərir”

Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı – Dəvətnamələr də paylanılıbmış
24.04.2018

Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı – Dəvətnamələr də paylanılıbmış

“150 manat alanların banklara borcu bağlansın” – Millət vəkili
24.04.2018

“150 manat alanların banklara borcu bağlansın” – Millət vəkili

Ramiz Mehdiyev: "Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib, dövlət vəsaiti öz ünvanına çatmayıb"
24.04.2018

Ramiz Mehdiyev: "Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib, dövlət vəsaiti öz ünvanına çatmayıb"

Yeni nazir: "Sosial ədalət prinsipləri üstün tutulacaq"
24.04.2018

Yeni nazir: "Sosial ədalət prinsipləri üstün tutulacaq"

Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır
24.04.2018

Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

“İstənilən məmur haqda dosye İlham Əliyevin masası üzərindədir”
24.04.2018

“İstənilən məmur haqda dosye İlham Əliyevin masası üzərindədir”

İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunə
24.04.2018

İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunə

Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradıldı
24.04.2018

Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradıldı

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi kimdir? – DOSYE
24.04.2018

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi kimdir? – DOSYE

Sergey Markov: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana ciddi şans verir”
24.04.2018

Sergey Markov: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana ciddi şans verir”

Təhsil Naziri Ceyhun Bayramov kimdir? – DOSYE
24.04.2018

Təhsil Naziri Ceyhun Bayramov kimdir? – DOSYE

Milli Məclisdə deputatların sayı azaldı
24.04.2018

Milli Məclisdə deputatların sayı azaldı

Sabiq AMİP-çi yeni Baş naziri belə xarakterizə etdi: “Qazanan Millətimiz və Dövlətimiz olacaq”
24.04.2018

Sabiq AMİP-çi yeni Baş naziri belə xarakterizə etdi: “Qazanan Millətimiz və Dövlətimiz olacaq”

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB
24.04.2018

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI
24.04.2018

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi
24.04.2018

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi

“YENİ TƏYİNATLAR OLACAQ, GÖRƏCƏKSİNİZ Kİ…” – Ramiz Mehdiyev (VİDEO)
23.04.2018

“YENİ TƏYİNATLAR OLACAQ, GÖRƏCƏKSİNİZ Kİ…” – Ramiz Mehdiyev (VİDEO)

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO
23.04.2018

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO

Bütün Xəbərlər

FaceBook