Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Minlərlə insan həbsdən qurtulacaq: Hökumət problemli kreditləri həll etməyin yollarını arayır

Minlərlə insan həbsdən qurtulacaq: Hökumət problemli kreditləri həll etməyin yollarını arayır
yüklənir...

Natiq Cəfərli: “Nəhayət ki, vəziyyətin qəliz olduğunu anlamağa başlayıblar”
Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərlə bağlı problemlərin məhkəmədənkənar həlli üçün bank ictimaiyyəti ilə müzakirələr başlayıb. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib. Onun sözlərinə görə, kredit təşkilatları ilə problemli borcların müflisləşmədənkənar restrukturizasiyası imkanları nəzərdən keçirilir.
Qeyd edək ki, bu ilin mart ayında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Mərkəzi Bankı haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Banklar haqqında” qanunlara, eləcə də Mülki, İnzibati Prosessual, Mülki Prosessual Məcəllələrinə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı Palata sədri Rüfət Aslanlı qeyd etmişdi ki, hazırda məhkəmələrdə 700 min iş var: “Bu işlərin 40 faizi, yəni 280 mini bank-müştəri münasibətləri ilə bağlıdır. Millət vəkilləri bəyan etdilər ki, 3 il 4 ay qanun çərçivəsində proses uzanır. Mən isə bankın əmanətçisiyəm. Bank da deyir ki, mən krediti sənin qardaşına vermişəm, o isə ödəmir. Mən məhkəmələri günahlandırmıram. Məhkəmələrdəki işlərin bir qismi obyektivdir, bir qismi isə subyektivdir. Bəzi insanlar, biznes subyektləri krediti ödəməkdə çətinlik çəkir. Amma subyektiv hallar da var. Bütün bunlar hüquqi müstəvidə həll olunmalıdır”.
Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistikaya əsasən problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 10 faizi ötüb. Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin aprel ayının 1-nə 1 milyard 590,3 milyon manat təşkil edib. AMB açıqladığı statistikaya əsasən, martın 1-nə bu göstərici 1 milyard 556,4 milyon manat olub. Beləliklə, ay ərzində vaxtı keçmiş kreditlərin həcmi 2,16 faiz və ya 33,9 milyon manat artıb. Martın 1-nə ümumi kredit qoyuluşlarında problemli kreditlərin payı 9,8 faiz təşkil edibsə, aprelin 1-nə bu göstərici 10,2 faizə yüksəlib.
2016-cı ilin aprelin 1-nə qeyri-işlək kreditlərin həcmi 1 milyard 326,5 milyon manat, onların ümumi kredit qoyuluşlarında (19,687 milyard manat) payı isə 6,7 faiz olub. Müqayisə onu deməyə əsas verir ki, problemli kreditlərin həcmi il ərzində 19,89 faiz və ya 263,8 milyon manat artıb. Maraqlıdır, vaxtı keçmiş kreditlərlə bağlı problemlərin məhkəmədənkənar həlli deyəndə yeni qurumun yaradılmasındanmı söhbət gedir? Ümumiyyətlə, danışıqların formatı necə olacaq, nə gözlənilir?
İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, problemli kreditlər o qədər ciddi bir məsələyə çevrilib ki, artıq rəsmi orqanlar problemi görməzdən gələ bilmir: “Problemli kreditlərin həm həcmi, həm də sürəti artır. Ödəniş qabiliyyəti aşağı düşmüş əhalidə kreditlərin geri qaytarılması mümkünsüz hala gəlib. Məhkəmələr az qala vaxtının 70 faizini bu çəkişmələrə həsr etməyə məcbur qalıb. Çünki məhkəmələrə banklar tərəfindən vaxtı keçmiş problemli kreditlərlə bağlı minlərlə iş göndərilib. Bəzi məhkəmələr var ki, orada baxılası işlərin 70 faizə yaxınını məhz bank işləri təşkil edir. Rəsmi qurumlar anlayır ki, nə məhkəmə yolu ilə, nə də minlərlə insanı həbs etməklə bu məsələni həll etmək mümkün deyil.
Məlumdur ki, məhkəmə qərarı ilə həmin borcların qaytarılması da mümkünsüzdür. Məhkəmələrin yüklənməsi işlərə keyfiyyətli baxmağı imkansız edir. Ola bilər ki, MBNP nəzdində və yaxud da Ədliyyə Nazirliyinin xüsusi qərarı ilə və müxtəlif qurumların iştirakı ilə bu məsələnin həllinə səy göstəriləcək. Yaxud da kənar formatda, yəni, heç bir qurumun nəzdində olmayan qurum yaradıla bilər. Bununla da məhkəmələrin üzərinə düşən yük azaldıla bilər. Çünki heç bir effekti yoxdur, sadəcə əlavə xərc və vaxt itkisidir”.
Ekspertin qənaətincə, hazırkı məqamda məhkəmə qərarlarının icrası da mümkün deyil: “İstər hüquqi, istərsə də fiziki şəxs olsun borcunu qaytara bilsəydi, iş məhkəmə müstəvisinə çatmadan kreditini qaytarardı. Məhkəmənin çıxartdığı qərarın şəxsin ödəniş qabiliyyətinin artmasına heç bir xeyri yoxdur. Bu isə vətəndaşlarla banklar arasında vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Bu, qar uçqunu kimi getdikcə artır. Ona görə də yeni bir formatın yaranmasına, müqavilələrə yenidən baxılmasına və yeni müqavilələrin bağlanmasına ehtiyac var. Nəhayət ki, həm Palata, həm Mərkəzi Bank, həm də hökumət vəziyyətin çox gərgin və qəliz olduğunu anlamağa başlayıb. Bu yolda müəyyən addımların atılma ehtimalı var. Amma bu o demək deyil ki, həmin borclar qayıdacaq.
Problemli kreditlərin böyük əksəriyyəti geri dönüşü mümkünsüz kreditlərdir. Çünki insanlar qazanclarını, iş yerlərini, gəlirlərini itiriblər. Yüksək faizlərin olduğunu da nəzərə alsaq, borcun üzərinə kifayət qədər faiz yığılıb. Bunun qaytarılması qeyri-mümkündür. Bankların sağlamlaşdırılması proqramı çərçivəsində Beynəlxalq Bankdan 10 milyard manata yaxın kreditin silindiyini gördük. Ola bilər ki, digər banklar üçün də buna bənzər daha kiçik məbləğlərdə dövlət dəstəyilə addım atılsın. Ümumiyyətlə, dövlət dəstəyi olmasa, bu problemdən çıxış görülmür. Ehtimal ki, ya büdcənin, ya da Neft Fondunun hesabına müəyyən güzəştlərin tətbiq olunmasına ehtiyac yaranacaq”.скачать dle 10.6фильмы бесплатно

yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

13.12.2017

“Mehriban Əliyeva öz komandasına rüşvətə meyli olmayan istedadlı şəxsləri seçir” - Elçin Şıxlıdan maraqlı MÜSAHİBƏ

13.12.2017

Ərdoğan Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı

13.12.2017

“Heydər Əliyev şəxsiyyəti, irsi tam öyrənilməmiş bir salnamədir” – Məhərrəm Əliyev

12.12.2017

Heydər Əliyevin vəfatından 14 il keçir

12.12.2017

“Qiymətlər oynayan kimi ya “Veysəloğlu”nun üstünə düşürlər, ya “Azərsun”un” - İlham Məmmədzadə

09.12.2017

Leyla Yunusun məqsədi o olub ki, Azərbaycan əleyhinə iş aparmaqla varlansın – deputat

09.12.2017

“Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

08.12.2017

“HAQQIMDA YAZILANLAR CƏFƏNGİYYATDIR – Kəmaləddin Heydərov

08.12.2017

“ARAZ”la birləşmədən sonra “Favorit”in ilk marketi açıldı

07.12.2017

“Nar” cari ilin nəticələrini açıqladı

07.12.2017

“İlqar Məmmədov azadlığa buraxıla bilər...” - Prezidentin köməkçisi

07.12.2017

Ərdoğandan Yunanıstanda sərt çıxış - “NATO-ya bizim sayəmizdə girmisiz”

07.12.2017

Qubaya 3 milyon manat ayrıldı

07.12.2017

Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi

07.12.2017

“Azərbaycanda korrupsiya, rüşvətxorluğa qarşı mübarizə aparılır” - İlham Əliyev

06.12.2017

Nəsimidə zibilxana satıldı Qarabağ əlilinin maşını qarajda qaldı - FOTO

06.12.2017

Birinci vitse-prezident Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında

06.12.2017

Fazil Məmmədov ilk dəfə danışdı - “Səhhətimdə problem var...”

06.12.2017

Ramiz Mehdiyev Fazil Məmmədovu tənqid etdi

06.12.2017

Banklarda vəziyyət gərgin olaraq qalır: faizlər daha da aşağı salınacaq

06.12.2017

Ali Məhkəmə Vergilər Nazirliyi ilə bağlı məlumat yaydı - Sahibkarların 63.3 faizi...

06.12.2017

"Azərbaycan ərzaq təhlükəsizliyi sahəsindəki pərakəndəliyi aradan qaldıracaq" - Ramiz Həsənov

06.12.2017

"Azercell" şirkəti ilə bağlı şikayətlər artmaqdadır - VİDEO

06.12.2017

Prezident böyük islahata qərarlıdır: “Fazil Məmmədov özü vəzifədən getmək istəyib…” – Növbədə daha kimlər var?

06.12.2017

Manatın dizayneri: “Daha çox avrodan istifadə edirəm”

06.12.2017

Siyasətdə sən kimsən? Siyasi kimliyini müəyyən etmək üçün TEST

06.12.2017

Türkiyə, Rusiya və Ermənistan yeni ittifaq yaradır - VİDEO

06.12.2017

Bu ərazilərdə ev tikməyin! - Nazirlikdən xəbərdarlıq + Video

06.12.2017

NATO-da “RUS OXU” –Ərdoğan hərbi alyansdan niyə uzaqlaşır? –TƏHLİL

06.12.2017

“Ərdoğan istəyir tanısın, istəyirsə yox, Qüds yəhudilərin paytaxtıdır” –Rəsmi Tel-Əviv

06.12.2017

Hesablama Palatasının səlahiyyətləri artırıldı - SƏRƏNCAM

06.12.2017

Mikayıl Cabbarov: "Yaponiya ilə Azərbaycan arasında məhsuldar dialoq qurulub"

Bütün Xəbərlər

FaceBook