Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

“Milyarderlərlə plan qurub, oyunu qazandılar” - Deputatdan sərt reaksiya

“Milyarderlərlə plan qurub, oyunu qazandılar” - Deputatdan sərt reaksiya
yüklənir...

“Milyarderlərlə plan qurub, oyunu qazandılar” - Deputatdan sərt reaksiya

"Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə qərarı iki ölkə arasındakı münasibətlərə çox ciddi mənfi təsir göstərəcək”.

Bu fikirləri BakiPost.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməməsi və qurumun fəaliyyətinə zərbə vurulmaması üçün dövlət səviyyəsində edilən müraciətlər nəzərə alınmadı: "Ötən müddət ərzində Azərbaycanın müxtəlif dövlət strukturları Milli Məclis, Xarici İşlər Nazirliyi, Diaspor Komitəmiz, o cümlədən Azərbaycanda fəaliyyət göstərən rus icması tərəfindən müraciətlər edilmişdi ki, məsələ ilə bağlı addımlar atarkən hüququn prinsiplərinə istinad olunsun. Əvəzində ermənilərin rus dövlətçiliyi üzərində qələbəsinə səbəb olan addım atıldı. Halbuki Konqresə zaman verilməliydi ki, nizamnamədə bəlli prinsiplər, müddəalar dəyişdirilsin. Xoş məram nümayiş etdirilməliydi. Qurumun fəaliyyətinə zərbə vuranlar hazırda Dumanın sədri olan Volodinin qrupudur və 5 ildən artıq vaxt ərzində onlar Kremldən yönləndirilməsi istənilən milyarderlər vasitəsilə siyasi layihələr hazırlamışdılar. Plan dəyişməyib.

Təəssüflər olsun ki, bizim etdiyimiz siyasi çağırışlar eşidilmədi. Əlbəttə xəyal qırıqlığı yarandı. O cümlədən, ötən müddət ərzində Rusiya və Azərbaycan arasında inkişaf edən münasibətlər zədələndi. Kremlin bəlli anti-Azərbaycan qüvvələri tərəfindən çıxarılmış qərar, məncə, daha artıq dərəcədə Rusiyanın özünün münasibətlərini təkcə Azərbaycanla deyil, Qafqazla, o cümlədən Türk dünyası ilə ciddi şəkildə sual altında qoyur. Doğrudur, iki dövlətin münasibətləri həm hüquqi, həm hərbi, həm iqtisadi, həm də xalqlarının müxtəlif xarakterli münasibətlərinə dayanır. Yalnız bir konqreslə məhdudlaşmır. Bununla bərabər bizim soydaşlarımızın təşkilati fəaliyyətinə belə qadağalar qoyulması onlarda sanki qorxan dairələrin timsalında etnik, milli kimlikləri irəliyə çıxartmaq anlamına gəlir. Yəni, ermənilər əslində Azərbaycan konqresi üzərində deyil, daha artıq dərəcədə Kreml çevrəsində qərarlaşan bəlli elita təmsilçiləri və əslində Putinin düşüncələrinə zidd hərəkət edib oyunu qazandılar.

Belə olan təqdirdə, onlar axı son 100 ildə Rusiya dövlətçiliyinin tarixində müsbət rol oynamayıblar. Niyə? Çünki ermənilərdən fərqli olaraq azərbaycanlılar Rusiyada dövlətçiliyin sabit xətlə inkişafında maraqlı olub. Məlum sanksiyalar dövründə özlərini bu prosesin əleyhinə qoymayıblar. Dağıdıcı siyasət yürütməyiblər, terror fəaliyyətində bulunmayıblar. Əksinə Rusiya iqtisadiyyatına milyardlarla dollar fayda verirlər. İndi bunların təşkilati model çərçivəsində hərəkət etməsindən kimsə narahatdırsa, necə ki, zamanında onları başqaları ilə əvəz etməyə qalxaraq 2012-ci ildə Milyaderlər İttifaqı yaradıb Kremldən idarə etməklə özlərinə sadiq əlaltılar və ya hakimiyyət formalaşdırırdılar, nəticə onların gözlədiyi kimi olmayacaq. Rusların müttəfiqləri dünyada elə də çox olmayan zamanda verilən belə qərar kimə xidmət edir?

Düşünürəm ki, azərbaycanlılar bu fəaliyyətdən daha da səfərbər olunaraq öz mövqelərini sona qədər qoruyacaqlar. Nəhayətdə ədalət təntənəsinə layiq olacaqlar”.


Deputat qeyd edib ki, Rusiyanın müvafiq qurumlarının qərarı sistemli şəkildə bir müddət idi ki, həyata keçirilirdi:"Bunun altında dayanan çox mühüm səbəblər var. Bunları açıq şəkildə söyləmək lazımdır. Bir sıra dairələr Putinə təklif edirlər ki, Qafqazlarda Qərbin maraqlarını tələb edən bir siyasət yürütsün. Xüsusilə enerji məsələlərində Azərbaycanın müstəqil mövqeyi bir sıra dairələri narahat edir. Onlar 1990-cı illərin ortalarında vaxtilə Yeltsinə təklif edirdilər ki, Xəzəri bombardman etsin. Azərbaycandan Avropaya gedəcək neft siyasətini tanımasın. Onlar 200 il ərzində özlərini bölgənin ağası kimi hiss etsinlər. Azərbaycanın İtaliya daxil bir sıra ölkələrə, həmçinin Türkiyə üzərindən mövqelərinə belə vasitə ilə təsir göstərmək istəyirlər. Alt qatda dayanan, söylənməyən səbəblərdən biri budur”.

Zahid Oruc qeyd edib ki, son qərar bu gün Azərbaycanda Kreml ilə münasibətlərin daha da yaxşılaşmasını istəməyən qüvvələrin bir qədər əl-qolunu bağlamış olacaq:"Əvəzində qərbpərəstlər və yaxud Avropanı bölgə ilə bağlı Rusiya əleyhinə olan siyasətinin tərəfdarları güclənəcək. İstəyirəm ki, bunun nəticəsi də görülsün. Bu səbəbdən bunu faciə kimi qarşılamağın qəti əleyhinəyəm. Çünki Azərbaycanın alternativləri mövcuddur. Əvvala, orada yaşayan insanların böyük bir hissəsi vətəndaşlıq alıb. Onlar Rusiyanı Azərbaycanla bərabər vətənləri hesab edirlər. Bu adamlara qarşı hansısa bir başqa fəaliyyət həyata keçirmək mümkün olmayacaq. Onlar artıq fəaliyyətlərinin dəqiq prinsiplərini formalaşdırıblar. Bu səbəbdən mən çox arzu edərdim ki, belə qərar bizim soydaşlarımızı Azərbaycan amallarında birləşdirsin, parçalanma doğurmasın. Hər hansı bir küskünlük və ya başqa xarakterli radikalizm yaşanmasın.

Növbəti addımlarımızda isə, Azərbaycan tərəfindən məsələ ilə bağlı Kremlin məlum siyasi texnoloqlarına dəqiq mesajlar çatdırılacaq ki, Ümumrusiya Azərbaycan Konqresinin məsələsi bizim üçün həll edicidir, önəmlidir. Yəni biz milyardlarla dollarlıq hərbi müqavilələr imzalayıb, həmçinin iqtisadi əməkdaşlıq həyata keçirib, bu gün yaxşı ticari əlaqələr qurub, Rusiya ilə bir sıra beynəlxalq məsələlərdə müttəfiqlik göstərək, əvəzində kimsə orda özünü azərbaycanlılardan qorusun, bizim vətəndaşlarımızı özlərinə təhlükə hesab etsin və hansısa başqa etnik, milli kimlikləri irəli daşısın?! Azərbaycanın dövlət orqanları təbii ki, bu məsələyə geniş istiqamətdə reaksiyalarını verəcəklər”.


Deputat bildirib ki, bu məsələdən isterika qurmaq olmaz:"Qətiyyən bu məsələdə emosional ovqatda hərəkətlər törədib yenidən Rusiya əleyhinə çıxmaq düzgün deyil. Bütün məsələlərin diplomatik-siyasi çözüm yolları var. 20 yanvar, Xocalı və s. hadisələri təkrar zəncir kimi bir yerə yığıb Rusiya ilə münasibətlərdən qopmaq, ona qarşı Ukraynanın məlum hadisəsini müdafiə etmək kimi bir mövqeyə gəlinməsi şəxsən parlament üzvü kimi mənim tərəfimdən məqbul sayılmır”.скачать dle 10.6фильмы бесплатно

yüklənir...

XƏBƏR LENTİ

İnsanlara xoşbəxtlik və sevinc bəxş edən - Birinci vitse-prezident
21.02.2018

İnsanlara xoşbəxtlik və sevinc bəxş edən - Birinci vitse-prezident

“Mətbuat”ın bir yaşı tamam oldu
21.02.2018

“Mətbuat”ın bir yaşı tamam oldu

Prezident İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı, 30 sutka həbs verildi
21.02.2018

Prezident İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı, 30 sutka həbs verildi

Sərdar Cəlaloğlu da prezidentliyə namizəd oldu
21.02.2018

Sərdar Cəlaloğlu da prezidentliyə namizəd oldu

“Azərbaycan nə qədər silah alır, bu, Ermənistanın məhvidir” - ABŞ kəşfiyyatı düşməni qorxuya salıb
21.02.2018

“Azərbaycan nə qədər silah alır, bu, Ermənistanın məhvidir” - ABŞ kəşfiyyatı düşməni qorxuya salıb

“Biri boykot deyir, biri iştirak, biri söyüş söyür, biri inamsızlıq yaradır…” – Namizədlərin imzatoplama kampaniyası + Açıqlamalar
21.02.2018

“Biri boykot deyir, biri iştirak, biri söyüş söyür, biri inamsızlıq yaradır…” – Namizədlərin imzatoplama kampaniyası + Açıqlamalar

Yeni şura yaradıldı: akademik, general və rektorlara vəzifə verildi (SİYAHI)
21.02.2018

Yeni şura yaradıldı: akademik, general və rektorlara vəzifə verildi (SİYAHI)

Azərbaycanda erməni təşkilat lideri barəsində həbs qərarı verildi (FOTOLAR)
21.02.2018

Azərbaycanda erməni təşkilat lideri barəsində həbs qərarı verildi (FOTOLAR)

Türkiyə Afrində Suriya ilə birgə hərəkət etməlidir-TƏHLİL
21.02.2018

Türkiyə Afrində Suriya ilə birgə hərəkət etməlidir-TƏHLİL

Kılıçdaroğlu:
21.02.2018

Kılıçdaroğlu: "Türkiyədə Xocalını unutmayıblar"

Atatürkün
20.02.2018

Atatürkün "İstiqlal” medalı ilə təltif etdiyi Şərurlu Hacı Cabbar Kömək kim olub? FOTO

“İmzam var imzalar içində”
20.02.2018

“İmzam var imzalar içində”

Novella Cəfəroğlu: “Nə zaman ki, əfv olacağı gözlənilir, Avropada bəziləri 5-10 qəpik pula görə başlayırlar hay-həşirə”
20.02.2018

Novella Cəfəroğlu: “Nə zaman ki, əfv olacağı gözlənilir, Avropada bəziləri 5-10 qəpik pula görə başlayırlar hay-həşirə”

Putin emissarının İrəvan səfəri, PKK-erməni dostluğu və Qarabağ...
20.02.2018

Putin emissarının İrəvan səfəri, PKK-erməni dostluğu və Qarabağ...

Prezident bu borcları silir - MM-ə göndərildi
20.02.2018

Prezident bu borcları silir - MM-ə göndərildi

Atatürkün gizli vəsiyyəti: Yalnız Ərdoğana məlumdur - Video
20.02.2018

Atatürkün gizli vəsiyyəti: Yalnız Ərdoğana məlumdur - Video

Elşən Musayev: “Övladına desin ki, a bala, zalda erməni görən kimi qabağına qaçma”
20.02.2018

Elşən Musayev: “Övladına desin ki, a bala, zalda erməni görən kimi qabağına qaçma”

Əli Həsənovun “Xocalı soyqırımı” kitabı Bişkekdə qırğızca və rusca çap olunub
20.02.2018

Əli Həsənovun “Xocalı soyqırımı” kitabı Bişkekdə qırğızca və rusca çap olunub

4 il yatıb, indi Məcəlləni dəyişmək istəyirdilər? – Millət vəkili
20.02.2018

4 il yatıb, indi Məcəlləni dəyişmək istəyirdilər? – Millət vəkili

Partiyaların seçki qərarı –Kimlər gedir, kimlər getmir?
20.02.2018

Partiyaların seçki qərarı –Kimlər gedir, kimlər getmir?

20.02.2018

"Afrin Əsədin nəzarətinə keçsə, Rusiya daha çox..."

Prezident bu şəxlərin təqaüdlərini artırdı (SƏRƏNCAM)
19.02.2018

Prezident bu şəxlərin təqaüdlərini artırdı (SƏRƏNCAM)

Siyavuş Novruzov: “Bütün siyasi məhbuslar azad edilməlidir”
19.02.2018

Siyavuş Novruzov: “Bütün siyasi məhbuslar azad edilməlidir”

ABŞ-ın Yaxın Şərq planlarının gerçək üzü-8 gizli maddə
19.02.2018

ABŞ-ın Yaxın Şərq planlarının gerçək üzü-8 gizli maddə

Əli İnsanovun elektoratı İlham Əliyevi dəstəkləyəcək
19.02.2018

Əli İnsanovun elektoratı İlham Əliyevi dəstəkləyəcək

Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”
19.02.2018

Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”

“Jerusalem Post”: Qaradağlıdakı qırğın erməni terrorizminə əsl sübutdur
19.02.2018

“Jerusalem Post”: Qaradağlıdakı qırğın erməni terrorizminə əsl sübutdur

Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələ nə idi?
19.02.2018

Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələ nə idi?

“Xarici qüvvələrin seçki ilə bağlı hansısa planları payıza hesablanmışdı”
19.02.2018

“Xarici qüvvələrin seçki ilə bağlı hansısa planları payıza hesablanmışdı”

Arzu Nağıyev: “Azərbaycan əsas portnyora çevrilir” MÖVQE
19.02.2018

Arzu Nağıyev: “Azərbaycan əsas portnyora çevrilir” MÖVQE

Bəşər Əsəd ordusunu Afrinə göndərir
19.02.2018

Bəşər Əsəd ordusunu Afrinə göndərir

Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi elçisini qəbul edib
19.02.2018

Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi elçisini qəbul edib

Bütün Xəbərlər

FaceBook