Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

"Bizim üçün qırmızı xətt neftin qiymətinin 40 dollardan aşağı düşməsi ola bilər" - İqtisadçı

yüklənir...

Tanınmış iqtisadçı-alim Vüqar Bayramov dünya neft bazarında qiymətlərin növbəti dəfə stabil durumundan aşağı enməsinə dair düşüncələrini sosial şəbəkədə paylaşıb. Musavat.com iqtisadçının statusunu təqdim edir:

Qlobal neft bazarı yenidən çalxalandı. Bu il ilk dəfə olaraq Brent markalı neftin bir barelinin qiyməti 50 dollardan aşağı düşdü. Əslində, son 2 ayda dünya neft bazarındakı balans “qara qızılın” qiymətinin azalacağına işarə verirdi. OPEC-in hasilatın azaldılması ilə bağlı razılaşması artıq bazara təsir imkanları məhdudlaşmaqdadır.

Qiymət azalmalarınsda əsas səbəblər nədir? Əvəlla, hasilatın azaldılması OPEC və eləcə də təşkilata üzv olmayan bir neçə dövlətin, xüsusən də Rusiyanın bazar payını azaltsa da, anlaşmaya qoşulmayan ölkələr hasilatı artırmaqdadırlar. ABŞ qlobal neft hasilatında mövqeyini gücləndirməkdədir. İkincisi, şist neftin maya dəyəri aşağı düşdükcə OPEC-in bazara təsir imkanları azalır. Bir neçə il öncə hər barelınin maya dəyəri 65 dollara başa gələn şist neftin xərci artıq 35 dollara yaxınlaşır. Bu isə o deməkdir ki, şist neft bazarda “əsas rəqib” statusunu gücləndirməkdədir. Üçüncüsü, Sədiyyə Ərəbistanın bazarda kiçilən mövqeyi İran və İraq tərəfindən tutulmaqdadır. Gündəlik hasilatını 486 min barel azaldaraq 10.4 milyon barelə düşürən Səduiyyə gündəlik 4.351 milyon barel istehsalı olan İraq və gündəlik hasilatı 3.797 milyon barelə çatdıran İranın bazar payının artmasında maraqlı görsənmir. Dördüncüsü, gündəlik 2.2 milton barel hasilatı olan Nigeriya istehsalı 1 il sonra 2.5 milyon barelə çatdırmaq niyyətindədir. Liviya gündəlik hasilatı 700 min barelə çatdırıb və il ərzində əlavə yarım milyon barel gündəlik hasilat da hədəfləyir. Bunlar isə neft bazarına həm iqtisadi, həm də psixoloji təsir göstərməkdədir. Beşincisi, Saudi Armako şirkəti 2018-ci ildə Muajjiz yatağından neft hasilatını artımağı planlaşdırır ki, bu da sözügedən ölkənin gündəlik hasilatlnı 15 milyon barelədək yüksəldə bilər. Nəhayət, OPEC hasilatın azaldılması ilə bağlı anlaşmanı uzatsa da belə bunun uzun ömürlü olacağı gözlənilirmir. Artıq ölkələr bazar payının itirməkdən ehtiyatlanırlar. Bir haşiyə çıxım ki, ötən ilin aprel ayında Vyanada OPEC-nin baş katibi ilə görüşəndə o bildirdi ki, təşkilat qiymətin yaxın illərdə hər barel üçün 55-60 dollardan çox olacağını gözləmir. Onun fikirincə, yüksək qiymət daha çox şist neft hasilatı və potensial kəskin qiymət azalmaları deməkdir.

Hansı halda neft bazarında vəziyyət stabilləşə bilər? OPEC hasilatın azaldılmasl ilə bağlı anlaşmanın ən azı birinci mərhələd nəzərdə tutulan müddət qədər uzadarsa o halda qiymət stabilliyi müşahidə edilə bilər. Amm uzun müddətli qiymət stabilliyinə nail olmaq çox çətin görsənir.

Neft ölkələri və eləcə də Azərbaycan üçün bu xammalın dünya bazar qiyməti olduqca vacibdir. Doğrudur, son 3 ildə Azərbaycan iqtisadiyyatı neftin mövcud qiymətlərinə transformasiya olunub. Əslində, neftin bir barelinin 50 dollar ollması da ölkəmiz üçün uyğundur. Amma ən vacibi təbii ki, qiymət stabilliyidir. Qırmızı xətt isə neftin qiymətinin 40 dollardan aşağı düşməsi ola bilər. Azərbaycanın gündəlik neft ixracatı 596 min bareldir. Neftin dünya bazarındakı hazırkı qiymətini nəzərə alsaq, gündəlik neft ixracatından Azərbaycana daxil olan vəsaitin həcmi kiçik kənarlaşmalar ilə istehsal və daşınma xərcləri də daxil olmaqla 29,0 milyon dollardır. Bu vəsaitin orta hesabla 75 faizi Azərbaycan dövlətinə çatır. Deməli, neftin qiymətindəki hər 2 dollarlıq azalma gündəlik 1 milyon dollardan artıq fərq deməkdir.

yüklənir...

XƏBƏR LENTİ

20.08.2017

Azərbaycan Tərtər istiqamətində pilotsuz aparat tətbiq edirsə bunun ruslara nə dəxli?-“NEZAVİSİMAYA QAZETA”DAN ABSURD

20.08.2017

Həvva necə olub: 10 ən qədim qadın

20.08.2017

“Azəri deyilən bir millət yoxdur, bunu xiyar Stalin uydurub” – Türkiyəli alim

18.08.2017

Bölgələrdə yaşayan ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatdı

17.08.2017

Kəmaləddin Heydərov vitse-prezident oldu

17.08.2017

Ürək dərhal dayana bilər – Diqqətli olun!

16.08.2017

Aprel şəhidinin doğum günüdür — Xanımı onu belə təbrik etdi - MƏKTUB

16.08.2017

"Qarabağ"a qələbə qazandıran Mahir Mədətov tanınmış prodüserin övladıdır

16.08.2017

Prezident hərbçiləri təltif etdi – Adlar

16.08.2017

Kanadada yaşayan Həsən Səftərovdan bütün nəsli imtina etdi

15.08.2017

İran prezidenti: “ABŞ sanksiyaları tətbiq etsə, İran nüvə sazişindən çıxacaq”

15.08.2017

Prezident sərəncam imzaladı

14.08.2017

"İnfiniti" Fəxri Xiyabanın qarşısındakı dayanacağı zəbt etdi: Yol polisi görməzdən gəldi, dava düşdü

14.08.2017

“Bizə silah verin, Sarkisyanın dəstəsini məhv edək” – Yerevanda üsyan ÇAĞIRIŞLARI

14.08.2017

Ramil Quliyev dönər kəsib, kabab bişirdi- FOTOLAR

14.08.2017

Mirşahin Ağayev : "Lütfi Zadə ölməyib, özüm danışdım..."

14.08.2017

“Bu, Rusiyanın Azərbaycana hərbi intervensiyasına gətirib çıxara bilər...”

14.08.2017

UNESCO-nun ideyalarına sədaqət nümunəsi olan xoşməramlı səfir-Mehriban Əliyeva

13.08.2017

Helsinki Vətəndaş Assambleyası: Ermənistanda kişi çatışmazlığı var

11.08.2017

Ramil Quliyevdən açıqlama: “Mən Türkəm, Atatürkün övladıyam”

11.08.2017

İlham Əliyev Ramili təbrik etdi: "Səninlə fəxr edirik!"

11.08.2017

Azərbaycan Naxçıvana böyük hərbi qüvvə cəmləyir

11.08.2017

“Nəvəmi öz əlimlə polisə təhvil vermişəm”

09.08.2017

Üçüncü dünya müharibəsinin "ayaq səsləri" eşidilir — TƏHLÜKƏLİ GƏRGİNLİK

09.08.2017

Şimali Koreya böhranı: “Atəş və qəzəb”dən sonra nə baş verə bilər?

09.08.2017

Rusiya, ABŞ və İsrail arasında gizli danışıqlar ortaya çıxdı

08.08.2017

Uşaqları belə cəzalandırın: fransalı pedaqoqla a-dan z-yə HƏR ŞEY - MÜSAHİBƏ

08.08.2017

"Erməni vəhşiliyi dözülməzdir" - Fransız senator

08.08.2017

Türkiyədən Almaniya ilə bağlı - Qərar

08.08.2017

İraq kürdlərə qarşı birləşir - Kampaniya

08.08.2017

Ramil Usubov Şəkidə bölgə sakinlərini qəbul edəcək

08.08.2017

OBA marketlər şəbəkəsi status müəlliflərini mükafatlandırıb

Bütün Xəbərlər

FaceBook