Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:13 591

Tarix: 7-01-2017, 14:30

Azərbaycanda onlayn ödənişlər zamanı ƏDV yalnız xidmətlərə görə tətbiq olunacaq

Azərbaycanda onlayn ödənişlər zamanı ƏDV yalnız xidmətlərə görə tətbiq olunacaq

“Azərbaycan Respublikasının hüdudlarından kənarda hotel xidmətləri və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, bu məkanda iş və xidmət təqdim edildikdə və ya lotereya, digər yarış və müsabiqə keçirildikdə vergi tutulan əməliyyatın yeri kimi xidmətlərin alıcısının və lotereya, yarış və müsabiqənin iştirakçısının olduğu yer müəyyən olunur və həmin dövlətdə də ƏDV tətbiq olunur”. “Report” xəbər verir ki, bu, 2017-ci il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinin 168.1.5-ci, 169.1-ci və 169.3-cü maddələrinə edilən əlavə və dəyişikliklərdə qeyd edilib.

Yeni dəyişikliklərə əsasən, hotel, bilet və mallar istisna olmaqla, xarici onlayn dükanlara edilən ödənişlərə 18%, xarici elektron pul kisəsi əməliyyatlarına görə isə 10% ƏDV tutulacaq.

Artıq 2017-ci ilin başlaması ilə Məcəllənin həmin müddəaları da qüvvəyə minib. Vergilər Nazirliyindən “Report”a bildirilib ki, vətəndaşın xarici elektron dükanlardan aldığı hər hansı məhsula görə heç bir ƏDV tutulmur: “ƏDV-nin tətbiqi yalnız xidmətlərə aiddir. Fiziki şəkildə görünən hansısa məhsulun alınmasına vergi tətbiq edilmir”.

Qeyd edək ki, ilin əvvəlindən bəzi kommersiya bankları müştərilərinə xəbərdarlıq edib ki, yalnız "Amazon.com" və "eBay.com" elektron dükanlarından alınan mallar üzrə ƏDV hesablanmayacaq. Digər elektron alış-veriş saytlarından alınan mallar üzrə 18%-lik ƏDV tətbiq edilir. Nazirlik rəsmisi isə bu məlumatın yanlış olduğunu açıqlayıb.

Vətəndaşları çaşdıran digər məsələ isə aviabiletlərlə bağlıdır. Belə ki, yeni ilin gəlməsi ilə sosial şəbəkələrdə aviabiletlər üzrə ƏDV hesablanmaması qaydasının yalnız aviaşirkətlərin rəsmi saytına aid olması iddiasına daha çox rast gəlinir. İddialara görə, digər onlayn satış saytlarından alınan aviabiletlərə görə ƏDV tətbiq ediləcək.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən “Report”a bildirilib ki, aviabilet və hotel xidmətlərinin sifarişinə istisnasız olaraq ƏDV tətbiq edilmir.

Qeyd edək ki, Vergi Məcəlləsinə ümumilikdə 201 əlavə və dəyişiklik edilib. Həmin dəyişikliklər 2016-cı il dekabrın 16-da təsdiq edilib və bU ildən qüvvəyə minib.

XƏBƏR LENTİ

18.01.2017 , 03:22

Təyyarədə qadınlar üçün xüsusi oturacaqlar olacaq

18.01.2017 , 03:20

İran Suriyada mobil rabitə şəbəkəsi istifadəyə verəcək

18.01.2017 , 01:55

Beynəlxalq Bankda növbəti qanunsuzluq – Bankın rəhbərliyindəki təyinatlar barədə qanun nə deyir?

18.01.2017 , 01:23

Vüsal Novruzov Aydın Əliyevin əmrini geri oxutdurub?

18.01.2017 , 01:01

Qafqaz Universitetinin bazasında Bakı Muhəndislik Universiteti qurulur- ÖZƏL

18.01.2017 , 00:43

Avropa Parlamentinin yeni sədri seçilib

18.01.2017 , 00:30

Gəncə-Moskva reysində xüsusi əməliyyat: Təyyarə geri qaytarıldı – FOTO

18.01.2017 , 00:28

Deputat: Adamlar var ki, pul yığmaq üçün üç dəfə toy edir

18.01.2017 , 00:16

Lavrovun Azərbaycanda qəzəblə qarşılanan açıqlamaları – VİDEO

17.01.2017 , 23:58

BMT-ni Astana görüşündə o təmsil edəcək

17.01.2017 , 21:32

Tramp “hazırda dolların məzənnəsi şişirdilib” dedi,məzənnə sürətlə endi

17.01.2017 , 21:12

İran XİN: “ABŞ-ı Astanada görmək istəmirik”

17.01.2017 , 20:58

Netanyahunun oğlu polisə çağırıldı

17.01.2017 , 20:49

Taliban ABŞ-ın PUA-sını məhv etdi

17.01.2017 , 20:40

Bu gün və sabah geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

17.01.2017 , 20:25

Nazirlə komitə sədrinin müəmmalı susqunluğu... – ARAŞDIRMA

17.01.2017 , 20:14

Banklarda dollar satışına limit götürüldü - ŞAD XƏBƏR

17.01.2017 , 20:11

Azərbaycan prezidenti isveçrəli həmkarı ilə görüşüb –Davosda

17.01.2017 , 20:11

Bakıda 280 min manatlıq dələduzluq

17.01.2017 , 20:10

Deputatdan “Recep İvedik”ə müraciət - “O səhnə filmdən çıxarılsın”

17.01.2017 , 19:30

Qanunsuz dini mərasim keçirənlər saxlanıldı – Əməliyyat

17.01.2017 , 19:21

Poroşenko: "Trampla görüş barədə razılığa gəldik”

17.01.2017 , 19:21

Qaz sabah kəsiləcək

17.01.2017 , 18:30

“Qarabağ Azərbaycanın daxili işi deyil” deyən Lavrova - Bakıdan sərt cavab

17.01.2017 , 16:27

Prezident göstəriş verdi, Mədət Quliyev görüş keçirdi

17.01.2017 , 16:07

Maliyyə Bazarlarına Nəzarət Palatası “Unibank”a xəbərdarlıq etdi- Foto

17.01.2017 , 15:58

Hafiz Məmmədovun klubunun borcları silindi

17.01.2017 , 15:40

Nazirlikdən qalmaqallı direktorla bağlı - Yekun açıqlama

17.01.2017 , 15:38

Natiq Kərimovun məhkəməsinin vaxtı açıqlandı

17.01.2017 , 15:24

Deputat İmamverdi ismayılovun oğlu nömrə alverinə başlayıb?

17.01.2017 , 15:11

İlham Əliyev tapşırıq verdi - Ermənilər KVN-dən uzaqlaşdırıldı

17.01.2017 , 14:52

Sarkisyana sui-qəsd oldu... - Gözlənilməz məzuniyyət

Bütün Xəbərlər

FaceBook