Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Tarix: 30-12-2016, 14:06

Büdcənin xəzinə qalıqlarının xərclənməsi qaydaları dəyişir

Büdcənin xəzinə qalıqlarının xərclənməsi qaydaları dəyişir
yüklənir...

Milli Məclisin bu gün keçirilən payız sessiyasının sonuncu plenar iclasında "Büdcə sistemi haqqında" qanuna dəyişikliklə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. Onun sözlərinə görə, “Büdcə sistemi haqqında” qanunun 6.6-cı maddəsinin ləğv edilməsi təklif edilir.

Layihəyə əsasən, Azərbaycanda dövlətə məxsus ehtiyat fondlarından maliyyələşən layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə onların maliyyələşməsi növbəti ildə davam etdirilməyəcək.

Ləğv edilməsi təklif olunan maddə belədir: Bu qanunun 6.2-ci və 6.3-cü maddələrində nəzərdə tutulan ehtiyat fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilər.

Xatırladaq ki, yuxarıda qeyd olunan qanunun 6.2 maddəsində bildirilir ki, dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 5%-dən artıq olmamaqla, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla müəyyən edilir. 6.3 maddəsində isə deyilir ki, Azərbaycan prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2%-dən çox olmamaqla müəyyən edilir. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. Azərbaycan prezidentin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə prezidentin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz.

Bundan başqa, "Büdcə sistemi haqqında" qanunun 19-cu (Dövlət büdcəsinin kassa icrası) maddəsinin 5-ci bəndinin dəyişdirilməsi təklif edilir.

Layihəyə əsasən, ilin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür. Bu vəsait dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və zərurət yarandığı təqdirdə növbəti ilin dövlət büdcəsi xərclərinin 1/12 hissəsi həmin il üzrə bu qanunun 7-ci maddəsində göstərilən xərclərin ödənilməsinə yönəldilir. Habelə bu qanunun 19.2-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada idarə edilir, yerdə qalan hissəsi isə Dövlət Neft Fonduna köçürülür. Başqa sözlə desək, dövlət büdcəsinin xəzinə hesablarının qalıqları yalnız zərurət yarandığı halda əmək haqqı, əmək haqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və ödənişlər, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər, hər il üçün dövlət büdcəsi haqqında qanuna uyğun olaraq müdafiə olunması zəruri sayılan digər maddələr üzrə xərclərə yönəldiləcək.

Bəndin hazırda qüvvədə olan variantı belədir: "İlin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına (məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla) köçürülür. Bu vəsaitin növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə birinədək hissəsi həmin ilin aidiyyəti büdcə xərclərinin ödənilməsinə və dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldilir, habelə bu qanunun 19.2-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş qaydada idarə edilir, yerdə qalan hissəsi isə Dövlət Neft Fonduna köçürülür".

Layihə səsə qoyularaq qəbul edilib.

yüklənir...

XƏBƏR LENTİ

28.04.2017

Mədət Quliyev Çingiz Qurbanovun qardaşına iş verdi

28.04.2017

Moskva görüşünün nəticəsi nə oldu? – ŞƏRH

28.04.2017

Əfqanıstanda Talibana qarşı əməliyyat - 18 terrorçu məhv edildi

28.04.2017

Hacı İbrahim Nehrəmli: “Heç zaman kreditə maşın almamışam”

28.04.2017

Sərkisyan daşnaklarla birləşir: Razılıq əldə olundu

28.04.2017

Messinin yeni baş məşqçisi məlum oldu

28.04.2017

AŞPA sədrinə qadağalar qoyuldu - “Etibarı itirib”

28.04.2017

Ermənilər Füzuliyə zenit raket atdı

28.04.2017

Şəhid polkovnikin xanımından vəzifə xəbərlərinə - Reaksiya

28.04.2017

Düşmən əsgəri Qarabağda məhv edildi

28.04.2017

Moskvada Lavrov-Məmmədyarov-Nalbandyan danışıqları başlayıb

28.04.2017

“Baş katib Savitskinin AŞPA-da gizli kəşfiyyat xidməti...” – Elxan Süleymanovdan sensasion açıqlama

28.04.2017

Zaxarovanın təhqirinə Amaşovdan cavab

28.04.2017

Qüdrət Həsənquliyev:“Azərbaycanın Avropaya istiqamətlənən kurs götürməsi daha təhlükəli ola bilər”

28.04.2017

Zərifə Əliyevanın doğum günüdür

28.04.2017

Sarkisyan Xaçatryanı vəzifəyə qaytarır

28.04.2017

Karapetyan erməni nazirləri danladı - Hökumətdə pul müzakirəsi

28.04.2017

28 aprel işğalı - AXC-nin süqutundan 97 il keçir

28.04.2017

"Onların məqsədi Türkiyəni asılı vəziyyətə salmaqdır"

28.04.2017

Türkiyədə referendumun nəticələri təsdiqləndi- 25 milyon evet, 23 milyon hayır

28.04.2017

Yasamalda sakinlərin evini söküb, jurnalistləri daşlayan biznesmen həbs edildi

27.04.2017

"2 bakal pivə ilə nə olur?" - polislə mübahisə

27.04.2017

Mariya Zaxarova azərbaycanlı jurnalistlərə “xam” dedi - Video

27.04.2017

Təhsil Nazirliyi xaricdə oxuyan 930 tələbənin sənədi tanınmadı

27.04.2017

Killerin biznesmeni güllələdiyi an - Video

27.04.2017

Həbsdəki kürd deputatlar azad olunacaq

27.04.2017

NQ: Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır

27.04.2017

Dünyanın ən dəhşətli görücüsündən qandonduran - Proqnozlar

27.04.2017

ABŞ-PKK gizlinləri açıldı - Kod adı SDG

27.04.2017

Sarkisyan qorxu içində mesaj verdi: "Müharibəyə hazır olun"

27.04.2017

Bakıda oğurluq edən universitet müəllimi kameraya düşdü- Video

27.04.2017

Səfir: Bizim ölkədə məscidlər və sinaqoqlar eyni küçədə yerləşir

Bütün Xəbərlər

FaceBook