Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

İqtisadi tənəzzülü aradan qaldırmaq üçün 2017-ci ili nədən başlamaq lazımdır?

İqtisadi tənəzzülü aradan qaldırmaq üçün 2017-ci ili nədən başlamaq lazımdır?
yüklənir...

İki gündən sonra 2016-cı il başa çatır. O yaddaşlarda necə qalacaq? Biz bu ildə nələri itirdik, qazandıqlarımız nələr oldu və qarşıdan gələn 2017-ci ildə bizi nələr gözləyir?
Təəssüf ki, yola salmağa hazırlaşdığımız 2016-cı il iqtisadi geriləmələrlə başa çatır. 2005-ci ildən sonra ilk dəfə olaraq iqtisadiyyatımızda real geriləmələrlə üz-üzə qalırıq. Yaranmış vəziyyətin bizdən asılı olmayan obyektiv səbəbləri ortadadır. Ümumi Daxili Məhsulun ABŞ dolları ilə ifadədə 2007-ci ilin səviyyəsinə düşməsi, yəni onun 2,2 dəfə azalaraq 2014-cü ildəki 75,2 milyard dollardan 33,6 milyard dollara enməsi ilk növbədə dünya bazarlarında neftin qiymətlərinin kəskin azalması ilə bağlıdır. Əslində manat ifadəsində Ümumi Daxili Məhsulun həcmində ötən illə müqayisədə baş verən 4% geriləmə böhran dövrü yaşayan və qısa zaman kəsiyində böyük həcmdə valyuta gəlirlərindən məhrum olan bir iqtisadiyyat üçün adi qəbul edilməlidir. Lakin bizim iqtisadi və maliyyə durumumuzda məsələnin mahiyyəti bir qədər fərqlidir. Ölkədə postneft dövrünə hazırlıqlar tam başa çatmamış neftin qiymətlərinin birdən birə 3-4 dəfə aşağı düşməsi ciddi fəsadlar yaratdı. Yaranmış vəziyyətdə daha ciddi problemlər, ölkənin bank sistemində baş verdi. 2015-ci ildə milli valyutanın iki kəskin devalvasiyası və son devalvasiyadan keçən bir il ərzində onun əlavə olaraq 20%-ə qədər dəyər itirməsi, bank sektorunu ağır bir duruma saldı və bunun nəticəsi olaraq 11 bank öz fəaliyyətini dayandırmalı oldu. Ölkəyə böyük neft pulları daxil olduğu dönəmdə Mərkəzi Bankın apardığı pul-kredit siyasətindəki yanlışlıqların ümumi mənzərəsi isə belədir. Bu günə bütün səviyyədən olan depozitlərin 75,5%, əhalinin əmanətlərinin 81,0%, kreditlərin 46,2% xarici valyutadadadır. 2014-cü ilin son ayları ilə müqayisədə cari ilin sonlarında əhalinin banklardakı manatla olan əmanətləri 3,2 dəfə azalmış, xarici valyutada olan əmanətlər isə 2,3 dəfə artmışdı. Pul-kredit sisteminin bu səviyyədə dollarlaşması nəticə etibarilə ölkənin bütün maliyyə sistemini xarici valyutadan asılı bir vəziyyətə salıb. Bütün səylərə baxmayaraq bu gün manata inam çox aşağı bir səviyyədədir. O, praktik olaraq hər gün dəyər itirir. Bir aydan çoxdur ki, banklar əlbir olub rəsmi valyuta satışını dayandırmaqla bu inamın bir qədər də azalmasına xidmət ediblər. Yaranmış vəziyyətdə bank sistemində adi islahatlar deyil, inqilabi dönüş edə biləcək kəskin addımlar atmaq lazımdır. Biz bununla bağlı təkliflərimizi bu ilin dekabr ayının 20-də mətbuat səhifələrində yayımlanmış “Böhrandan çıxış üçün ilk öncə maliyyə sabitliyi yaratmaq lazımdır” başlıqlı təhlilimizdə vermişik və bu səbəbdən onları bir daha təkarlamırıq. Gələn il aparılacaq islahatların uğuru da məhz milli valyutaya olan inamın bərpa edilməsindən və bununla da əldə olunacaq maliyyə sabitliyindən bilavasitə asılı olacaqdır.
Növbəti ilə biz ötən ilin sonlarından başlayaraq bəyan edilmiş post-neft iqtisadiyyatının yaradılmasını təmin edə biləcək ciddi islahatlar toplusu ilə gedirik. Heç şübhə yoxdur ki, bütün bu toplunun baş sənədi, bu günlərdə dövlət başçısı tərəfindən təsdiq edilmiş və iqtisadiyyatın bütün sahələrini əhatə edən Strateji Yol Xəritəsidir. Ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edən bu sənədin uğurla icrası da ilk növbədə ölkədə maliyyə sabitliyinin yaradılması və bu əsasda həm daxili və həm də xarici investorların iqtisadiyyatın real sektoruna cəlb edilməsindən asılı olacaq. Bu səbəbdən də növbəti ildə islahatların önündə bank sektorunun əsaslı şəkildə yenidən qurulması dayanmalıdır. Bir sözlə, bütün səylər ilk növbədə milli valyutanın sabitliyinin bərpa olunmasına yönəlməlidir. Sabit milli valyuta sabit maliyyə durumu deməkdir. Sabit maliyyə durumu olan yerdə isə investisiyaların davamlı axını mütləq baş verəcəkdir.

Fikrət Yusifov
İqtisad elmləri doktoru,
professorскачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

25.09.2017

Bərzani səsvermədə “Türkiyənin bizi anlamasını gözləyirik” mesajı verdi –Baş nazirdən əks cavab gəldi

25.09.2017

Kəmaləddin Heydərov Samuxda vətəndaşları qəbul edəcək –29 sentyabrda

25.09.2017

Mənsimovun sonu?

25.09.2017

Kürdlər referenduma getmək qərarı verdilər –Bəs sonra nə olacaq?

25.09.2017

İraq qərar verdi: Kərkükə ordu yeridilir – Son dəqiqə

25.09.2017

Avropa özünə məzar qazır: onların demokratiyası, müsəlmanların isə demoqrafiyası var - TƏHLİL

25.09.2017

Ərdoğan Putinə zəng etdi

25.09.2017

ATƏT nümayəndəsi Bakıda: Qarabağın həlli üçün...

25.09.2017

Azərbaycan kürdlərin müstəqillik referendumunu tanımır

25.09.2017

"Qarabağ" - "Roma" oyununu kimlər idarə edəcək?

25.09.2017

Şamaxıda yeni otel tikiləcək

25.09.2017

Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti plenumu keçirilib

25.09.2017

Havalar soyuyur - Proqnoz

25.09.2017

Ağır cinayət törədən 20 il ələ keçməzsə... - Qanun

25.09.2017

Bakıda cinsi azlıqlar kütləvi həbs edildi - Rəsmi

25.09.2017

Bakının 3 rayonunda su olmayacaq

25.09.2017

İstanbulda Şeyxin də iştirak etdiyi konfrans başladı

25.09.2017

Xalq şairinin baş həkim olan kürəkəni vəfat edib

25.09.2017

Akif Əli Lütfi Zadəyə görə işdən çıxarılıbmış — 20 il əvvəl

25.09.2017

Türkiyə kürd referendumu ilə bağlı bəyanat yaydı

25.09.2017

Bakıda "26-lar"ın daha bir izi silindi

25.09.2017

"Roma"dan "Qarabağ" açıqlaması: Asan olmayacaq

25.09.2017

Türkiyə üçün çətin “kürd seçimi”: Bu vəziyyəti Ankaranın özü yaradıb

25.09.2017

Rəsul Quliyev Milli Şuranın mitinqini ələ saldı

24.09.2017

Əflatun Amaşov: Şura mitinqdə monitorinq aparıb

23.09.2017

Kollec direktoru aprel Şəhidinin portretini sökdürdü- FOTO

23.09.2017

BŞBPİ Milli Şuranın mitinqi ilə bağlı açıqlama yaydı

23.09.2017

DİN-dən üç şəhərdə narkotik əməliyyatı – həbslər

23.09.2017

Bakıda metronun qarşısında ölüm

23.09.2017

İki stulda “oturan” Sərkisyanın tək cəzası – “Qarabağı ABŞ qaytara bilər”

23.09.2017

“Bakı və İrəvan Qarabağ münaqişəsinin həllinə yaxınlaşıb” - Rusiya rəsmisi

23.09.2017

Milli Şuranın azsaylı mitinqi başlayıb - FOTOLAR

Bütün Xəbərlər

FaceBook