Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Gələn il bütün sahələrdə bahalaşma olacaq

Gələn il bütün sahələrdə bahalaşma olacaq
yüklənir...

Gələn il bütün sahələrdə bahalaşma olacaq
Natiq Cəfərli: “Ərzaq məhsullarının qiymətində artımın daha da sürətlə getməsi ehtimalı çox yüksəkdir”

2017-ci ilin çətin il olacağı deyilir. Bir sıra rəsmilər bu ildə insanları qənaət rejiminə keçməyə çağırır. Çünki ilin əvvəlindən etibarən yenidən bahalaşma baş verəcək. Bir sıra iqtisadçılar gələn il böhranın daha da dərinləşəcəyinin, milli valyutanın kəskin devalvasiyasının olacağını gözlədiklərini deyiblər.

Gələn ildən avtomobillərin, yaxtaların, şubaların, xəzli paltoların, kürklərin qiymətinin bahalaşacağı proqnozlaşdırılır ki, buna da səbəb vergi qanunvericiliyində 2017-ci il yanvarın 1-dən qüvvəyə minən dəyişiklikdir. Dəyişikliklərdən biri də ölkəyə idxal olunan avtomobillərin aksiz dərəcələrinin artırılması, idxal olunan xəz-dəri məmulatlarının da aksiz vergisinə cəlb edilməsidir.

Gələn il başqa hansı sahələrdə bahalaşmanın olacağına gəlincə isə iqtisadçı ekspert Natiq Cəfərli bütün sahələrdə, o cümlədən də ərzaq məhsullarında qiymət artımının daha da sürətlə getməsi ehtimalının çox yüksək olduğunu dedi: “Qanunvericilikdə baş verən dəyişikliklərə görə, qiymət artımı olacaq. Amma ölkədə alıcılıq qabiliyyətinin aşağı düşdüyünü nəzərə alsaq, bu praktikanın nə qədər xeyir verəcəyi sual alındadır. Çünki alıcılıq qabiliyyəti olmayandan sonra qiymət məntiqə əsaslanmalıdır. Yəni elə bir qiymət olmalıdır ki, bunu alıcısı olsun. Onun alıcısı olmayandan sonra qiymətin baha olmasının bir önəmi də qalmır. Ərzaq məhsullarında isə tamam başqa təsir mexanizmləri var. Yanvar ayından ən azından kommunal xərclərdə artımın digər məhsulların qiymətlərinə təsir etməsinin sürəti artacaq. Bundan başqa, valyuta ilə bağlı da problemlər davam edir. Həm rəsmi məzənnə, həm də ”qara bazar"da valyutanın qiymətinin artımı müşahidə olunur.

Bu da təbii ki, ərzaq məhsullarına təsir göstərəcək. O mənada ki, bizdə hətta daxili istehsal adı altında bazara çıxarılan məhsulların bir çoxunun xammalı xaricdən gətirilir. Yəni elementar olaraq bir misalla bunu izah etmək olar ki, yerli çay brendləri, yerli çay məhsulları kifayət qədər çoxdur. Biz marketlərdə onlarla çeşiddə yerli istehsal adı altında bazara çıxarılan çay məhsulları görürük. Amma Azərbaycanda bu qədər çay kolu yoxdur. Təbii ki, bu da məlum olur ki, xaricdən gətirilmiş çayın Azərbaycanda qablaşdırılması və bazara çıxarılmasının şahidi oluruq. Bu da təbii ki, maya dəyərinə ciddi təsir göstərir.

Dollar bahalaşdıqca xarici valyuta ilə alınan xammalın dəyəri də artır. Bu da qiymətlərə təsir göstərir. Ona görə də gələn il bir neçə istiqamətdə qiymətlərə təsir edəcək amillər formalaşacaq. Bütün sahələrdə, o cümlədən də ərzaq məhsullarında qiymət artımının daha da sürətlə getməsi ehtimalı çox yüksəkdir. Həm mövsümi amillər də buna təsir göstərəcək. Ənənəvi olaraq qış aylarında yazın ortalarına qədər yerli kənd təsərrüfatı məhsulları çıxana qədər Azərbaycanda qiymət artımını müşahidə edirik. İndi də bu profilaktika var. Bu amildə təsir göstərəcək və yanvar, fevral, mart aylarında qiymətlərdə bahalaşma baş verəcək. Martda Novruz bayramının olduğunu da nəzərə alsaq, bu pis bir ənənədir ki, bayram öncəsi qiymət daha sürətlə qalxır. Bütün bu amilləri cəmləşdirsək gələn il bütün sahələrdə, o cümlədən ərzaq məhsullarının qiymətlərində ciddi hiss ediləcək qiymət artımının olması ehtimalı çox yüksəkdir".

Hansısa addımlarla bu bahalaşmanın qarşısının alınmasının mümkünlüyünə gəlincə isə N.Cəfərli bunun üçün sehrli çubuğa ehtiyac olduğunu dedi: “Belə bir sehrli çubuq, formul yoxdur ki, bunun qarşısını alsın. İnzibati yollarla da bunun qarşısını almaq mümkün deyil. Ümid edirəm ki, hökumət də bunu anlayacaq və inzibati qaydada sovet terminologiyalarından istifadə edərək süni qiymət artımı anlayışı gündəmdən çıxacaq. Çünki normal iqtisadiyyatda, rəqabətli iqtisadiyyatda süni qiymət artımı mümkün deyil. Qiymətin dövlət tərəfindən tənzimlənməsi, əksinə, daha sonra qıtlığa səbəb olur və ciddi problemlərə gətirib çıxarır. Amma hökumətin əlində bəlli alətlər var ki, bundan istifadə edib qiymətlərin ən azı artım sürətini aşağı sala bilər. Bu, vergi, gömrük rüsumlarında olan güzəştlərdir. Amma hökumətin buna da gedəcəyini düşünmürəm. Çünki büdcənin formalaşması ilə bağlı ciddi problemlər var. Büdcə gəlirlərinin azalması fonunda hər hansı bir endirimlərə getmək, ciddi vergi və gömrük güzəştlərinə getmək düşünürəm ki, mümkün olmayacaq. Ona görə də hökumətin edə biləcəkləri də əslində azdır. Amma bəzi sahələrdə müəyyən addımlar atılmalıdır. Düşünürəm ki, bu cür addımlar atılsa, bu ciddi təsir göstərə bilər. Ən azından sosial həssas mövzularda, məsələn, dərman qiymətlərində bəzi addımlar atıla bilər.

Dərmanların ölkəyə gətirilərkən əlavə dəyər vergisindən və gömrük rüsumlarından tamamilə azad olunması məsələsi gündəmə gələ bilər. Çünki yerli istehsal onsuz da yoxdur. Gömrük rüsumlarının və əlavə dəyər vergisinin qoyulması çox zaman yerli istehsalın qorunması üçün atılan addımdır. Yerli istehsal yoxdursa, demək ki, qorumağa da bir şey yoxdur. Ona görə də dərman sahəsində əlavə dəyər vergisini və gömrük rüsumlarını tamamilə sıfırlamaq mümkündür. Bu da dərmanların qiymətinin sürətlə artmamasına səbəb ola bilər, müəyyən dərəcədə tənzimləyə bilər və dərmanlar çox da bahalaşmaya bilər. Hökumətin bu alətlərdən istifadə edib-etməyəcəyini demək isə açığı, çətindir”.скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

25.09.2017

Bərzani səsvermədə “Türkiyənin bizi anlamasını gözləyirik” mesajı verdi –Baş nazirdən əks cavab gəldi

25.09.2017

Kəmaləddin Heydərov Samuxda vətəndaşları qəbul edəcək –29 sentyabrda

25.09.2017

Mənsimovun sonu?

25.09.2017

Kürdlər referenduma getmək qərarı verdilər –Bəs sonra nə olacaq?

25.09.2017

İraq qərar verdi: Kərkükə ordu yeridilir – Son dəqiqə

25.09.2017

Avropa özünə məzar qazır: onların demokratiyası, müsəlmanların isə demoqrafiyası var - TƏHLİL

25.09.2017

Ərdoğan Putinə zəng etdi

25.09.2017

ATƏT nümayəndəsi Bakıda: Qarabağın həlli üçün...

25.09.2017

Azərbaycan kürdlərin müstəqillik referendumunu tanımır

25.09.2017

"Qarabağ" - "Roma" oyununu kimlər idarə edəcək?

25.09.2017

Şamaxıda yeni otel tikiləcək

25.09.2017

Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti plenumu keçirilib

25.09.2017

Havalar soyuyur - Proqnoz

25.09.2017

Ağır cinayət törədən 20 il ələ keçməzsə... - Qanun

25.09.2017

Bakıda cinsi azlıqlar kütləvi həbs edildi - Rəsmi

25.09.2017

Bakının 3 rayonunda su olmayacaq

25.09.2017

İstanbulda Şeyxin də iştirak etdiyi konfrans başladı

25.09.2017

Xalq şairinin baş həkim olan kürəkəni vəfat edib

25.09.2017

Akif Əli Lütfi Zadəyə görə işdən çıxarılıbmış — 20 il əvvəl

25.09.2017

Türkiyə kürd referendumu ilə bağlı bəyanat yaydı

25.09.2017

Bakıda "26-lar"ın daha bir izi silindi

25.09.2017

"Roma"dan "Qarabağ" açıqlaması: Asan olmayacaq

25.09.2017

Türkiyə üçün çətin “kürd seçimi”: Bu vəziyyəti Ankaranın özü yaradıb

25.09.2017

Rəsul Quliyev Milli Şuranın mitinqini ələ saldı

24.09.2017

Əflatun Amaşov: Şura mitinqdə monitorinq aparıb

23.09.2017

Kollec direktoru aprel Şəhidinin portretini sökdürdü- FOTO

23.09.2017

BŞBPİ Milli Şuranın mitinqi ilə bağlı açıqlama yaydı

23.09.2017

DİN-dən üç şəhərdə narkotik əməliyyatı – həbslər

23.09.2017

Bakıda metronun qarşısında ölüm

23.09.2017

İki stulda “oturan” Sərkisyanın tək cəzası – “Qarabağı ABŞ qaytara bilər”

23.09.2017

“Bakı və İrəvan Qarabağ münaqişəsinin həllinə yaxınlaşıb” - Rusiya rəsmisi

23.09.2017

Milli Şuranın azsaylı mitinqi başlayıb - FOTOLAR

Bütün Xəbərlər

FaceBook