Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

"Belə hesablaşmalar manatı bir az da zəiflədəcək"

yüklənir...

Bu günlərdə Türkiyə prezidentinin "valyuta spekulyasiyaları ilə kimlərsə iqtisadiyyatımıza mənfi təsir etməkdədir. Lakin bunun arxasında iqtisadi səbəb durmur. Məqsəd siyasi əməliyyatlara hazırlamaqdır. Bu cür spekulyasiyalara qonşu ölkələr, konkret desəm, Çin, Rusiya, Azərbaycan da məruz qalır. Amma biz bu oyunlara son qoyacağıq. Bunun üçün milli valyutaya inamı artırmalıyıq. İdxal-ixrac əməliyyatlarında milli valyutalardan istifadə olunmalıdır" fikirləri xarici ticarət əməliyyatlarnda milli valyutalarla hesablaşmaları yenidən gündəmə gətirib. Prezident Ərdoğanın son bəyantında idxal-ixrac əməliyyatlarında milli valyutadan istifadə olunmalıdır fikrinin qəti səsləndirilməsi və hazırkı durumdan əziyyət çəkən ölkələrin siyahısında Azərbaycanın da adını hallandırmasını əsas götürərək bir daha bu məsələyə münasibətimi açıqlamaq və aşağıdakı vacib məqamlara toxunmaq istərdim.

İlk növbədə onu qeyd edim ki, bu ilin 11 ayının gömrük məlumatlarına görə, Azərbaycanda xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 13244 olub ki, onun da 8018-i fiziki şəxslər, 5226-ı hüququ şəxslərdir. Hüquqi şəxslərin yalnız 240-ı dövlət, 4986-ı isə özəl bölməni təmsil edib. Belə olan halda xarici ticarətdə milli valyuta ilə hesablaşmalara keçid qərarı mərkəzləşdirilmiş halda dövlət şirkətlərinə şamil oluna bilər. Özəl bölmə və fiizki şəxslər xaricə çıxartdığı mal və xidmətləri hansı valyutada saxlamaq qərarını özü verir. Ona görə də neftdən kənarda idxal və ixrac əməliyyatlarının böyük hissəsinin özəl bölmə və fiziki şəxslər tərəfindən həyata keçirilməsi inzibati qaydada qəbul edilmiş bu tip qərarların icrasını çətinləşdirir. Onlara sərbəstik verilərkən Türkiyə və Rusiya ilə sərhəd bölgələrində yaşayan bir qrup əhali istisna olmaqla böyük əksəriyyət sahibkar Türkiyə, Rusiya və Çinə ixraca göndərdiyi malın və xidmətin dəyərinin qeyri-sabit vəziyyətdə olan və son vaxtlar sürətlə dəyər itirən lirə, rubl və yuanla ödənilməsində maraqlı olmayacaq. Digər tərəfdən də hələ də gerçək nəzənnəsi, tarazlı kursu olmayan manata qarşı tərəfdən olan sahibkarların da marağınının formalaşması inandırıcı görsənmir.
İkincisi, bu ilin aylıq statistikasına görə Azərbaycana olan idxalın faizə qədərini Türkiyə, Rusiya və Çin təmin edir. Onların birlikdə Azərbaycana göndərdikləri malın həcmi 4 milyard dollardan çoxdur, Bu o deməkdir ki, həmin ölkələrdən əvvəlki səviyyədə mal gətirmək üçün Azərbaycan sahibkarlarına 4 milyard dollarlıq lirə. rubl və yuan lazımdır. Bu ilin 11 ayında Azərbaycanın isə həmin 3 ölkəyə ixracatı 2 milyard dollardan çox olmayıb. Bu isə o deməkdir ki, bizim sahibkarlar 2 milyard dollarlıq lirə, rubl və yuan qazanacaq və yalnız o qədər də ölkəyə mal gətirə biləcək, yerdə qalan 2 milyard dollarlıq fərqi isə yenə də dollarla örtmək məcburiyyətində qalacaq. Belə hesablaşmalar isə qarşı tərəfin xeyrinə işləyəcək, onların milli valyutasını möhkəmlədəcək, bizim manatı isə bir az da zəiflədəcək.
Nəhayət onu da qeyd edim ki, Azərbaycanın əsas ixrac məhsulu xam neftdir, onun da satışı dollarla həyata keçirilir. Biz tərəfdən neftin və neft məhsullarının, eləcə də qazın dollara deyil, həmin 3 ölkənin milli valyutalarına satılması manatı dəyərdən daha da sala bilər. Odur ki, iqtisadi qiymətləndirmələr və mülahizələr Azərbaycanın bu tip siyasi layihələrdə yer almasının əleyhinədir.
Yekun olaraq onu da əlavə etmək istərdim ki, getdikcə hökmran mövqe güclənən dollara qarşı lirə, rubl, yuan və manat koalisiyası nəyisə dəyişmək gücündə deyildir. Əksinə, belə birlik həmin ölkələrin milli valyutasının daha da dəyərsizləşməsinə gətirib çıxaracaq.

Qubad İbadoğlu, iqtisadçı ekspert

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

24.05.2017

Xocalıdan qalxan Ermənistan təyyarələri vurulacaq? - RƏSMİ

24.05.2017

Azərbaycanın 3 milyon vətəndaşı vergi ödəmir

24.05.2017

İlham Əliyev “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”ni təsdiqləyib

24.05.2017

“Türkiyə qardaş Azərbaycanla çiyin-çiyinə addımlamaqda davam edəcək”

24.05.2017

Mehriban Əliyevanın fəaliyyəti yeni modeldir – Xarici KİV

24.05.2017

Ermənilər təxribata hazırlaşır: Qarşısı alınmalıdır, yoxsa…

24.05.2017

Azərbaycanda facebook üzərindən ilk vətəndaş qəbulunu bu nazirlik etdi

24.05.2017

Rus ekspert İrəvanı Bakıya qarşı böyük savaşa çağırdı - Şok

24.05.2017

Əli Abbasova yeni vəzifə verildi

24.05.2017

“Britaniya hakimiyyəti terror aktına heç təəccüblənmədi” - Qərb mətbuatı

24.05.2017

Stalinin nəvəsi 75 yaşında öldü

24.05.2017

İstanbulda genişmiqyaslı əməliyyat

24.05.2017

22 nəfərin ölümünə səbəb olan terrorçu Mançesterdə bir neçə ünvanda yaşayıb

24.05.2017

Qərb anlamır ki, düşməni Rusiya deyil - Zaxarova

24.05.2017

Əli Həsənovun siyasi portireti

24.05.2017

“Beynəlxalq Bank 2018-ci ildən tez özəlləşdirilməyəcək” - Samir Şərifov

24.05.2017

Vüqar Səfərlidən jurnalistlərə veriləcək mənzillərlə bağlı - "Qardaşıma da güzəşt etməyəcəm"

23.05.2017

İs­la­mia­da Azər­bay­ca­nın iq­ti­sa­di, id­man və si­ya­si ta­ri­xin­də han­sı iz­lə­ri sal­dı...

23.05.2017

ABŞ prezidenti: “İran nüvə silahına malik olmayacaq”

23.05.2017

Azərbaycanlı gənc qubernator müavini oldu

23.05.2017

"Ceyms Bond" vəfat etdi

23.05.2017

Tarif Şurasından yeni qərar

23.05.2017

Avropada yeni münaqişə ocağı: Kataloniya İspaniyadan ayrılmaq istəyir

23.05.2017

Türkiyədə suriyalılardan ibarət 10 minlik ordu qurulur

23.05.2017

Manat nə vaxt ucuzlaşa bilər?

23.05.2017

Trampın Qüds səfəri və Yaxın Şərqdə yeni planlar

23.05.2017

“Ermənistan Azərbaycan torpaqlarını işğal edib” - ABŞ-ın keçmiş səfiri (MÜSAHİBƏ)

23.05.2017

281 milyon manat hara xərclənib? - Rəsmi məlumat

23.05.2017

"Bir daha gördük ki, xalqımız, cəmiyyətimiz birdir" - İlham Əliyev

23.05.2017

"Qarabağ münaqişəsi siyasi yolla həll olunmalıdır" - Mogerini

23.05.2017

Azərbaycan prezidenti Britaniya baş nazirinə başsağlığı verib

23.05.2017

ABŞ prezidenti Fələstindədir

Bütün Xəbərlər

FaceBook