Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Hər ev üçün 10 min manat rüşvət alınıb...

Hər ev üçün 10 min manat rüşvət alınıb...
yüklənir...

Azərbaycan Beynəlxalq Bankının yeni rəhbəri tikinti şirkətlərinin layihələrini maliyyələşdirməkdən imtina edib. Bankın İdarə Heyətinin sədri vəzifəsini əvəz edən Xalid Əhədov bir sıra kredit məhsulları ilə bərabər ipoteka kreditini də dayandırıb.

Tərəfdar.az xəbər verir ki, “Marja”nın yazdığına görə, bir sıra tikinti şirkətləri yeni inşa etdikləri binalardakı mənzilləri Beynəlxalq Bankın 20 illik ipoteka krediti vasitəsilə rahat satırdılar. Bu ayın ortasından Beynəlxalq Bank krediti dayandırdıqdan sonra tikinti şirkətləri müştərisiz qalıblar. Mənzillər satılmadığından tikinti şirkətləri maliyyə sıxıntısı çəkə, hətta Bakı və Xırdalanda tikilən bir sıra binaların tikintisi yarımçıq qala bilər.

Azərbaycan Beynəlxalq Bankı illik 8%-lə, 20 il müddətinə ipoteka krediti təklif edirdi. Belə ki, mənzilin dəyəri alıcının əvəzinə Beynəlxalq Bank tərəfindən tikinti şirkətinə, mənzilin sahibi (alıcı) faizi ilə birlikdə əsas borcu aybaay Banka qaytarır. Tikinti şirkəti mənzilini satdığı gün pulunu Bankdan alırdı və həmin pullar ilə tikinti işlərinin əsas hissəsi aparılırdı.

20 illik ipoteka ilə 1 və 2 otaqlı mənzillərin aylıq ödənişi münasib olduğundan alıcı tez tapılırdı. Tikinti şirkətləri də təlabatı düzgün qiymətləndirib mənzilləri 1 və 2 otaqlı olaraq layihələndirirdilər. Mənzillərin demək olar ki, 90%-i 20 illik ipoteka ilə satılırdı. Əgər Beynəlxaılq Bank tezliklə ipoteka kreditini bərpa etməsə və başqa banklar tikinti şirkətlərinə dəstək olmasalar, bir çox binaların tikintisi yarımçıq qala bilər.

Sayt yazır ki, Beynəlxalq Bankın yeni rəhbərinin 20 illik ipotekanı dayandırmasının səbəblərindən biri sağlamlaşdırma tədbirləri ola bilər. Manat ilə milyonlarla vəsaitin 20 illik bir müddətə kreditə verilməsi Bankı rəqəmlərdə böyütməklə bərabər, riskləri də artırır. Risklərdən biri valyuta riskidir. Manat il keçdikcə dəyərdən düşür. 5-10 il sonra Beynəlxalq Bankın geri yığacağı vəsait “qəpik-quruş” ola bilər. “Ölü manatlar” yenidən kredit verməyi çətinləşdirə, bu da Bankın maliyyə vəziyyətinə pis təsir göstətə bilər.

İpoteka kreditinin dayandırılmasının digər bir səbəbi faiz dərəcəsi ola bilər. Ölkədə Mərkəzi Bankın uçot dərəcəsi 15%, bankların əmanət faizləri 15%-dən yuxarı olduğu bir dövrdə, Beynəlxlaq Bank 8%-lə (annuitet 4,5% civarında) ipoteka krediti ayırırdı.

Beynəlxalq Bank 20 illik ipoteka ilə alınmış mənzilləri girov götürürdü. Son bir neçə ildə, bəlkə də 10 mindən artıq ev Bank tərəfindən girov götürülüb. Əgər gələcəkdə iqtisadi vəziyyətin gözlənilməz dəyişməsilə bağlı olaraq əhali kredit borclarını ödəməkdə kütləvi çətinlik çəkərsə, bu da Bankı pis vəziyyətə sala bilər. Bir bankın minlərlə vətəndaşı mənzilini əlindən alıb satması (əgər sata biləcəksə) xoş bir hal olmayacaq.

Sayt onu da yazır ki, tikinti şirkətlərində mənzillərin nağd və kredit qiymətləri fərqlənir. Məsələn, mənzilin 1 kv.m-i nağd qiymətə 1100 manata satılırsa, 20 illik ipotekada 1250 manata rəsmiləşdirir. Tikinti şirkətləri bunu “alıcının bilmədiyi” səbəblər ilə əlaqələndirirdilər. Əslində nağd və ya bankla ödənişin tikinti şirkəti üçün bir fərqi olmamalıdır. Alınan mənzilin pulunu alıcının özünün və ya onun əvəzinə Beynəlxalq Bankın ödəməsinin nə fərqi var?! Tikinti şirkəti mənzili istər nağd, istərsə də 20 illik ipoteka ilə satdıqda pulunu həmin gün alır. Yuxarıda qeyd etdiyimiz kimi, alıcının əvəzinə pulu Beynəlxalq Bank ödəyir, alıcı da Banka borclu olur.

“Marja”nın əldə etdiyi məlumata görə mənzillərin kreditlə qiymətinin baha olmasının səbəbi indiyədək Beynəlxalq Bankın aldığı “şapka” olub. Nağd qiymətlə, kredit qiyməti arasında olan fərq Banka ödənilən “şapka” idi. Məsələn, siz tikinti şirkətindən 70 kvadraq metr səhəsi olan mənzili, 1 kavdarat metri 1100 manatdan, 77000 min manata ala biləcəyiniz halda, pulunuz olmadığına görə, həmin mənzili kreditlə 87500 manata alırsınız (1 kv.m 1250 manatdan). Düz, 10500 manat baha! Bu 10500 manat “şapka” tikinti şirkəti tərəfindən kredit verilən gün Bankın kassasına qaytarlır. Kredit isə Sizin adınıza 87500 manat olaraq rəsmiləşdirilir və “şapka”nı da faizilə Siz ödəməli olursunuz.

Ehtimal ki, hər tikinti şirkəti 20 illik ipoteka krediti ilə mənzil sata bilməzdi. Bunun üçün tikinti şirkəti Beynəlxalq Bankın “şapka” tələbini qəbul etməli idi.

İndiyədək Bankın 20 illik kreditə verilən milyonlarla manatı Bankın keçmiş rəhbərliyini maraqlandırmayıb. Onları maraqlandıran mənzil satışı zamanı alınacaq “şapka” olub. Özü də dərhal və nağd. Dövlət bankının pulu bata da bilər.

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

24.06.2017

Bakı yeni müasir silahları cəbhəyə göndərdi - Video

24.06.2017

Elçin Əmirbəyov birinci vitse-prezidentin köməkçisi təyin olundu

19.06.2017

İstənilən təxribata cavab verəcəyik – İlham Əliyev

15.06.2017

Azərbaycan xalqının Milli Qurtuluş günü -Ulu Öndərin hakimiyyətə qayıdışı

13.06.2017

Prokurorluq Əfqan Muxtarlı ilə bağlı bəyanat yaydı

13.06.2017

MM “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsini qəbul etdi

13.06.2017

Milli Məclisdə qalmaqal: "Kimin özəl söhbəti varsa,.."

13.06.2017

Rusiya: Müxalifət lideri Navalnı barəsində həbs qərarı verilib

13.06.2017

Azərbaycan prezidenti: “Ermənilərin məscidləri dağıdıtması müsəlman aləminə qarşı törədilmiş cinayətdir”

13.06.2017

İsrail xüsusi xidmət orqanları İŞİD terrorçularının noutbuklarda bomba hazırladıqlarını bəyan edib

13.06.2017

Milli Məclisin sədr müavini deputatlara xəbərdarlıq edib: “Sakitliyə riayət edin...”

13.06.2017

Prezident İlham Əliyev Natiq Əliyevin məzarını ziyarət edib

13.06.2017

Ərdoğan: “Türkiyə və Qətər olmasaydı, Suriyada müxalifət rejimə qarşı mübarizə apara bilməzdi”

12.06.2017

Fransadakı parlament seçkilərində prezident Makronun partiyası qalib gəlib

12.06.2017

Fikrət Yusifov: “İlham Əliyev müasir Azərbaycanın uğurlarının qarantıdır”

12.06.2017

“Avropa İttifaqı ilə viza məsələsində sadələşdirilmə mərhələsindəyik”

12.06.2017

I vitse-prezidentin Katibliyinin rəis müavinləri təyin olunub

11.06.2017

Zəhərlənən uşaqların sayı 119 imiş - Səbəb sudur+Video

10.06.2017

“Reket jurnalistika” sıradan çıxarılır

10.06.2017

Natiq Əliyev II Fəxri xiyabanda dəfn olunub

10.06.2017

Relsdən çıxarılan Qətər – TƏHLİL

10.06.2017

Tehran teraktının arxasında bu ölkə dayanır – Satanovski

10.06.2017

Azərbaycan Türkiyədən hazır sosial şəbəkə almaq istəyir

10.06.2017

Natiq Əliyevin cənazəsi Bakıya gətirilib

09.06.2017

Komi:“FTB Rusiyanın kiber hücumları barədə ilk dəfə 2015-ci ildə xəbər tutub”

09.06.2017

Rusiyanın “mehriban düşmənləri”:Qətərə qarşı qəfil siyasi embarqo Moskvanı niyə şoka saldı? - TƏHLİL

09.06.2017

Vergilər Nazirliyi əmək müqaviləsi bağlamayan sahibkarlar barədə cinayət işi açıb

09.06.2017

İran Təhlükəsizlik Nazirliyi:Kirmanşah, Kürdüstan, Qərbi Azərbaycan və Tehranda 41 İŞİD-çi həbs olunub

09.06.2017

“Quba məzarlığındakı vəziyyətlə bağlı təkliflər Prezidentə təqdim ediləcək” - Əli Həsənov

09.06.2017

“Heydər Əliyev demişdi ki, Natiq Əliyevi dərhal...” - VİDEO

09.06.2017

Almaniya da kürd dövlətinə qarşı çıxdı

09.06.2017

DİN: Hilal Məmmədov həbs olunmayıb (YENİLƏNİB)

Bütün Xəbərlər

FaceBook