Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Yusuf Məmmədəliyev: "İdmanın müxtəlif sahələrində əldə edilən nailiyyətlər düzgün idman siyasətinin nəticəsidir"

Yusuf Məmmədəliyev: "İdmanın müxtəlif sahələrində əldə edilən nailiyyətlər düzgün idman siyasətinin nəticəsidir"
yüklənir...

"Birinci vitse-prezident Mehriban Əliyevanın təşkilatçılığı ilə müxtəlif idman yarışlarının keçirilməsi gənc nəslin sağlam böyüməsində əhəmiyyətli rol oynayır". SİA-nın məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Azərbaycan Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kuboku AGF Trophy-nin açılış mərasimində çıxışı zamanı deyib.
Y.Məmmədəliyev qeyd edib ki, son illər Azərbaycanda beynəlxalq idman yarışlarının keçirilməsi artıq ənənəyə çevrilib: “Bu gün müasir Azərbaycan gəncinin seçdiyi idman növü ilə məşğul olmaq, beynəlxalq standartlara cavab verən idman qurğularında məşq etmək imkanı var. Gənclərimiz dünyanın müxtəlif ölkələrində keçirilən mötəbər yarışlarda iştirak edir, Bakıda mütəmadi olaraq tanınmış idmançıların çıxışlarını izləyirlər”.
Birinci vitse-prezidentin köməkçisi bildirib ki, Azərbaycanda idmanın müxtəlif sahələrində əldə edilən nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gənclərin inkişafına göstərdiyi diqqətin və düzgün idman siyasətinin nəticəsidir: “Azərbaycanda bir çox idman növləri üzrə Avropa və dünya çempionatlarının keçirilməsi ənənəsi yaranıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə müxtəlif idman yarışlarının keçirilməsi idmanın kütləviliyinin təmin edilməsində və gənc nəslin sağlam böyüməsində əhəmiyyətli rol oynayır”.
Y.Məmmədəliyev vurğulayıb ki, son illər ərzində ölkəmizdə gimnastikanın inkişafı, əhalinin bu idman növünə olan marağının artması Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. 2017-ci ilin yekunlarına əsasən Beynəlxalq Gimnastika Federasiyasının fərqlənən federasiyaların reytinq siyahısında AGF-nin birinci olması, Federasiya nümayəndələrinin beynəlxalq gimnastika təşkilatlarında fəal iştirakı bunun bariz nümunəsidir: “Artıq 3-cü ildir ki, ardıcıl olaraq idman gimnastikası üzrə Dünya Kuboku yarışları Milli Gimnastika Arenasında keçirilir. İdmançıların belə mötəbər turnir üçün buraya toplaşması bir daha göstərir ki, bu unikal Arena təkcə yerli gimnastların deyil, müxtəlif ölkələrdən olan atletlərin də sevimli yarış məkanına çevrilib. Bu yarış meydançasında gimnastların müvəffəqiyyətlə çıxış edəcəklərinə, tamaşaçıların isə yarışlardan zövq alacaqlarına inanıram. Əminəm ki, Novruz bayramı ərəfəsində dünyanın 24 ölkəsindən Azərbaycana təşrif buyurmuş idmançılar öz çıxışları ilə bu bayramımızı əsil idman bayramına çevirəcəklər”.
Prezident Administrasiyasının şöbə müdiri gimnastlara qələbə arzulayıb və idman gimnastikası üzrə Dünya Kubokunu açıq elan edib.скачать dle 12.1

yüklənir...

XƏBƏR LENTİ

İlham Əliyev Atatürkün məzarını ziyarət edib
25.04.2018

İlham Əliyev Atatürkün məzarını ziyarət edib

Danışıqlar baş tutmasa, məcburuq ki... - Ramiz Mehdiyev-Video
25.04.2018

Danışıqlar baş tutmasa, məcburuq ki... - Ramiz Mehdiyev-Video

Quska Bakıya qarşı kimlərə pul verib? – Şok adlar
25.04.2018

Quska Bakıya qarşı kimlərə pul verib? – Şok adlar

Ərdoğan-Əliyev görüşü: Bakı İrəvana yardım edə bilər
25.04.2018

Ərdoğan-Əliyev görüşü: Bakı İrəvana yardım edə bilər

Ramiz Mehdiyev Miqrasiya Xidmətinin yeni rəhbərini təqdim etdi - VİDEO
24.04.2018

Ramiz Mehdiyev Miqrasiya Xidmətinin yeni rəhbərini təqdim etdi - VİDEO

PA rəhbərindən Qarabağla bağlı önəmli AÇIQLAMA
24.04.2018

PA rəhbərindən Qarabağla bağlı önəmli AÇIQLAMA

Milli Məclisdə 6 vakansiya - Təkrar seçkilər keçiriləcəkmi?
24.04.2018

Milli Məclisdə 6 vakansiya - Təkrar seçkilər keçiriləcəkmi?

“Qaçqınkom”un yeni sədri kollektivə təqdim olundu
24.04.2018

“Qaçqınkom”un yeni sədri kollektivə təqdim olundu

Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?
24.04.2018

Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?

Əflatun Amaşov hesabata etiraz etdi
24.04.2018

Əflatun Amaşov hesabata etiraz etdi

Aydın Əliyev DANIŞDI: – “Həyat bunu göstərir”
24.04.2018

Aydın Əliyev DANIŞDI: – “Həyat bunu göstərir”

Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı – Dəvətnamələr də paylanılıbmış
24.04.2018

Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı – Dəvətnamələr də paylanılıbmış

“150 manat alanların banklara borcu bağlansın” – Millət vəkili
24.04.2018

“150 manat alanların banklara borcu bağlansın” – Millət vəkili

Ramiz Mehdiyev: "Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib, dövlət vəsaiti öz ünvanına çatmayıb"
24.04.2018

Ramiz Mehdiyev: "Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib, dövlət vəsaiti öz ünvanına çatmayıb"

Yeni nazir: "Sosial ədalət prinsipləri üstün tutulacaq"
24.04.2018

Yeni nazir: "Sosial ədalət prinsipləri üstün tutulacaq"

Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır
24.04.2018

Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

“İstənilən məmur haqda dosye İlham Əliyevin masası üzərindədir”
24.04.2018

“İstənilən məmur haqda dosye İlham Əliyevin masası üzərindədir”

İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunə
24.04.2018

İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunə

Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradıldı
24.04.2018

Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradıldı

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi kimdir? – DOSYE
24.04.2018

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi kimdir? – DOSYE

Sergey Markov: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana ciddi şans verir”
24.04.2018

Sergey Markov: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana ciddi şans verir”

Təhsil Naziri Ceyhun Bayramov kimdir? – DOSYE
24.04.2018

Təhsil Naziri Ceyhun Bayramov kimdir? – DOSYE

Milli Məclisdə deputatların sayı azaldı
24.04.2018

Milli Məclisdə deputatların sayı azaldı

Sabiq AMİP-çi yeni Baş naziri belə xarakterizə etdi: “Qazanan Millətimiz və Dövlətimiz olacaq”
24.04.2018

Sabiq AMİP-çi yeni Baş naziri belə xarakterizə etdi: “Qazanan Millətimiz və Dövlətimiz olacaq”

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB
24.04.2018

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI
24.04.2018

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi
24.04.2018

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi

“YENİ TƏYİNATLAR OLACAQ, GÖRƏCƏKSİNİZ Kİ…” – Ramiz Mehdiyev (VİDEO)
23.04.2018

“YENİ TƏYİNATLAR OLACAQ, GÖRƏCƏKSİNİZ Kİ…” – Ramiz Mehdiyev (VİDEO)

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO
23.04.2018

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO

Bütün Xəbərlər

FaceBook