Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

“Fazil Mustafa haqqında elə söz deyərəm ki, yetişmişi qala-qala, kalı tökülər”

“Fazil Mustafa haqqında elə söz deyərəm ki, yetişmişi qala-qala, kalı tökülər”
yüklənir...

Deputat Fazil Mustafa ilə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu arasındakı dini mövzuda mübahisə daha da qızışıb.

Fazil Mustafanın sosial şəbəkədə yazdığına görə, Sərdar Cəlaloğlu belə bir açıqlama verib ki, guya Fazil Mustafa deyib ki, bütün şiələr siğədən doğulanlardır.
“Sərdar Cəlaloğlu və onun kimi düşünənlərə üç gün vaxt verirəm. Hansısa kitabımda, məqaləmdə, statusumda belə bir cümləni tapıb bu müddət ərzində ortaya çıxarmasalar, bu sözü birbaşa və yalnız Sərdar Cəlaloğluna aid edəcəyəm. Və hər yerdə Sərdar Cəlaloğlu adı gələndə sadəcə şərəfsiz bir böhtançı sözünü işlədəcəyəm”.
Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlama verib.
Sərdar Cəlaloğlu bu ifadələri yalandan demədiyini bildirib.
“Camaat çörəyi burnuna yemir. Guya insanlar bilmir ki, o, bu sözü bir dəfə yox, on dəfə işlədib... O kimdi ki?.. Mən ona deyim ki, hansı müsahibəsində, yazısında bunları deyib. Getsin internetdə baxsın. Mən onun üçün katib-zad deyiləm. Yoxsa hardan bilərəm ki, Fazil Qəzənfəroğlu bu fikirləri deyib. Mətbuatdan oxuduğumu deyirəm. Əgər Fazil Mustafa fikrindən peşman olubsa, desin ki, “mən siğədən əmələ gəlmə fikirlərini səhv ifadə etmişəm”. Ya da desin ki, “jurnalist mənim adımdan yazıb”.
Bunlar faktdır. Dəfələrlə Fazil Mustafa bu sözü işlədib. Bildiyimiz kimi bu yaxınlarda İran prezidenti Həsən Ruhani İrəvana səfər etmişdi və orada erməni prezident Sarkisyanla müəyyən danışıqlar aparmışdı. Bununla bağlı Fazil Mustafa yazmışdı ki, “siz şiələr müsəlman olduğunuzu iddia etməklə, donuz əti yeyə, araq içə bilərsiniz”. Bu birinci dəfə deyil. O, qədər ağzına gələni danışır ki, yəqin yadından çıxıb. Getsin öz müsahibələrinə baxsın. Oradan da “siğədən əmələ gəlmə” sözünü tapacaq. Bunu deyəndə də mətbuatda onun cavabını yaxşı vermişdilər. Fazil Mustafa yaxşı bilir ki, bunu harada və necə deyib. Ona görə də sübuta ehtiyac yoxdur”.

Partiya sədri deyib ki, əgər Fazil Mustafa onun haqqında “şərəfsiz bir böhtançı” sözü işlədərsə, çox ciddi cavab alacaq:
“Özü də bilir ki, mənim qatı və obrazlı fikirlərim var. Onun haqqında elə söz deyə bilərəm ki, yetişmişi qala-qala kalı tökülər. O, Azərbaycanda kimlərə xidmət edir, hansı siyasəti həyata keçirmək istəyir? Mənim onun şəxsiyyəti ilə bağlı heç bir şübhəm yoxdur. Amma onun xidmət etdiyi ideyalar Azərbaycan dövlətinə və xalqına ziddir. Öz xalqını və dövlətini sevən adam Fazil Mustafanın bu mövqeyinə qarşı çıxış etməlidir. Əgər Fazil Mustafa düşünür ki, onun şiəliklə bağlı fikirləri düzdür, onda tamamilə başqa cavab alacaq. Mən dediyim hər bir sözün üstündə dururam.
“Siğədən əmələ gəlmə” sözünü də mətbuatda bilməyən yoxdur. Siz bunu araşdırıb baxa da bilərsiniz. O, bir yox, bir neçə müsahibəsində “siğədən əmələ gəlmə” sözünü işlədib. Həmçinin şiələrin müsəlman olmadığını, Şah İsmayıl Xətainin də şiə olduğuna görə, nə müsəlaman, nə də türk olduğunu öz müsahibələrində deyib. Mən də onun bu müsahibəsinə görə məqalə yazmışam”.скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

25.09.2017

Bərzani səsvermədə “Türkiyənin bizi anlamasını gözləyirik” mesajı verdi –Baş nazirdən əks cavab gəldi

25.09.2017

Kəmaləddin Heydərov Samuxda vətəndaşları qəbul edəcək –29 sentyabrda

25.09.2017

Mənsimovun sonu?

25.09.2017

Kürdlər referenduma getmək qərarı verdilər –Bəs sonra nə olacaq?

25.09.2017

İraq qərar verdi: Kərkükə ordu yeridilir – Son dəqiqə

25.09.2017

Avropa özünə məzar qazır: onların demokratiyası, müsəlmanların isə demoqrafiyası var - TƏHLİL

25.09.2017

Ərdoğan Putinə zəng etdi

25.09.2017

ATƏT nümayəndəsi Bakıda: Qarabağın həlli üçün...

25.09.2017

Azərbaycan kürdlərin müstəqillik referendumunu tanımır

25.09.2017

"Qarabağ" - "Roma" oyununu kimlər idarə edəcək?

25.09.2017

Şamaxıda yeni otel tikiləcək

25.09.2017

Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti plenumu keçirilib

25.09.2017

Havalar soyuyur - Proqnoz

25.09.2017

Ağır cinayət törədən 20 il ələ keçməzsə... - Qanun

25.09.2017

Bakıda cinsi azlıqlar kütləvi həbs edildi - Rəsmi

25.09.2017

Bakının 3 rayonunda su olmayacaq

25.09.2017

İstanbulda Şeyxin də iştirak etdiyi konfrans başladı

25.09.2017

Xalq şairinin baş həkim olan kürəkəni vəfat edib

25.09.2017

Akif Əli Lütfi Zadəyə görə işdən çıxarılıbmış — 20 il əvvəl

25.09.2017

Türkiyə kürd referendumu ilə bağlı bəyanat yaydı

25.09.2017

Bakıda "26-lar"ın daha bir izi silindi

25.09.2017

"Roma"dan "Qarabağ" açıqlaması: Asan olmayacaq

25.09.2017

Türkiyə üçün çətin “kürd seçimi”: Bu vəziyyəti Ankaranın özü yaradıb

25.09.2017

Rəsul Quliyev Milli Şuranın mitinqini ələ saldı

24.09.2017

Əflatun Amaşov: Şura mitinqdə monitorinq aparıb

23.09.2017

Kollec direktoru aprel Şəhidinin portretini sökdürdü- FOTO

23.09.2017

BŞBPİ Milli Şuranın mitinqi ilə bağlı açıqlama yaydı

23.09.2017

DİN-dən üç şəhərdə narkotik əməliyyatı – həbslər

23.09.2017

Bakıda metronun qarşısında ölüm

23.09.2017

İki stulda “oturan” Sərkisyanın tək cəzası – “Qarabağı ABŞ qaytara bilər”

23.09.2017

“Bakı və İrəvan Qarabağ münaqişəsinin həllinə yaxınlaşıb” - Rusiya rəsmisi

23.09.2017

Milli Şuranın azsaylı mitinqi başlayıb - FOTOLAR

Bütün Xəbərlər

FaceBook