Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:3 645

Tarix: 6-01-2017, 12:11

Trampın inauqurasiyasına Azərbaycandan gedən olacaqmı?

Trampın inauqurasiyasına Azərbaycandan gedən olacaqmı?
yüklənir...

Yeni dövlət katibinin iqtidarda şəxsən tanıdığı adamlar var...

ABŞ-ın yeni prezidenti Donald Trampın inauqurasiya mərasiminə iki həftə qaldı. Yanvarın 20-də D.Tramp and içəcək və yanvarın 21-dən ABŞ prezidenti vəzifəsini həyata keçirməyə başlayacaq. Artıq Trampın inauqurasiya həftəsinin proqramı açıqlanıb. İnauqurasiya komitəsinin yaydığı məlumata görə, mərasimin rəsmi hissəsi yanvarın 19-da səhər saatlarında başlayacaq.

Əvvəlcə Tramp və vitse-prezident Arlinqton məzarlığına gedərək çələng qoyacaq. Bunun ardınca Linkoln memorialının qarşısında konsert proqramı olacaq.

Yanvarın 20-də prezident və vitse-prezident Konqresdə and içəcək və ardınca Ağ Evə qədər davam edəcək inauqurasiya paradında iştirak edəcəklər.

Mərasimə son dərəcə ciddi təhlükəsizlik hazırlıqları da aparıldığı bildirilir. İnauqurasiya mərasiminə xarici ölkələrdən kimlərin dəvət edildiyi, kimlərin qatılacağı barədə isə hələlik rəsmi məlumat verilmir. ABŞ-ın Azərbaycandakı səfirliyi də Azərbaycandan kimlərəsə dəvət olub-olmadığı barədə hələlik açıqlama vermir. Səfirlik əməkdaşı Mehdi Hüseynquliyev “Yeni Müsavat”ın bu barədə sorğusuna yaxınlarda cavab veriləcəyini bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyi və digər müvafiq rəsmi dövlət orqanları da ABŞ prezidentinin inauqurasiya mərasiminə dəvət olub-olmadığı, kimin qatılacağı barədə hər hansı məlumat verməyiblər.

Xatırladaq ki, 2013-cü ilin yanvarında Barak Obamanın inauqurasiya mərasimində ölkəmizi Azərbaycanın ABŞ-dakı səfiri təmsil etmişdi.

Ekspertlər isə hesab edir ki, ABŞ bu dəfə də səfirlə kifayətlənsə və Bakıya xüsusi dəvət göndərməsə belə, Azərbaycan iqtidarı üçün Tramp hakimiyyəti ilə işləmək çətin olmayacaq. Azərbaycan hakimiyyətinə əvvəlki dönəmlərdə də Respublikaçılarla işləmək Demokratlarla işləməkdən daha rahat olub. Yeni seçilmiş prezident Trampla da işləmək ən azından Obama administrasiyası ilə işləməkdən daha asan olacaq.

Bu fikirdə olan politoloqlar diqqəti daha çox yeni dövlət katibinin üzərinə cəmləyirlər. Donald Trampın xarici siyasətini "ExxonMobil" neft şirkətinin artıq sabiq sədri Reks Tillerson dövlət katibi olaraq yürüdəcək və təbii ki, onun da Azərbaycanla əlaqəsi olub, ölkəmizdə bir çox insanları şəxsən tanıyır. Bu şəxsi tanışlıq da münasibətlərin qurulmasında müəyyən rol oynayacaq. Trampın özü də Azərbaycanla tanışdır və burada biznes maraqları olub. Prezident seçiləndən sonra da Azərbaycan prezidenti ilə telefonla danışıb. Bu da Azərbaycanın müstəqillik tarixində bir ilkdir.

Ekspertlər qeyd edirlər ki, bütün bunlara rəğmən demək olmaz ki, Tramp və onun iqtidarı bütün məsələlərdə Azərbaycan iqtidarının yanında olacaqlar və heç bir tənqid səsləndirməyəcəklər. ABŞ-da hökumət idarəçiliyi əsrlərin ənənəsinə əsaslanır və hər qurumun öz işi var. Heç kim də onlara fərdi və kollektiv təzyiq göstərmək iqtidarında deyil. Bu baxımdan, ABŞ-ın demokratik təsisatları, o cümlədən ABŞ Dövlət Departamenti əvvəlki qaydada Azərbaycanda monitorinqlərini davam etdirəcək və hesabatlarını açıqlayacaq. Bu hesabatlarda tənqid də olacaq.(musavat.com)

yüklənir...

XƏBƏR LENTİ

29.03.2017 , 04:01

Əbiyevin adamı Həsrət İsmayılov Cəlilabadda hərbi bileti 4 minə satır

28.03.2017 , 23:41

Sərkisyanın qorxulu rəqibi: “Ədalətsizliyə, qanunsuzluğa “bəsdir” deməliyik!”

28.03.2017 , 23:19

Admiral: “Türkiyə-ABŞ-la razılaşa bilməyəcək”

28.03.2017 , 23:17

Azərbaycan Prezidenti: "Bizim uğurlu iqtisadi siyasətimiz dayanıqlı inkişafı təmin edəcək"

28.03.2017 , 23:15

Həmsədr Xankəndidə bəyan etdi: “Fransa prezidentlərin görüşünü təşkil etməyə hazırdır”

28.03.2017 , 22:17

Prezidentin qızlarla şəkli qalmaqal yaratdı

28.03.2017 , 22:08

Ramil Usubov Birləşmiş Ərəb Əmirliklərindədir

28.03.2017 , 22:08

ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağdadır

28.03.2017 , 22:07

Türkiyədən kürd bayrağına reaksiya: Doğru deyil

28.03.2017 , 21:26

Ərdoğan: “Ölüm hökmünün bərpasını dəstəkləyəcəm”

28.03.2017 , 21:10

Vahid Ələkbərov “Lukoyl”u Türkiyəyə “köçürür”?

28.03.2017 , 20:55

Ərdoğan Bakı-Tiflis-Qars layihəsinin açılışına qatılacaq

28.03.2017 , 20:52

Ziya Məmmədovun böyük korrupsiyasının sxemi - Dəmir yolunun 56,8 milyonu çobanın cibinə necə gedib?

28.03.2017 , 20:51

İnsanın beyin həcminin böyük olması qida ilə izah edilib

28.03.2017 , 20:48

Nizaməddin Quliyev müəllimlərin maaşına göz dikdi

28.03.2017 , 20:40

Türkmən şəhəri rəsmən kürd mərkəzinə çevrildi

28.03.2017 , 20:37

BDU müəllimlərinin yaşadığı bina yanır - Video/ Yeniləndi

28.03.2017 , 20:36

Lütvəli Babayev Zərdabda “pambıqla baş kəsir”

28.03.2017 , 20:34

Avropa İttifaqı məhkəməsi: "Rusiyaya qarşı sanksiyalar qanunidir"

28.03.2017 , 20:33

FETÖ-çuların toplantısına belə basqın edildi - Video

28.03.2017 , 20:20

General Orucovun istefaya göndərilməsinin şok səbəbi - FOTOFAKT

28.03.2017 , 19:40

“Heç kimə İsraili küsdürməyə izn verməyəcəyik”

28.03.2017 , 19:39

Rusiya Bankı: “Ölkədə yeni iqtisadi tsikl başlayıb”

28.03.2017 , 19:38

Qərb mətbuatı Navalnını göylərə qaldırdı

28.03.2017 , 19:36

Lukaşenko: "Ermənistan və Azərbaycan münaqişəni vasitəçi olmadan həll etməlidir"

28.03.2017 , 17:54

General: "Azərbaycanda elə silahlar var ki, “İsgəndər” onun yanında oyuncaqdır"

28.03.2017 , 16:55

"Qədim Qəbələ" restoranından ərəb turistlərə "sürpriz" - Nahar 620 manat "şot" elədi

28.03.2017 , 16:10

“Əhalinin sayı artır, buna görə yeni iş yerləri açılmalıdır” - Prezident

28.03.2017 , 16:08

Putinlə Ruhani birgə mesaj verdilər – Açıqlamalar

28.03.2017 , 15:03

Dövlət katibi: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həllində maraqlıdır"

28.03.2017 , 14:55

Prezident: “Sahibkarlar fəal olmalıdırlar, özləri yeni bazarlara çıxmalıdırlar”

28.03.2017 , 14:42

Prezident: "Biz bu gün nümunə göstəririk ki, ölkəni necə idarə etmək lazımdır"

Bütün Xəbərlər

FaceBook