Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:9 683

Tarix: 5-01-2017, 17:22

13 deputata ev verilir -Oqtay Əsədov, Hadi Rəcəbli, Bəxtiyar Əliyev…

13 deputata ev verilir -Oqtay Əsədov, Hadi Rəcəbli, Bəxtiyar Əliyev…

54 nəfər sabiq və indiki millət vəkilinin uzun illərdən bəri davam edən mənzil-ev növbəsi “həsrəti”nə son qoyulub. Sabiq və indiki deputatlar mənzillərinə “qovuşmaq” üçün nə az-nə çox, düz 13 il gözləməli olublar

Paytaxtın “Ağ şəhər” deyilən ərazisinə yaxın yerdə (Gürcüstan, Belarus, Ukrayna, Qazaxıstan səfirliklərinin yaxınlığında) “KAT Ltd” tərəfindən tikintisinə 2003-cü ildən başlanan 2 bloklu 12 mərtəbəli göydələnin istifadəsi 2016-cı ilin dekabr ayının son günlərində baş tutub. Məlumatlı mənbənin bildirdiyinə görə, binanın tikintisinin bu qədər uzun çəkməsi isə hazırda iflas həddində olan adıçəkilən tikinti şirkətinin məsuliyyətsizliyi və səhlənkarlığı üzündən olub.

“Bildiyiniz kimi, 2003-cü ildə mənzilə ehtiyacı olan 54 millət vəkilinə yaşayış binası tikilməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) yerləşdiyi ərazidə yer ayrılmışdı. Ancaq sonradan belə məsləhət bilindi ki, deputatlar üçün bina indi “Ağ şəhər” deyilən əraziyə yaxın yerdə tikilsin, həmin ərazidə isə FHN-nin binası tikilsin. O vaxtdan da bu yana əzablı günlər başlandı. Binanın tikintisi ilə məşğul olan “KAT Ltd” müxtəlif bəhanələrlə binanın tikintisini düz 13 il uzatdı və axır ki, ötən il son günlərində mənzillərin açarları indiki və sabiq deputatlara təqdim olundu”-deyə, daha sonra məlumatlı mənbə bildirib. Qeyd edək ki, 54 sabiq və indiki deputatdan əslində cəmi 13-ü həmin binada yaşayacaq. Çünki qalan 41 nəfər zamanında həmin şirkət tərəfindən tikilən ayrı-ayrı binalarda mənzillə təmin olunduqları üçün indi onların adlarına olan mənzillər satışa çıxarılacaq.

13 nəfərə düşən mənzillərin həcmi isə hər biri ayrı-ayrılıqda 180-220 kvadratmetrdir və hər bir kvadratmetri də 152 dollardan hesablanıb. Yəni, keçmiş və indiki deputatlar mənzilləri üçün ümumilikdə 35-40 min dollar arası pul xərcləməli olublar. Lakin şirkət indi qalan mənzilləri nə az-nə çox, kvadratmetrini 1800 manatdan çatışa çıxarıb.

Onu da qeyd edək ki, yeni binada mənzil alanlar arasında spiker Oqtay Əsədov, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, parlamentin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, parlament Aparatının Komitə və komissiyalar ilə iş şöbəsinin müdir müavini, sabiq millət vəkili Rifət Ağalarov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və digər indiki və sabiq millət vəkilləri var (gununsesi.info).

yüklənir...

XƏBƏR LENTİ

26.02.2017 , 00:06

Binəli Yıldırım referenduma dəstək kampaniyasına başlayıb

25.02.2017 , 22:58

Ermənistan səfirliyinin qarşısında “Rədd ol Qarabağdan” aksiyası keçirilib

25.02.2017 , 21:42

Erməninin rinqdə Qarabağ təxribatı baş tutmadı - Yarışdan qovuldu

25.02.2017 , 21:12

Vitse-spiker: “Hərbi təxribatlar Ermənistan üçün əsas alətə çevrilib”

25.02.2017 , 20:43

“Ərazi itkilərimiz yoxdur” - Polkovnik Ramaldanov açıqladı

25.02.2017 , 19:26

Xarici İşlər Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı BƏYANAT

25.02.2017 , 18:49

Cəbhədə son vəziyyət - Düşmən itkilər verib + Video

25.02.2017 , 17:59

“Zakir Həsənov Qarabağın tam işğaldan azad edilməsi əməliyyatına rəhbərlik edəcək”

25.02.2017 , 17:51

Mətbuat Şurası cəbhədəki vəziyyətlə bağlı KİV-ə çağırış edib

25.02.2017 , 16:36

`Facebook`da pulköçürmə sistemi istifadəyə verilib

25.02.2017 , 16:29

Nazir: "Xudafərin kəndi ermənilər tərəfindən tamamilə dağıdılıb"

25.02.2017 , 16:16

Novruz Məmmədov: Erməni tarixi soyqırımı damğasını daim daşıyacaq

25.02.2017 , 16:08

"Azərbaycan prezidentinin İrana səfərinə hazırlıq gedir"

25.02.2017 , 15:59

Cəbhədəki gərginliyin səbəbi açıqlandı - Hədəf Nərgiz təpədir

25.02.2017 , 15:52

Ombudsman: "Sənədsiz evlərə və torpaqlara mülkiyyət hüququ verilməlidir"

25.02.2017 , 15:40

Beynəlxalq reytinq agentliyindən Azərbaycanın büdcə kəsirinə dair – PROQNOZ

25.02.2017 , 15:33

“Bakını vurmağa İrəvanın cürəti çatmaz” – İşğalçıya “soyuq duş” xəbərdarlığı

25.02.2017 , 15:31

Prezident ölkənin hərbi gücünü artırır

25.02.2017 , 15:27

Neftin qiyməti yenidən enib

25.02.2017 , 15:24

Ermənilər kəndləri boşaldır: düşmən çoxsaylı itki verdi - FOTOFAKT

25.02.2017 , 14:49

Politoloq: “Aparıcı dövlətlər ermənilərin nazı ilə oynayırlar”

25.02.2017 , 14:48

Əli Həsənov Mehriban Əliyevanın təyinatından danışdı

25.02.2017 , 11:52

Beynəlxalq Bankın problemli kreditlərinin həcmi açıqlanıb

25.02.2017 , 11:32

Sabah Xocalı yürüşü olacaq

25.02.2017 , 10:39

Cəbhədə döyüşlər gedir - İtkilərimiz var

25.02.2017 , 09:23

ABŞ İrana qarşı yeni sanksiyaların hazırlanmasını dayandırıb

25.02.2017 , 09:17

Elmar Vəliyevə qarşı Yusif Yusibov və Cavanşir Yusibov ittifaqı

25.02.2017 , 00:40

“Məni maşına qoyub apardılar…” – Rektordan sensasiyalı açıqlama

24.02.2017 , 23:34

Ərdoğanın müşaviri: "Əsədlə əməkdaşlıq olmayacaq, onu zor gücü ilə... "

24.02.2017 , 23:30

Orxan Pamuk Rusiyada mükafatlandırıldı

24.02.2017 , 23:29

Ərdoğan: “Ölüm cəzası üçün referenduma gedə bilərik”

24.02.2017 , 23:06

Ərdoğan: "Sizin üçün Fərhad kimi dağları yardıq..."

Bütün Xəbərlər

FaceBook