Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Tarix: 5-01-2017, 12:44

“MTN-də məni tualetə saldılar” -Müdafiə Nazirliyi ilə işləyən biznesmen

“MTN-də məni tualetə saldılar” -Müdafiə Nazirliyi ilə işləyən biznesmen
yüklənir...

Ləğv edilmiş MTN-in generalları və onların əməkdaşlarının cinayət əməllərinin ifşası davam edir. Mebel satışı ilə məşğul olan şəxslər də MTN-çilərin qurbanı olubmuş.

“Qafqazinfo”nun cinayət işinin materiallarından əldə etdiyi məlumata görə, zərərçəkmiş şəxs kimi tanınan “Qardaşlar mebel” MMC-nin rəhbəri Əli Mirzəyev ondan 550 min manat alındığını bildirib.

Ə.Mirzəyev istintaqa ifadəsində bildirib ki, müştərilərindən biri də Müdafiə Nazirliyi olub. MMC 2013-cü ilin dekabrında dövlət qurumu ilə 2,5 milyon manatlıq müqavilə imzalayıb: “Biz 1500-2000 ədəd əsgər çarpayısını hazırlayıb verməli idik. Yanvar ayında artıq iş bitmək üzrə idi. Səhər uşağı bağçaya aparanda 5 nəfər mənə yaxınlaşdı, onlardan biri özünü “MTN əməkdaşı Samir Mehdiyev” kimi təqdim etdi və nazirliyə getməli olduğumuzu dedi. Sürücüm Toğrul Bayramzadə də yanımda idi, bu hadisədən sonra işdən çıxdı. MTN-çilərin müşayiəti ilə uşağı bağçaya qoyub onların maşınına əyləşdim. Məni MTN-in Hərbi Əks-Kəşfiyyat Baş idarəsinə apardılar. Özünü şöbə rəisi kimi təqdim edən 45-50 yaşlı kişi mənlə kobud danışmağa başladı. Telefonda nələr danışdığımı bir-bir dedi, məni uzun müddət izlədiklərini başa düşdüm. Həmin şəxs mənə “sən Müdafiə Nazirliyi ilə işləyirsən, ərizə yaz ki, onlara rüşvət vermisən” dedi. Mən imtina etdikdə şantaj edərək hədə-qorxu gəlməyə başladı və “sənin telefon danışıqlarından hər şeyi üzə çıxara bilərik”,- dedi. Bundan sonra isə 20 min manat pul tələb etdi. Ardınca da mənim adım olan məhkəmə qərarını göstərib “qərar da hazırdır, səni burada həbs edə bilərik” dedi. Çox qorxdum, 20.000 manat verməyə razılaşdım. Axşam saat 21 radələrində məni pulu gətirməyim üçün buraxdılar, qardaşım İbrahimə zəng etdim Nərimanov metrostansiyasının yanında onunla görüşüb 20 min manat aldım. Dərhal da, yəni saat 22 radələrində MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinə qayıdıb Samir Mehdiyevin otağında pulu ona verdim. MTN-çilər Müdafiə Nazirliyinə nə demişdilərsə, onlar daha heç vaxt mənə sifariş vermədilər”.

Ə.Mirzəyev növbəti dəfə MTN-in digər idarəsinin “toruna düşüb”. Onu hazırda həbsdə olan general Sübahir Qurbanovun adamları saxlayıb nazirliyə aparıblar: “2014-cü ilin təxminən iyun ayında axşamüstü Aşıq Molla Cümə küçəsində yerləşən ofisdən çıxanda 10 nəfər məni əhatəyə alıb tutdular. Məni öz ofisimə apardılar, orada kuryer Mahal Göyüşov, Yusif Balacayev, sürücü Vasif Kərimovu da tutmuşdular. Məhkəmə qərarı olmadan və protokollaşdırılmadan ofisdə axtarış aparıb seyfdən 10 min manat, 2 notbuk və sənədləri götürmüşdülər. Onlara Füzuli Əliyev (MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini) rəhbərlik edirdi, Natiq Alıyev və Zaur Məmmədov da orada idi. Bizi nazirliyə aparıb 2-ci mərtəbədə dəhlizdə saxladılar. Mən Füzuli Əliyevə pul verməyəcəyimi dedim. O da işçilərinin yanında məni söydü, cavab qaytardım. Bundan sonra o və işçiləri məni döyməyə başladılar. Füzuli Əliyevin göstərişi ilə qoluma qandal vurub məni tualetə saldılar. Zaur Məmmədov tualetdə yumruqla başıma vururdu. Sonra Füzuli Əliyevin otağına apardılar, o mənə “sən niyə ipə sapa yatmırsan, niyə pul vermirsən?! Biz də dolanmalıyıq, işlədiyin şirkətləri çağırtdıracam, səni tutduracam, karyeranı məhv edəcəm”, - dedi. Bir neçə dəfə belindən tapança çıxarıb stolun üstünə qoyurdu. Bizi həmin gecə orada saxladılar. Səhəri gün bizi “Sultan” kafesinə apardılar, kabinetdə Füzuli Əliyev məndən azad olunmağım üçün 2 milyon tələb etdi, sonra məbləği 1 milyona endirdi. İmkanım olmadığını dedim, 500 min manat versəm 3 il biznesimə dəyməcəyimi dedi. Onların məni 1 gün saxlamağımı görüb həbs edə biləcəklərini də başa düşdüm. Məcbur olub razılaşdım, günorta məni buraxdılar. Qardaşımla görüşüb başıma gələnləri ona danışdım. Birlikdə 15-20 nəfər yaxın dostlardan borc aldıq. Həmin gün pulu tamamladıqdan sonra Natiq Alıyevə zəng etdim. Saat 18 radələrində “Sultan” kafesində Füzuli Əliyev, Natiq Alıyev və qardaşım İbrahim Mirzəyevin iştirakı ilə 500 min manatı Füziliyə verdim. Bundan sonra Natiq Alıyev ofisimizdən götürdüklərini özümüzə qaytardı”.

MTN-nin Hərbi Əks-Kəşfiyyat Baş idarənin 3-cü idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Samir Mehdiyev şahid qismində ifadə verərək bildirib ki, Əli Mirzəyev barəsində əməliyyat məlumatı daxil olduğu üçün idarənin rəisi polkovnik-leytenant Elman Tahirovun razılığı ilə onun ətrafında əməliyyat tədbirləri keçirilib: “Həmin şəxsin dindar olmaqla İran İslam Respublikasının vətəndaşları ilə əlaqələr saxladığı, tezt-tez İrana getdiyi, həmçinin tenderdə qalib gəlməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və DİN-nin Daxili Qoşunları ilə bağlanmış müqavilələr əsasında rəhbərlik etdiyi MMC tərəfindən əsgərlər üçün müəyyən miqdarda çarpayılar istehsal edilməsi nəticəsində həmin hərbi hissələrin şəxsi heyəti barədə mümkün məlumatları əldə etmək imkanlarına malik olması məlumatı var idi. İdarənin rəisi nazir müavininə müraciət etdikdən sonra prokurorun təqdimatı ilə məhkəmə qərarı alındı. Mən idarənin əməkdaşı Vaqif Qurbanovla birlikdə Əli Mirzəyevi məhkəmə qərarı təqdim etməklə İdarəyə dəvət etdim. Biz ona heç bir zor tətbiq etmədik. İdarədə Elman Tahirov onu qəbul etdi, mən otaqdan çıxdım, nə barədə söhbət etdiklərini bilmədim. Bir neçə dəqiqə sonra Elman Tahirov məni çağırıb Əli Mirzəyevi təhvil verdi və onun barəsində MTN-nin 4-cü Baş İdarəsində materiallar olduğu üçün yoxlamanı onların davam etdirəcəyini dedi. Mənə də Əli Mirzəyevi yola salmağı tapşırdı. Mən də işin bağlanması barədə qərarı xüsusi işə tikib Əli Mirzəyevi yola saldım. Onun axşamüstü idarəyə qayıtdığını xatırlamıram”.

Şahid qismində dindirilmiş MTN-nin Hərbi Əks-Kəşfiyyat Baş idarənin 3-cü idarəsinin keçmiş rəisi Elman Tahirov Ə.Mirzəyevin saxlanılmasına qədər olan proseslə bağlı S.Mehdiyevlə oxşar ifadə verib.

O bildirib ki, Ə.Mirzəyev barəsində əməliyyat keçirilməsi üçün Baş idarəsinin rəisi Nizami Şirovun razılığı ilə nazirin müavini icazə verib: “Samir Mehdiyev Əli Mirzəyevi mənlə tanış etdikdən sonra Nizami Şirinov məni yanına çağırdı. Ona görə də Əli Mirzəyevlə görüşə, söhbət edə bilmədim. Nahardan sonra Baş idarənin rəisi Nizami Şirinov məni yanına çağıraraq Əli Mirzəyev barəsində MTN-nin 4-cü Baş idarəsinin əməliyyat marağı olduğunu və buna görə Əli Mirzəyevin buraxılması haqqında MTN-nin rəhbərliyi tərəfindən ona göstəriş verildiyini dedi. Mən də bu tapşırığı Samir Mehdiyevə çatdırdım. Konkret olaraq ona rəhbərlikdən kimin göstəriş verdiyini bilmirəm. Amma Nizami Şirinovun 4-cü Baş idarənin sabiq rəisi Sübahir Qurbanovla münasibətləri həmişə gərgin olub. Buna görə də yəqin ki, nazirin müavinlərindən hansısa biri bu tapşırığı verib. Əməliyyat nəticəsində Əli Mirzəyevin İran İslam Respublikası ilə hər hansı kontaktının olduğu müəyyən edilmədi. Onun 20 min manat verməsi böhtandır”.

E.Tahirov əlavə olaraq bildirib ki, Əli Mirzəyev barəsində əməliyyat məlumatı daxil olan zaman onu qeydiyyat üzrə yoxlama aparıb və barəsində hər hansı idarədə əməliyyat-yoxlama və ya başqa əməliyyat marağı olması haqda məlumat aşkar etməyib.

yüklənir...

XƏBƏR LENTİ

27.04.2017

ABŞ kürdlərlə birləşir - Rakka əməliyyatı

27.04.2017

ABŞ kürdlərlə birləşir - Rakka əməliyyatı

26.04.2017

İlham Əliyevin Xoşbəxt Yusifzadə ilə maraqlı dialoqu - “Film çəkməyə gəlmişdilər...”

26.04.2017

Azərbaycanda bu saytlara giriş qadağan olunur - Nazirlik məhkəməyə müraciət etdi

26.04.2017

İtlərin toyuna görə Aşıqlar Birliyindən qovulan danışdı - Video

26.04.2017

Qarabağda, hətta Zəngəzurda heç kim qalmayacaq - Erməni ekspert

26.04.2017

Nazarbayevdən İlham Əliyevə jest

26.04.2017

Bakının yeni prokuroru kimdir?

26.04.2017

Azərbaycanın Rusiyadan aldığı hərbi texnika: Bakıya gətirilib – VİDEO

26.04.2017

“Türkiyə Azərbaycanı niyə ingilislərə təhvil verdi? - Tələt paşa Bakını işğal etdiyini deyirdi”

26.04.2017

Azərbaycanda ən yaxşı məktəblərin adı açıqlandı - SİYAHI

26.04.2017

Bakıda keçiriləcək oyunlar Qətər mediasında

26.04.2017

Rusiya: ABŞ bizə gizli şəkildə raket hücumu edəcək

26.04.2017

Elmar Məmmədyarov: "O, zor gücünə dövlətlərin..."

26.04.2017

İlham Əliyev sərəncam imzaladı

26.04.2017

11 bankın əmanətçilərinə 732 milyon ödənildi

26.04.2017

Ermənistanda gərginlik: Aksiya davam edir

26.04.2017

Tarix bu iqtisadi modelin səmərəli olmadığını sübut edib

26.04.2017

Quba alması İrəvanda: Ermənilər təşvişə düşdü - Foto

26.04.2017

AB-də "it toyu" müşavirəsi: balabançı qovuldu - Video

26.04.2017

Dəbdəbəli toy edən idarə rəisi cəzalanacaq - Millət vəkili

26.04.2017

Əli İnsanova hökm oxundu

26.04.2017

Prezident İlham Əliyev: “Mən həmişə neftçilərin əməyini, onların cəsarətini qiymətləndirirəm”

26.04.2017

Çavuşoğlu: “Türkiyə Avropa Şurası ilə münasibətlərinə yenidən baxacaq”

26.04.2017

İran deputatının türkləri təhqirinə cavab: Dərhal azərbaycanlılardan üzr istəməlidir

26.04.2017

Bakıya yeni prokuror təyin olundu

26.04.2017

Türkiyə prezidenti: "Biz belə bir qərarı tanımırıq"

26.04.2017

İlham Əliyev tarixi neft quyusu ilə tanış oldu - Foto

26.04.2017

İŞİD Messini girov götürdü - Foto

26.04.2017

İrəvan Bakı ilə görüşdən imtina etdi? – Rusiya XİN-dən açıqlama

26.04.2017

Dünya güclərinin yeni silahı: Hər gün əhatə dairəsi genişlənən terror - Təhlil

26.04.2017

Ankara-Vaşinqton xəttində “kürd” gərginliyi: ABŞ-a qarşı Türkiyə-İran-Rusiya ittifaqı

Bütün Xəbərlər

FaceBook