Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Sabiq bələdiyyə sədri: "Çovdarovun adı gələndə rəngimiz saralırdı"

Sabiq bələdiyyə sədri:
yüklənir...

Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş kimi tanınan Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov ifadə verib.

O, ifadəsində deyib ki, 2008-ci ilin martında tanışı Adil Yaqubov ona xəbər çatdıb ki, general Çovdarovun yanına getməlidir.

A.Yaqubov Akif Çovdarov MTN-ə gəlmədən polisdə onunla bir yerdə işləyib, sonradan isə pensiyaya çıxıb. Onun sonuncu işi isə Çovdarovun Masazırdakı istixanasını idarə etmək olub. O, 2010-cu ildən Çovdarovun arvadı İbadət Çovdarovaya məxsus “Bəhrə-2010” MMC-nin direktorudur.

Bələdiyyə sədri İ.Xəlilov deyir ki, Yaqubovun xəbərdarlığından sonra MTN-in inzibati binasına gedərək Akif Çovdarovla görüşüb. Qısa danışıqdan sonra ondan 100 min istənilib.

İ.Xəlilov ilk dəfə 50 mini MTN-ə verib. Qalan 50 mini isə 1 ay ərzində Çovdarovun adamı Yaqubova çatdırıb.

İ.Xəlilov ifadəsində göstərir ki, 2014-cü ilin sonlarında Çovdarov zəng vuraraq əmr edib ki, Masazırda, “Zəli gölü”nün yaxınlığında 10 hektar torpaq sahəsini Adil Yaqubovun adına sənədləşdirsin.

Bunlardan əlavə, ondan 120 min də tələb oluduğunu deyən bələdiyyə sədri Çovdarovdan “Sən generalı barmağına dolamısan? Deyəsən, məni yaxşı tanımırsan. Səni həbs edərəm, başına torba keçirdib padvala ataram” deyə təhdidlər eşitdiyini söyləyib.

Çovdarov ifadəsində Xəlilovu uzun müddətdir DİN-də birlikdə işlədiyi Adil Yaqubov vasitəsi tanıdığını deyib.

"İlham Xəlilova heç vaxt Elman Salmanov adlı şəxsdən hər hansı bir məbləğdə pul alıb mənə çatdırmasını deməmişəm, bununla bağlı nə İlham Xəlilova, nə də Elman Salmanov adlı şəxsə hər hansı bir formada hədə-qorxu gəlib tələb irəli sürməmişəm”- deyə Çovdarov ifadəsinə əlavə edib.

Məhkəmə prosesində fasilə elan olunub.

Akif Çovdarovun vəkili Sadiq Rəsulov Musavat.com-a deyib ki, İlham Xəlilov məhkəmədə ziddiyyətli ifadələr verib: "Əvvəlcə deyirdi ki, Binəqədi bələdiyyəsinin sədri Elman Salmanova zəng edərək MTN-dən pul istənildiyini deyib. Amma məhkəmədə deyir ki, Elman da ona zəng edərək MTN-ə çağırıldığını, pul istənildiyini deyib. İlham Xəlilov MTN-də 4-cü mərtəbədə Çovdarova pul verdiyini dedi. Ancaq həmin vaxt Çovdarovun xidməti otağı 1-ci mərtəbədə olub. Xəlilov deyir ki, pulun qalan hissəsini Çovdarovun xidməti maşınında ona verib. Amma Çovdarovun həmin vaxt xidməti maşını olmayıb. Xəlilov istintaqda Çovdarov tərəfindən hədələndiyini, pul tələb edildiyini deyirdi. Amma məhkəmədə Adil Yaqubov tərəfindən hədələndiyini deyib. Digər bələdiyyə sədri Elman Salamanov da məhkəmədə İlham Xəlilovu təkzib etdi. Elman dedi ki, Xəlilov ona deyib ki, əgər 150 mini verməsə onun başına torba keçirəcəklər. Yəni, Salmanovdan pulu Çovdarov istəməyib. Həm də Elman Salmanov dedi ki, ondan pul istəniləndə ağsaqqalı ilə danışmaq istədiyini, vaxt lazım olduğunu deyib".

Akif Çovdarov məhkəmədə Elman Salmanova belə cavab verib: "Sənin ağsaqqalını tanıyıram, münasibətimiz də var. Əgər belə bir şey olubsa, sənin ağsaqqalın niyə mənə zəng edib demirdi ki, "Akif, Elmandan niyə pul istəyirsən? Bu deyilənlər yalandır".

Sadiq Rəsulov Akif Çovdarovun çıxışında İlham Xəlilovun onun adından yalan danışaraq kimlərdənsə pul aldığını da deyib.

"Elman Salmanov adlı şəxsin kim olduğunu, hansı vəzifədə işlədiyini bilmirəm. Əgər Elman Salmanovu çağırmaq lazım olsa idi, İlham Xəlilov vasitəsilə deyil, özüm çağırardım. İlham Xəlilov yəqin ki, başqalarından pul alıb. Mənim adımdan da istifadə edib”- deyə Çovdarov məhkəmədə deyib.

Binəqədi Bəkədiyyəsinin sabiq sədri Elman Salamnov da Musavat.com-a açıqlama verib. O deyib ki, Akif Çovdarovu heç vaxt görməyib: "Mənə İlham zəng eldi ki, MTN-ə 150 min verməlisən. 90 min bir, 60 min də bir verdim. Kasıb adamıq, "Range Rover"imiz var idi, sevinirdik. Onu da satıb verdik. İlham pulun Çovdarova çatdırılacağını dedi. Çovdarovun adı gələndə rəngimiz saralırdı. Məhkəmədə də dedim ki, başıməz salamat olsun deyə pul verdim. "Məmin ağsaqqalım" kimdir sualına da cavab verə bilərəm. Bu açıqdır, hamı bilir. Binəqədidə ağsaqqalımız Hacı Madərdir. Amma mən elə bir söz işlətməmişəm".

Məhkəmə günün ikinci yarısında davam edəcək.(Musavat.com)скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

25.09.2017

Bərzani səsvermədə “Türkiyənin bizi anlamasını gözləyirik” mesajı verdi –Baş nazirdən əks cavab gəldi

25.09.2017

Kəmaləddin Heydərov Samuxda vətəndaşları qəbul edəcək –29 sentyabrda

25.09.2017

Mənsimovun sonu?

25.09.2017

Kürdlər referenduma getmək qərarı verdilər –Bəs sonra nə olacaq?

25.09.2017

İraq qərar verdi: Kərkükə ordu yeridilir – Son dəqiqə

25.09.2017

Avropa özünə məzar qazır: onların demokratiyası, müsəlmanların isə demoqrafiyası var - TƏHLİL

25.09.2017

Ərdoğan Putinə zəng etdi

25.09.2017

ATƏT nümayəndəsi Bakıda: Qarabağın həlli üçün...

25.09.2017

Azərbaycan kürdlərin müstəqillik referendumunu tanımır

25.09.2017

"Qarabağ" - "Roma" oyununu kimlər idarə edəcək?

25.09.2017

Şamaxıda yeni otel tikiləcək

25.09.2017

Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti plenumu keçirilib

25.09.2017

Havalar soyuyur - Proqnoz

25.09.2017

Ağır cinayət törədən 20 il ələ keçməzsə... - Qanun

25.09.2017

Bakıda cinsi azlıqlar kütləvi həbs edildi - Rəsmi

25.09.2017

Bakının 3 rayonunda su olmayacaq

25.09.2017

İstanbulda Şeyxin də iştirak etdiyi konfrans başladı

25.09.2017

Xalq şairinin baş həkim olan kürəkəni vəfat edib

25.09.2017

Akif Əli Lütfi Zadəyə görə işdən çıxarılıbmış — 20 il əvvəl

25.09.2017

Türkiyə kürd referendumu ilə bağlı bəyanat yaydı

25.09.2017

Bakıda "26-lar"ın daha bir izi silindi

25.09.2017

"Roma"dan "Qarabağ" açıqlaması: Asan olmayacaq

25.09.2017

Türkiyə üçün çətin “kürd seçimi”: Bu vəziyyəti Ankaranın özü yaradıb

25.09.2017

Rəsul Quliyev Milli Şuranın mitinqini ələ saldı

24.09.2017

Əflatun Amaşov: Şura mitinqdə monitorinq aparıb

23.09.2017

Kollec direktoru aprel Şəhidinin portretini sökdürdü- FOTO

23.09.2017

BŞBPİ Milli Şuranın mitinqi ilə bağlı açıqlama yaydı

23.09.2017

DİN-dən üç şəhərdə narkotik əməliyyatı – həbslər

23.09.2017

Bakıda metronun qarşısında ölüm

23.09.2017

İki stulda “oturan” Sərkisyanın tək cəzası – “Qarabağı ABŞ qaytara bilər”

23.09.2017

“Bakı və İrəvan Qarabağ münaqişəsinin həllinə yaxınlaşıb” - Rusiya rəsmisi

23.09.2017

Milli Şuranın azsaylı mitinqi başlayıb - FOTOLAR

Bütün Xəbərlər

FaceBook