Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” zəlzələ baş verən vilayətlərdə təcili yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər təşkilatların xilasetmə nəqliyyat vasitələrini pulsuz benzin və dizellə təmin edən yanacaqdoldurma məntəqələrinin (YDM) sayını artırıb.
Yenicag.az xəbər verir ki, bu barədə şirkətin “Twitter” hesabında qeyd edilib.
“Adıyaman, Aksaray, Qaziantep, Hatay, Kahramanmaraş, Mersin və Şanlıurfadakı yanacaqdoldurma stansiyalarından təcili yardım, yanğınsöndürmə briqadaları və növbətçi bütün xilasetmə vasitələrinə pulsuz yanacaq verdiyimiz məntəqələrin sayını artırdıq.
Tutumu məhdud olan axtarış-xilasetmə maşınlarına ən sürətli dəstəyin göstərilməsi üçün zəlzələ bölgəsində vətəndaşlarımızın fərdi avtomobillərinin yanacaq tələbatını pulsuz ödəmək mümkün olmayacaq. Stansiyalarımızın telefonlarının əlçatan olması vacibdir, bunun üçün kənar şəxslərin zəngləri qəbul edilməyəcək. Xilasetmədə iştirak edənlərdən kənar zənglər lazım olan şəxslərin və qurumların əlaqəsinə və xilasetmə işlərinə mane ola bilər”, – deyə bildirilir.
YDM-lər bu ünvanlarda yerləşir:
Adıyaman / Merkez And Dereci Petrol – https://lnkd.in/d_VHBdNC Telefon: 0532 585 20 32
Adıyaman / Kahta Erdoğanlar Petrol – https://lnkd.in/d92DAN3Y Telefon: 0530 348 18 99
Aksaray / Merkez Altınsoy Ramsöy Petrol – https://lnkd.in/ds65z7tr Telefon: 0537 543 71 11
Mersin / Mut Petrolim Petrol (Karşıyaka Mahallesi) – https://lnkd.in/duAwrk4E Telefon: 0541 841 33 51
Mersin / Mut Petrolim Petrol (Kurtsuyu Mahallesi) – https://lnkd.in/d6_m2TVc Telefon : 0541 841 33 51
Mersin / Akdeniz Ayçiçek Petrol – https://lnkd.in/d7AhdFqy Telefon: 0532 675 41 33
Şanlıurfa / Halfeti İlçesi Acarpet Akaryakıt – https://lnkd.in/dnKn7g6S Telefon: 0542 462 63 22
Şanlıurfa / Hilvan İlçesi Çakmak Petrol – https://lnkd.in/dUqe8UMh Telefon: 0533 243 99 31
Şanlıurfa / Eyyübiye Atmaca Petrol – https://lnkd.in/d6a23Aqk Telefon: 0536 034 04 46
Bakır Petrol – https://lnkd.in/dhaGRcxg Telefon: 0532 355 82 90
Şanlıurfa / Bozova Cankarataş Petrol – https://lnkd.in/dSgCARTT Telefon: 0532 433 85 68
Şanlıurfa / Birecik Özacarlar Petrol – https://lnkd.in/d2Pzjdw3 Telefon: 0544 543 34 63
Gaziantep / Şehitkamil Özemin Petrol – https://lnkd.in/dhNUfTgn Telefon: 0542 794 58 96
Hatay / Dörtyol Hidayet Petrol – https://lnkd.in/dezFpdeG Telefon: 0532 603 54 19
Kahramanmaraş / Dulkadiroğlu OKM Enerji Petrol – https://goo.gl/maps/PY1XsLRWC61ffAR4A… Telefon: 0507 353 73 08
Kahramanmaraş / Onikişubat OKM Enerji Petrol – https://goo.gl/maps/EuYwDq31tsqCDTTK8… Telefon: 0507 353 73 08
Kahramanmaraş / Onikişubat Saylak Petrol – https://lnkd.in/d39C2jaC Telefon: 0531 650 28 31
Kahramanmaraş / Türkoğlu Nempet Yakıt – https://lnkd.in/dbaAhg3r Telefon: 0536 034 04 46
“Təəssüf ki, ölkədə müxtəlif infrastruktur layihələrinin qurulmasında böyük yeyinti faktları var”.
Bu sözləri ölkənin biznes mühitinin vəziyyətinə toxunan iqtisadçı Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkədəki bütün dövlət layihələri öncədən bölüşdürülür. Bu isə sağlam rəqabət mühitinin olmamasına və iş adamlarının çətinliklərlə üzləşməsinə yol açır:
“Rəqabət mühiti olmayanda inkişaf olmur. Azərbaycanda iş adamları deyəndə məmur sahibkarlığı göz önünə gəlir.
Kapital qoyuluşu baxımından investisiya layihələrinə daha çox pul ayrılır. Həmin maliyyədən isə yalnız məlum şəxslər faydalanır. Ona görə də Azərbaycanda heç bir layihədə iştirak etmək lazım deyil.
İş adamı olaraq tenderlərin heç birində iştirakçı olmamışam. Təəssüf ki, ölkədə müxtəlif infrastruktur layihələrinin qurulmasında böyük yeyinti faktları var. Bu cür yeyintilər olan yerdə cavabdeh şəxslər sadəcə öz maraqlarını düşünürlər. Bu baxımdan Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması rəqabət mühitinin yaradılmasından, məmur sahibkarlığının ləğvindən və inhisarlaşmanın qarşısının alınmasından keçir. Dövlət strukturlarında çalışanlar, yüksək vəzifəli məmurlar birbaşa biznes fəaliyyəti ilə məşğul olurlar. Nəticədə rəqabət mühiti formalaşdıra biləcək sahibkarları inzibati yollarla bazardan sıxışdırıb çıxarırlar. Azad sahibkarlığın inkişafı üçün rəqabət mühitini təmin etmək, məmurları biznesdən kənarlaşdırmaq və yüksək çinli məmurların bir-birinin tabeçiliyində qohumbazlıq siyasəti ilə işləməsini qadağan etmək lazımdır”.
Gülşən Şərif
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məlumatına görə, ümumtəhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi mümkün ola bilər. Bununla bağlı məktəblərdə monitorinqlər davam etdirilir.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında qeyd edib ki, məktəblərin akkreditasiyadan keçirilməsi təhsilin inkişafına müsbət təsir edə bilər:
“Məktəblərin akkreditasiyadan keçirilməsi zamanı öncəliklə mövcud təhsil müəssisənin infrastrukturunun yoxlanması, ümumi laboratoriya şəraiti, dərsin keyfiyyətli tədris edilməsi ilə bağlı lazımi alətlərin olması ilə bağlı amillərə nəzarət ediləcək.
Akkreditasiyadan keçirilmə çatışmayan tərəflərin üzə çıxarılması və nöqsanların aradan qaldırılması istiqamətində müəyyən işlərin görülməsinə imkan yaradacaq. Yəni akkreditasiya prosesində məktəbin mövcud problemlərinin həll olunması ilə bağlı tapşırıqlar verilir. Bu addımla təhsilin daha da yaxşılaşdırılması və tədrisin müasir dövrə uyğunlaşdırılması nəzərdə tutulur.
Bu gün Azərbaycanda 4440-dan çox məktəb fəaliyyət göstərir. Deyə bilmərik ki, bu məktəblərin hər biri akkreditasiyadan keçə bilər. Mövcud tələblərə uyğun olaraq, yalnız Bakı, Gəncə, Sumqayıt, bir sıra iri şəhərlərdə və rayonlarda fəaliyyət göstərən təhsil müəssisələri akkreditasiyadan keçə biləcək. Digər məktəblərin isə akkreditasiyadan keçirilməsi ilə bağlı müvafiq işlər görülməlidir. Akkreditasiya təhsilin keyfiyyət təminata, eyni zamanda təhsilin beynəlmiləl olmasına səbəb olacaq”.
Gülşən Şərif
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Malatyaya gedir, o, itkin düşmüş azərbaycanlı tələbələrin valideynləri ilə görüşəcək.
Yenicag.az xəbər verir ki, bu barədə “Report”un Türkiyə bürosuna səfir R.Məmmədov özü bildirib.
O qeyd edib ki, fevralın 6-da Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən sonra Malatyada itkin düşmüş azərbaycanlı tələbələrin axtarışları davam edir.
Onun sözlərinə görə, bununla əlaqədar Türkiyənin Malatya şəhərində səfər edəcək və itkin düşmüş 4 tələbənin Malatyaya gedən valideynləri ilə görüşəcək.
R.Məmmədov qeyd edib ki, dağıdıcı zəlzələnin zərər və itkilərinə məruz qalan Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmaq üçün, eləcə də təbii fəlakət baş verdiyi ilk gündən qardaş Türkiyəyə dəstək verən Azərbaycanın səlahiyyətli nümayəndəsi olaraq zələzələnin baş verdiyi bölgələrlə sıx əlaqə qurmaq məqsədilə zəlzələnin təsirindən dağıntıya məruz qalan ərazilərə gedəcək.
Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin geyim formalarının yeni tələbləri müəyyən edilib.
Yenicag.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərar “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 12 noyabr tarixli 1875 nömrəli Fərmanla edilmiş dəyişikliklərlə bağlı hazırlanıb.
Qeyd olunmuş Fərmanla Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin yeni siyahısı təsdiq edilib.
Eyni zamanda, son dəyişikliklərlə Dövlət Vergi Xidmətinin Vəzifəli Şəxslərinin Geyim Formalarının yeni tələbləri müəyyən edilib. Dəyişikliklər əsasən aksessuarların rəngini, tanınma nişanlarının təsvirini əhatə edib.
“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyədə xeyli sayda insan tələfatı və genişmiqyaslı dağıntılarla nəticələnən zəlzələlərin fəsadlarının aradan qaldırılması üçün yardım kampaniyası həyata keçirilib.
İctimai Birliyin sədri Toğrul Allahverdili İnterpress.az-a açıqlamasında fəlakət baş verəndən sonra Prezident İlham Əliyevin qardaş ölkəyə öz dəstəyini nümayiş etdirdiyini xatırladıb.
O vurğulayıb ki, Azərbaycan Prezidentinin çağırışına qoşularaq dərhal rəhbəri olduğu təşkilatın bütün heyəti qardaş ölkəyə humanitar yardımlar toplamaq üçün səfərbər olub.
Onun sözlərinə görə, İctimai Birlik adından digər qeyri-hökumət təşkilatlarına da yardım aksiyasına qoşulmaq üçün müraciət edib.
Beləliklə, Azərbaycan-Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı, Azərbaycan-Kərkük Mədəniyyət Mərkəzinin sədri Məlahət Qurbanova, Ekspress şirkətinin rəhbəri Fikrət Məmmədov, F.M.D.I AZERBAIJAN MMC şirkətinin təmsilçiləri Fadal Bazzi və Abdul Bazzi, “Yeniçağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və digər vətəndaş cəmiyyətinin nümayəndələri “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə başladılan yardım kampaniyasına qoşulublar.
Bununla da, ümumi dəyəri 54 min manat məbləğində olan uşaq bezləri, isti geyimlər, qida vasitələri, dərman və tibbi ləvazimatlar, eləcə də digər zəruri mal və məhsullar toplanıb və aidiyyəti şəxslərə təhvil verilərək Türkiyəyə yola salınıb.
QHT-lərin yardım aksiyası hazırda da davam edir.
Antalya Böyükşəhər Bələdiyyəsi Axtarış-Xilasetmə qrupları tərəfindən Kahramanmaraşın Bahçelievler rayonundakı Selin Mənzilində axtarışda olan 24 yaşlı Doğan Akkök zəlzələdən 64 saat keçdikdən sonra sağ-salamat xilas edilib.
Yenicag.az xəbər verir ki, Qaynarinfo bu barədə “Hurriyyet”ə istinadla xəbər verir.
Gəncin əlindən möhkəm tutan xilasedicilər Akkökün huşunu itirməməsi üçün onunla bir müddət söhbət edib.
Uzun səylər nəticəsində xilasedicilər Doğana çata bilib. 3 gündən sonra ilk dəfə işığı gördüyünü bildirən Doğan dağıntılar altından çıxarılaraq təcili yardımla xəstəxanaya göndərilib.
Onun dağıntı altında olarkən divara yazdığı söz diqqəti çəkib:
“Ümidini itirmə”.
İndoneziyada güclü zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, məlumatı Avropa Seysmoloji Mərkəzi yayıb.
Məlumatda bildirilib ki, yeraltı təkanlar 5,8 maqnituda qeydə alınıb.
Dağıntılar və tələfat barədə məlumat verilməyib.
“Maxar Technologies” şirkəti zəlzələdə ən çox zərər görən Qəhrəmanmaraşda çadır şəhərciyinə çevrilən “12 Fevral Stadionu” və ətrafının peyk vasitəsilə çəkilən görüntüsünü paylaşıb. Bölgənin əvvəlki və sonrakı vəziyyəti ürəkləri dağlayır.
Şirkət həmçinin zəlzələdən ağır zərər çəkən Qaziantepin İslahiye rayonunun əvvəlki və sonrakı vəziyyətini göstərib.
“Maxar” bundan başqa Antakya şəhərindən çəkilən fotoları da yayıb. Bildirilib ki, kadrlar fevralın 8-də çəkilib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Qəhrəmanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə zəlzələdən sonra həlak olanların sayı 12 min nəfəri keçib.
We will be activating our Open Data Program (https://t.co/KG4Ln7Gvck) for the powerful #earthquakes in #Turkey and #Syria. Please stay tuned for that notification. Seen here is another before (Oct 4, 2022) and after (Feb 7, 2023) view of #Islahiye, Turkey and the destruction. pic.twitter.com/jd8KakGRgb
— Maxar Technologies (@Maxar) February 7, 2023
Mövzu ilə əlaqədar
Meksikada dərəyə aşmış yük maşınında 14 cəsəd tapılıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Nuevo-Leon əyalətində qeydə alınıb. Belə ki, polislər qəzaya düşmüş yük maşınına baxış keçirib. Nəticədə ikisi qadın olmaqla 14 nəfərin meyiti aşkarlanıb.
Meksika Dövlət Prokurorluğu təkərləri partlayaraq dərəyə aşan yük maşını ilə bağlı araşdırmalara başlandığını açıqlayıb./Unikal/
Türkiyənin 4 güləşçisi zəlzələ nəticəsində həlak olub.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, Qəhrəmanmaraşda idmançıların qaldığı binanın çökməsi səbəbindən 8 güləşçi dağıntılar altından sağ çıxarılsa da, 4 nəfərin cansız bədəni tapılıb. Bunlar Ahmet Taş, Mehmet Eskisarılı, Ali Gürsoy və Aslan Ekizdir.
Daha 4 güləşçi ilə bağlı isə hələlik məlumat yoxdur. Ərazidə xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə baş vermiş zəlzələ nəticəsində 12 873 adam həlak olub, 62 937 nəfər yaralanıb./Report/
Ötən gün Türkiyədə 1117 sarsıntı qeydə alınıb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edilib ki, zəlzələ baş verən ərazidə fövqəladə vəziyyət elan edilib. Türkiyə Fəlakət Müdaxilə Planı çərçivəsində 4-cü səviyyəli həyəcan siqnalı verilib. Bu, beynəlxalq yardımı əhatə edən siqnaldır.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.
Zəlzələnin ilk günü – fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 8-də isə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə göndərilib. Bunlardan əlavə mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət, insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb. Daha sonra yardım məqsədilə 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi də Türkiyə yola salınıb.
Eyni zamanda Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib.
Bakıda, Gəncədə, Naxçıvanda Türkiyəyə yardım məqsədilə toplama məntəqələri yaradılıb. Azərbaycan vətəndaşları könüllü şəkildə bu yardım məntəqələrinə gələrək yardımlarını edirlər.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar da “Qardaş Köməyi” platforması vasitəsilə öz yardımlarını Türkiyəyə çatdırırlar./Trend/
Fevralın 9-da Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana gedib.
Yenicag.az xəbər verir ki, səfər ümumilli lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb.
Səfərin məqsədi muxtar respublikada meliorasiya və irriqasiya sahəsində görülmüş işləri, su tutarlarında yığılan suyun vəziyyəti, suvarma və içməli suya olan tələbatı yerindəcə öyrənib təhlil etmək, içməli və suvarma su təminatının daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Muxtar respublikanın təbii sərvətləri, su ehtiyatları, kənd təsərrüfatı, ekoloji potensialı barədə təhlil aparmaq, bu vacib sahələrin inkişafını yeni dövrün tələblərinə uyğunlaşdırmaq, iqtisadi səmərəliliyini yüksəltmək də prioritet vəzifələr sırasındadır.
Mütəxəssislər Bənəniyar Su Anbarı və kanalına, Nehrəm Su Anbarına, Batabat yaylasına (qar ehtiyatları üçün), Heydər Əliyev Su Anbarına, Şahbuz Şəhər Təmizləyici Qurğular Kopleksinə, Uzunoba Su Anbarına, Naxçıvan Şəhər Su Təmizləyici Qurğular Kompleksinə, Qaraçuq kanalına, Araz Su Anbarı üzərində “Qaraçuq-1” panton nasos stansiyasına, Arpaçay Su Anbarına, Arpaçay sağ sahil kanalına baxış keçirəcəklər.
Nümayəndə heyəti səfər çərçivəsində muxtar respublikanın rəsmi şəxsləri ilə də görüşərək mövcud vəziyyəti dəyərləndirəcək, görüləcək işləri müzakirə edəcəklər.
Qeyd edək ki, nümayəndə heyətinə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Hikmət Məmmədov, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev, “Azmelsutəsərrüfat” ASC-nin sədri Zaur Mikayılov və digər rəsmi şəxslər daxildir./Report/
“Ziraat Bank Azərbaycan” Mobil Bankçılıq tətbiqi ilə Türkiyədə baş vermiş zəlzələdə zərər çəkənlərə dəstək olmaq daha da asanlaşdı.
“Ziraat Bank Azərbaycan” Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələdə zərər çəkənlərə yardım etmək istəyən müştəriləri üçün Mobil Bankçılıq tətbiqi və İnternet Bankçılıq platforması vasitəsilə ilə daha rahat şəkildə yardımın icrası məqsədilə əsas səhifədə “AFAD” qurumuna ianələr üçün xüsusi düymə yaratmışdır.
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” həm filialları, həm də rəqəmsal platformaları vasitəsi ilə zəlzələdən zərər çəkənlər üçün köçürmələri fəlakətin baş verdiyi ilk gündən bəri komissiyasız və ƏDV-siz icra edir.
Bank həmvətənlərimizin daha aydın və rahat şəkildə ianələrini köçürməsi məqsədi ilə iki növdə fərqli izahedici video təlimatlarını da hazırlamışdır.Təlimatlarda istər “Ziraat Bank Azərbaycan” bankının müştərisi, istərsə də müştərisi olmayan şəxslər ianə etmə üsulları ilə bağlı aydın şəkildə tanış olub, dəstək məqsədli köçürmələrini rahat icra edə bilərlər.
Bank müştəriləri üçün Mobil Bankçılıq tətbiqi və İnternet Bankçılıq platformasında köçürmənin icra edilməsi ilə bağlı açıqladığı videonu izləyicilərmizin diqqətinə çatdırırıq.
“Ziraat Bank Azərbaycan” baş vermiş təbii fəlakətdə zərər çəkənlərə yardım etmək istəyən, amma müştərisi olmayan həmvətənlərimiz üçün də Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) rəsmi saytında ianə edilməsi imkanı haqqında video təlimat da hazırlamışdır.
Təlimatda göstərilir ki, agentliyin rəsmi saytında “Deprem Bağış Hesapları” səhifəsinə keçid alaraq ölkədaxili banklara məxsus istənilən valyuta növündə kart ilə “AFAD” qurumunun TL, USD, EUR valyutalı hesablarına yardımı asanlıqla həyata keçirmək olar.
Bank xüsusilə bildirmişdir ki, ianənin köçürulməsi zamanı qeyd olunan vəsaitdən vergi tutulmur.
İanə üçün bəhs edilən videonu izləyərək, növbəti linkə keçid alıb yardım etmək istəyən həmvətənlərimiz köçürmələrini asanlıqla icra edə bilərlər. Link: https://www.afad.gov.tr/
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Fevralın 8-də polis əməkdaşlarının respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində 63,5 kiloqrama yaxın narkotik aşkar edib.
Daxili İşlər nazirliyindən Yenicag.az-a verilən məlumata görə, həmin narkotikin 36 kiloqrama yaxını heroin, 19,4 kiloqramdan artıq marixuana, 9 qram tiryək, həmçinin 8 kiloqramdan çox metamfetamin və 40 ədəd metadon həbi olub.
ABŞ-də yaşayan azərbaycanlıların Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım aksiyası davam edir.
Yenicag.az xəbər verir ki, müxtəlif ştatlarda başlanan aksiyada zəlzələdən sonra insanlara lazım olan geyim, qida və digər vacib ləvazimatlar toplanılır.
Toplanan yardımlar çeşidləndikdən sonra Türkiyəyə yola salınır.
Adıyamanda yaşayan 42 yaşlı Türk Xalq Musiqi sənətçisi Əziz Taştan həyat yoldaşı və iki qızı ilə birlikdə Qəhrəmanmaraşda baş verən və 10 vilayətdə böyük dağıntılara səbəb olan zəlzələdə həyatını itirib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilir ki, 42 yaşlı sənətçi Əziz Taştan və həyat yoldaşı Özgür, 15 yaşlı qızı Nujin və 5 yaşlı Şirinin dağıntılar altından cəsədləri çıxarılıb. Ailə Adıyaman Karapınar qəbiristanlığında torpağa tapşırılıb.
Dünən günün ikinci yarısından başlayaraq bütün gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ədəd ağaca ziyan dəyib.
Bu barədə Yenicag.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Birliyin əməkdaşları ziyan dəyən ağacların 4-nün sınmış hissələrini budayıb, 11 ədəd ağac isə kəsilərək götürülüb və ərazi təmizlənib.
Türkiyədə 6 fevral tarixində bir-birinin ardınca baş verən dəhşətli zəlzələ və onun irimiqyaslı faciələrə səbəb olması yeraltı təkanların süni şəkildə (müdaxilə ilə) yaradıldığı haqda iddialara yeni nəfəs verib.
Elm adamları və ciddi politoloqlar bu barədə şayiələri təkzib etsələr və zəlzələ yaratmaq gücündə olan silahların ixtira edilmədiyini bildirsələr də, bu iddianın səsləndirənlər də təslim olmaq istəmir. Əsas arqument isə HAARP bombasıdır.
Bəzi iddialara görə, ABŞ-da heykəli də qoyulan bu bomba yaxın məsafə üçün 3 bal gücündə silkələnmə yaratmağa qadirdir. Ancaq bu bombanın yüz kilometrlərlə məsafədə dağıdıcı zəlzələ törətməyə qadir olduğu da iddia edilir.
Bildirilir ki, əslində bu bombalar zəlzələ üçün lazım olan böyük enerji yaratmaq gücündə deyil, sadəcə, yer təkində yaranmış enerjini aktivləşdirmək və hərəkətə gətirmək üçün təkanverici imkanlara malikdir. Yəni seysmik aktiv zonada mövcud enerji toplanmasını hərəkətə gətirə bilir. Süni müdaxilə bu zəlzələlərin gücünə də təsir edir.
Yenicag.az Kult.az-a istinadən bununla bağlı iddiaları özündə əks etdirən video-materialı təqdim edir:
Azərbaycan xilasediciləri 37 nəfəri dağıntılar altından sağ, 145 nəfərin isə meyitini çıxarıb.
Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 145 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 391 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ nəticəsində 62 914 nəfər yaralanıb.