“WhatsApp” yeni funksiya təqdim edəcək

Məşhur “WhatsApp” messencerində “öz-özünə yox olan” fotoşəkil göndərmə funksiyası təqdim olunacaq.

Qazet.az xəbər verir ki, “WABetaInfo” portalı məlumat yayıb.

Tətbiq fotoşəklin önizləmə pəncərəsindəki mətn qutusunun yanında yeni bir düymə əlavə edəcək.

Həmin düymənin üzərinə vurduqdan sonra istifadəçi şəkli paylaşa bilər, lakin göndərən şəxs söhbəti tərk edən kimi şəkil avtomatik olaraq yox olacaq. Fotonu qəbul edən şəxsə isə şəklin silinməsi barədə bildiriş göndəriləcək.

Yenilik “Android” və “iOS” üçün tətbiqetmənin yenilənmiş versiyasında istifadəyə veriləcək.

Xatırladaq ki, “WhatsApp” 2020-ci ildə də buna bənzər funksiya təqdim etsə də, bu, istifadəçilər tərəfindən bəyənilməmişdi. Belə ki, göndərilən fotoşəkli “screenshot” etməklə asanlıqla cihazda saxlamaq mümkündür.

Mənbə:
0
1142
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar