Vətən müharibəsi şəhidi dəfn edilib - FOTOLAR

Vətən müharibəsində itgin düşmüş şəhidin nəşi Mingəçevir şəhidlər xiyabanında dəfn olundu.
Vətən müharibəsinin ilk günlərindən itkin düşən və axtarışları davam edən müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlunun nəşi bu gün yaşadığı Mingəçevir şəhərində Şəhidlər xiyabanında dəfn olundu. Azərbaycan Ordusunun əsgəri olan Pərviz Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Pərviz Tağıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itgin düşüb. Qeyd edək ki, Mingəçevir 44 günlük vəyən müharibəsində 51 şəhid verib. Allah şəhidlərimizə rəhmət eləsin.

Mənbə:
0
1409
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar