Nazirlər Kabinetinin müvafiq Qərarı “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 12 noyabr tarixli 1875 nömrəli Fərmanına əsasən edilmiş dəyişikliklərlə bağlı hazırlanıb.
Qeyd olunmuş Fərmanla Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin yeni siyahısı təsdiq edilib.
Eyni zamanda, son dəyişikliklərlə Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin geyim formalarının yeni tələbləri müəyyən edilib. Dəyişikliklər əsasən aksessuarların rəngini, tanınma nişanlarının təsvirini əhatə edir.
İşğaldan azad edilmiş ərazilərdə infrastruktur və daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırması barədə verilən tapşırığa əsasən, 2022-ci ildə Laçın şəhəri və ətrafındakı 7 kənddə 1400-ə yaxın daşınmaz əmlak siyahıya alınıb.
"vergiler.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2022-ci il üzrə fəaliyyətinə dair mətbuat konfransında çıxış edərkən Xidmətin rəisi Mətin Eynullayev deyib.
Onun sözlərinə görə, ümumilikdə işğaldan azad edilmiş ərazilərdə indiyədək 14 min daşınmaz əmlakın ilkin inventarlaşdırması işləri tamamlanıb. "Bununla yanaşı, işğal nəticəsində dəyən ziyanın müəyyən edilməsiməqsədilə yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də dövlət müəssisə, idarə və təşkilatlarının nümayəndələrinin iştirakı ilə işğala qədər mövcud olan topoqrafik xəritələr üzərində rəqəmsallaşdırılması mümkün olan 164 minə yaxın bina, tikili və qurğudan 145 minə yaxını təsbit edilib və Qarabağ rəqəmsal informasiya sisteminə daxil edilib. Eyni zamanda, işğaldan azad edilən ərazilərdə dəyən ziyanla əlaqədar sənədlərin toplanması istiqamətində işlər aparılıb. Xidmətin işçi qrupu tərəfindən Milli Arxiv İdarəsi və digər dövlət arxivlərindən 1991-ci ilədək mövcud olan daşınmaz əmlak obyektlərinə dair 14 minə yaxın arxiv qovluğu araşdırılıb. Nəticədə 25 minə yaxın sənəd aşkar edilərək Qarabağ rəqəmsal informasiya sisteminə daxil edilib",- deyə M.Eynullayev qeyd edib.
2022-ci ildə dövlət əmlakının icarəyə verilməsi sahəsində 3819 yeni icarə müqaviləsi bağlanılıb, dövlət büdcəsinə 24,8 milyon manat vəsaitin daxil olması təmin edilib.
"vergiler.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2022-ci il üzrə fəaliyyətinə dair mətbuat konfransında çıxış edərkən Xidmətin rəisi Mətin Eynullayev deyib.
Onun sözlərinə görə, bu, 2021-ci illə müqayisədə 53 faiz və ya 8,6 milyon manat çoxdur.
"Daşınmaz əmlakın qeydiyyatı sahəsində də müsbət nəticələr əldə olunub. Belə ki, 2022-ci ildə 382 000-dən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb və 2021-ci illə müqayisədə bu rəqəm 25,2 faiz artım deməkdir",- deyə M. Eynullayev qeyd edib.
2022-ci ildə 1095 dövlət əmlakı özəlləşdirilib, dövlət büdcəsinə 115,4 milyon manat vəsaitin mədaxil olunması təmin edilib.
"vergiler.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev qurumun 2022-ci il üzrə fəaliyyətinə dair mətbuat konfransında çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu rəqəm 2021-ci illə müqayisədə 2,4 faiz və ya 2,7 milyon manat çoxdur.
"Həmçinin ötən il ərzində 3 dövlət müəssisəsi investisiya müsabiqələrinə çıxarılaraq özəlləşdirilib. Müsabiqələrin qalibi olan investorlar tərəfindən təqdim etdikləri investisiya proqramları çərçivəsində 30 milyon manat həcmində investisiya qoyuluşu, 300-dən çox iş yerinin açılması və dövlət büdcəsinə birdəfəlik qaydada 12 milyon manat vəsaitin köçürülməsi nəzərdə tutulur ",- deyə M.Eynullayev qeyd edib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın ərazisində 10 hektar sahədə yeni bağ salınır.
Bunu “vergiler.az”a Yevlax Pilot Aqroparkın rezidenti “İSFA” MMC-nin təsisçisi və direktoru Samir Xeyirbəyov deyib.
Onun sözlərinə görə, yeni bağda alça, ərik, gilas, nektarin və şaftalı tingləri əkilir. Göyçayda yerli bazar üçün 30 min ədəd badam tingi əkiləcək. Bu il üçün artıq yerli bazar üçün 30 min ədəd badam, 32 min xurma, 35 min nektarin tingi sifarişi var.
Qeyd edək ki, Yevlax Pilot Aqroparkın ilk rezidenti kimi qeydiyyata alınmış “İSFA” MMC tərəfindən aqroparkın ərazisində meyvə bağları, tinglik salınıb və bu istiqamətdə işlər davam etdirilir. “İSFA” MMC ting ixrac edən ilk Azərbaycan şirkətidir.
Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi ölkədə baş vermiş dağıdıcı zəlzələ bölgəsində vergi öhdəliklərinin 31 iyul 2023-cü ilə qədər təxirə salındığını açıqlayıb.
“Zəlzələ zonasında olan vergi ödəyicilərimiz üçün 31 iyul 2023-cü il tarixinədək fors-major vəziyyət elan edilib”, – Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin açıqlamasında deyilir.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İSFA” MMC il ərzində ting istehsalını 100 faizdən çox artırmağı planlaşdırır.
Bunu “vergiler.az”a “İSFA” MMC-nin təsisçisi və direktoru Samir Xeyirbəyov deyib.
Onun sözlərinə görə, 2022-ci ildə 540 min ədəd ting istehsal edilib: “Alma və xurma tinglərini daxili bazarda satıb qurtarmışıq. Badam tinglərinin satışını da, demək olar ki, bitirmişik. Aprelə qədər mövsüm davam etdiyindən hər gün 500-1000 ting satırıq”.
S.Xeyirbəyov qeyd edib ki, bu il ümumilikdə 1 milyon 250 min ədəd tingin yetişdirilməsi proqnozlaşdırılır. Onun 1 milyon ədədinin açıq köklü ting formasında istehsalı nəzərdə tutulub. 245 min ədəd nektarin, badam, gilas, alça və ərik tingi isə, ilk dəfə olaraq, dibçəkdə əkilib: “Avropada bu təcrübədən uzun müddətdir istifadə edilir. Bu, fermerlərə istənilən zaman ting əkməyə imkan verir. Bağ salmaq istəyən sahibkar payızı, qışı gözləmədən hətta may-iyun ayında da ting əkə biləcək”.
Qeyd edək ki, Yevlax Pilot Aqroparkın ilk rezidenti kimi qeydiyyata alınmış “İSFA” MMC tərəfindən aqroparkın ərazisində meyvə bağları, tinglik salınıb və bu istiqamətdə işlər davam etdirilir. “İSFA” MMC ting ixrac edən ilk Azərbaycan şirkətidir.
Üç ildən artıq qeydiyyatda olduğumuz mənzili həyat yoldaşıma bağışlamaq istəyirəm. Bu halda vergi ödəməliyəmmi?
Dövlət Vergi Xidmətindən bildirilib ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyicisi hesab olunur.
Fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir.
Həmçinin yaşayış sahəsinin ailə üzvünə hədiyyə verilməsi (bağışlanması) vergidən azaddır.
Sorğunuzda qeyd olunan halda, mənzilin mülkiyyətçisi 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu üçün, qeyd olunan mənzilin təqdim olunması sadələşdirilmiş vergiyə cəlb edilmir.
Əsas: Vergi Məcəlləsinin 218-ci və 218-1-ci maddələri.
Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bəs məbləğin hamısı yanlışlıqla ƏDV depozit hesabına ödənildiyi halda proses necə tənzimlənir? “vergiler.az” sualla bağlı iqtisadçı ekspert Anar Bayramovun şərhini təqdim edir.
Bu cür hallara təcrübədə tez-tez rast gəlirik. Məsələn, olur ki, vergı ödəyicisi qarşı tərəfə tikinti matertallarının qarşılığı olaraq 118.000 manat (ƏDV daxil) ödəyir. Vergi ödəyicisi bank və ya depozit hesabından 18.000 manatlıq ƏDV məbləğini depozit hesabına ödəyərkən səhvən 100.000 manatlıq əməliyyat məbləğini də bank hesabına yox, ƏDV depozit hesabına köçürür.
Vergi ödəyicisi bu halda texniki problemin aradan qaldırılması üçün öncə ona xidmət göstərən banka məlumat verməlidir. Çünki bankın həmin məbləğin köcürülməsi zumanı yaranmış texniki səhvi ödənişdən öncə aşkara çıxarması mümkündür. Bu halda yanlışlığı aradan qaldırmaqla vəsaitin geri ödənilməsi təmin edilə bilər.
Ancaq vəsait tam məbləğdə qarşı vergi ödəyicisinin ƏDV depozit hesabına köçürülmüşdürsə, məsələ mürəkkəbləşir. Depozit hesabına həm əsas, həm də ƏDV məbləğinin köçürülməsi hər iki vergi ödəyicisi üçün əlavə problemlər yarada bilər.
Birincisi, ƏDV depozit hesabına gözlənildiyindən xeyli yüksək məbləğdə vəsaitin daxil olması səbəbindən vergi orqanı tərəfindən kameral uyğunsuzluq məktubunun göndərilməsi mümkündür. Vergi orqanı vergi ödəyicisindən depozit hesabına daxil olan vəsaitin dövlət büdcəsinə bəyan edilməsini tələb edə bilər.
İkincisi, göndərdiyi malın müqabilində alacağı əsas məbləği ƏDV depozit hesabına mədaxil olunan vergi ödəyicisi həmin vəsaitə sərəncam vermək hüququna malik olmadığı üçün onu malların (işlərin, xidmətlərin) ödənilməsinə cəlb edə bilmir.
Vergi ödəyicisinin ƏDV depozit hesabından qarşı tərəfin bank hesabına ödəniş etmək hüququ olmadığı üçün vəsaitin ancaq ƏDV depozit hesabına qaytarılması mümkündür. Bu səbəbdən də uyğun variant odur ki, satıcı vergi ödəyicisi ƏDV depozit hesabına daxil olan vəsaitin əsas məbləğ hissəsinin, yəni 100.000 manatın qarşı tərəfin ƏDV depozit hesabına qaytarılmasını təmin etsin.
Yaxşı olar ki, ödənişi səhv həyata keçirən vergi ödəyicisi vəsait depozit hesabına geri qayıtdıqdan sonra malların əməliyyat dəyərini (100.000 manatı ) öz hesablaşma hesabından qarşı tərəfin bank hesabına köçürsün. Çünki bu onun müqavilə öhdəliyidir.
Prosesdən göründüyü kimi, texniki səhv olaraq əsas məbləğin ƏDV depozit hesabına ödənilməsi ciddi problemlərə yol açır. Ona görə də mühasib həmkarlarımıza ƏDV depozit hesabına ödəniş apararkən diqqətli olmağı tövsiyə edirik.
Mənbə: Anar Bayramov. “Vergi uçotu” kitabı
2022-ci ildə Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 6 049 400,3 min ABŞ dolları təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 28,2 faiz çoxdur.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, Azərbaycanın MDB ölkələrinə ixracı bir il əvvəlki göstəriciyə nisbətdə 8,7 faiz azalaraq 1 635 626,92 min dollar, idxalı isə 50,8 faiz artaraq 4 413 773,38 min dollar təşkil edib.
Ötən il ticarət dövriyyəsinin həcminə görə ilk üç ölkə Rusiya, Ukrayna və Qazaxıstan olub. Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi 23,9 faiz artaraq 3 710 239,41 min dollar təşkil edib.
Ukrayna ilə ticarət dövriyyəsi 617 779,42 min dollar olub ki, bu da illik ifadədə 33 faiz azdır.
Qazaxıstanla ticarət dövriyyəsi isə bir il öncəki göstərici ilə müqayisədə 4,4 dəfə artaraq 598 468,6 min dollar təşkil edib.
"2022-ci il ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 115,4 milyon manat daxil olub və proqnoz 101,2% icra olunub. Sahibkarlığın inkişafı üçün stimul yaradan özəlləşdirmə prosesi, eyni zamanda, qeyri-səmərəli dövlət aktivlərinin azaldılmasına və yeni iş yerlərinin yaradılmasına xidmət edir".
Bu barədə iqtsadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Macarıstanın Dövlət Katibinin xarici iqtisadi məsələlər üzrə müavini xanım Katalin Bihari ilə görüşüb.
Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Tormanın da iştirak etdiyi görüşdə iki dost ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı, ölkələrimizin rəhbərlərinin əlaqələrin genişlənməsinə, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün mövcud imkanlardan səmərəli istifadəyə önəm verdiyi qeyd olunub.
Tərəflər ikitərəfli iqtisadi əməkdaşlıq məsələləri, o cümlədən, azad edilmiş ərazilərimizdə reallaşdırılan layihələrdə Macarıstan şirkətlərinin iştirakı, habelə Azərbaycan-Macarıstan biznes forumunun keçirilməsi barədə müzakirələr aparıblar.
Xəbər verildiyi kimi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və “StrategEast” müəssisəsinin birgə əməkdaşlığı ilə “IT Hub Azerbaijan” layihəsinə start verilib.
Layihənin məqsədi ölkəmizin regionlarında informasiya texnologiyaları sahəsində bilik və bacarıqların artırılması, bu sahəyə investisiyaların cəlb edilməsi, yeni iş yerləri və karyera imkanlarının yaradılması proseslərinə, həmçinin sürətli iqtisadi artıma töhfə verilməsidir.
Təlimdə iştirak üçün şərtlər:
İlkin mərhələdə Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikası Azərbaycanın regionlarında İT sahəsində karyera qurmaq istəyən 19-30 yaş arasında olan Azərbaycan vətəndaşları;
Elementar səviyyədə (Elementary (A2)) ingilis dili bacarığı.
Dərslər onlayn şəkildə “Zoom” üzərindən keçiriləcək.
Müraciət üçün forma: bit.ly/3X1IXhy
Qeydiyyat üzrə son tarix: 7 mart 2023-cü il
2023-cü ilin yanvar ayında “Azəri-Çıraq-Günəşli” yatağı üzrə əldə olunan gəlir 625 074 milyon ABŞ dolları təşkil edib.
“vergiler.az”ın Azərbaycan Respublikası Dövlət Neft Fondunun hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 58 040 milyon dollar və ya 8,5 faiz azdır.
"Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüş keçirdik. Dünya Bankı ilə ölkəmizin əməkdaşlığının gündəliyində olan məsələlər və potensial investisiya layihələri barədə təklifləri müzakirə etdik".
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
2022-ci ildə Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci illə müqayisədə real ifadədə 9,1 faiz artaraq 5779,5 milyon manat olub.
“vergiler.az” Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5568,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 96,4 faizini təşkil etib.
“Azərbaycan Dəmir Yolları” QSC ilə Qazaxıstan, Gürcüstan və Türkiyə dəmir yolları qurumları arasında tranzit potensialının artırılması imkanları nəzərdən keçirilib.
QSC-dən “vergiler.az”a verilən məlumata görə, görüş Qazaxıstanın Almatı şəhərində keçirilən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının ümumi yığıncağı çərçivəsində baş tutub.
Görüşdə 2022-ci il üzrə Fəaliyyət Planına dair hesabat dinlənilib, müvafiq marşrut üzrə 2023-cü ilin fəaliyyət planı, tarif siyasəti və “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinə yeni üzvlərin qəbulu müzakirə olunub.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) beynəlxalq tərəfdaşları MediaOst və WEIA ilə birlikdə Bakıda Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu keçirib.
Bu gün keçirilən forumda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da iştirak edib.
AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva çıxışında deyib: “AQSİA olaraq bu layihənin tərəfdaşı olmaqdan qürür duyuruq. Beynəlxalq komandada Azərbaycan, Rusiya və Almaniyadan olan 24 sahibkar ictimai faydalı və müxtəlif sahələrdə birgə layihələr üçün ideyalar hazırlayıb. Bu layihələr cəmiyyət, ekologiya, təhsil, media, mədəniyyət və digər sosial əhəmiyyətli mövzuları əhatə edib. Pandemiya dövrünə baxmayaraq biz bu təşəbbüsü göstərdik və bunun üçün Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinə təşəkkürümüzü bildiririk. Bu layihələr BMT-nin Dayanaqlı İnkişaf məsqədlərinin 4-cü bəndi – Keyfiyyətli təhsil, 7-ci bəndi – Sərfəli və təmiz enerji və 17-ci bəndi - Məqsədlər üçün tərəfdaşlıq bəndinə əsaslanır. Qeyd etmək istərdim ki, layihə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən “Şərq Tərəfdaşlığı və Rusiya proqramı” çərçivəsində dəstəklənir və bu da 3 ölkə arasında iqtisadi əlaqələrin inkişafına böyük töhfə olacaq”.
Forumda çıxış edən ombudsman Səbinə Əliyeva bildirib ki, qadın cəmiyyətimizin aparıcı qüvvəsidir, ona görə qadınlar nə qədər güclü olarsa, dövlətimiz də hər sahədə öndə olacaq və uğurlu qadınlarımızın sayı sürətlə artacaq. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bizim üçün bir nümunədir.
Forum çərçivəsindəki çıxışında Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, son zamanlar sosial sahibkarlıq termini çox aktualdır. Ölkəmizdə qadın sahibkarların sayı gündən-günə artır və iqtisadi fəal əhalinin 49 faizini məhz qadınlar təşkil edir. Bu da davamlı sosial iqtisadiyyatın gücləndirilməsində qadınların kifayət qədər böyük rol oynadığını göstərir.
Azərbaycanda sahibkarlıqla əsasən kişilərin məşğul olduğunu söyləyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, son illər bu sahədə qadınların da rolu artmaqdadır. Dövlət Komitəsinin sədri qeyd edib ki, sosial sahibkarlıq subyekti digər subyektlərdən fərqlənir. Bu subyektlərin məqsədi ilk olaraq əsas ehtiyacları öyrənmək və həmin ehtiyacların aradan qaldırılması üçün təkliflər irəli sürmək, sonda nəticə əldə etməkdir.
Daha sonra çıxış edən MediaOst-un direktoru Anna Leonenko planlaşdırılan layihələrin çoxunun həyata keçiriləcəyinə əmin olduğunu deyib: “İnsanların müraciətini, birləşdirici prinsip axtarışı və yeni ideyaların, layihələrin, dostluğun, tərəfdaşlığın yaranmasının yaradıcı prosesini izləmək heyrətamiz hissdir. Bəzi layihələr kommersiya əsası ilə istifadəyə verilməyə hazırdır, digərləri isə maliyyələşməyə təqdim olunur. Onların həyata keçirilməsi dünyanı bir az da yaxşılaşdıracaq, biz buna əminik”.
Tədbirin rəsmi hissəsindən sonra MediaOst və AQSİA arasında, həmçinin WEİA və AQSİA arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Ümumilikdə foruma 200-dən çox iştirakçı qatılıb.
Rəsmi hissədən sonra forum müxtəlif mövzularda master klasslar, panellərlə davam edib.
Forumda təqdimatlardan əlavə, şəbəkələşmə platforması, Azərbaycanın işgüzar dairələri və qadın təşkilatlarının nümayəndələri ilə görüşlər, ölkədə sahibkarlara dəstək üzrə Dövlət proqramlarının təqdimatı keçirilib.
Qeyd edək ki, layihə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən “Şərq Tərəfdaşlığı və Rusiya proqramı” çərçivəsində dəstəklənir.
Forumun növbəti günündə layihələrin dayanıqlılığını təmin etmək üçün konsultant yarmarkası keçiriləcək.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı Qanunu təsdiqləyib.
Qanuna əsasən 2022-ci il yanvarın 1-dən minimum aylıq pensiya 240 manatdan 280 manata çatdırılıb.