Türkiyədə əcnəbilər ödənişli peyvənd olunacaq

Türkiyə hökuməti 2022-ci ildə əcnəbi vətəndaşların ödənişli əsasda ölkədə mövcud preparatlarla peyvənd olunmasına icazə verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

"2022-ci ildən etibarən Türkiyədə daimi yaşamayan əcnəbi vətəndaşlar mövcud vaksinlərlə peyvənd olunmaq hüququ əldə edib. Bu, Çinin "Sinovac Biotech" şirkətinin istehsalı olan "CoronaVac", "Pfizer/BioNTech" şirkətlərinin vaksini və ya yerli "Turkovac" vaksini ola bilər. Əcnəbi vətəndaşlar tibb müəssisəsinə müraciət edərkən vaksinin özü üçün yox, prosedurun həyata keçirilməsi üçün ödəniş edəcək", - deyə nazirliyin məlumatında bildirilir.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!
Mənbə:
0
52
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar